Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

FƏRD VƏ CƏMİYYƏT
37
6.
Şagirdlər “vicdan” sözünü tapana və bu sözün bütün aforizmlərdə nöqtə -
lərin yerinə uyğun gəldiyi yoxlanılana qədər proses davam edir.  (Şagirdlər
bu sö zü tez də tapa bilərlər, lakin yaxşı olar ki, verilmiş aforizmlərin hamısı
nü mayiş olunsun.)
Oxu mərhələsi bitənə qədər aforizmlər yazılmış vərəqlər lövhədə qalır. 
Oxu
(St. 2.2.1) 
Proqnozlaşdırma. Müəllim lövhəyə əvvəlcədən hazırlanmış
aşa ğı dakı cədvəli asır.
Şagirdlərə tapşırılır ki, mətn işarələnmiş yerlərə qədər oxunacaq, sonra
verilmiş cədvəl doldurulacaqdır. Mütləq qeyd etmək lazımdır ki, şagirdlər işa -
rə lənmiş hissədən qabağa keçməsinlər.
Müəllimin nəzərinə!
Mətni belə bölmək təklif olunur:
I hissə – ...Tez söhbəti dəyişdi... cümləsinə qədər.
II hissə – ...Bütün bu söhbəti xatırladıqca utanırdı... cümləsinə qədər.
III hissə – mətnin sonuna qədər.
Ümumi müzakirə üçün təqdim olunan suallar:
1. Ata nə üçün narahat oldu?
2. Oğlunun dediyi hansı sözlər onun vicdanını “dilə gətirdi”?
3. Mətnin ideyası nədir?
Şagirdlər hər bir hissəni oxuduqdan sonra cədvəlin müvafiq hissəsində
qeydlər aparılır. 
1-ci qrafada təxminlər, 2-ci qrafaya səbəblər qeyd olunur. Mətnin birinci
hissəsi oxunub tamamlandıqdan sonra üçüncü qrafaya qeydlər edilir.
Sonra təxminlər müqayisə olunur, hansının düzgün, hansının səhv
olduğu müəyyənləşdirilir. Təxminləri təsdiq və ya təkzib edən hissələr
mətndən seçilir və oxunur.
Sizcə, nə baş
verəcək?
üçün belə
düşünürsünüz?
Әslində, nə baş
verdi?
Başlığı oxuduqdan
sonra
İlk hissəni oxu duq -
dan sonra
İkinci hissəni oxu -
duqdan sonra
Bütün hekayəni
oxu duqdan sonra
Özünü ləyaqətlə aparan adam ... əzabı çəkməz. (Әl-İsfahani)
  Çap üçün deyil


I BÖLMƏ 
38
Beləliklə, şagirdlər söylədiklərini mətndən gətirdikləri nümunələrlə əsas -
lan dırmalıdırlar.
Hekayənin ideyası müəyyən olunduqdan sonra lövhədəki aforizmlər -
dən bu ideyaya uyğun olanları seçilir.
Yazı
Fəndaxili inteqrasiya 
(St. 2.1.1 və st. 3.1.3)
3-5-ci tapşırıqlar yerinə ye-
tirilir. “Sükanı belə saxla” məsəlinin etimologiyası açıqlanır (“Әhməd hara -
dadır?” filmində vaxtilə gəmi bosmanı olmuş yataqxana komendantının
işlətdiyi ifadə).
Şagirdlərə “nisyə dəftəri” ifadəsini işlətməklə nəqli xarakterli mətn yazmaq
(cəld yazı) tapşırılır. Cəld yazı üçün verilən müddət ən çoxu 10 dəqiqə ol ma lıdır.
Bu yazı formasının əsas məqsədi şagirdlərdə qısa müddətdə fikirlərini düz -
gün, aydın və səlis ifadə etmək bacarığını inkişaf etdirməkdir. Bu zaman mət nin
düzgün tərtibinə və fikrin daha düzgün və dolğun ifadəsinə fikir vermək lazımdır. 
Təqdimatlar zamanı mətnlərin nəqli xarakterli yazının tələblərinə nə də rə -
cədə cavab verməsi, mətnin hissələrinin düzgün əlaqələndirilməsi yoxlanılır. 
Dinləmə
(St. 1.1.2) 
Müəllim aşağıdakı mətni oxuyur:
YAXŞILIQ
Yaxşı yadımdadır. Həyətimizdə balaca bir dükan var idi. Dükanın
sahibi Nadir kişi çox əliaçıq və üzüyumşaq adam idi. Dükana gələn
heç kəsi naümid qaytarmazdı. “Nisyə dəftəri”ndə yer qalmamışdı. Ona
görə alveri yaxşı getsə də, gəliri az idi. 
Bir gün Nadir kişi ağır xəstələndi. Əməliyyat olunmalı idi. Əməliy -
yata böyük məbləğdə pul lazım idi. Amma evdə o qədər pul yox idi.
Arvadı narazı-narazı danışmağa başladı: “Dükan sahibinin evin də də
pul olmazmı?! Hamısı ondandır ki, “nisyə dəftəri”nə işləyir sən. De,
hamısı borclarını qaytarsın”.
Nadir kişi bir söz demədi. Arva dı nın dedik lə rində həqiqət var idi.
Amma o bilirdi ki, heç kimə heç bir söz deyə bilməyəcək. Pulu olan
nisyə mal götürərmi?
Nadir kişinin əməliyyat olunmasına böyük məbləğdə pulun lazım
olması xəbəri ildırım sürəti ilə məhəlləyə yayıldı. Qonşular bir yerə
yığıldılar. Hamı bir-birinin üzünə baxırdı. Belə vəziyyətdə həmişə ha -
mıya kömək edən, əl tutan insanı tək buraxmaq olmazdı. Belə qəra ra
gəldilər ki, “nisyə dəftəri”ndə adı olan da, olmayan da  “borcumu qay -
tarıram” adı ilə Nadir kişiyə yardım etsin.   
Beləliklə, az müddətdə əməliyyata lazım olan məbləğ toplandı. 
Sağalıb ayağa qalxan Nadir kişi “nisyə dəftəri”nə baxanda qon -
  Çap üçün deyil


FƏRD VƏ CƏMİYYƏT
39
şuların hərəkətini başa düşdü. Əməliyyat üçün verilən məbləğ dəftərdə
olan məbləğdən iki dəfə çox idi. Bunu öyrənən Nadir kişinin sevincdən
gözləri yaşardı.
Şagirdlər bu mətnin baş qəhrəmanını “Sənin kimi olacağam...” mətnindəki
həkim ata obrazı ilə müqayisə edir, epizodları ümumiləşdirməklə mətnin
ideya sını müəyyənləşdirirlər. 
Dil qaydaları
(St. 4.1.4) 
6-cı tapşırıq motivasiya xarakteri daşıyır. Mətndə iki söz göy
hərflərlə verilmişdir: “ömrüm”, “oğlunun”.  Müəllim şagirdlərə tapşırır ki, bu
sözlərin kö kü nü müəyyənləşdirsinlər. Әslində, sözün kökü “oğul” və “ömür”dür.
Saitlə baş layan mənsubiyyət şəkilçisı qəbul etdiyinə görə sözün kökündə də -
yişiklik baş vermişdir, sözün sonuncu saiti düşmüşdür. 
Şagirdlərə həmin sözlərə samitlə başlanan şəkilçi artırmaq tapşırılır. Bu
halda sözün kökündə heç bir dəyişiklik baş vermir. Buradan çıxış edərək yeni
qrammatik qayda üzərində iş aparılır. 
Növbəti tapşırıqlar praktik xarakter daşıyır. 7-8-ci tapşırıqlarda şagird yeni
öyrəndiyi dil qaydasını tətbiq edir. 
9-cu tapşırıq üzərində işləyərkən şagirdlər bu vaxta qədər keçdikləri bir
sıra dil qaydalarını tətbiq edərək mətn üzərində redaktə işləri aparırlar.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə