Giriş (Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası)


Gir. Riy. - 3 adekvatlığını təyin etmək; mümkün alternativlərin müzakirə və müqayisəsi Problemlərin  həlli



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19548
1   2   3   4   5   6   7   8   9   ...   31

Riyaziyyat

2009

Gir. Riy. - 3

adekvatlığını təyin etmək; mümkün alternativlərin müzakirə və müqayisəsi

Problemlərin  həlli

məsələnin məzmununu dərk etmək, məsələnin göstəriciləri və axtarılan kəmiyyətlərini 

anlamaq - ayırmaq



  poblemin  müəyyən  edilməsi  və  formalaşdırılması,  eləcə  də  qeyri-standart  vəziyyətdə 

(məs. nə zaman ki, problemin həlli üçün lazımi riyazi prosedur bir məna ilə müəyyən 



edilməyibdir)

kompleks (çətin) problemi pillələrə, sadə məsələlərə ayırmaq və mərhələlərlə, eləcə də 

standart yanaşma və prosedurlardan istifadə etməklə həll etmək



problemin həlli üçün lazımi strategiya və resursları seçmək, onlardan  istifadə etmək və 

effektivlik monitorinqi



 məlum olan faktlar və strategiyaları seçmək və onları çox çətin problemlərin həlli üçün 

bir-biri ilə əlaqələndirmək



konteksti nəzərə almaqla alınan nəticəni tənqidi qiymətləndirmək və son hadisələri təhlil 

etmək



problemin həlli zamanı adekvat  köməkçi texniki vasitələr və texnologiyaları seçmək və 

onlardan istifadə etmək 



Münasibət

qrup  işini  yerinə  yetirərkən  əməkdaşlıq  etmək;  müəllim  və  yoldaşları  ilə  münasibətdə 

nəzakətli olmaq



işin təşkili və planlaşdırılma üsulları və metodlarına sahib olmaq

başqa-başqa fənlərdə, biznesdə, incəsənətdə və insan fəaliyyətinin müxtəlif sahələrində 



riyaziyyatın yeri və əhəmiyyətini qiymətləndirmək

informasiya texnologiyalarından istifadə etdikdə etika/sosial xarakerli problemlərı anlamaq 

və etika normalarına riayət etmək.



Milli Tədris Planında riyaziyyatın strukturu

Sadalanan vərdiş-bacarıqların formalaşması və inkişafı yalnız müvafiq məzmunun (anlayışların, 

qanunların və prosedurların) istifadəsi ilə mümkündür.

Milli Tədris Planında şərti olaraq riyaziyyat dörd əsas istiqamətə bölünür: ədədlər və əməllər; 



həndəsə və məkan anlayışı;  göstəricilərin analizi, statistika və ehtimal; qanunauyğunluq və 

cəbr.

Bu istiqamətlər şagirdin ümumtəhsil məktəbində təhsil aldığı müddətdə sahib olacağı bilik və 

vərdiş-bacarıqlarla sıx əlaqədədir. Tədris planının istiqamətlərə əsasən bölünməsi kursun analoji 

bölümü demək deyil, o, yalnız tədris materialının spektrini göstərir və təhsilin bu və ya digər 

pilləsində diqqəti nəyə yönəltməyə təlimat vermək imkanını verir.



Riyaziyyat

2009

Gir. Riy. - 4



Ədədlər və əməllər: 

1. 

ədədlər, onların istifadəsi və ədədin ifadə vasitələri

ədədlər üzərində əməllər və ədədi uyğunluq



 ədədlərin qiymətləndirilməsi və yaxınlaşdırılması

kəmiyyət, ölçü vahidləri və digər ədədi istifadələr





Həndəsə və məkan anlayışı:

2. 

həndəsi obyektlər: onların xassələri, qarşılıqlı münasibətləri və quruluşu

ölçü və ölçmək vahidləri



çevrilmələr və fiqurların simmetriyası

koordinatlar və onların həndəsədə istifadəsi





Göstəricilərin analizi, ehtimal və statistika:

3. 

göstəricilərin mənbələri və göstəricilərin əldə edilmə vasitələri

göstəricilərin qaydaya salınma üsulları və göstəricilərin təsviredilmə vasitələri



göstəricilərin cəmləşdirici ədədi xarakterləri

ehtimal modelləri



seçim metodu və seçimin ədədi xarakterləri



Qanunauyğunluqlar və cəbr: 

4. 

 kəmiyyətlər, ifadələr, funksiyalar və onlardan istifadə

diskret riyaziyyatın elementləri və onlardan istifadə



alqoritmlər və silsilə

cəbri əməllər və onlardan istifadə





Tədris pillələrinə əsasən istiqamətlərin məqsədləri

Ümumtəhsil məktəbində tədris kursu üç pilləyə bölünür: ibtidai məktəb (I – VI siniflər), baza 

məktəbi (VII –IX siniflər) və orta məktəb (X- XII siniflər). Riyaziyyatın tədris kursunun quruluş 

prinsipi bu bölgünü nəzərə almalıdır və hər pillədə riyaziyyatın tədrisinin aydın formalaşdırılmış 

məqsədləri olmalıdır.

Ədədlər və əməllər

Bu istiqamətinin əsas məqsədləridir - “ədəd duyğusu”-nun inkişafı, hesablama prinsiplərinin 

mənimsənilməsi,  riyazi  əməllər  və  onların  xassələrinin  öyrənilməsi,  hesablama  üsullarının 

mənimsənilməsi və nəticələrin qiymətləndirilməsi; qeydlərin müsbət sistemlərinin öyrənilməsi, 

onların qarşılıqlı müqayisəsi və riyazi əməllərin yerinə yetirlmə və praktiki məsələlərin həll 

edilməsində onların istifadə edilməsi; ədəd sistemlərinin öyrənilməsi.



İbtidai pillə. Bu pillədə ədədlərlə əlaqədar problemlərin həlli zamanı riyazi əməllər və onlardan 


Riyaziyyat

2009

Gir. Riy. - 5

adekvat şəkildə istifadə edilmə bacarıqları formalaşdırılmalıdır; riyazi əməllərin xassələri və 

onlar arasında əlaqələr göstərilməli; riyazi əməllərin nəticə və ədədi təsvirlərinin əhəmiyyətinin 

qiymətləndirmə bacarığı inkişaf  etdirilməlidir.

Bundan əlavə, şagirdlər arasında onluq müsbət sistem mükəmməl anlanılmalı və çoxişarəli 

ədədlər üzərində əməlləri yerinə yetirərkən ondan istifadə etmək qabilliyyəti təkmilləşdirilməli; 

kəsrin müxtəlif aspektləri (tam ədəd, birlik hissəsi, ədədi ox üzərində mövqeyi və bölünmə 

nəticəsi) dərk edilməlidir.

Baza pilləsi. Bu pillədə şagird tam ədədlər, kəsrlər, onluq kəsrlər və faizlər haqqında bilyini 

dərinləşdirməlidir ki, pillənin sonunda kəsrlərin ekvivalentliyini, onluq kəsri,  proporsiya və 

faizləri məsələlərin həllində və real vəziyyətdə istifadə edə bilsin. Ədəd anlayışının dərk edilməsi 

rasional ədədlərə qədər genişlənməlidir. O, ədədi ox üzərində rasional ədədin təqribi mövqeyini 

göstərə bilməli və irrasional ədədlər haqqında ilkin təsəvvürləri yarada bilməlidir.

Orta pillə. Ədədlər üzərində əməllərin yerinə yetirilmə bacarığı və onların xassələrəni bilmək/

istifadə etmək cəbri strukturkların və qanunauyğunluqların daha yaxşı anlanılması üçün əsas 

olmalıdır. Bu pillədə şagird həm ədədi sistemi, eləcə də riyazi əməl anlayışını genişləndirməyi 

bacarmalıdır, məs., vektorlar və matrisalar haqqında. Bundan əlavə, tam ədədlər sistemini daha 

dərindən öyrənmək üçün ədədlər nəzəriyyəsinin elementlərindən istifadə etməlidir.

Qanunauyğunluq və cəbr

Bu istiqamətin əsas məqsədi şagirddə qanunauyğunluğu, cəbri yanaşmaları və funksional asılılığı 

təyin etmək bacarığını formalaşdırmaq; eləcə də, onların vasitəsilə hadisələri modelləşdirmək və 

problemi həll etmək bacarığıdır.



İbtidai məktəb. Bu pillənin istiqamətinin məqsədi sadə qanunauyğunluq və kəmiyyətlər 

arasında münasibətləri təyin etmək vərdişinin inkişaf etdirlməsi, riyazi əməllərin xassələri və 

hərfi qeydlərdən istifadə etməklə öyrənilməsidir. 

Baza məktəbi. Bu pillənin məqsədi çoxluqlar arasında münasibətlərlə əlaqədar anlayışlar və 

prosedurların öyrənilməsi, eləcə də onların təsvirinin müxtəlif üsullarını bir-biri ilə əlaqələndirmək 

və müqayisə etmək bacarığının inkişafı; problemlərin həlli zamanı hərfi ifadələrin istifadəsi, eləcə 

də tənliklərin tərtib edilməsi və həll edilməsi bacarığının inkişafı; çoxluq anlayışları və onlar 

üzərində əməllər haqqında ilkin təsəvvürlərin yaradılmasıdır..

Orta  məktəb.  Bu  pillənin  məqsədi  funksiyalar  qruplarının,  onların  müqayisə  və  təhlili 

metodlarının öyrənilməsi; müxtəlif kontekstdə mövcud olan münasibətlərin təsviri zamanı iterativ 

və silislə formalarının istifadəsi bacarığının inkişafı; strukturu təsvir etdikdə  və öyrəndikdə diskret 

riyazi aparatın istifadəsi bacarığının inkişaf etdirilməsidir. 



 

Həndəsə və məkan anlayışı

Bu istiqamətin əsas məqsədi həndəsi obyektlər və onların xassələrinin, ölçülərinin, həndəsi 

çevrilmələrin və həndəsədə cəbr metodlarının istifadəsinin öyrənilməsidir.  

İbtidai məktəb. Bu pillənin məqsədi həndəsi obyektlərin qarşılıqlı vəziyyətlərinin təsviri və 

nümayiş etdirilməsi, həndəsi obyektlərin komponentlərinin təyin edilməsi və onların qarşılıqlı 

yanaşmalarının təsviri, atributlara əsasən fiqurların qruplaşdırılması, şifahi təsvirə əsasən fiqurun 

təyin edilməsi  və onun modelinin yaradılması bacarığının inkişaf etdirilməsidir.



Baza məktəbi. Bu pillənin məqsədi  həndəsi obyektlərin öyrənilməsi, həndəsi obyektlər 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə