Girish son Layout 1


Məzmun standartları və təlim nəticələri



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57

Məzmun standartları və təlim nəticələri
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
Təlim nəticələri:
Danışanın nitqindəki əsas məqamları qeyd edərək ona münasibət bildirir.
Dinlədiyi mətndəki əsas məlumatları əvvəl aldığı biliklərlə müqayisə edir.
Dinlədiyi mətndəki qaranlıq məqamları aydınlaşdırmaq üçün suallar verir.
Söylənilən fikirdə əsas məqamları müəy    yənləşdirir və münasibət bildirir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
Təlim nəticələri:
Dinlədiyi mətndəki məlumatları (hadisələri) ümumi ləş dirməklə əsas fikri müəy -
yən edir.
Dinlədiyi məlumatın mahiyyətini müəyyən edir.
Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis şəklində ifadə edir.
Dinlədiyi mətndəki məlumatları ümumi ləşdirərək nəticə çıxarır. 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.
Təlim nəticələri:
Təqdimat zamanı fikirlərini yığcam ifadə edir.
Mövzu üzrə topladığı məlumatları məruzə şəklində təqdim edir.
Dinləyicilərə məlumatları çatdırarkən öz nitqini əyani vəsaitlər və qrafik infor-
masiya ilə müşayiət edir.
Qrafik informasiyanı (cədvəli, sxemi) rabitəli mətnə çevirərək şifahi şəkildə
təqdim edir.
Mövzu üzrə topladığı məlumatların təqdimetmə formasını müəyyənləşdirir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün
mühüm məqamları vurğulayır.
Təlim nəticələri:
Debat zamanı mövqeyini müdafiə et mək üçün arqumentlər və əks-arqu mentlər
gətirir.
Təqdimat edərkən fikrini əsaslandır maq üçün mühüm məqamları vurğu layır.
Dinləyənin sualını cavablandırarkən standart ifadələrdən (“bayaq deyildiyi kimi”,
“çıxışımızın əvvəlində vurğuladıq ki”, “bildiyiniz kimi”) yerli-yerində istifadə edir.
Sənət (musiqi, rəsm) əsərinin yaratdığı təəssüratlar haqqında danışır.
Oxuduğu mətnlə bağlı fikirlərini əsaslandırmaq üçün mətndəki mühüm mə qam -
ları vurğulayır.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
Təlim nəticələri:
Nitqindəki emosional məqamları vur 
ğu lamaq məqsədi ilə intonasiyadan
düzgün istifadə edir.
7
  Çap üçün deyil


Dinləyiciləri inandırmaq üçün nitqindəki vacib məqamları xüsusi intonasiya ilə
vurğulayır.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.
Təlim nəticələri:
Qazandığı biliklərdən istifadə etməklə problemə öz münasibətini bildirir. 
Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.
Müxtəlif situasiyalarla bağlı həyata baxışını ifadə edir.
2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir. 
Təlim nəticələri:
Mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını lüğətin köməyi ilə
müəyyən edir.
Öyrəndiyi yeni sözləri nitqində mənasına uyğun istifadə edir (cümlələr qurur).
Kontekstə görə mənasını müəyyən ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
Lüğətdən istifadə etməklə mənasını müəyyənləşdirdiyi sözə əlavə şərhlər verir. 
Müvafiq lüğətlərdən istifadə etməklə məsəlin etimologiyasını açıqlayır.
Mənasını müəyyənləşdirdiyi sözləri kontekstə uyğun izah edir.
Sözün mənası ilə bağlı öz izahını lüğətdə verilmiş izahla müqayisə edir.
Düzəltmə sözü izah etmək məqsədi ilə onun kökünün mənasını araşdırır.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.  
Təlim nəticələri:
Məcazi mənalı söz və birləşmələri həqiqi mənada işlənən ekvivalenti ilə əvəz edir.
Şeirdəki məcazi mənalı söz və birləşmələri müəyyənləşdirir və izah edir. 
Məcazi mənada işlənmiş sözün həqiqi mənasını müəyyənləşdirir.
Kontekstə görə sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini müəyyən -
ləşdirir. 
Şeirdə rast gəldiyi obrazlı ifadələrin mənasını izah edir. 
Frazeoloji ifadələrin mənasını izah edir. 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Təlim nəticələri:
Әsərin ideyasını müəyyən etmək üçün qəhrəmanların xarakterindəki əsas
cəhətləri açıqlayır.
Mətnin əsas ideyasının açılmasına kömək edən məqamları müəyyən edir. 
Mətndəki hadisələrin davamını proq noz laşdırarkən müvafiq hissədəki mü hüm
məqamlardan çıxış edir.
Mətndəki açar sözlərdən istifadə etməklə mühüm məqamları vurğulayır.
Mətnin davamı ilə bağlı proq noz larını obrazın xarakterindəki əsas cəhətlərlə
əsaslandırır.
8
GİRİŞ
  Çap üçün deyil


Mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurur və əldə etdiyi yeni
məlumatı vurğulayır.
Mətndəki əsas fikirləri müəyyənləş dirmək məqsədi ilə suallar tərtib edir.
Mətndəki elmi məlumatları ümumi ləş dirib lakonik tezislərlə ifadə edir.
Qoyulmuş suallara cavab tapmaq üçün mətndən müvafiq məqamları seçir.
Mətndəki əsas məlumatları qrafik informasiya (cədvəl, sxem) şəklində təqdim edir.
Şeirdəki sətiraltı mənaları izah edir. 
Nəzmlə yazılmış mətndə obrazlı ifadələrlə verilmiş sətiraltı informasiyanı
müəyyənləşdirir və izah edir. 
Mətndəki birinci dərəcəli fikirləri yardımçı məlumatlardan fərqləndirir.
Bildiklərindən istifadə etməklə mətndəki mühüm məqamlara əlavələr edir.
Mətndə mühüm nəticələr çıxarmağa imkan verən məqamları vurğulayır.
Mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən etmək üçün əsas
məqamları müəyyən edir.  
Әsərdə onu daha çox təsirləndirən his səni şərh etməklə genişləndirir. 
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Təlim nəticələri:
Mətnin hissələrini məzmuna uyğun başlıqla adlandırır.
Mətnin giriş, əsas və sonluq hissəsinə aid olan xüsusiyyətləri müəyyən edir.
Mətnin giriş, əsas hissə və sonluğunu müəyyən edir. 
Mətnin kompozisiya elementlərini müəyyən edir.
Mətnin müəyyən hissəsinin məzmununu əhatə edən sual formalaşdırır. 
Mətnin tərkib hissələrinin məzmununu, ümumi kompozisiyadakı rolunu və
funksiyasını izah edir. 
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.
Təlim nəticələri:
Әsərdəki obrazın xarakterinə münasibət bildirir.
Mətndəki əsas məqamlarla bağlı sualları cavablandırır.
Bədii mətndən seçilmiş hissələrin on da yaratdığı hiss və duyğuları şərh edir.
Mətndən aldığı elmi məlumatı təcrü bədə tətbiq etməklə ona münasibət bildirir.
Qazandığı biliklərdən istifadə etməklə mətndəki fikirləri şərh edir.
Mətndəki faktları müqayisə edərək mühakimə yürüdür.
Biliklərindən istifadə etməklə mətndəki fikir və mülahizələri genişləndirir.
Mətndəki məlumatları ümumiləşdirərək mühakimə yürüdür. 
Mətndəki obrazları müqayisə edərək mühakimə yürüdür. 
Həyat haqqında düşüncələrindən çıxış edərək mətndəki fikir və mülahizələrə
öz münasibətini bildirir. 
3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Təlim nəticələri:
Mövzuya uyğun təsviri xarakterli yazı yazır. 
9
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə