Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

14 



 

Quba şəhəri 

 

Quba xanlığı 1806-cı ildə Rusiya qoşunları tərəfindən işğal edildikdən sonra – 1810-cu ildə xanlıq üsuli-

idarəsi rəsmən ləğv edilmiş və xanlığın ərazisi Rusiyanın əyalətinə çevrilmişdir. Quba  əyaləti Dərbənd əyaləti 

ilə  birgə  Dağıstan  dairəsində  birləşdirilmişdir.  1840-cı  il  10  aprel  tarixli  inzibati-məhkəmə  islahatından  sonra 

yaradılan Quba qəzası (Samur dairəsi ilə birlikdə) Dərbənd hərbi dairəsinə daxil edilmişdir. 1846-cı il inzibati-

ərazi bölgüsü nəticəsində Quba əyaləti yeni yaradılmış Dərbənd quberniyasının tərkibində qalmışdır. Dağıstan 

vilayətinin  idarə  edilməsi  haqqında  1860-cı  il  5  may  tarixli  Əsasnaməyə  görə  Dərbənd  quberniyası  ləğv 

olunmuş,  Quba  qəzası  Bakı  quberniyasının  tərkibinə  daxil  edilmişdir.  Qəzanın 

mərkəzi Quba şəhəri idi. 

Quba şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri: 

Gerbin  ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yarıdan  yuxarı  hissəsi  Kaspi 

vilayətinin  gerbindəki  təsvirlərin  eynidir:  1-ci  hissədə  pələng,  ikinci  hissədə 

yerdən  çıxıb  alovlanan  qaz  dilimləri  təsvir  olunmuşdur.  3-cü  yaşıl  sahədə 

dənizçilər  üçün  mayak  kimi  xidmət  edən  Beşbarmaq  dağı  və  Xəzər  dənizini 

simvolizə  edən  mavi  dalğalı  kəmər  təsvir  olunmuşdur.  4-cü  yaşıl  sahədə  təsvir 

olunmuş üç taxıl sünbülü bu ərazidə çörəyin bolluğundan xəbər verir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

15 



 

Lənkəran şəhəri 

 

Lənkəran  xanlığı  1813-cü  ildə  rus  qoşunları  tərəfindən  işğal  olunmuşdur  və  Gülüstan  müqaviləsi  ilə 



Rusiyanın  tabeçiliyinə  keçmişdir.  İşğaldan  sonra  bir  müddət  xanlıq  üsuli-idarəsi  saxlanılmışdır.  1826-cı  ildə 

Lənkəran xanlığı ləğv edilərək əvəzinə başda komendant olmaqla Talış əyaləti yaradılmışdır. 1840-cı il inzibati-

ərazi islahatı nəticəsində Talış əyalətinin əsasında Lənkəran qəzası yaradılmışdır. Lənkəran qəzası 1841-1846-cı 

illərdə  Kaspi  vilayətinin  tərkibinə  daxil  olmuşdur.  1846-cı  il  14  dekabr  tarixli  fərmanla  Şamaxı  quberniyası 

təşkil  edildikdə,  onun  tərkibinə  qatılmışdı  (1859-cu  il  Şamaxı  zəlzələsindən  sonra  mərkəzi  Bakıya 

köçürüldüyündən  Bakı  quberniyası  adlandırılmışdı).  Qəzanın  mərkəzi  Lənkəran  şəhəri  idi.  Qəza  Səbican, 

Lənkəran,  Ərkivan  məntəqələrindən  və  Muğan  pristavlığından  ibarət  idi.  Burada  qəza  idarə  sistemi  fəaliyyət 

göstərirdi.  

Lənkəran şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: 

Gerbin  ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yarıdan  yuxarı  hissəsi  Kaspi 

vilayətinin  gerbindəki  təsvirlərin  eynidir:  1-ci  hissədə  pələng,  ikinci  hissədə 

yerdən  çıxıb  alovlanan  qaz  dilimləri  təsvir  olunmuşdur.  Aşağıdakı  üçüncü  yaşıl 

sahəsində  təsvir  olunan  gümüş  sandıq  bolluq-bərəkət  rəmzidir.  Sandığın  hər  iki 

tərəfində  qıvrılan  ilan  rəsmi  Muğan  düzündə  ilanların  çox  olmasından  xəbər 

verirdi.  

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

16 



 

Naxçıvan şəhəri 

 

Naxçıvan  xanlığı  Rusiya-İran  müharibəsi  zamanı  26  iyul  1827-ci  ildə  rus  qoşunları  tərəfindən  işğal 



olunmuş  və  1828-ci  il  Türkmənçay  müqaviləsinə  əsasən  Rusiyaya  ilhaq  edilmişdi.  İşğaldan  sonra  çar 

Rusiyasının  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində  yaratdığı  "Erməni  vilayəti"nin  tərkibinə  (1828-1840) 

əyalət şəklində daxil edilmişdi. Naxçıvan qəzası 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında 

“Zaqafqaziya  ölkəsinin  idarəçiliyi  üçün  təsisat”  adlı  qanun  əsasında  yaranmışdır. 

Əvvəlcə  Gürcü-İmereti  quberniyasının,  1849-cu  ildən  isə  İrəvan  quberniyasının 

tərkibinə  daxil  olmuşdur.  Naxçıvan  şəhəri  xanlıqlar  dövründən  sonra  da  əyalət, 

sonra  isə  qəza  mərkəzi  olmuşdu.  1918-ci  ildə  erməni-daşnak  quldurlarından 

qorunmaq  məqsədilə  bölgədə  Araz-Türk  Respublikası  yaradılmışdı.  1920-ci  il 

aprelin  28-də  Bakıda  sovet  hakimiyyətinin  elan  edilməsindən  üç  ay  sonra 

Naxçıvanda da sovet hakimiyyəti qurulmuşdur. 1924-cü il fevralın 9-da Naxçıvan 

Muxtar Sovet Sosialist Respublikası yaradıldıqda Naxçıvan onun mərkəzi oldu. 

Naxçıvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri: 

Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində 

Nuhun  gəmisini  simvolizə  edən  Ağrı  (Ararat)  dağı  təsvir  olunmuşdu.  Gerbin 

yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin üstündə gümüş 

fonda  əlində  nizə  süvari  təsvir  olunmuşdu.  Gerbin  yuxarı  hissəsi  Gürcü-İmereti  quberniyasının  gerbinin 

təsvirindən  götürülmüşdü.  Gerbin  yarıdan  aşağı  hissəsindəki  qırmızı  rəngli  sahədə  nizə  və  üç  qızıl  oxluq 

yerləşirdi. 



Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə