974) Xəstəxana sahəsi ərazisində hansı funksional zona yerləşdirilmir? A) pataloqanatomik zona
B) yaşıllıq zonası
C) əsas müalicə korpusu zonası
D) təsərrüfat həyəti zonası
E) qazanxana və çamaşırxana zonası
Ədəbiyyat: Г.И.Румянцев «Гигиена». Москва, 2001
975) Xəstəxana palatalarında vibrasiya və səs küy çirklənmələri normaları hansı sənədlə təsdiq edilmişdir? A) Azərbaycan Respublklası Nazirlər Kabinetinin qərarı ilə
B) Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
C) Azərbaycan Respublikası baş dövlət sanitariya həkiminin qərarı ilə
D) Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə
E) Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə
təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair
Qaydalar”
976) Azərbaycan Respublikası Səhiyyə Nazirinin 37№-li 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” hansı tibb müəssisələrinə tam şamil edilir? A) yalnız yeni tikilən, yenidən qurulan və bərpa olunan tibb müəssisələrinə
B) yalnız yeni tikilən və bərpa olunan tibb müəssisələrinə
C) əsaslı və cari təmir edilən tibb müəssisələrinə
D) yalnız yeni tikilən tibb müəssisələrinə
E) yalnız yeni tikilən, yenidən qurulan, əsaslı təmir və bərpa olunan tibb
müəssisələrinə
Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə
təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair
Qaydalar”
977) Cərrahiyyə əməliyyatı və reanimasiya zallarının pəncərələrinin cəhətlər üzrə hansı səmtlərdə qurulması normaya uyğundur? A) şimal, şimal-şərq, cənub - qərb
B) şimal, şimal-şərq, şimal-qərb
C) cənub, cənub-şərq, cənub-qərb
D) şimal, şimal-qərb, qərb
E) cənub, cənub-şərq, şərq
Ədəbiyyat: Azərb. Resp. Səhiyyə Nazirinin 37 №-li 07.04.2009-cu il tarixli əmri ilə
təsdiq edilmiş “ Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair
Qaydalar”