Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

22 



Azərbaycan SSR-in gerbləri 

 

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra  Azərbaycan İctimai 



Şuralar Cümhuriyyəti adı altında bolşevik hakimiyyəti qurulsa da, faktiki olaraq 1922-ci ilin sonunadək dövlət 

müstəqilliyini  qoruyub  saxlaya  bilmiş,  heç  bir  qurumun  tərkibinə  daxil  olmamışdı.  Sovet  Rusiyasının  və 

bolşevik  hakimiyyətinin  hər  cür  təzyiqlərinə  baxmayaraq  Sovet  Azərbaycanı 

müstəqil  xarici  siyasət  xətti  yürütməyə  çalışırdı.  Lakin  Sovet  hakimiyyətinin  ilk 

illərində  Azərbaycan  özünün  dövlət  atributlarını  Sovet  Rusiyasının  atributlarına 

uyğunlaşdırmaq məcburiyyətində qalmışdı.

 

1921-ci  ilin  mayında  Azərbaycan  İctimai  Şuralar  Cümhuriyyətinin (AİŞC)  ilk 



Konstitusiyası qəbul edilmişdi. 

Həmin  Konstitusiyasının  103-cü  maddəsində  Dövlət  gerbinin  təsviri  belə 

verilmişdi:  “Azərbaycan  İctimai  Şuralar  Cümhuriyyətinin  dövlət  gerbi,  üzərində 

Azərbaycan və rus dillərində: “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” və “Bütün 

ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, 

sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir.”  

1921-ci ilin noyabrında Azərbaycan, Gürcüstan və Ermənistanın federativ dövlət şəklində birləşdirilməsi 

qərara alınmışdı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikasının vahid dövlətdə – Zaqafqaziya Sovet 

Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildikdən sonra Azərbaycanın müstəqilliyinə ağır 

zərbə  endirildi.  1922-ci  il  dekabrın  10-da  Bakıda  keçirilən  I  Zaqafqaziya  Sovetlər  qurultayında  ZSSRFİ-ni 

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etmək haqqında qərar qəbul edildi. Vahid 

qanunvericilik, icra orqanları olan bu dövlətin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinə bu dəfə daha 

sarsıdıcı  zərbə  endirildi.  1922-ci  il  dekabrın  30-da  SSRİ-nin  yaranması  isə  Azərbaycanın  müstəqilliyinə  son 

qoydu.  O,  SSRİ-nin  atributlarına  uyğunlaşdırılan  bir  sıra  dövlət  atributlarını  –  bayraq,  gerb,  himn  və 

konstitusiyasını  qoruyub  saxlasa  da,  bir  çox  sahələrdə  özünün  beynəlxalq  hüququn  subyekti  olmaq  statusunu 

itirdi. 


1927-ci  il  Konstitusiyasının  99-cu  maddəsində  Dövlət  gerbinin  təsviri  belə 

verilmişdi:  “Azərbaycan  İctimai  Şuralar  Cümhuriyyətinin  dövlət  gerbi,  üzərində 

Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün 

ölkələrin  proletarları  birləşin!”  sözləri  yazılmış  və  qırmızı  fonda  doğmaqda  olan 

günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara 

və beşguşəli ulduzdan ibarətdir.”  

20-ci  illərin  sonunda  rus  dilindəki"  социалистическая"  sözü  əvvəlki  tək 

"ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlandı. Bununla bağlı gerb 

üzərindəki  abreviatura  yazısında  da  düzəlişlər  edildi.  Gerbin  üzərində  “Azərbaycan  Sosialist  Şura 

Cümhuriyyəti” yazılmağa başlandı. 

1937-ci  ildə  qəbul  edilən  Azərbaycan  Sovet  Sosialist  Respublikasının 

Konstitusiyasının  151-ci  il  maddəsində  Dövlət  gerbinin  təsviri  belə  verilmişdi: 

“Azərbaycan  Sovet  Sosialist  Respublikasının  dövlət  gerbi,  üzərində  Azərbaycan  və 

rus  dillərində:  “Azərbaycan  Sovet  Sosialist  Respublikası”  və  “Bütün  ölkələrin 

proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərində pambıq 

və  sünbül  əklilindən  ibarət  haşiyə  ilə  çəkilmiş  oraq  və  çəkicdən  və  ön  planda  neft 

vışkasından ibarətdir. Gerbin yuxarısında beşbucaqlı ulduz vardır.”

  

1978-ci  ildə  qəbul  edilən  Konstitusiyanın  180-ci  maddəsində  Dövlət  gerbinin 



təsviri  belə  verilmişdi:  “Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  gerbi 

doğan  günəş  fonunda  pambıq  və  sünbül  çələngi  ilə  һaşiyələnmiş  oraq  və  çəkic,  neft 

buruğu  təsvirindən  ibarətdir  və  üzərində  Azərbaycan  dilində:  «Azərbaycan  Sovet 

Sosialist  Respublikası»,  «Bütün  ölkələrin  proletarları,  birləşin!»  və  rus  dilində: 

«Азербайджанская Советская Социалистическая Республика», «Пролетарии всех 

стран, соединяйтесь!» sözləri yazılmışdır. Gerbin yuxarısında beşguşəli ulduz vardır.” 

1991-ci  ildə  Azərbaycan  yenidən  dövlət  müstəqilliyinə  qovuşduqdan sonra  1993-

cü  il  yanvarın  19-da  qəbul  edilmiş  Konstitusiya  Qanunu  ilə  1919-1920-ci  illərdə  hazırlanmış  Dövlət  gerbi 

layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.  

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

23 



Müasir Dövlət gerbinin yaranması  

 

Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də təqribən 70 il sonra 1990-cı 



il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü 

ilə  baxıldı,  üçrəngli  milli  bayrağımızın  bərpası  və  qəbulu  ilə  yanaşı,  Dövlət  gerbi  və  himnimizin  də  qəbul 

edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan 

Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral 

tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, «Azərbaycan Respublikasının Dövlət 

gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında» (05.02.1991, № 20-XII) xüsusi qərar da qəbul 

etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis 

edilmiş, müsabiqəyə yekun vurulması isə respublika Ali Soveti Rəyasət heyətinə həvalə edilmişdi. 1991-1992-ci 

illərdə  müxtəlif  mətbuat  orqanlarında  çoxlu  yeni  gerb  layihələri  çap  olundu  və  1993-cü  ilin  əvvəllərində 

Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələrin, eləcə də 1919-1920-ci illərdə hazırlanmış gerb 

layihəsi müzakirə edildi. Gərgin müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci 

illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət 

gerbi  kimi  təsdiq  etdi.  Beləliklə,  Dövlət  gerbimizin  rəngli  və  ağ-qara  təsviri  «Azərbaycan  Respublikasının 

Dövlət gerbi haqqında» Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu 

ilə  təsdiq  edilmişdir.  Dövlət  gerbindən  istifadə  qaydaları  isə  «Azərbaycan  Respublikasının  Dövlət  gerbi 

haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə»  Azərbaycan  Respublikasının  23  fevral  1993-cü  il  tarixli,  516 

saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə» ilə tənzimlənir. 

Həmin «Əsasnamə»yə 2 iyul 2002-ci il, 24 dekabr 2004-cü il və 3 mart 2006-cı il tarixlərində müəyyən əlavələr 

və dəyişikliklər edilmişdir. 

Dövlət gerbinin rəngli təsviri haqqında həmin «Əsasnamə»də deyilir: 

«Azərbaycan  Respublikasının  Dövlət  gerbi  palıd  budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində 

yerləşən  şərq  qalxanının  təsvirindən  ibarətdir.  Qalxanın  üstündə  Azərbaycan  Respublikası  Dövlət  bayrağının 

rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. 

Azərbaycan  Respublikası Dövlət  gerbinin rəngli təsvirində  ulduz  ağ,  alov  qırmızı,  palıd  budaqları  yaşıl, 

sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır» 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə