GiGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 268,04 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix22.03.2018
ölçüsü268,04 Kb.
#33161
1   2   3   4   5   6

16 sentyabr 2016-cı il

http://www.amu.edu.az

7

 

Əntiqə  xanın  1952-ci  il  fevralın  3-də 

qədim  Gəncədə  ziyalı  ailəsində  anadan 

olmuşdur.  Orta  məktəbi  Gəncədə  bitirən 

gənc  Əntiqə  Bakıya  gəlib,  sənədlərini  o 

zamankı  S.M.Kirov  adına  ADU-nun  (indi-

ki  BDU)  rus  dili  və  ədəbiyyatı  fakültəsinə 

verib  və  yüksək  balla  ali  məktəbə  qəbul 

olunub.  Dərslərə  ciddi  hazırlaşması, 

özünə  qarşı  tələbkarlığı,  imtahan  sessi-

yasındakı  uğurları  tələbə  qıza  təkcə  öz 

qrupunda  deyil,  bütün  fakültədə  hörmət 

qazandırmışdır.  Elə  bunun  nəticəsi  idi  ki, 

Əntiqə Əlizadə hələ tələbə ikən - IV kurs-

da  oxuyarkən  I  Ümumittifaq  tələbə  elmi 

konfransında  Respublikamızı  təmsil  etmiş 

və  “Rus  dili  və  ədəbiyyatını  mükəmməl 

bildiyinə görə” adlı xüsusi prizə layiq görül-

müşdü. Ali məktəbi bitirdikdən sonra Kənd 

Təsərrüfatı Akademiyasında rus dilini tədris 

edən  (1975-1977)  gənc  müəllimin  Elmi 

tədqiqata olan sonsuz marağı onu Rus dili 

və  ədəbiyyatı  İnstitutunun  (indiki  Slavyan 

Universiteti)  aspiranturasına  aparmışdır 

(1978-1982).  O,  1990-cı  ildə  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  Nizami  adı-

na  Ədəbiyyat  İnstitutunda  “C.N.Tolstoy 

Azərbaycan 

ədəbiyyatşünaslığında” 

mövzusunda  namizədlik  dissertasiyası-

nı  uğurla  müdafiə  etmişdir.  Əntiqə  xanı-

mın  ədəbiyyatşünaslığa  aid  tədqiqatları 

rus-Azərbaycan  ədəbi  əlaqələri  mövzu-

suna  xeyli  yeniliklər  gətirmişdir.  40-dan 

çox  məqalə,  monoqrafiya,  dərs  vəsaitinin 

müəllifi  olan  Əntiqə  xanım  1997-ci  ildən 

Universitetimizdə  (Rus  dili  kafedrasında) 

dosent  kimi  çalışmışdır.  Universitetdə  və 

işlədiyi kollektivdə dərin nüfuz sahibi olan 

Əntiqə  xanımı  tələbələri  çox  sevirdi.  O, 

2014-cü ildən Azərbaycan dili kafedrasın-

da dosent kimi fəaliyyətini davam etdirirdi. 

Öz  işgüzarlığı,  müəllimlik  peşəsinə  olan 

sevgisi  burada  da  onu  hamının  əzizinə 

çevirmişdi.  Ana  dilimizi  yüksək  səviyyədə 

bilən  (onun  tədqiqatları,  əsasən,  rus-

Azərbaycan dillərinin müqayisəsinə aid idi) 

Əntiqə  xanım  necə  həvəs  və  məhəbbətlə 

“Azərbaycan  dili  və  nitq  mədəniyyəti”nin 

sirlərini  tələbələrinə  öyrədir,  ana  dilimizi 

sevdirmək üçün yeni metodlardan faydala-

nırdı. Az müddətdə bir neçə dəfə onun açıq 

dərsində iştirak etmişdik və bu dərslər öz 

elmi və metodiki səviyyəsinə görə bizi tam 

təmin etmişdi. 

Əntiqə  xanım  bəstəkarlıq  fəaliyyəti  ilə 

də  məşğul  idi.  O,  Azərbaycan  şairlərinin 

sözlərinə yazılmış 50-dən artıq gözəl mah-

nı  müəllifidir.  Onun  ürəyə  xoş  duyğular 

gətirən  “Gəncənin  qızları”  ,  “Doğma  Azr-

baycanım”, “Gəncəm”, “Adın yaraşır”, “Ba-

yatılar”, “Mənim Nigar balam” kimi mahnıla-

rı dinləyicilərdə zərif hisslər doğurur, insanı 

sevməyə, vətənin gözəlliklərindən zövq al-

mağa çağırır. Həm də maraqlıdır ki bu mah-

nıları Respublikanın görkəmli müğənniləri, 

xalq artistləri ifa etmişlər: Brilyant Dadaşo-

va, Gülyaz Məmmədova, əməkdar artistlər 

Cavan Zeynallı, Lalə Məmmədova, Abbas 

Bağırov və başqaları. 

  Əntiqə  xanım  bir  insan  kimi  o  qədər 

həssas,  o  qədər  səmimi  idi  ki,  onu  bir 

dəfə  görmək  kifayət  idi  ki,  bu  gözəl  xanı-

mı  xoş  duyğularla  xatırlayasan.  Ömrünün 

çox  məhsuldar  və  müdrik  çağını  yaşayan 

Əntiqə xanım qəfil bu dünyaya göz yumdu. 

Fədakar  ana,  sevimli  nənə,  qayğıkeş  və 

həssas müəllim ömrü yaşamış Əntiqə xa-

nım əzizlərinin və onu tanıyanların, xüsusilə 

tələbələrinin qəlbində əbədi yaşayacaqdır.



Allah  rəhmət  eləsin

 qəbri  nurla  dolsun!

ATU-nun Tibbi profilaktika fakültəsi, 

Azərbaycan dili kafedrasının kollektivi

Əntiqə Cəlil qızı Əlizadə

A

zərbaycan dili kafedrasının 

dosenti, filologiya üzrə fəlsəfə 

doktoru Əntiqə Cəlil qızı Əlizadə 

dünyasını dəyişib. 

Tibb xəbərləri

Ürəyin qəfil dayanması ilə baş 

verən ölüm halları səhhətində 

ciddi problemləri olmayan orta 

yaşlı insanlarda daha çox müşahidə 

edilir. Pasiyentlər heç bir simptom 

hiss etmir, ya da bu simptomlara 

əhəmiyyət vermirlər.

Rotterdamlı  Erazm  Universiteti  ya-

nında  Tibb  Mərkəzindən  (Hollandiya) 

bir qrup tədqiqatçı ürəyin qəfil dayan-

ması  səbəblərini  araşdırmağa  çalışıb. 

Bu  məqsədlə  onlar  10  min  orta  yaşlı 

adamı müayinə və müşahidə ediblər.

Söhbət tireoid hormonunun qatılığın-

dan gedir. Qanında bu hormonun miq-

darının artdığı insanlar qəfil ürək ölü-

mü təhlükəsinin yüksəldiyi qrupa daxil 

edilib. Tədqiqat qrupunun rəhbəri Layal 

Çaker qeyd edir ki, tireoid hormonunun 

cüzi miqdarda çoxaldığı adamlarda da 

müvafiq təhlükə artıb. Yəni, bu hormon 

normadan bir qədər çox olubsa, müva-

fiq  ölüm  təhlükəsi  hormonun  norma-

dan az olması halı ilə müqayisədə 2,5 

dəfə artıb.

Əvvəllər  qarşılıqlı  əlaqəni  aşkar 

etmək  mümkün  olmayıb,  Lakin  indi 

alimlər  tireoid  hormonun  qatılığı  və 

ölüm  təhlükəsinin  yaranma  ehtimalı 

arasında  əlaqəni  araşdırmağı  planlaş-

dırırlar. Onlar güman edirlər ki, böyük 

miqdarda  hormon  ürəyin  fəaliyyətini 

sürətləndirməklə ona təsir edir. Bu cür 

nəticələr əvvəllər əldə edilsə də, qatılı-

ğın normanı keçdiyi hallar üçün nəzərdə 

tutulub.  Bu  tədqiqatda  isə  nisbətən  az 

miqdarda  hormondan  söhbət  gedir  – 

bəlkə də bu onu göstərir ki, tireoid hor-

monu daha zərərli və həyat üçün daha 

təhlükəlidir.  



Qanın analizi qəfil ölüm 

təhlükəsindən xəbər verə bilər

Son 25 ildə vəhşi 

təbiət guşələrinin 

təxminən 10 faizi 

insanlar bəşəriyyət 

tərəfindən 

məhv edilib və 

ərazinin cəmi 23 

faizinə insan əli 

toxunmayıb.

Bu 


barədə 

məlumat ekoloqların 

“Current  Biology” 

jur na lın da dərc edil-

miş məqaləsində yer 

alıb. Kvinslend Universitetindən (Avs-

traliya)  Ceyms  Uotson  yazıb:  “Əgər 

biz  yaxın  vaxtlarda  bir  iş  görməsək, 

vəhşi  təbiət  tamamilə  yoxa  çıxacaq. 

Biz  indi  tədbir  görməliyik.  Məqsəd 

təbiəti  gələcək  nəsillər  üçün  yaşat-

maqdır”. C.Uotson və onun həmkarları 

ötən  əsrin  90-cı  illərindən  bəri  vəhşi 

təbiətdə  insan  əlinin  toxunmadığı 

yerlərin  xəritəsini  hazırlamağı  qərara 

alıblar.


Qrupun nəzərində “vəhşi təbiət zona-

larına” bioloji və ekoloji müxtəlifliyini 

qoruyub  saxlayan  təbii  landşaft  və 

ekosistemlərin  olduğu  böyük  ərazilər 

daxildir.  Bu  yerlərdə  insanların  ol-

maması  vacib  deyil,  əsas  məsələ 

təbiətə  müdaxilə  hallarının  minimum 

səviyyədə  olmasıdır.  Vəhşi  Heyvan-

ları  Mühafizə  Cəmiyyətinin  (WCS) 

hesablamasına  görə,  1990-cı  illərin 

əvvəlində  Yerin  quru  səthinin  33  fa-

izi  “vəhşi  təbiət  zonalarına”  aid  edi-

lib.  C.Uotson  və  onun  həmkarlarının 

yeni  məlumatı  göstərir  ki,  son  20-25 

ildə  bu  ərazi  təxminən  9,6  faiz  aza-

lıb.  Bu  itkilər  iki  qitədə  -  Cənubi 

Amerika  və  Afrikada  meşələrin  qı-

rılması,  kənd  təsərrüfatı  ərazilərinin 

genişləndirilməsi  və  əhalinin  sayının 

sürətlə  artması  nəticəsində  baş  ve-

rib.  Şimali  Asiya,  Şimali  Amerika 

və  Avstraliya  ərazisində  vəhşi  təbiət 

ərazilərinə daha az toxunulub.  

Son 25 ildə vəhşi təbiətin 

10 faizi 

məhv edilib

P

rofilaktik baxış üçün hər altı 

aydan bir diş həkiminin ya-

nına getmək lazım deyil.

Bu,  aparıcı  britaniyalı  stomato-

loq Sara Harlinin rəyidir. Baş sto-

matoloq  hesab  edir  ki,  pasiyentlər 

diş həkimlərinin tövsiyələrinə kor-

koranə yanaşmamalı və müntəzəm 

olaraq  mütəxəssislərin  qəbuluna 

getməməlidirlər.

Birləşmiş  Krallıqda  dişlərin 

profilaktik  müayinəsi  üçün  hər 

hansı ciddi vaxt cədvəli yoxdur. Diş 

problemləri  ümumiyyətlə  olmayan 

şəxslər  üçün  interval  iki  il  təşkil 

edir.  “Lakin  bir  çox  həkimlər  bu 

tövsiyələrə  məhəl  qoymur  və  israr 

edirlər  ki,  pasiyentlər  qəbula  daha 

tez-tez gəlsinlər” – deyə ölkənin baş 

stomatoloqu bildirib.



Hər altı aydan bir stomatoloqun 

yanına getməyə ehtiyac yoxdur

Yoqa ürək, qan-damar, xərçəng, diabet və 

digər yoluxucu olmayan xəstəliklərə tutulma 

riskini azaldır.

Hindistanın  səhiyyə  naziri  Caqat  Prakaş 

Nadd  buna  əmindir.  Nazirin  sözlərinə  görə, 

qeyri-yoluxucu  xəstəliklərin  əksəriyyətinin 

səbəbi yanlış həyat tərzidir. Yoqa isə onu yaxşı 

yönə dəyişməyə kömək edir.

C.Naddanın  fikrincə,  yoqa  bədən,  ruh  və 

zəkanı bir-birinə bağlayır, sağlamlığa düzgün 

yanaşmağı öyrədir. Nazir vurğulayır ki, yoqa 

sadəcə  məşğələ  toplusu  deyil,  eyni  zamanda, 

insanı dəyişən fəlsəfədir.

Yeri  gəlmişkən,  Kaliforniya  Universitetinin 

(ABŞ)  tədqiqatçıları  bu  yaxınlarda  müəyyən 

ediblər  ki,  yoqa  və  meditasiya  ilə  məşğul  ol-

maq beyin üçün də faydalıdır. Onlar hafizəni 

yaxşılaşdırır və insanı kəmağıllıqdan qoruyur. 

Araşdırma  göstərib  ki,  yoqa  və  meditasiya 

ənənəvi yaddaş məşqlərindən daha səmərəlidir. 



Yoqa çoxlu sayda xəstəliklərdən 

müdafiədir



İnsanların sosial şəbəkələrdə ünsiyyəti 



onların emosional vəziyyətini sabitləşdirir.

ABŞ-ın  Karneqi Mellon Universitetinin tədqiqatçıları 

insan psixikasını öyrənərkən bu qənaətə gəliblər. Alimlər 

müxtəlif ölkələrdə yaşayan təxminən iki min könüllünü 

müşahidə ediblər. Eksperiment zamanı insanlar “Facebook” sosial şəbəkəsindən fəal istifadə ediblər. 

Nəticədə məlum olub ki, sosial şəbəkələrdə fəallıq tənhalıq hissini aradan qaldırır və insanların müəyyən 

qruplarda iştirakına şərait yaradır. Sosial şəbəkələrdə ünsiyyət onlarda müsbət emosiyalar yaradır və real 

həyatda baş verən hadisələrdən xəbərdar edir.



Sosial şəbəkələrdə ünsiyyət 

emosional vəziyyəti sabitləşdirir


http://www.amu.edu.az

16 sentyabr   2016-cı il

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@amu.edu.az

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 325

u

Stokholmun “MAP” memarlıq stu-



di yası meşə və dağları gəzdikdən sonra 

yorulmuş səyahətçilər üçün evcik 

layihəsini təqdim edib.

 

AZƏRTAC “novate.ru” saytına istinadla 

bildirir ki, “DICE” adlanan bu evdə yolun-

dan azmış və səfər zamanı heydən düşmüş 

turistlər bir gecəlik qala bilərlər.

Evcik istənilən yer üçün (düzənlik və ya 

çətin keçilən dağ) adaptasiya oluna bilər. 

Burada yalnız pəncərədən düşən təbii 

işıqdan istifadə ediləcək.



Niderland sözün bütün 



mə na  larında  ən  inkişaf  et-

miş dövlətlərdən biridir. Ölkə 

hökuməti nəinki insan həyatını 

yaxşılaşdıran, həmçinin ətraf 

mühiti qoruyan layihələri 

maliyyələşdirir.

 AZƏRTAC xarici KİV-lərə istinadla 

Niderlandın nə üçün gələcəyin ölkəsi 

adlandırıldığını diqqətə çatdırır.



Hər 50 metrdən bir elektromobillər 

üçün enerji 

toplama stansiyaları 

quraşdırılıb

Niderlandın ən güclü cəhətlərindən 

biri dayanıqlı mobillikdir. Ölkə 

hökumətinin ənənəvi avtomobil yana-

cağından tam imtina etmək cəhdləri 

sayəsində demək olar ki, hər yerdə 

elektrik enerjitoplama stansiyaları 

quraşdırılıb. Bu stansiyaların quraş-

dırılması yeni nəsil avtomobillərdən 

– elektromobillərdən istifadə edən 

şəhərlilər üçün mühüm addımdır.

Niderland sahibsiz it və 

pişiklərinin olmadığı yeganə 

ölkədir

Bu yaxınlarda Niderlandda sahib-

siz pişik və itlərin qalmadığı rəsmən 

təsdiqlənib. Ölkə hökuməti buna hey-

vanlara qətiyyən zərər vurmadan nail 

olub. Heyvanlara xüsusi hüquq veri-

lib: onlarla pis davranan və ya onları 

küçəyə atan insanlar sərt şəkildə 

cəzalandırılır.

İlk günəş batareyalı velosi-

ped və avtomobil yolları

“SolaRoad” adlı layihə 

hökumətin, özəl sənayenin 

və universitetlərin müştərək 

fəaliyyəti nəticəsində reallaşıb. 

Yolun ilk hissəsi 2015-ci ildə 

istifadəyə verilib. Onun uzunlu-

ğu təxminən 100 metr təşkil etsə 

də, bu, artıq gələcəyin yollarının 

tikintisində yeni eranın əsasını qo-

yub. Günəş şüaları sayəsində yolda 

istehsal olunan enerji küçələrin işıq-

landırılmasında, müvafiq nəqliyyat 

vasitələrinin elektriklə təmin 

edilməsində istifadə olunacaq.

Niderlandda heç kimin avto-

mobildən istifadə etmədiyi şəhər 

var

Niderlandın Hauten şəhərciyi dünya-

nın ən təhlükəsiz məkanı sayılır. 1980-

ci ilin əvvəllərində şəhərin 4 minlik 

əhalisi velosipeddən istifadə olunması-

nı təşviq edən strateji qərar qəbul edib. 

Bu, şəhər əhalisini hər xırda səbəbə görə 

avtomobil sükanı arxasında əyləşmək 

vərdişindən uzaqlaşdırıb. Beləliklə, 

nəzərə çarpmadan şəhərciyin bütün 

əhalisində velosipedlə hərəkətetmə 

vərdişi yaranıb.



Hökumət ənənəvi avtomobillərin 

istifadəsinə tədricən qadağa qoyur

Cəmi 9 ildən sonra, 2025-ci ilə 

qədər Niderland hökuməti ölkədə 

dizel və benzin yanacağı ilə işləyən 

avtomobilləri qadağan etməyi planlaş-

dırır. Bundan başqa, alternativ yanacaq 

mənbələri ilə işləyən fərdi nəqliyyat 

vasitələri vergidən azad edilib. Nəticədə 

belə avtomobillərin qiyməti 15 min avro 

ucuzlaşıb.



Məhbuslar olmadığı üçün 

həbsxanalar bağlanır

Niderlandda cinayətkarlığın səviy-

yəsinin aşağı salınması üçün əsaslı işlər 

görülür. 2009-cu ildən bəri məhbus 

çatışmazlığı səbəbindən ölkədə 19 

həbsxana bağlanıb. Son məlumata 

əsasən, ölkədə yaşayan hər 100 min 

nəfər əhaliyə cəmi 163 cinayətkar düşür 

ki, bu da Braziliyanın göstəricisindən iki 

dəfə aşağıdır.



Vəhşi heyvanlar üçün xüsusi 

körpülər quraşdırılır

Niderland hökumətinin həll etməyə 

çalışdığı ümdə məsələlərdən biri də 

vəhşi heyvanların qorunmasıdır. Onla-

rın meşələri ayıran avtomobil yollarını 

təhlükəsiz şəkildə keçməsi üçün ölkədə 

bir neçə xüsusi körpü tikilib.



“Nokia” şirkəti 



smartfon və başqa 

cihazların virusa 

yoluxması barədə 

məlumatları özündə 

əks etdirən “Threat 

Intelligence Report” adlı 

hesabatını təqdim edib. 

Hesabata əsasən, 2016-cı 

ilin ilk yarımilliyində 

virusa yoluxan mobil qurğuların sayı 96 faiz artıb.

AZƏRTAC “psm7.com” saytına istinadən xəbər verir ki, 2016-cı 

ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06 faiz 

smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. 

Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, 

pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların 

oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.

Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi 

ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20 faiz, 

stasionarda isə 11 faiz yüksəlib. Əksər hallarda “Windows” əməliyyat 

sistemi ilə işləyən fərdi kompyuter və noutbuklar, həmçinin mobil 

qurğular virusa yoluxur.



Virusa yoluxan smartfonların 

sayı 96 faiz artıb

Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?

Dünyada  nələr  olur    

Səyahətçilər üçün modul ev

I  müalicə-profilaktika  fakültəsinin  IV  kurs  tələbəsi  Allahverdiyev 

Taleh Söhrab oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.


Bağırova Saidə Eldar qızına 2001-ci  ildə Azərbaycan Tibb Universiteti 

tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün 

etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin IV kurs, 72

a

 qrup  tələbəsi Mikayıllı 



Çimnaz Eldəniz qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.


İctimai fənlər kafedrasının və 

“Təbib” qəzetinin əməkdaşları  

kafedranın dosenti Elbrus 

Sadıqova anası    



Həlimə xanımın 

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Patoloji fiziologiya  kafedrasının  

əməkdaşları  kafedranın assistenti 

Nəsibə xanım Cəfərovaya atası 

Əsgər Surxay oğlu 

Cəfərovun

 vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

I daxili xəstəliklər və 

reanimatologiya kafedrasının və 

“Təbib” qəzetinin əməkdaşları  

assistent  Cəfər Əhmədova anası 



Sənubər xanımın 

 vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

 Allah  rəh mət  elə sin!

Rus milyonçusu, 



eyni zamanda memarı 

Vasili Klyukin ilan 

formasına malik 

göydələn binasının 

müəllifidir.

Memar  Şərqdə 

ilanın 

müdrik-


lik  rəmzi  he-

sab  edildiyi  üçün 

layihənin  Asiya  ölkələrindən  birində  həyata 

keçəcəyinə ümid vardır.

Layihəyə  əsasən,  göydələndə  ticarət  və  ofis 

yerləri,  həmçinin  yaşayış  apartamentləri,  ən 

hündür nöqtəsində isə “gecə klub”u yerləşəcək.

Müxtəlif  işıqlandırma  sistemi  vasitəsilə  gün 

ərzində göydələnin simasını dəyişmək mümkün 

olacaq.


İlanabənzər göydələn

Yaponiya şirkətləri 

praktikada bu və ya 

digər proseslərin 

avtomatlaşdırılmasını 

nəzərdə tutan 

süni intellektin 

hazırlanmasına böyük 

diqqət yetirirlər.

AZƏRTAC 


“TASS” informa-

siya agentliyinə istinadən xəbər verir ki, “NEC” 

şirkətinin son texnologiyalarından biri məqsədi 

gələcəkdə müəssisələrdə kadrlar şöbəsini tam 

əvəzləyəcək əməkdaş seçimi sistemidir. Proqramın 

tətbiqi namizədlə ilkin müsahibənin insanla de-

yil, kompyuterlə aparılmasını nəzərdə tutur. Proq-

ram təminatı vasitəsilə təqdim edilən CV, eləcə də 

namizədin keçdiyi seçmə testlərin sınaqları avtomatik 

təhlil edilir. Məlumatlar əsasında kompyuter kadrlar 

şöbəsinin əməkdaşlarına işə qəbul ediləcək şəxslə 

bağlı tövsiyələr verir.

Mütəxəssislərin fikrincə, proqramın tətbiqi 

mütəxəssis kadrların saxlanılması üçün xərcləri xeyli 

azaltmağa, eləcə də ilkin seçim mərhələsində insan 

amilini aradan qaldırmağa imkan verəcək.

“Hitachi” şirkəti də süni intellekt üzərində işi davam 

etdirir. Şirkətin mühəndisləri işçiyə iş vaxtının təşkili 

ilə bağlı tövsiyələr verən fərdi cihaz hazırlayıblar. 

Cihaz əməkdaşın hansı hərəkətlər etməsini, bu və ya 

digər yerdə nə qədər vaxt keçirməsini, az və ya çox 

istirahət etməsini, həmkarlarla sıx əlaqə saxlayıb-



saxlamamasını qeydə alır.

Şirkətlərdə kadrlar şöbəsini əvəz edən 

kompyuter proqramı hazırlanıb

Şirkətlərdə kadrlar şöbəsini əvəz edən 

kompyuter proqramı hazırlanıb

Yüklə 268,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə