GiGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 268,04 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix22.03.2018
ölçüsü268,04 Kb.
#33161
1   2   3   4   5   6

16 sentyabr 2016-cı il

http://www.amu.edu.az

5

Sentyabrın 8-də Azərbaycan 

Milli Elmlər Akademiyasının 

(AMEA) Mərkəzi Elmi Kitabxa-

nasında “Azərbaycan multikul-

turalizmi: din və dil siyasətinin 

inkişaf perspektivləri” mövzu-

sunda beynəlxalq konfrans işə 

başlayıb.

Tədbir  AMEA-nın  Nəsimi  adına 

Dilçilik  İnstitutunun,  Azərbaycan 

Respublikasının  Prezidenti  yanın-

da  Bilik  Fondunun,  Dini  Qurum-

larla  İş  üzrə  Dövlət  Komitəsinin  və 

Bakı  Beynəlxalq  Multikulturalizm 

Mərkəzinin birgə təşkilatçılığı ilə baş 

tutub. 

Konfransı  açan  AMEA-nın  vit-



se-prezidenti, 

akademik 

İsa 

Həbibbəyli  hazırda  ölkədə  olduqca 



aktual  xarakter  daşıyan  multikul-

turalizm  dəyərlərinin  Azərbaycan 

modeli  barədə  danışıb.  Prezi-

dent  İlham  Əliyevin  2016-cı  ilin 

Azərbaycanda 

“Multikulturalizm 

ili”  elan  edilməsi  haqqında  imza-

ladığı  Sərəncamın  əhəmiyyətindən 

bəhs edən İ.Həbibbəyli dövlətimizin 

başçısının  təşəbbüsü  ilə  multi-

kulturalizmin  dövlət  siyasətinin 

əsas  istiqamətlərindən  biri nə  çev-

rildiyini  vurğulayıb:  “Azərbaycan 

modeli  üç  prinsipə  əsaslanır: 

tarixi  milli  dəyərlər,  tolerant-

lıq  və  azərbaycançılıq.  Burada 

azərbaycançılıq  prinsipi  xüsusi 

önəm daşıyır”.

Azərbaycan 

Respublikasının 

millətlərarası,  multikulturalizm  və 

dini  məsələlər  üzrə  Dövlət  müşa-

viri,  akademik  Kamal  Abdullayev 

Azərbaycanda  multikulturalizmin 

həyat  tərzi  olduğunu,  ölkəmizdə 

multikultural  dəyərlərin,  tolerantlıq 

ənənələrinin  əsrlərə  söykəndiyini 

qeyd edib.

Azərbaycan  multikulturalizminin 

dünyanın müxtəlif ölkələrində təbliğ 

və  tədris  edildiyini  diqqətə  çatdı-

ran  komitə  sədri  ölkənin  ali  təhsil 

müəssisələrində bu fənnin tədrisinin 

əhəmiyyətini önə çəkib.

Konfransda  Dini  Qurumlarla  İş 

üzrə  Dövlət  Komitəsinin  sədri  Mü-

bariz  Qurbanlı  da  çıxış  edərək  bu 

gün  dünyada  multikulturalizmin 

alternativinin  olmadığın  deyib: 

“Tarixən  tolerant  və  multikultu-

ral dəyərləri üstün tutan, əhalisinin 

96  faizini  müsəlmanlar  təşkil  edən 

Azərbaycanda 

bütün 


dinlərin 

nümayəndələri–müsəlman,  xris tian, 

yəhudilər əsrlərdir sülh və qardaşlıq 

şəraitində yaşayırlar”. 

Tədbirdə  Azərbaycan  Respublika-

sının Prezidenti yanında Bilik Fondu-

nun icraçı direktoru Oqtay Səmədov, 

Dilçilik  İnstitutunun  direktoru, 

AMEA-nın  müxbir  üzvü  Möhsün 

Nağısoylu,  Qafqaz  Müsəlmanları 

İdarəsinin sədr müavini Qəmər Ca-

vadlı,  Rusiya  Dövlət  Pedaqoji  Uni-

versitetinin  professoru  Marianna 

Dvoreçkaya və başqaları mövzunun 

aktuallığını vurğulayaraq, multikul-

turalizm  dəyərlərini  birgə  səylərlə 

təşviq etməyin vacibliyini bildiriblər.

Konfransın  bölmə  iclaslarında 

“Müasir  Azərbaycanda  dövlət-din 

münasibətləri”, “Azərbaycan tatları-

nın dilinin etnoqrafik leksikasına dair 

Azərbaycan dilinin nitq mədəniyyəti 

problemləri”, “Azərbaycan Respubli-

kasında milli azlıqların mədəni irsi-

nin qorunması və inkişafı” və digər 

mövzularda  məruzələr  dinlənilib. 

Azərbaycan  Tibb  Universitetinin  I 

daxili xəstəliklər və reanimatologi-

ya kafedrasının dosenti Nağdəli Za-

manovun “Heydər Əliyevin nitqində 

multikultural dəyərlər” adlı məruzəsi 

də maraqla qarşılanıb.

Konfrans  işini  sentyabrın  9-da 

başa çatdırıb.



A.KAMRANOĞLU

“Azərbaycan multikulturalizmi: din və 

dil siyasətinin inkişaf perspektivləri” 

mövzusunda beynəlxalq konfrans 

   

Yeni həll real olsa bundan 

sonra, dəsmalları yumağa 

ehtiyac olmayacaq. “JPLiving 

SilverBamboo” layihəsinin 

yeni inqilabi özü təmizlənən 

dəsmaldır. Bunun üçün “JPLiving 

SilverBamboo” layihəsi 

“Kickstarter” platformasında 

maliyyə toplayır.

“JPLiving SilverBamboo” adlı dəsmal 

bambuk və gümüşün qarışığından 

yaradılıb. Dəsmal öz tərkibi sayəsində 

istifadədən sonra təzə qalır.

Sanitar normalarına uyğun olaraq, 

dəsmalın istifadəsindən sonra onu 

yumaq lazımdır, amma belə sanitar 

normalar digər tərəfdən xeyli miqdarda 

su işlədilməsinə səbəb olur. Bundan 

başqa, dəsmalı daha az yumaq az 

məhsul istehsalına imkan verir, çünki bu 

dəsmallar adi dəsmallarla müqayisədə 

uzun müddət istifadə ediləcək.



Özü təmizlənən dəsmallar 

yaradılıb

u

 



 

Xanbutayeva Svet-

lana Nəsir qı 

zı 

1946-cı il sentyabrın 17-

də Bakı şəhərində ziya-

lı ailəsində anadan olub. 

1963-cü ildə orta məktəbi 

bitirərək N.Nərimanov 

adına Azərbaycan Dövlət 

Tibb İnstitunun (indiki 

ATU) sanitariya-gigiyena 

fakültəsinə daxil olub və 

1970-ci ildə təhsilini başa 

çatdırıb. 

S.N.Xanbutayeva 

əmək 

fə aliy yətinə  1971-ci  ildə 



Q.Musabəyov  adına  Elmi-

təd qiqat  Virusologiya,  Mik-

robiologiya və Gigiyena İns-

titutunda kiçik elmi işçi kimi 

başlayıb.

1977-ci  ildə  N.Nərimanov 

adına ADTİ-nin epidemiolo-

giya  kafedrasında  aspirantu-

raya  daxil  olub.  1982-ci  ildə 

namizədlik 

dissertasiyası 

müda fiə  edərək  tibb  elmləri 

namizədi  adını  alib,  kafed-

raya  assistent  vəzifəsinə 

seçilib.  Bu  andan  etibarən 

onun  həyatı  tibb  institutu 

ilə bağlanıb və o, burada as-

sistent  vəzifəsindən  dosent 

vəzifəsinə qədər yüksəlib.

Epidemiologiya 

kafed-

rasında  40  ilə  yaxın  əmək 



fəaliyyəti 

onu 


bacarıq-

lı  müəllim,  epidemioloq 

alim,  yüksək  erudisiyalı 

mütəxəssis kimi tanıdıb.

S.N.Xanbutayeva  respub-

likamızda 

helmintologi ya 

sahə sində  tanınmış  alim-

lərdən biridir. 

S.N.Xanbutayeva  həmişə 

öz elmi-pedaqoji fəaliyyətini 

təkmilləşdirir,  müasir  səviy-

yədə  mühazirə  və  təcrübə 

dərs ləri aparır.

Helmintologiyanın  müx-

təlif məsələlərinə dair orijinal 

və qiymətli tədqiqatlar aparan 

Svetlana 

Xanbabayevanın 

qələmin dən 80 məqalə, 6 me-

todik tövsiyə, 1 monoqrafiya 

və  5  dərs  vəsaiti  çıxıb.  Ka-

fedra  kollektivi  və  tələbələr 

arasıda  böyük  hörmətə  ma-

likdir. İnsanlardan bacarığını 

əsirgəməyən  xoş  rəftarlı  bir 

həkimdir.

Epidemiologiya  kafedrası-

nın    kollektivi  Svetlana  xa -

nı  mı  70  illik  yubileyi  mü-

na sibəti  ilə  təbrik  edir, 

ona  can  sağlığı  işlərində 

müvəffəqiyyətlər arzulayır.

Epidemiologiya 

kafedrasının kollektivi

Svetlana Xanbutayeva-70

Müvəffəqiyyətlər arzulayırıq

S

entyabrın 14-də Azərbay-

can Tibb Universiteti-

nin (ATU) tibbi profilakti-

ka fakültəsinin dekanı Aydın 

Məmmədovun fakültəyə bu il da-

xil olan I kurs tələbələri və onla-

rın valideynləri ilə görüşü olub.

Görüş  zamanı  dekan  vali-

deynləri  övladlarının  bu  il  uni-

versitetə qəbul olması münasibəti 

ilə təbrik edərək tələbələrə uğur-

lar  arzulayıb.  Qeydiyyatdan    77 

tələbənin  keçdiyini  və  onlardan 

35-nin 600 baldan çox topladığı-

nı  bildirən  Aydın  müəllim,  uni-

versitet  və  fakültə  barədə  görüş 

iştirakçılarına  ətraflı  məlumat 

verərək,  təhsil  sistemində  apa-

rılan  islahatlara  da  toxunub.  

Bildirib    ki,  1999-cu  ildə  29 

ölkənin  təhsil  nazirlərinin  iş-

tirakı  ilə  imzalanan    Boloniya 

Bəyannaməsinə  2005-ci  ildə 

ölkəmiz  də  qoşulub:  “Hazırda 

49-dan  çox  ölkə  və  beynəlxalq 

təşkilat  təhsil  sistemini  bu 

bəyannamənin tələblərinə  uyğun 

olaraq qurub. Dünyanın 180-dən 

çox  universitetində  bu  sistem 

uğurla  həyata  keçirilir.  Respub-

likamız  «Boloniya»  prosesinə 

qoşulandan sonra ilk dəfə bu sis-

tem  2006-cı  ildə  mənim  dekan 

olduğum fakültədə tibbi-biologi-

ya ixtisası üzrə, 2008-ci ildə isə 

tibbi-profilaktika  ixtisası  üzrə 

tətbiq  edildi.    Bu  sistem  üzrə 

aparılan  tədris  prosesi  zamanı 

dərsə  davamiyyət,  mənimsəmə 

göstəricilərində xeyli irəliləyişin 

olduğu  müşahidə  olundu  və  ne-

qativ  hallar  aradan  qaldırıldı.”-

deyən  Aydın  müəllim  yeni 

qəbul  olmuş  tələbələrin    tələbə 

biletlərinin,  imtahan  kitabçala-

rının  və  dərs  cədvəlinin  hazır 

olduğunu  da  diqqətə  çatdırdı. 

Fakültədə tibbi-profilaktika ixti-

sası üzrə mikrobiologiya, epide-

miologiya, parazitologiya, infek-

tologiya,  gigiyenanın  müxtəlif 

sahələri  və  səhiyyənin  təşkili 

üzrə; tibbi-biologiya ixtisası üzrə 

isə  bioloji  kimya,  bioloji  fizika, 

tibbi  genetika,  mikrobiologiya, 

virusologiya və laborator xidmət 

üzrə həkim kadrların  hazırlandı-

ğını bildirdi. 

Çıxışının  sonunda  A.Məm-

mədov  tələbələrə  tədris  olu-

nan  dərsləri  və  vərdişləri  yaxşı 

mənimsəmələrini tövsiyə edərək, 

bir daha uğurlar arzuladı.  

Biz  də  “Təbib”  qəzeti  ola-

raq  valideynlərin  və  tələbələrin 

təəssüratlarını  öyrənməyə  çalış-

dıq. 

Rəşid Məmmədov (vali deyn):

-  Bakıda  fəaliyyət  göstərən 

249  saylı  orta  məktəbi  bitirən 

qızım  Nəzrin  Məmmədova 

ATU-ya  615  balla  qəbul  olub. 

Sevincimin  həddi-hüdudu  yox-

dur.  Nəzrinin  hazırlanmasında 

müəllimləri  ilə  yanaşı,  mənim 

də əməyim az olmayıb. Bu uğu-

ra görə müəllimlərinə və qızıma 

təşəkkür edirəm. 

Təhminə Vahabova (valideyn):

-  Mən  580  balla  universitetə 

qəbul  olan  Səbinə  Vahabova-

nın  ana sıyam.  Bakıda  180  saylı 

tam  orta  məktəbi  bitirən  Səbinə 

müəllimlərinin  və  bir  ana  kimi 

mənim  etimadımı  doğruldub. 

Qızımın qəbul xəbərini eşidəndə 

çox  sevindim,  ona  söz  verdi-

yim  hədiyyələri  aldım.  Özümü 

hazırda  xoşbəxt  hiss  edirəm. 

Ümidvaram  ki,  universitetdə  də 

nümunəvi tələbələrdən olacaq.    

Bərdə 


rayonunun 

Mirzə 


Cəfərli  kəndində  anadan  olan 

Cabir Pənahlı   615 balla,  Bakı-

da 288 saylı orta məktəbi bitirən 

Nicat  Səlimzadə  isə  597  balla 

universitetə qəbul olanlardır. Hər 

ikisi  həkim  peşəsini  öz  istəkləri 

əsasında seçdiklərini və peşənin 

incəliklərini  öyrənmək  üçün 

müm kün olan bütün vasitələrdən 

istifadə edəcəklərini və gələcəkdə 

insanların    sağlamlığı  keşiyində 

duracaqlarını bildirdilər. 

Təki  siz  deyən  olsun.                              

Biz  də  öz  növbəmizdə  sizlərə 

nailiyyətlər arzulayırıq.

Qabil ABDULLAYEV

DEKAN TƏLƏBƏ VƏ VALİDEYNLƏRLƏ GÖRÜŞDÜ



Yüklə 268,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə