GiRİŞ Tarixin inkişaf mərhələləri



Yüklə 86,79 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü86,79 Kb.
#32245


GİRİŞ 

 

 

Tarixin inkişaf mərhələləri 

İnsanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini, həyatının necə və nə üçün dəyişib 

indiki şəkilə düşdüyünü öyrənən elm tarix adlanır. Tarix aşağıdakı dövrlərə bölünür: 



1.

 

Qədim dünya tarixi. İbtidai icma quruluşu və quldarlıq dövrünü (ən qədim insanların yaranmasından quldarlıq 

quruluşunun tənəzzülü və Qərbi Roma imperiyasının süqutuna qədərki dövrü) əhatə edir. 



2.

 

Orta əsrlər tarixi.  Feodalizm dövrünü (feodal münasibətlərin yaranmasından kapitalzmin yaranmasınadək olan 

dövrü) əhatə edir. 



3.

 

Yeni tarix. 1640-cı ildən 1918-ci ilədək olan dövrü (İngiltərə burjua inqilabının başlanmasından I Dünya 

müharibəsinin başa çatmasına qədərki dövrü) əhatə edir. 



4.

 

Ən yeni tarix. 1918-ci ildən indiki dövrə qədər olan mərhələni əhatə edir. 

 

 



 

 

 



Qədim dövrün öyrənilməsində mühüm rol oynayan elmlər 

Qədim dövrün öyrənilməsinə aşağıdakı elmlərin böyük rolu vardı: 

 

Arxeologiya - insanların həyatını maddi mənbələr əsasında öyrənir. 



 

Antropologiya – insanın xarici görkəmini öyrənir. 

 

Etnoqrafiya - müxtəlif xalqların həyatını öyrənir. 



 

Xronologiya - tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir. 

 

Paleoqrafiya  - qədim yazıları öyrənir. 



 

Heraldika - möhür, emblem və nişanları öyrənir. 

 

Numuzmatika - pulların tədqiqi ilə məşğul olur. 



QEYD: Arxeologiya ilə məşğul olan, qazıntı işi aparıb maddi mənbələri öyrənən alim arxeoloq,  

Antropologiya ilə məşğul olan,  insan skletinə əsasən onu öyrənən alim  isə antropoloq adlanır. 

 

Tarixi mənbələr 

Qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən tarixi mənbələr iki qrupa bölünür: 



1. Maddi mənbələr. Maddi mənbələrə maddi mədəniyyət abidələri (qədim yaşayış məskənləri, qəbir abidələri və 

arxeoloji qazıntılar zamanı əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və.s) aiddir. Bu abidələr 

qədim övrü öyrənmək üçün ən çox əhəmiyyətli tarixi mənbələrdir. 



2. Yazılı mənbələr. Yazılı mənbələrə müxtəlif dövrlərə aid heroqlif, mixi kitabələr və.s yazılı abidələr aiddir. Qədim 

insanlar ilk vaxtlar yazını daşl, sümük və gil lövhələr, papirus üzərində yazırdılar. Yazı dövlətin yaranması ilə eyni vaxtda 

meydana gəlmişdi. Ən qədim yazılar e.ə IV minilliyin ikinci yarısına aiddir.  

 

 

Tarixin inkişaf mərhələləri 

 

Ən qədim dövrlərdən III-V əsrlərədək 

 

Qədim dünya tarixi 

İbtidai icma 

Quldarlıq 

Orta əsrlər tarixi 

Feodalizm 

Kapitalizm 

III-XVII əsrlər 

Yeni və Ən yeni tarix 

XVII əsrin 40-cı illərindən  indiyədək 



Əsr, yüzillik və minillik 

Gün, ay, il, əsr zaman ölçüləridir. Tarix 1000, 100, 50, 25 illərə bölünür. 100 il = 1 əsrə, 50 il = yarım əsrə, 25 il = 1 

rübə (qərinəyə) bərabərdir. Tarixi hadisələrin xronoloji baxımdan ardıcıl düzülüşü zaman oxu və ya tarixi lent adlanır. 

Zaman oxu ilə bağlı aşağıdakılar bilmək lazımdır: 

 

Verilən hadisələrin hər ikisi eyni eraya aid olduqda bu hadisələri əks etdirən böyük rəqəmdən kiçik rəqəmi çıxmaq 



lazımdır. 

 



Verilən hadisələrin biri bizim eraya, digəri isə bizim eradan əvvələ aid olduqda həmin hadisələri əks etdirən 

rəqəmləri toplamaq lazımdır. 



 

Tarixi təqvimlər 

Qədim insanlar həyatlarında baş verdiyi əlamətdar hadisələri birinci il adlandırırdılar. Məsələn, qədim yunanlar öz 

tarixlərini ilk Olimpiya oyunlarının başlanmasından (e.ə 776-cı ildən), qədim romalılar isə  Roma şəhərinin salınmasından 

(e.ə 753-cü ildə) hesablayırdılar. Hazırda dünyada iki təqvimdən geni. istifadə olunur: 

 

Miladi təqvimi.  İsa peyğəmbərin anadan olması bizim era (b.e) və ya xristian erasının (miladi təqviminin) 



başlanğıcı hesab olunur. Birinci ildən əvvəl olan dövr isə bizim eradan əvvəl (b.e.ə) adlanır. Dünya xalqlarının 

əksəriyyətinin qəbul etdiyi miladi təqvimində il 365 gün, 6 saatdır. Hər 4 ildən bir il 1 gün uzanır. 

 

Hicri təqvimiE.ə 622-ci ildə  Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi hicri eranın başlanğıcı 



hesab olunur. Hicri tarixində zaman ölçüsü olaraq Ay ilindən istifadə edilir. Ay ilinin bir ayı 29,5 gündür. Bir ay 

ili isə 354 gündən ibarətdir. Lakin Ay ili günəş ilindən fərqli olaraq 11 gün qısadır. Hicri təqvimindən əsasən 



İslam ölkələrində istifadə olunur. İranda Günəş hicri təqvimindən istifadə olunur. Bu təqvimdə il 365 gün olur. 

Qədim Misir kahinləri günəş ili hesablamasına əsaslanan təqvim yaratmışdılar. Roma imperatoru Yuli Sezar isə bu 

təqvimi daha da təkmilləşdirmişdi. 

QEYD: Miladi təqvimindən Hicri təqviminə keçmək üçün aşağıdakı düsturdan istifadə olunur: 

Hicri = Miladi - 622 

+ (Miladi-622) : 33 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


İBTİDAİ İCMA QURULUŞU 

 

Ən qədim insan izləri 

Yer  üzərində  ən  qədim  insanların  izləri  Şərqi  Afrika    Asiya  qitəsində  aşkar  olunmuşdur.  Alimlər  Daş  dövründə 

yaşamış qədim insan skeletinin qalıqlarına əsasən onun xarici görkəminin necə olduğunu aşağıdakı kimi müəyyən etmişlər: 

 

Qolları çox uzun olub dizlərinə çatırdı. Onlar bu əllərlə sadə işlər görürdülər. 



 

Ağacların budaqlarından meyvə yığırdılar. 

 

Torpağı ucu iti sivri daşla, ucu şiş ağacla qazaraq meyvə kökü və s. toplayırdılar.  



 

İlk zamanlar sürü halında («ulu icma») yaşayırdılar. 

 

Sərbəst danışa bilmirdilər. Lakin qırıq-qırıq səslərlə ünsiyyət yaradırdılar. 



 

Təhlükə zamanı qorxu bildirən səslər çıxararaq, bir-birlərini xəbərdar edir və ya köməyə çağırırdılar.  

Ən qədim insanların ilk əmək alətləri dəyənək, itiuclu ağac və sivri daşlar, ilk məşğuliyyəti isə yığıcılıq və ovçuluq 

olmuşdur. Zaman keçdikcə  insanlar  daşdan və  sümükdən əmək alətləri  hazırlamışlar. Əmək aləti düzəltmək üçün  hər cür 

daşdan istifadə olunmurdu. Daha çox vulkanik şüşə (dəvəgözü), çaxmaqdaşı və əhəngdaşını seçirdilər. Çünki bu növ daşlar 

zərbə nəticəsində asan parçalanır, iti yanları olan qəlpələr əmələ gəlirdi

 

    



 İlk əmək alətləri 

 

 



 

Odun əldə edilməsi 

Hələ insanlar odla Qədim Daş dövründən — Alt Paleolitdən tanış idilər. İbtidai insanlar ilk zamanlar təbiətdə şimşək 

çaxması,  meşə  yanğınları,  vulkan  püskürməsi  zamanı  gördülər  ki,  bu  hadisələr  nəticəsində  yaranan  od  onları  soyuqdan, 

yırtıcı  heyvanlardan  qoruyur.  İnsanlar  da  əsasən  bu  hadisələrdən  istifadə  edərək  ocaq  qalayır,  onun  ətrafına  yığılırdılar. 

İnsanlar  artıq  odun  faydasını  bildikləri  üçün  onu  sönməyə  qoymurdular.  Orta  Paleolit dövründə  insanlar  (neandertallar) 

tədricən  çaxmaqdaşını  bir-birinə  vurmaqla  və  ya  quru  ağac  parçalarını  bir-birinə  sürtməklə  süni  yolla  od  əldə  etməyi 

bacarırdılar.  

 

           Qədim insanların təsərrüfat həyatı

 

«Ağıllı  insan»lar  («Homo  sapiens»lər)  yeni  əmək  vərdişləri  qazanır,  əmək  alətlərini  təkmilləşdirirdilər.  Üst 

Paleolitdə qəbilə icması formalaşdı. Qəbilə qan qohumluğu əsasında yaranır, anaxaqanlığı (matriarxat) formalaşırdı.  Orta 



Daş dövründə (Mezolit) ovçuluqda olan yenilik — ox və kamanın ixtirası insanların ətə olan ehtiyacını təmin etdi. Onlar iri 

heyvanları ovlayır, balalarını isə tutub xüsusi düzəldilmiş küzdə* saxlayır, əhliləşdirirdilər. Beləliklə, ovçuluqdan maldarlıq 

yaranmağa  başladı. Toxumun  yerə  düşüb  cücərdiyini  görən  qadınlar  sonralar  özləri  onu  yumşaltdıqları  torpaq  sahələrinə 

səpir  və  yenidən  məhsul  alırdılar.   Əvvəllər  taxıl  əllə  toplanırdı.  Sonralar  sünbülü  biçmək  üçün  yeni  əmək  aləti  —  oraq 

yarandı. Oraq sümükdən hazırlanırdı. 

Yeni  Daş  dövründə  qədim  insanlar  toxa  əkinçiliyi  ilə  su  mənbəyinə  yaxın  olan  münbit  torpaqlı  sahələrdə  məşğul 

olurdular. Ən qədim əkinçilərin ilk məskənləri daha əlverişli şəraitə malik olan Ön Asiya ərazisində olmuşdur. Burada arpa 



və buğda əkilirdi. Qida ehtiyatı, taxıl, ət, süd və s. məhsulları saxlamaq üçün onların qablara ehtiyacı var idi. İnsanlar gilin 

odda bişərək bərkidiyini görüb, ondan keyfiyyətli gil qablar istehsal etməyə başlamışlar. Dulusçuluqdan* başqa, dəri işləmə 

də ibtidai insanların mühüm peşəsi olmuşdur. Beləliklə, tədricən qəbilə icmalarında sənətkarlığın müxtəlif sahələri meydana 

gəlir və formalaşırdı.  

QEYD;  İlk  metal  əldə  olunanadək  ən  qədim  insanlar  Daş  dövrünün  Qədim,  Orta  və  Yeni  Daş  dövrü  mərhələlərini 

yaşamışlar. Daş dövrünü Eneolit (Mis-daş), Tunc və Dəmir dövrləri əvəz etmişdir. 

 

Metalın kəşf olunması. Xış əkinçiliyi. 

Eneolit dövründə insan metalı (misi) kəşf etdi. Mis nisbətən yumşaq metal olduğu üçün  ondan hazırlanan alətlərdən 

hər  yerdə  istifadə  etmək  olmurdu.  Sonralar  misə  başqa  qarışıqlar  qatmaqla  tunc  alındı.  Tuncdan  hazırlanan  alətlər  daha 

möhkəm olurdu. İbtidai insan metaldan yalnız əmək alətləri deyil, müxtəlif məişət avadanlığı və bəzək əşyaları da hazırlaya 

bilirdi.  Tunc dövründə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu. Xış ilə daha geniş torpaq sahələri şumlanır, daha çox 

məhsul yetişdirilirdi. Xış ağacdan hazırlanırdı.  

Metal emalı və xış əkinçiliyinin yaranması nəticəsində: 

İti uclu ağac 

Dəyənək 

Sivri daş 



 

İnsanların əməyini daha məhsuldar oldu.  Bu ağır işlərlə kişilər məşğul olurdular. Ona görə də kişilərin nüfuzu 



artırdı. Nəticədə anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olundu. 

 



Əkin  sahələri  genişləndi,  mal-qaranın  sayı  artdı.  Tədricən  əkinçi  və  maldar  tayfalar  formalaşırdı.  Onlar  öz 

məhsullarını bir-biri ilə mübadilə (dəyişmək) edirdilər.  

Erkən Tunc dövründə  birinci ictimai əmək bölgüsünün nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövründə isə 

ikinci  ictimai  əmək  bölgüsü  nəticəsində  sənətkarlıq  başqa  istehsal  sahələrindən  (maldarlıq  və  əkinçilikdən)  ayrılaraq 

müstəqil sahəyə çevrildi. 

Tunc dövründə varlılar — əyanlar, əsilzadələr və kasıblar — icmaçı kəndlilər və qullar meydana gəldi. Əmək alətlərinin 

təkmilləşməsi ilə torpaq və mal-qara ayrı-ayrı ailələr arasında bölündü. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. 

İcmanın üzvləri icmaçı kəndlilər adlanırdı.  Gil qabların hazırlanmasında dulus çarxından istifadə edilirdi. Sadə qablarla 

yanaşı, naxışlı və boyalı qablar da hazırlanırdı. Müxtəlif parçalar toxumaq üçün sadə toxuculuq alətindən istifadə 

edilirdi.  Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfaları arasında iqtisadi-mədəni 

əlaqələrin yaranmasına təkan verdi. 

 

   Qəbilə icması   

 

 

                  Qonşuluq icması 

 

 



 

İbtidai icma cəmiyyətində mühüm kəşflər 

 

 

 



Din 

İbtidai  insanların  təsərrüfat  həyatı  ilə  bağlı  dini  görüşləri  formalaşırdı.  Ovçular  uğurlu  ov  üçün,  əkinçilər  günəşin 

çıxması,  yağış  yağması  üçün  fövqəltəbii  qüvvələrə  dua  edirdilər.  İnsanlar  fövqəltəbii  qüvvələrin  bütlərini  düzəldir  və  bu 

bütlərə sitayiş edirdilər. 

Qədim dövrdə qəbir abidələri də müxtəlif idi: 



 

İçərisi çıxarılıb mumiyalanaraq*, olduğu kimi və yandırılaraq külü qəbrə qoyulurdu.  



 

Tayfa başçıları və varlı adamların qəbri üzərində kurqanlar* qurulurdu. 



 

Ölülər daş qutu* və torpaq, küp və katakomba* qəbirlərdə dəfn edilirdi.   



 

Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr tikilir, qayalar çapılaraq sərdabələr* 

hazırlanırdı. 



 

Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması. 

İri  yaşayış  məskənində  yerləşən  bir  neçə  qohum  qəbilə  tayfa  yaradırdı.  Onların  adət-ənənəsi  eyni  idi.  Bir  dildə 

danışırdılar.  Tayfanı  ağsaqqallar  idarə  edirdilər. Tunc  dövründə  tayfa  ağsaqqalları  müxtəlif  yollarla  tədricən  varlanmağa 

başladılar. Onlar geniş məhsuldar torpaqlar ələ keçirirdilər. Yaşayış yerlərinin ətrafını möhkəm qala divarları ilə hasarlayır və 

keşikçi dəstələri yaradırdılar.  

Tayfa başçıları, ağsaqqallar, hərbi rəhbərlər  və  kahinlər* varlandıqca, Tunc dövrünün sonu  — İlk Dəmir dövründə 

cəmiyyətdə  sosial bərabərsizlik  yarandı. Varlılar  — əyanlar, kasıblar  —  icmaçı kəndlilər, qullar  meydana gəldi. Beləliklə, 

ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar 

ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri çıxarırdılar.  

 

 

 

Dulusçuluq 

Ox və Kaman 

Toxa və xış 

Metal emalı

 



 

İbtidai icma quruluşunun süqutunu sürətləndirən amillər 

 

 



 

Dövlətin əlamətləri 

Yeni yaranan dövlətin özünəməxsus xüsusiyyətləri var idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi: 

 

Dövləti padşah adlanan hökmdar idarə edirdi. 



 

Müəyyən tarixi ərazidə formalaşırdı. 



 

Hər bir dövlət paytaxt şəhərə malik idi. 



 

Hər bir dövlət güclü orduya malik idi. 



 

Hər bir dövlət xəzinəyə malik idi. 



 

 

 

Dövlətin əlamətləri 

 

 



 

           

Yazı 

Dövlət yarandığı dövrdə yazı meydana gəldi. Dövlətə təsərrüfat və ticarət işləri ilə bağlı yazılı sənəd lazım idi. Bu işlə 

məşğul  olan  adamlar  haqq-hesab  aparırdılar.  Dövlətin  ərazisində  yaşayan  kəndliləri  siyahıya  alırdılar.  Hər  bir  kəndlinin 

torpağı, mal-qarası, meyvə ağacı və ya borcu qeydə alınırdı. Yazını papirus, qamışdan hazırlanan lövhələr, gil lövhələr, daş, 

dəri və s. materiallar üzərində yazırdılar. 

 

İbtidai icma quruluşunun dövrləri 

 

4. 


Dəmir Dövrü 

E.ə. II minilliyin sonu — I minillik 

3. 

Tunc dövrü 



E.ə. IV minilliyin 2-ci yarısı — II minilliyin sonları 

2. 


Eneolit dövrü  

(Mis-daş dövrü) 

E.ə. VI—IV minilliyin 2-ci yarısı. Daş dövründən metal əsrinə keçid 

1  


 

Daş dövrü 

İlk insan tipinin yaranmasından e.ə. VI minilliyədək 

a) 


Neolit  

(Yeni Daş dövrü) 

E.ə. VII—VI minilliklər 

b) 


Mezolit  

(Orta Daş dövrü) 

E.ə. XII—VIII minilliklər 

c) 


Paleolit  

(Qədim Daş dövrü)  



Üst Paleolit  

Orta Paleolit  

Alt Paleolit 

İlk insan tipinin yaranmasından e.ə. XII minilliyə qədər davam etmişdir. 

 

 

 



 

 

 



 

 

 



Hakimiyyətin nüfuzlu şəxslərin 

əlində cəmləşməsi 

Cəmiyyətdə sosial  

bərabərsizliyin yaranması 

İri tayfa ittifaqlarının 

yaranması 

Xəzinə 

Paytaxt 


Bayraq 

Hökmdar 


Ordu 


TERMİNLƏR 

 

 Daş qutu  

 

dörd tərəfi və üzəri sal daşlardan ibarət olan qəbir . 



Dulusçuluq 

 

 gil qabların düzəldilməsi sənəti. 



Küz 

 

 



heyvanların saxlanması üçün ağac çubuqlarından, qamışdan hörülərək düzəldilən yer),

 

Kahin    

 

dini mərasimləri icra edən şəxs. 



Kurqan  

 

torpaq təpə. 



Katakomba  

quyu qazılır, onun divarında qəbir oyuqlarına ölülər və əşyalar qoyulur, oyuğun ağzı çay 

daşları ilə hörülürdü. 

Mumiya  

 

xüsusi maddə vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi. 



Sərdabə  

 

 qəbir abidəsi.



 

 

 



SUAL VƏ TAPŞIRIQLAR 

 



 

Zaman ölçüləri hansılardır? 

 



Vaxtı nəyin əsasında hesablayırdılar? 

 



Bir əsr, qərinə və rüb neçə ildir? 

 



Bir minillik neçə əsrdir? 

 



Romalılar vaxtı necə hesablayırdılar? 

 



Qədim  Misir  kahinləri  təqvim  yaradarkən  nəyə 

əsaslanırdılar? 

 



Hicri təqvimində zaman ölçüsü nədir? 

 



Hicri təqviminin başlanması nə vaxtdan götürülür? 

 



Hicrət nədir? 

 



Ay və Miladi təqvimdə il neçə gündən ibarətdir? 

 



Tarix elmi nəyə deyilir? 

 



İbtidai icma cəmiyyətinin hansı mərhələlərə bölünür? 

 



Daş dövrü təqribən neçə min il davam etmişdir? 

 



Daş dövrünün hansı mərhələləri vardır? 

 



Ən qədim insanların izlərinə harada təsadüf olunub? 

 



İnsan heyvanlar aləmindən necə ayrıldı? 

 



Hansı 

amillər 

ibtidai 

insanları 

bir-birilərinə 

bağlayırdı? 

 



Odun  qorunub  saxlanılması  ilə  kimlər  məşğul 

olurdular? 

 



İnsanlar odu nə vaxt əldə etdilər? 

 



Qədim insanların ilk əmək alətləri hansılar idi? 

 



Qədim insanlar nə vaxt müasir insana çevrildilər? 

 



İbtidai insan sürüləri nə vaxt daimi dəstələrə(qəbilələrə) 

çevrildilər? 

 



Qədim insanların ilk yaşayış yeri hara hesab olunur? 

 



Yer üzündə buzlaşma nə vaxt istiləşmə ilə əvəz olundu? 

 



Ox və kamanın kəşfinin nəticəsi nə oldu? 

 



Qədim insanın ilk məşğuliyyəti nə idi? 

 



İlkin maldarlıq və əkinçilik necə formalaşdı?  

 



Toxa əkinçiliyi nəyə deyilir? 

 



Toxa əkinçiliyinin yığıcılıqdan fərqi nə idi? 

 



Ən qədim əkinçilik məskənləri haradan tapılmışdır? 

 



Qədim insanların əhliləşdirdiyi ilk heyvan hansıdır? 

 



Birinci ictimai əmək bölgüsü nədir?  

 



Sənətkarlığın hansı sahələri inkişaf etmişdi? 

 



 Dulusçuluqda hansı uğurlar qazanıldı?  

 



Metaldan  istifadə  olunması  cəmiyyətdə  nə  kimi 

dəyişiklik yaratdı?  

 



İstehsal  təsərrüfatına  nələr  daxildir?  Maldarlıq  və 

əkinçilik. 

 



Tayfa nəyə deyilir? 

 



İnsanlar tərəfindən əldə edilən ilk metal hansıdır?  

 



İbtidai icma dövrünün ən mühüm nailiyyəti hansılardır? 

 



Qonşuluq icması necə yarandı?  

 



Qonşuluq icmasının başlıca xüsusiyyətləri nələrdir? 

 



İbtidai icma quruluşunun sonuncu mərhələsi hansıdır? 

 



Tayfa  başçılarının  döyüşçü  dəstələr  saxlamaqda 

məqsədi nə idi?  

 



İbtidai  icma  quruluşunun  dağılmasından  dövlətin 

yaranmasınadək 

bəşəriyyətin 

keçdiyi 

mərhələlər 

hansıladır? 

 



Dövlətin əsas əlamətləri hansılardır? 

 



Yazı nə vaxt meydana gəldi?  

 



Yazı nə üzərində yazılırdı? 

 



Qədim 

dövlətlərin  ərazisində  yaşayan  əhalinin 

əksəriyyəti kimlərdən ibarət idi? 

 



Qul əməyindən hansı sahələrdə istifadə olunurdu? 

 



Toplanmış  var-dövlətin,  sərvətin  daha  çox  hissəsi 

kimlərə çatırdı? 

 



İbtidai  insanlar  arasında  dini  görüşlər  necə 

formalaşdı? 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 86,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə