Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

17 



 

Şəki (Nuxa) şəhəri 

 

Şəki xanlığı 1806-cı ilin oktyabrında Rusiya qoşunları tərəfindən işğal olunmuşdur. 1819-cu ildə xanlıq 

üsuli-idarəsi ləğv edilərək əyalət adlandırılmış və komendantlıq idarə sistemi tətbiq edilmişdi. 10 aprel 1840-

cı ildə təsdiq olunmuş “Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün təsisat” adlı inzibati islahat qanununa əsasən Şəki 

əyaləti  əsasında  Nuxa  qəzası  yaradılmışdı.  Şəki  şəhərinin  adı  da  dəyişdirilərək  Nuxa  şəhəri  adlandırılmışdı. 

Nuxa  qəzası  Nuxa,  Qəbələ,  Xaçmaz  və  Ərəş  sahələrinə  bölünürdü.  Qəzanın  mərkəzi  Nuxa  şəhəri  idi.  Nuxa 

qəzası  əvvəlcə  Kaspi  vilayətinin,  sonra  isə  Şamaxı  (1859-cu  ildən  Bakı)  quberniyasının  tərkibinə  daxil 

olmuşdur.  Yelizavetpol  (Gəncə)  quberniyası  yaradıldıqdan  (1867)  sonra  Nuxa  qəzası  onun  tərkibinə  daxil 

edilmişdi. 1873-cü ildə ayrıca Ərəş qəzası yaradılmışdı. 

1929-cu  ildə  Azərbaycan  SSR-in  rayonlaşdırılması  zamanı  Nuxa  qəzası 

ləğv  edilmişdir.  1968-ci  ildə  Nuxa  şəhərinin  adı  dəyişdirilərək  yenidən  Şəki 

adlandırılmışdır. 

Şəki (Nuxa) şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri:

 

Gerbin  ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yarıdan  yuxarı  hissəsi  Kaspi 



vilayətinin  gerbindəki  təsvirlərin  eynidir:  1-ci  hissədə  pələng,  ikinci  hissədə 

yerdən  çıxıb  alovlanan  qaz  dilimləri  təsvir  olunmuşdur.  Gerbin  yarıdan  aşağı 

hissəsində  tut ağacının  budağı,  altında  –  üç ipək  barama,  hər  baramanın üstündə 

bir  kəpənək  təsvir  olunmuşdur.  Bu  təsvir  ərazidə  ipəkçiliyin  inkişafından  xəbər 

verirdi.  



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

18 



 

Şamaxı şəhəri 

 

Şirvan  (Şamaxı)  xanlığı  1805-ci  il  dekabrın  27-də  bağlanan  müqavilə  əsasında  Rusiyanın  tabeçiliyinə 

keçmişdir.  1820-ci  ildə  Şirvan  xanlığı  ləğv  edilərək  əvəzinə  başda  komendant  olmaqla  Şirvan  əyaləti 

yaradılmışdı.  Şamaxı  qəzası  10  aprel  1840-cı  ildə  təsdiq  olunmuş  inzibati  islahat  haqqında  “Zaqafqaziya 

ölkəsinin idarəçiliyi üçün təsisat” adlı qanun əsasında yaradılmışdı. Qəzanın mərkəzi Şamaxı şəhəri idi. 1841-

1846-cı  illərdə  Kaspi  vilayətinin  tərkibinə  daxil  idi.  1846-cı  ildə  Şamaxı  quberniyası  yaradıldıqda,  eyni  adla 

onun  tərkibinə  daxil  edilmişdi.  1859-cu  il  Şamaxı  zəlzələsindən  sonra  quberniya  mərkəzi  Bakıya 

köçürüldüyündən, Bakı quberniyasının tərkibinə keçmişdi.  

1920-ci  il  aprelin  29-da  Şamaxı  qəzasında  sovet  hakimiyyəti  qurulmuşdu.  Şamaxı  qəzası  1929-cu  ildə 

ləğv edilmişdir. 

Şamaxı şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri:

 

Gerbin  ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yarıdan  yuxarı  hissəsi  Kaspi 



vilayətinin gerbindəki təsvirlərin eyni idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən 

çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu.  

Gerbin yarıdan aşağı hissəsindəki gümüşü sahədə çarpaz qoyulmuş iki tüfəng 

lüləsi  və  bunların  üstünə  atılmış  ipək  parça təsvir  olunmuşdur.  Yan  tərəflərdə  iki 

qızıl balıq və aşağıda mis səhəng təsvir olunmuşdur. Bu təsvirlər çoxlu sayda silah 

və ipək fabriklərinin mövcudluğundan və balıqçılığın inkişafından xəbər verirdi.  



 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

19 



 

Şuşa şəhəri 

 

Azərbaycanın ən böyük xanlıqlarından biri olan Qarabağ xanlığı Kürəkçay müqaviləsindən (1805) sonra, 



əslində  Rusiyaya  ilhaq edilərək,  1822-ci  ildə ləğv  olundu  və  əyalətə  çevrildi.  1840-cı  il inzibati-ərazi  islahatı 

nəticəsində Qarabağ əyaləti mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırıldı və Kaspi vilayətinin tərkibinə 

daxil edildi. 1846-cı ildə Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının 

tərkibinə  daxil  edilmişdi.  1867-ci  ildə  Yelizavetpol  (Gəncə)  quberniyası  təşkil  edildikdə  Şuşa  qəzası  da  onun 

tərkibinə  qatılmışdı.  1883-cü  ildə  Şuşa  qəzasının  ərazisində  iki  yeni  qəza  –  Cavanşir  və  (Qaryagin)  Cəbrayıl 

qəzaları yaradılmışdı. 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin yanvarında Şuşa qəzasını da əhatə edən 

müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. 1920-ci il aprelin 28-də Bakı işğal olunduqdan sonra, 11-

ci  Qırmızı  ordunun  köməyi  ilə  mayda  Şuşa  qəzasında  da  hakimiyyət  bolşeviklərin  əlinə  keçdi.  Azərbaycan 

Mərkəzi  İcraiyyə  Komitəsinin  1923-cü  il  7  iyul  dekreti  ilə  Dağlıq  Qarabağ 

Muxtar  Vilayəti  yaradıldıqda  Şuşa  qəzasının  bir  hissəsi  onun  tərkibinə  verildi. 

Şuşa qəzası 1929-cu ildə rayonlaşma zamanı ləğv olunmuşdur. 

Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri:

 

Gerbin ikiyə  bölünmüş  qalxanvari  lövhəsinin  yarıdan  yuxarı  hissəsi  Kaspi 



vilayətinin  gerbindəki  təsvirlərin  eyni  idi:  1-ci  hissədə  pələng,  ikinci  hissədə 

yerdən  çıxıb  alovlanan  qaz  dilimləri  təsvir  olunmuşdu  Gerbin  yarıdan  aşağı 

hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin 

ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə