Girish son Layout 1


GİRİŞ Dərslik komplektinin hazırlanması prinsipləri



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57

GİRİŞ
Dərslik komplektinin hazırlanması prinsipləri
Təqdim edilən dərslik komplekti iki kitabdan ibarətdir: dərslik və müəllim üçün
metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6 bölmədə
keçirilməsi nəzərdə tutulur.
VI sinifdə Azərbaycan dili fənninin tədrisi üçün həftədə 4 saat olmaqla 32 həftə
(128 saat) nəzərdə tutulmuşdur. Kiçik summativ qiymətləndirmə (KSQ) 4 həftədən
tez, 6 həftədən gec olmayaraq keçirilir və özündə həmin mərhələdə reallaşdırılmış
standartları ehtiva edir. Böyük summativ qiymətləndirmə (BSQ) hər yarımilin so-
nunda aparılır. MMV-də KSQ-nin keçirilməsi üçün materiallar təqdim edilmişdir. 
“Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə
Təlimat”a əsasən:
“6.6. Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir his sə -
sində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyən ləşdirilir.
6.7. Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı
ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur”.
Verilmiş təlimata uyğun olaraq hər bölmə üçün ayrılmış saatlarda KSQ və BSQ
də nəzərdə tutulmuşdur. 
Təqdim olunan mətnlər (oxu və dinləmə materialları), həmçinin danışma və yazı
fəaliyyəti həmin bölmənin mövzusu ilə bağlıdır. Dil qaydaları üzrə materiallar böl mə -
lər üzrə aşağıdakı kimi paylaşdırılmışdır:
I bölmə – isim, sifət
II bölmə – say
III bölmə – əvəzlik
IV bölmə – feil
V bölmə – zərf
VI bölmə – cümlənin baş üzvləri
Bölmə
Mövzu
Saat
sayı
Həftə 
sayı

FӘRD VӘ CӘMİYYӘT
25
6
II 
İXTİRALAR VӘ KӘŞFLӘR
25
6
III 
DӘYӘRLӘRİMİZ
22
4,75
IV 
İNCӘSӘNӘT 
23
5,25

HİKMӘT XӘZİNӘSİ
19
4,75
VI 
QӘDİM DÜNYA
22
5,25
Cəmi
136
32
Ümumi illik planlaşdırma
4
GİRİŞ
  Çap üçün deyil


Hər dərs bir neçə məzmun xətti üzrə fəaliyyəti (dinləyib-anlama, danışma, oxu,
yazı, dil qaydaları) özündə əks etdirir. Dərslərə 2 və ya 3 saat vaxt ayrılmışdır.
Fəaliyyətin saatlar üzrə bölgüsü müəllimin öhdəsinə buraxılır.  
Mətnlə iş. Müasir yanaşmada nitq bacarıqlarının formalaşdırılması və inkişafı
mətn üzərində iş əsasında qurulur. Ona görə də hər dərs üçün (ümumiləşdirici
dərslərdən başqa) mətn verilmiş, bu mətn və onun məzmunu (mövzusu, ideyası)
ətrafında oxu, dinləyib-anlama, danışma, yazı fəaliyyətləri qurulmuşdur. Dil
qaydalarına keçid də mətndəki müəyyən nitq situasiyası ilə bağlıdır. Dərslikdə yalnız
1 dərs bütövlükdə dil qaydalarına həsr olunub ki, bu da yazılı və şifahi nitq üçün
praktik əhəmiyyəti olan feillərin yazılışı və tələffüzü ilə bağlı 34-cü dərsdir (səh. 115). 
VI sinfin məzmun standartlarında mətni tərkib hissələrinə ayırmaq, müxtəlif tipli
mətnlər yazmaq kimi tələblər qoyulmuşdur ki, mətnlərin seçilməsi də bu kimi
standartları reallaşdırmağa xidmət edir. Mətnlər bədii və elmi-kütləvi mətnlərdir. I,
III, V bölmələrdə daha çox bədii, II, IV, VI bölmələrdə daha çox elmi-kütləvi mətnlər
verilmişdir. Dərslikdə elmi-kütləvi mətnlərin verilməsi məzmun standart 
larının
tələblərindən irəli gəlir. Belə ki, şagirdlərdə mətndəki əsas informasiyanı müəy yən -
ləşdirmək, məlumatları ümumiləşdirmək, nəticə çıxarmaq  və s. bu kimi ba carıqların
for ma laşdırılmasına məhz bu tip mətnlər daha çox imkan verir. Bundan əlavə,
dərslikdə bir neçə şeir də verilmişdir. Lakin Azərbaycan dili fənninin məqsədinə
uyğun olaraq bu dərslər şeirlərin bədiilik nöqteyi-nəzərdən təhlili üzərində deyil,
nəzmlə yazılmış mətndə informasiyanın qavranılması üzərində qurulmuşdur.  
Bəzi mətnlər informasiya çoxluğu baxımından ilk baxışda müəllimlərə yüklü
görünə bilər. Lakin bu cür mətnlərlə işləmə üsulları və metodikası ilə yaxından tanış
olduqda məlum olur ki, şagirdlər belə mətnləri asanlıqla qavraya bilərlər. Bu gün dil
tədrisində əsas məqsədlərdən biri də mətndəki informasiyanı qavramaq bacarığını
inkişaf etdirməkdir. Ölkəmizin də iştirak etdiyi bir çox beynəlxalq qiymətlən dir mə -
lərdə şagirdlərin məhz bu bacarığı qiymətləndirilir. 
Şagirdlər mətnlərlə yalnız Azərbaycan dilini deyil, başqa fənləri də öyrənərkən
qarşılaşırlar. Lakin mətndəki informasiyanı qavramaq bacarığını inkişaf etdirmək
məhz dil tədrisinin predmetidir. Odur ki şagirdlərə oxu texnologiyasını mənim sətmək
müəllimin əsas məqsədlərindən biri olmalıdır.
Bir sıra mətnlər dərslik müəllifləri tərəfindən yazılmışdır. Bəzi mətnlərin mövzusu,
ideyası müxtəlif mən bə lərdən götürülmüş, dərslik mü əl lifləri tərəfindən müvafiq yaş
qrupu üçün dərsin məqsədinə uyğun olaraq yenidən işlənmiş, əsaslı şəkildə
dəyişdirilmişdir. 
Müəllim – dərsin müəllifi. MMV-də hər bir dərsin strukturu və necə keçirilməsi
haqqında tövsiyələr verilmişdir. Hər hansı bir standartı reallaşdırmaq üçün hansı
üsulların daha məqsədəuyğun olduğu qeyd edilmiş, dərslikdə verilmiş çalışma və
tapşırıqların məqsədi ətraflı təsvir edilmişdir. Lakin bu o demək deyil ki, müəllim
bütün dərsi mütləq MMV-də verilmiş şəkildə keçməlidir. Müəllim işinə yaradıcı
yanaşmalı, sinfin səviyyə və tələbini nəzərə almalıdır. 
Yazı və danışma bacarığını formalaşdırmaq üçün bir çox dərslərdə şagirdlərə
təqdimat hazırlamaqla bağlı tapşırıqlar verilmişdir. Şagird yazılı və ya şifahi şəkildə
təqdimat edərkən müəllim məqsəddən asılı olaraq onun işini müxtəlif parametrlər
5
  Çap üçün deyil


üzrə yoxlaya bilər: mətnin düzgün qurulması, fikirlərin ardıcıl verilməsi, orfoepiya
və orfoqrafiya qaydalarına əməl edilməsi və s. Bu tip tapşırıqlar dan hər dərs deyil,
yalnız məq sədəuyğun şəkildə istifadə edilməlidir.
Bir çox dərslərdə şagirdlərə mətnlərin sonluğunu dəyişmək və ya müxtəlif tipli
mətnlər yazmaq tapşırılır. MMV-də müəllimə kömək məqsədi ilə bu mətnlərin nümu -
nəsi verilmişdir. Lakin şagirdləri məhz bu məzmuna yönəltmək vacib deyil. Verilən
mətnlər nümunə xarakteri daşıyır.
Ümumiyyətlə, dərslik müəllifləri hər bir dərsin özəyini təşkil edən mətnin məz -
mu nundan, ideyasından, mövzusundan asılı olaraq müxtəlif məzmun xətləri üzrə
müm kün qədər çox fəaliyyət istiqamətləri təklif edirlər. Lakin dərs zamanı onların
ha mısının həyata keçirilməsi heç də vacib deyil. Bu, sinfin səviyyəsindən və müəl -
limin yanaşmasından asılıdır. Hətta dərslər üçün ayrılmış saat saylarını da müəl -
limlər qarşıya qoyulmuş məqsəddən və dərsin gedişindən asılı olaraq tənz im ləyə
bilərlər.
Әsas məqsəd tədris ilinin sonunda məzmun standartlarının tələblərinə cavab
verməkdən ibarətdir. 
Dizayn. Dərslik komplektində verilmiş materialların müəllim və şagirdlər
tərəfindən asan mənimsənilməsi üçün müəyyən dizayn elementlərindən istifadə
olunmuşdur. Mətnlər fərqli dizaynla verilmiş mətndaxili sual və tapşırıqlar vasitəsilə
hissələrə bölünür. Bu, oxunun müa sir dövrdə çox geniş yayılmış formasıdır. Oxu
zamanı fasilələri müəy 
yənləşdirməklə yanaşı, məqamında sual verib müxtəlif
məsələlərə aydınlıq gətirməyə xidmət edir. Mətndən sonra qoyulan tapşırıqlar
müxtəlif rubrikalara bölünmüşdür ki, bu da fəaliy yətin hansı məzmun xəttinə xidmət
etdiyini müəyyən ləş dirməyə kömək edir.
Bundan əlavə, mətnlərdə dil qaydalarına xidmət edən sözlər göy rənglə, lüğət
ehtiyatının zənginləşdirilməsinə xidmət edən sözlər kursivlə verilmişdir. Həmin
sözlərin izahı dərsliyin sonundakı sözlükdə öz əksini tapır.
Dil qaydaları ayrıca çərçivədə verilmişdir və öz dizaynına görə digər materiallar-
dan seçilir. 
Müəllim üçün metodik vəsaitdə verilmiş dərs nümunələrində də müxtəlif
elementlər xüsusi dizaynla fərqləndirilmişdir:
– Dərsdə reallaşdırılan məzmun standartları və təlim nəticələri cədvəldə aydın
şəkildə göstərilmişdir.
– Dərsin məzmun xətləri üzrə mərhələləri və reallaşdırılan standartlar göy rənglə
verilmişdir.
– Tövsiyə olunan təlim üsulları, fənlərarası və fəndaxili inteqrasiya və müəllim
üçün digər əlavələr xüsusi şriftlə fərqləndirilmişdir.
– Təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulmuş tapşırıqlar qırmızı
ulduz işarəsi ilə fərqləndirilmişdir.
6
GİRİŞ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə