Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

20 



 

Zaqatala şəhəri 

 

Zaqatala qəzasının ərazisi Azərbaycanın tarixi əraziləri olan Car-Balakən camaatlığı və İlisu sultanlığının 



torpaqlarını əhatə edirdi.

 

Car-Balakən  camaatlığı  Rusiya  imperiyasının  qoşunları  tərəfindən  1803-cü  ildə  işğal 



edilmişdi. Tərəflər arasında imzalanmış müqaviləyə görə camaatlıq daxili idarəçilik sistemini saxlamışdı. Lakin 

çar  hökuməti  1830-cu  il  Car-Balakən  üsyanını  bəhanə  gətirərək,  camaatlığı  ləğv  etmiş,  onun  əsasında  Car-

Balakən dairəsi təşkil olunmuşdu. "Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar" adlı qanunu (1840, 10 aprel) 

ilə  Car-Balakən  qəzası  yaradılmış  və  Gürcü-İmereti  quberniyasının  tərkibinə  daxil  edilmişdi.  Car-Balakən 

qəzası  1846-cı  ildə  yenidən  Car-Balakən  dairəsinə  çevrildi.  1844-cü  ildə  İlisu  sultanı  Daniyal  bəyin  üsyanı 

yatırıldıqdan  sonra  sultanlıq  da  ləğv  olundu,  apreldə  Car-Balakən  və  İlisu  torpaqlarında  Car-Balakən  hərbi 

dairəsi təşkil edildi. Dağıstan vilayətinin idarəçiliyi haqqında 1860-cı il 5 aprel tarixli əsasnaməyə uyğun olaraq, 

Car-Balakən hərbi dairəsi Zaqatala dairəsi adlandırıldı. Zaqatala ilk vaxtlar kiçik yaşayış məntəqəsi olmuş, adı 

ilk  dəfə  1807-ci  ilə  aid  sənədlərdə  çəkilmişdir.  Zaqatala  dairə  mərkəzinə  çevrildikdən  sonra  sosial-iqtisadi  və 

mədəni cəhətdən inkişaf etməyə başlamışdı.  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər nazirliyinə Zaqatala dairəsində digər quberniyalarda 

qəbul  edilmiş  əsaslarla  inzibati  hakimiyyət  təşkil  etmək  həvalə  olunmuşdu.  Zaqatala  dairəsi  rəsmi  sənədlərdə 

quberniya adlandırılmağa başlamışdı.

  

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mayda Zaqatala quberniyasında da sovet hökuməti 



quruldu,  qəza  inzibati-ərazi  vahidi  tətbiq  olundu.  Zaqatala  qəzası  1929-cu  ildə  həyata  keçirilən  rayonlaşdırma 

zamanı ləğv olunmuşdur. Onun ərazisində Zaqatala, Balakən və Qax rayonları 

yaradılmışdır. 

Zaqatala şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 



Gerbin təsviri:

 

Qalxanvari  gerbin  ikiyə  bölünmüş  yuxarıdan  1-ci  qızılı  sahəsində 



zirvəsində  Nuhun  gəmisini  simvolizə  edən  Ağrı  (Ararat)  dağı  təsvir 

olunmuşdur. Gerbin yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara 

dənizi  simvolizə  edir.  Bu  sahələrin  üstündə  gümüş  fonda  əlində  nizə  süvari 

təsvir  olunmuşdur.  Gerbin  yuxarı  hissəsi  Gürcü-İmereti  quberniyasının 

gerbinin  təsvirindən  götürülmüşdür.  Gerbin  yarıdan  aşağı  hissəsindəki  fonu 

qırmızı  olan  sahədə  doğan  günəşin  şüaları  ilə  işıqlanan  qala  divarının  təsviri 

yerləşirdi.  Divarın  önündə  oraq  və  sınmış  qılınc  sakinlərin  döyüşkən  həyat 

tərzini atıb, əkinçiliklə məşğul olmalarına işarə idi.  




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

21 



Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət gerbinin yaradılması təşəbbüsləri 

 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  onun  dövlət  müstəqilliyinin  müqəddəs  rəmzlərindən  biridir. 



Gerb  sözü  Avropa  mənşəlidir,  hərfi  mənada  «vərəsəlik»,  müasir  dövlətçilik  termini  kimi  isə  müəyyən  bir 

dövlətin,  şəhərin,  nəslin  fərqləndirici  rəmzi  (nişanı)  anlamında  olub,  əsasən,  bayraqda,  möhürdə,  pul 

vahidlərində və s. əks etdirilir. Gerb, onun mənşəyi, gerbdə əks olunan simvolların məna və funksiyası, gerbin 

komponentləri,  quruluşu,  sistemi  və  s.  məsələlərlə  heraldika  sənəti  məşğul  olur.  Heraldikaya  bəzən  köməkçi 

tarix fənni olan gerbşünaslıq da deyilir və hərfi mənada «carçı», «xəbərçi» anlamındadır. 

Doğrudan  da,  heraldikanın  ifadə  vasitəsi  olan  hər  bir  gerb  müəyyən  ölkənin,  dövlətin,  millətin,  şəhərin 

özünəməxsus  milli  adət-ənənələrini,  dini  və  mifik  görüşlərini,  həmçinin  tarixi,  siyasi-ideoloji  və  mədəni 

baxışlarını  müxtəlif  simvollar  vasitəsilə  başqalarına  –  digər  xalqlara,  millətlərə,  dövlətlərə  çatdırmağa,  bəyan 

etməyə xidmət edir. 

Heraldika  sənəti  dünya  xalqlarında  əsrlərlə  təşəkkül  tapmış  ümumi  qanunauyğunluqlar  sisteminə  və 

həmçinin özünəməxsus milli-tarixi ənənələrə əsaslanır. Bu, o deməkdir ki, hər bir gerbdə əks olunan simvollar 

müəyyən ümumi qanunauyğunluğa, möhkəm daxili sistemə malikdir və həmin simvollar eyni zamanda təmsil 

etdiyi xalqın, millətin, dövlətin tarixi, siyasi-ideoloji, milli-mənəvi, dini və mifik görüşlərini də bu və ya başqa 

şəkildə əks etdirməlidir. 

Bu  baxımdan  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  istər  simvollarının  zənginliyi,  istərsə  də 

Azərbaycan  milli  dövlətçiliyinin,  xalqımızın  tarixi-mədəni,  milli-mənəvi  görüşlərini  hərtərəfli,  dolğun  əks 

etdirməsi ilə seçilir.  

Müstəqil  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  layihəsi  1918-1920-ci  illərdə  fəaliyyət  göstərmiş 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyə-sində təsdiqi və 

qəbul  edilməsi  mümkün  olmamışdı.  Belə  ki,  dövlət 

gerbinin  və  möhürünün  təsvirinin  hazırlanması  ilə  bağlı 

müsabiqə  elan  edilməsi  haqqında  Azərbaycan  Xalq 

Cümhuriyyəti  Nazirlər  Şurası  iki  dəfə  qərar  qəbul 

etmişdir. Birinci qərara əsasən 1919-cu ilin martın 23-də 

«Azərbaycan» 

qəzetində 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin  dövlət  gerbi  və  möhürü  layihələrinin 

hazırlanması  üçün  müsabiqə  elan  edilmişdi.  Hökumətin 

qərarı  ilə  Azərbaycanın  dövlət  gerbi  və  möhürünün  ən 

yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (Ən yaxşı 

gerb  layihəsinə  görə  1000  rubl,  möhürə  görə  isə  500 

rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin 

il  aprelin  20-dək  müəyyən  edilmiş  və  bu  işin  təşkili  və 

icrasına  nəzarət  Poçt  və  Teleqraf  Nazirliyinə  həvalə 

edilmişdi.  Lakin  təəssüf  ki,  həmin  müsabiqə  uğurla 

nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər 

Şurası  1920-ci  il  yanvarın  30-da  «Azərbaycan  Respublikasının  gerbi  və  möhürünün,  milli  himninin  və  hərbi 

ordenlərinin  layihələrinin  hazırlanması  haqqında»  yenidən  qərar  qəbul  etdi.  Qərarın  birinci  bəndində  hərbi 

ordenlərin  yaradılması  üçün  müsabiqə  elan  edilməsi  Hərbi  Nazirliyə,  ikinci  bəndində  isə  milli  himnin,  dövlət 

gerbi  və  möhürünün  layihələrinin  hazırlanması  ilə  bağlı  müsabiqə  keçirilməsi  isə  Xalq  Maarif  Nazirliyinə 

həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da «Azərbaycan» qəzetində 

(19.02.1920,  №  33)  dövlət  gerbi  və  möhürünün  təsvirinin,  eləcə  də  milli  himninin  mətninin  layihələrinin 

hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, 

gerb  və  möhürün  ən  yaxşı  təsvirinə  görə  isə  25  min  rubl  mükafat  təyin  edilmişdi.  Layihələr  Xalq  Maarif 

Nazirliyinə  təqdim  edilməli,  Milli  İstiqlalın  ikinci  ildönümünədək  (28.05.1920)  təsdiq  edilməli  idi.  Lakin 

təəssüf  ki,  27  aprel  1920-ci  il  rus  sovet  istilası  və  milli  dövlətimizin  süqut  etməsi  bu  ümummilli  və  dövlət 

əhəmiyyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi. 

Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 

1919-1920-ci  illərdə  hazırlanmış  dövlət  gerbi  layihələrindən  birini  müəyyən  dəyişikliklərlə  Azərbaycan 

Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə