Gigiyena ixtisası üzrə nümunəvi test sualları Qida gigiyenası


) “Əhalinin ərzaq təhlükəsizliyi” anlayışı hansıdır?



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix23.06.2022
ölçüsü6,36 Mb.
#90012
1   ...   22   23   24   25   26   27   28   29   ...   205
2020-06-09 16-10-12

158) “Əhalinin ərzaq təhlükəsizliyi” anlayışı hansıdır? 
A) İnsanların qidalılıq, bioloji və fizioloji tələbatını təmin edən, habelə müvafiq 
məqsədlər üçün nəzərdə tutulan və istifadə edilən yeyinti məhsullarının xüsusiyyələri 
B) Qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət 
verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda 
və tələblərə uyğunluğu 
C) Ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına 
tələbatın təmin edilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və 
təşkilati tədbirlər sistemi 
D) Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsulların, habelə qida 
məhsullarının istehsalında, dövriyyəsində, saxlanmasında tətbiq edilən təhlükəsizlik 
tədbirlər sistemi 
E) Yeyinti məhsullarının insanların həyatının təhlükəsizliyini və sağlamlığını təmin 
edən istehlak xassələrinin məcmusu 
Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. 
Maddə 1 
159) “Qida məhsulları” anlayışı hansıdır? 
A) Uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida 
məhsulları 
B) Ərzaq xammalı və qida məhsulları 
C) Profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları 
D) Ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamlı mallar 
qrupuna daxil edilmiş məhsullar 
E) İnsan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar 
Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. 
Maddə 1 
160) Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının dövlət 
gigiyena qeydiyyatı hansı icra hakimiyyəti orqanı tərfindən həyata keçirilir? 
A) Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
B) Səhiyyə Nazirliyi 
C) İqtisadi İnkişaf Nazirliyi 
D) Dövlət Gömrük Komitəsi 
E) Kənd Təsərrüfatı Nazirliyi 


Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 
tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası 
Prezidentinin 25 oktyabr 2005 - ci il tarixli 969 nömrəli fərmanı 

Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə