Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57

olur, bu xüsusiyyətlərə uyğun mətn qurub yazırlar. Bu standart üzrə ən maraqlı təlim
nəticələrindən biri eyni mövzu üzrə müxtəlif tipli yazılar yazmaqdır. 
Müəllimə kömək məqsədi ilə müxtəlif tipli mətnlərin tərkib hissələrini və onların
tələblərini əks etdirən cədvəl və sxemlər göstərilmişdir ki, şagirdlər bu sxemlərlə
işləyərək əyani şəkildə mətnin strukturunu və məzmun xüsusiyyətlərini “görürlər”.
Belə sxemlərlə iş şagirdin mətni daha yaxşı qavramasına şərait yaradır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir. Bu məzmun standartı
şagirddə mühakiməyürütmə, əsaslandırma və nəqletmə bacarığı formalaşdırmağa
xidmət edir. Şagird oxuduğu mətndəki əsas fikri müəy yən ləşdirir, təhlil edir və
münasibət bildirir. Fikri əsaslandırma iki şəkildə aparıla bilər:
1. Mətndəki faktlara istinad edərək çıxardığı nəticələri əsaslandırır.
2. Öz mülahizələrinə istinad edərək obraz və hadisələrə münasibət bildirir.
Bu alt-standartla bağlı müəyyənləşdirilən təlim nəticələri şagirdə hər iki
istiqamətdə iş aparmağa imkan verir.  
Bəzi standartların (2.1.1, 2.2.1, 2.2.3, 3.1.1, 4.1.2) dərslərdə digərlərinə nisbətən
daha çox reallaşdırılması həmin standartların bir neçə fəaliyyət istiqamətini
birləşdirməsi, başqalarının isə daha konkret bir bacarığı nəzərdə tutması ilə
əlaqədardır.
Məsələn, 2.2.3. standartı özündə mühakiməyürütmə, əsaslandırma, nəqletmə,
mətnqurma kimi bacarıqları birləşdirdiyi halda, 2.2.2. standartı yalnız mətnin tərkib
hissələrini müəyyənləşdirməyi tələb edir.
Dil qaydaları üzrə 4.1.2. standartı sözün qrammatik mənasını müəyyənləş -
dirmək tələbi ilə bütün nitq hissələrinin tədrisi zamanı tətbiq olunur, 4.1.3. standartı
isə yalnız o, bu əvəzliklərində durğu işarələrinin işlədilməsi ilə bağlıdır. 
Yazı məzmun xəttində “3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir” standartının
tətbiq dairəsi çox genişdir. Çünki istənilən halda şagirdin qurduğu mətn müəyyən
yazı tipinə aid olur.  
Bununla əlaqədar olaraq həmin standartların reallaşdırılmasına xidmət edən
təlim nəticələri də daha çoxdur.
Təlim texnologiyaları və təlim nəticələri arasında əlaqə
Təcrübə sübut edir ki, kurikulumun qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün
fəal (interaktiv) təlim üsullarından istifadə etmək daha məqsədəuyğundur. Bir dərs
çərçivəsində bir neçə üsuldan istifadə oluna bilər. Әsas məqsəd üsuldan dərsin
məzmununa uyğun, düzgün və səmərəli şəkildə istifadə etməkdir.
Məzmun standartı məqsəd, təlim üsulu isə vasitədir. Məqsədə çatmaq üçün
vasitəni düzgün seçmək lazımdır. Aşağıda müxtəlif məzmun xətləri üzrə standartla -
rın  həyata keçirilməsi üçün daha məqsədəuyğun hesab edilən üsullar haqqında
məlumat verilmişdir. Müəllimlər tədris zamanı dərsin məzmunundan və məqsəddən
asılı olaraq bu üsullara istədikləri dəyişiklikləri edə bilərlər.
Dinləyib-anlama və danışma 
Bu məzmun xətti üzrə Debat, Konfrans, Akvarium üsulları daha səmərəli nəticələr
əldə etməyə kömək edir. 
* Adı çəkilən, lakin izahı verilməyən üsullar haqqında müəllimlər mövcud V sinif
“Azərbaycan dili” dərslik komplektindəki müəllim üçün metodik vəsaitdən məlumat
ala bilərlər.
13
  Çap üçün deyil


Oxu. Müəllim mətnin tipi və məzmunundan asılı olaraq oxu prosesində Ziqzaq,
Sinkveyn, Cütlükdə oxuma – cütlükdə ümumiləşdirmə, İstiqamət ləndirilmiş oxu,
Öyrənirəm – öyrədirəm, Sual müsabiqəsiProqnozlaşdırma (Təx minetmə) üsulların -
dan istifadə edə bilər.
Bundan əlavə, aşağıda təqdim edilən üsullar da oxu bacarığının inkişafına xidmət edir.  
Sürətli oxu şagirdlərdə sürətlə şüurlu oxu bacarığının formalaşmasına xidmət
edir. Bu üsulun tətbiqi zamanı müəllim şagirdlərin mətni oxuması üçün müəyyən
vaxt təyin edir. Vaxtın müəyyənləşdirilməsi mətnin böyüklüyündən və informasiya
yükündən asılıdır. Müəyyən edilmiş zaman çərçivəsində şagirdlər mətni elə
oxumalıdırlar ki, müəllimin ən azı faktoloji suallarına cavab verə bilsinlər.
Son sözü mənə saxla. Bu üsul şagirdlərə oxuduqları mətndə maraqlı və təsirli
məqamları müəyyən etməyi öyrədir. Şagird mətndən onu sevindirən, kədərləndirən,
təəccübləndirən və s. hislər doğuran parçaları seçir və onlara şərh yazır. Növbəti
dərsdə bir neçə şagirdin seçdiyi hissə müzakirə edilərək digər şagirdlər tərəfindən
şərh olunur. Bu zaman müəllim də yeri gəldikcə öz fikrini söyləyə bilər. Axırda hissəni
seçmiş şagird öz şərhini söyləyir və müzakirəni ümumiləşdirir. Buna görə də bu üsul
“Son sözü mənə saxla” adlanır.
Qərarlar ağacı. Siniflə birlikdə problem və onun həlli yolları müəyyənləşdirilir.
Şagirdlər fikir mübadiləsi aparıb problemin həlli yollarını və eyni zamanda bu yolların
müsbət və mənfi tərəflərini ətraflı təhlil edirlər.  Təkrarlananlar, səmərə sizlər çıxarılır.
Qərarların qəbul edilməsi zamanı rəhbər tutulan səbəblər təhlil edilir və daha sə mə -
 rəli həll yolları saxlanır. Daha sonra şagirdlər qəbul etdikləri qərarın müsbət və mənfi
tərəflərini söyləyirlər. Bu üsul oxu təlimi üsulu hesab edilir və şagirddə fikir yü rütmək,
fikrini əsaslandırmaq bacarıqları da formalaşdırır. Şagirddə məntiqi tə fəkkürü inkişaf
etdirir. Verilmiş vəziyyətdən daha səmərəli çıxış yolu tapmağa kömək edir. 
Sillogizm. Bu üsul oxu zamanı şagirdlərdə ümumiləşdirmə və məlumatlardan
nəticə çıxarma bacarığının formalaşmasına xidmət edir. Verilmiş məlumatlardan
(adətən, iki hökmdən) yeni bir məlumat əldə edilir. Məsələn:
I hökm: Metallar elektrik cərəyanını keçirir.
II hökm: Qızıl metaldır.
Nəticə: Qızıl elektrik cərəyanını keçirir.
Söz mücrüsü. Şagirdlərə müxtəlif sözlər verilir və bu sözlərdən istifadə etməklə
rabitəli mətn qurmaq tapşırılır. Bu üsul şagirdlərdə söz ehtiyatını artırır, sözün
mənasını anlamaqdan əlavə, kontekst daxilində işlətmək bacarığı formalaşdırır. Eyni
zamanda şagirdlər sözləri bir yerdə işlədə bilmək üçün rabitəli mətn qurmalıdırlar.
Yazı. Təqdimat (məruzə). İstər elektron formada olsun, istər adi formada, təq di -
ma tın tələbləri məqsəddən asılı olaraq aşağıdakılardan ibarət ola bilər:
1. Mətnin düzgün tərtib edilməsi 
2. Fikirlərin ardıcıllığı, aydın və düzgün şəkildə ifadə edilməsi
3. Cümlələrin qrammatik və üslubi cəhətdən düzgün qurulması 
4. Mətn tipinin tələblərinə riayət olunması
Cəld yazı. Bu üsulun tətbiqi zamanı şagirdlərə cəmi bir neçə dəqiqə (beş də qi -
qə dən çox olmayaraq) ərzində bir mövzu haqqında yazmaq və ya bir sualı
cavablandırmaq tapşırılır. Bu zaman şagirdlərin necə yazdığı yox, nə yazdığı nəzərə
alınmalıdır. Dərsin həm motivasiya, həm də yekun mərhələsində istifadə oluna bilər.
14
GİRİŞ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə