Girish son Layout 1


-ci dərs. TARİXDӘ YANLIŞLIQLAR (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   57

55-ci dərs. TARİXDӘ YANLIŞLIQLAR (2 saat) 
Motivasiya
Sual: Sizcə, alimlər tarixi şəxsiyyətlər və tarixi hadisələr haqqında mə lu -
matları haradan alırlar? Tarix necə yazılır? 
Şagirdlərin fikirləri dinlənilir. Onlar arxeoloji qazıntılar, qədim kitablar, əş -
ya lar haqqında danışa bilərlər.
Oxu
(St. 2.2.3, st. 2.1.2) 
Bu mətnlə iş zamanı müxtəlif üsullar sintez oluna bilər.
Mətnin giriş hissəsi səsli oxu ilə oxunur. Bu hissə iki abzasdan ibarətdir.
Hər abzasdan sonra verilmiş mətndaxili sual cavablandırılır.
2-ci mətndaxili sual söz ehtiyatı ilə bağlıdır. Şagirdlər tərkibində məcazi
mənalı sözlər olan birləşmələri izah edirlər. (Ağ ləkə – boşluq; baxış bucağı
– nəzər nöqtəsi)
(St. 2.2.1) 
Mətnin əsas hissəsi ilə iş zamanı İstiqamətləndirilmiş oxu üsulu
ilə analogiya təşkil edən İstiqamətləndirilmiş dinləmə üsulundan istifadə edi -
lir. Bu hissə 2 bitkin parçadan – tarixi yanlışlıqlarla bağlı 2 məlumatdan ibarətdir. 
– Şagirdlər iki qrupa bölü nürlər. 1-ci qrup “Brut, sən də?!” ifadəsi ilə bağlı,
2-ci qrup qladiator döyüşlə rində istifadə olunan jestlərlə bağlı hissələri oxuyur. 
– Hər bir qrup oxuduğu hissədəki əsas məlumatları qeyd edib sual şəklində
ifadə edir.
– 1-ci qrup təqdimat edir: əvvəlcə sualları təqdim edir, sonra isə öz
hissəsini təfərrüatı ilə nəql edir.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir. 
Mətndəki fikirləri şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi məna -
da işlənməsinə görə fərqləndirir.  
Frazeoloji ifadələrin mənasını izah edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır. 
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Mətnin əsas hissəsindən çıxardığı nə -
ticələrə görə sonluq hissəni yazır.
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
İsmi xəbərin ifadə vasitələrini müəyyən
edir.
168
VI BÖLMƏ
168
VI BÖLMƏ
168
VI BÖLMƏ
168
VI BÖLMƏ
168
VI BÖLMƏ
  Çap üçün deyil


– 1-ci qrupun suallarını özünə qeyd edən 2-ci qrup mətni dinlədikdən sonra
sualları cavablandırır.
– 2-ci qrupun təqdimatı dinlənilir. Bu qrup təqdimat zamanı 5-6-cı suallar-
dan istifadə edə bilər.
Şagirdlərə tapşırılır ki, təqdimata – mətnin nəqlinə motivasiya sualı ilə
başlasınlar. Bununla bağlı müəllim də şagirdlərə məsləhət verə bilər. Məsələn:
I qrupun motivasiya sualı: Yadınızdamı, “Brut” mətninin giriş hissəsində iki
Brut haqqında məlumat verilmişdi. Mətn onlardan birinə həsr olunmuşdu. Bəs
digər Brut haqqında hansı məlumat var idi?
II qrupun motivasiya sualı: Yəqin ki, qladiator döyüşləri haqqında filmlərə
baxmısınız. Döyüşü izləyən tamaşaçılar məğlub olmuş qladiatora ölüm
hökmü çıxaranda barmaqları ilə hansı jesti göstərirdilər?
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 3-cü tapşırıqda verilmiş sözlərin mənasını kontekstdən
çıxış edərək izah etdikdən sonra bu izahı lüğətin köməyi ilə dəqiqləşdirirlər.
Yazı
(St. 3.1.3) 
Mətnin tipi müəyyənləşdirilir. Bu, mühakimə-sübut tipli mətndir.
Şagirdlərə artıq məlumdur ki, mühakimə-sübut xarakterli mətnlərdə əvvəlcə
sübut olunmalı fərziyyə, sonra bu fərziyyəni sübut edən arqumentlər, son-
luqda isə ümumiləşdirici nəticə yazılır. Bu mətndə nəticə hissəsi verilməmişdir.
Şagirdlərə tapşırılır ki, nəticə hissəsini özləri yazsınlar (tapşırıq 7).
Təqribən belə bir sonluq yazıla bilər:
Beləliklə, gətirilən arqumentlər sübut etdi ki, tarixin gedişinə, həqi -
qə tən, tarixi yazanlar daha çox təsir edir. Fikrin, məlumatın düzgün
yazılmaması və ya müəllifin öz münasibətinin əlavə edilməsi buna sə -
bəb olur. Brutun xəyanət rəmzinə çevrilməsini, müasir filmlərdə qədim
jestlərdən düzgün istifadə olunmamasını buna misal göstərmək olar.
Dil qaydaları
(St. 4.1.1)
8-ci tapşırıq motivasiya xarakteri daşıyır. Keçən dərsdə şagirdlərə
feili xəbər və onun ifadə vasitələri haqqında məlumat verilmişdi. Bu dərsdə
isə ismi xəbər haqqında məlumat dərinləşdirilir. İsmi xəbərin adlarla, söz bir -
ləşmələri, həmçinin məsdərlə ifadə olunması qeyd edilir. Nəzəri material
mənimsədildikdən sonra 9-12-ci tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
169
FƏRD VƏ CƏMİYYƏT
169
QƏDİM DÜNYA
169
QƏDİM DÜNYA
169
QƏDİM DÜNYA
169
QƏDİM DÜNYA
  Çap üçün deyil


56-cı dərs. MİSİR EHRAMLARI (2 saat) 
Motivasiya
ŞaxələndirməIV sinifdə şagirdlər dünyanın yeddi möcüzəsi haqqında
məlumat almışlar. Bu möcüzələrin tarixi qədim dövrü əhatə etdiyindən, ola bi lər
ki, ümumi tarix fənnində də onlar haqqında müəyyən məlumatlar veril miş dir.
Şagirdlərin bu biliklərindən istifadə etməklə aşağıdakı sxem əsasında şa xə -
lən dirmə apa rılır. Möcüzələrin adları çəkildikdən sonra onlar haqqında qısa
məlumatlar verilir.
Müəllimin nəzərinə! Dünyanın yeddi möcüzəsi: 1. Xeops ehramı. 2. Ba-
bilin asma bağları. 3. Olimpdə Zevsin heykəli. 4. Artemida məbədi.
5. Rodos heykəli. 6. İsgəndəriyyə mayakı. 7. Halikarnas mavzoleyi.
Daha sonra Misir ehramları ilə bağlı şagirdlərin bilikləri yoxlanılır.
Oxu
(St. 2.2.3)
Mətn fasilələrlə səsli oxu ilə oxunur. Müəllim lazım bildiyi hissədə
oxunu saxlayır və oxunan hissə ilə bağlı suallar verir. Məsələn:
1. Bu hissədən hansı məlumatları əldə etdiniz?
2. Sizə nə maraqlı gəldi? və s. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir. 
Mətndəki əsas məlumatları müəyyən
edərək onlar haqqında fikir yürüdür.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin hissələrini məzmuna uyğun
başlıqla adlandırır.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən ləş -
dirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təq dimetmə formasını müəyyənləşdirir.
Dinləyicilərinə məlumatları çatdırarkən
öz nitqini əyani vəsaitlər və qrafik infor-
masiya ilə müşayiət edir.
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
Cümlənin baş üzvlərini müəyyən edir.
Dünyanın yeddi
möcüzəsi
170
VI BÖLMƏ
170
VI BÖLMƏ
170
VI BÖLMƏ
170
VI BÖLMƏ
170
VI BÖLMƏ
  Çap üçün deyil


(St. 2.2.2)
Şagirdlərə mətni bitkin hissələrə ayırıb onları adlandırmaq
tapşırılır. Təqribən belə bölgü ola bilər:
I hissə – Misir ehramları (ilk 2 abzas)
II hissə – ehramların tikintisi və quruluşu (növbəti 7 abzas)
III – fironların lənəti (“Misir ehramları və orada saxlanılan mumiyalarla...”
cümləsindən mətnin sonuna qədər)
Şagirdləri qruplara bölüb hər hissədə verilmiş məlumatları ümumiləş dir mə -
yi tapşırmaq olar. Məsələn I hissədən çıxarılan fikirlər belə ola bilər:
1. Misir ehramları dünyanın yeddi möcüzəsinə daxildir.
2. Dövrümüzə qədər çatmış yeganə möcüzədir.
3. Hər ehram bir fironu dəfn etmək üçün nəzərdə tutulmuşdur.
4. Fironun ruhunun ilahların yanına “qal xa bilməsi” üçün ehram pilləvari
piramida şəklində tikilmişdir.
Fənlərarası inteqrasiya
(St. 2.2.1; Riyaziyyat. V sinif – 3.1.3.) 
1-2-ci
mətndaxili tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırığın cavabı: 
Xeops piramidasının özülünün sahəsi: 230 m x 230 m = 52900 kv m
Xeops piramidasının perimetri: 230 m x 4 = 920 m
2-ci tapşırığın cavabı: 100 000 ədədi yazıda iki sözlə (yüz min), lakin altı
rəqəmlə ifadə olunur.
3-cü mətndaxili sualın cavabı: He sab olunur ki, məşhur şir-insan heykəli
olan Sfinks də məhz bu fironun əmri ilə tikilmişdir. 
Söz ehtiyatı
(St. 2.1.1)
Lüğət üzərində iş oxu zamanı aparılır (tapşırıq 4). Şagirdlərin
bilmədiyi söz və ifadələrin mənası kontekstdən çıxış edərək müəyyənləşdirilir,
daha sonra lüğət vasitəsilə dəqiqləşdirilir.
Danışma_Fənlərarası_inteqrasiya_(St._1.1.2;_Ümumi_tarix_–_3.1.1)'>Danışma
Fənlərarası inteqrasiya
(St. 1.1.2; Ümumi tarix – 3.1.1)
. 5-6-cı tapşırıqlar
kollektiv araşdırma layihəsi kimi iki qrup tərəfindən ye rinə yetirilə bilər. 
(St. 1.2.1) 
Şagirdlərə bildirilir ki, təqdimatlar zamanı əyani vəsait lər dən –
foto və videomateriallardan istifadə də qiymətləndiriləcək. 
Dil qaydaları
(St. 4.1.1)
Bu dərsdə cümlənin baş üzvləri ilə bağlı keçilmiş dil qaydalarının
möhkəmləndirilməsi nəzərdə tutulur. 7-8-ci tapşırıqlar da bu mövzuları ehtiva
edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
171
FƏRD VƏ CƏMİYYƏT
171
QƏDİM DÜNYA
171
QƏDİM DÜNYA
171
QƏDİM DÜNYA
171
QƏDİM DÜNYA
  Çap üçün deyil


57-ci dərs. DİNOZAVRLAR (3 saat) 
Motivasiya
Anlayışın çıxarılması
Oxu
(St. 2.2.1) 
Mətn səssiz oxu ilə oxunur. İstiqamətləndirilmiş oxu üsulun-
dan istifadə olunur.
Şagirdlərə təqdim edilən suallar:
1. Dinozavrlar nə vaxt yaşamışlar?
2. Dinozavrların yaşadığı dövrdə Yer üzündə şərait necə idi?
3. Sürünən sözünü necə başa düşürsünüz? Nə üçün alimlər dinozavrları
sürünən hesab edirlər?
4. İlk tapıntıdan neçə il sonra tapıntıların eyni canlıya aid olduğu müəy -
yən  ləş dirildi?
5. Dinozavrların sümükləri hansı ölkələrdə və hansı ərazilərdə tapılmışdır?
6. Sizcə, nə üçün bu canlıya “dinozavr” adı verilmişdir?
7. Paleontoloq kimdir?
8. Dinozavrların ölçüsü haqqında nə deyə bilərsiniz?
9. Nəyə əsasən dinozavrların yumurta qoyaraq çoxalması müəyyən ləş -
dirilmişdir?
10. Dinozavrların nəslinin kəsilməsinin səbəbi nə olmuşdur?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qam ları
vurğulayır.
Qoyulmuş suallara cavab tapmaq üçün
mətndən müvafiq məqamları seçir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir.
Öyrəndiyi yeni sözləri nitqində mə na sı -
na uyğun istifadə edir (cümlələr qurur).
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Eyni mövzuda təsviri, nəqli və mü ha ki -
mə xarakterli yazı yazır.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Dinləyicilərinə məlumatları çatdırarkən
öz nitqini əyani vəsaitlər və qrafik infor-
masiya ilə müşayiət edir.
4.1.1. Cümlənin qrammatik əsasını
müəy yənləşdirir.
Mübtəda ilə xəbərin uzlaşma qayda la -
rına riayət edir.
Hazırda nəsli
kəsilmişdir
Eradan əvvəl Yer
üzündə yaşamışdır
Bitki və ətlə
qidalanmışdır
Uşaqların sevimli cizgi
filmi qəhrəmanıdır
?
172
VI BÖLMƏ
172
VI BÖLMƏ
172
VI BÖLMƏ
172
VI BÖLMƏ
172
VI BÖLMƏ
  Çap üçün deyil


Söz ehtiyatı
(St. 2.1.1) 
1-2-ci tapşırıqlar yerinə yetirilərkən “istisna deyil” (ola bilər,
mümkündür) ifadəsinə xüsusi diqqət yetirmək vacibdir. Şagirdlərə bu ifadəni
cümlədə işlətmək tapşırıla bilər.
Yazı
(St. 3.1.1)
Şagirdlərə dinozavr haqqında müxtəlif tipli mətn yazmaq
tapşırılır.
Təsviri xarakterli yazı
Dinozavrlar Yer üzünün ən böyük canlıları hesab edilir. Çox böyük ölçülərə
malik olmuşlar...
...Bax dinozavrlar belə görünüşə malik olublar.
Nəqli xarakterli yazı (nağıl qurmaq)
Dinozavrlar Yer üzünün ən böyük canlıları idi. Zahirən qorxunc olan bu
canlının, əslində, çox böyük ürəyi var idi... 
...Bax beləcə balaca mamontla dinozavr dostlaşdılar.
Mühakimə – izah xarakterli yazı
Dinozavrlar Yer üzünün ən böyük canlıları hesab edilir. Tapılan sümüklər
bunu sübut edir... 
...Beləliklə, dinozavrlarla bağlı araşdırmalar hələ də davam edir.
Danışma
(St. 1.2.1)
Şagirdlər dinozavr haqqında təqdimat hazırlayırlar. Təqdimat
elektron şəkildə hazırlansa, daha yaxşı olar (4-cü tapşırıq). 
Dil qaydaları
(St. 4.1.1)
5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Nəzəri material
mənimsədildikdən sonra 6-9-cu tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
58-ci dərs. 
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümu mi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 183), MMV-də kiçik summativ qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 174-175) təqdim olunmuşdur.
173
FƏRD VƏ CƏMİYYƏT
173
QƏDİM DÜNYA
173
QƏDİM DÜNYA
173
QƏDİM DÜNYA
173
QƏDİM DÜNYA
  Çap üçün deyil


VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
OLİMPİYA OYUNLARININ TARİXİ 
Olimpiya oyunları ilk dəfə Qədim Yunanıstanda e.ə. 776-cı ildə keçirilmiş -
dir. Yarışlar dörd ildən bir beş gün ərzində Olimpiya şəhərində baş ilah Zevsin
şərəfinə təşkil edilirdi. Sonralar eramızın 394-cü ilində Roma imperatoru I
Feodosi … . Hətta idman şənliklərini insanların yaddaşından silmək üçün
Olimpiya şəhərini də yandırdı. 
Olimpiya oyunlarının müasir tarixi 1894-cü ildən başlayır.  
Belə ki, hə -
min ildə Beynəlxalq İdman Konqresi Olimpiya oyunlarının qaydaları haq qında
əsasnaməni təsdiq etdi. 
Elə həmin il yaradılan Beynəlxalq Olim pi ya Ko -
mi təsi iki il sonra Afinada ilk olimpiya oyununu  keçirir. 
Yarışlar ənə  nəvi ola -
raq dörd ildən bir ayrı-ayrı ölkələrdə təşkil edilir. 
Oyunların harada
ke  çirilməsindən asılı olmayaraq onun məşəli Olimp məbədindən götürülmüş
alovla yandırılır. 
1. Mətnin 3-cü cümləsini tamamlayın.
A) Olimpiya şəhərini imperiyanın paytaxtı elan etdi.
B) Təntənəli keçirilməsi barədə qərar qəbul etdi.
C) Olimpiya oyunlarının keçirilməsini qadağan etdi. 
D) Olimpiya oyunlarında qadınların da iştirak etməsinə icazə verdi.
2. “Olimpiya xartiyası” adlanan bu qaydalar toplusunda indiyə qədər əsaslı
dəyişiklik olunmamışdır”  cümləsi  hansı  rəqəmin yerində  yazılmalıdır?
A) 1         B) 2         C) 3        D) 4     
3. Mətndən belə bir nəticə çıxmır?
A) Beynəlxalq Olimpiya Komitəsi 1894-cü ildə yaradılmışdır. 
B) 1896-cı ildən etibarən müasir Olimpiya oyunları keçirilməyə başladı. 
C) Qədim Yunanıstanda 1170 il ərzində 4 ildən bir Olimpiya oyunları
keçirilmişdi.
D) Beynəlxalq İdman Konqresi ilk dəfə Afinada keçirilmişdir.
4. Qədim Yunanıstanda keçirilən Olimpiya oyunlarının hansı ənənəsi müasir
dövrdə qorunub saxlanılıb?
A) ayrı-ayrı ölkələrdə keçirilməsi
B) dörd ildən bir keçirilməsi 
C) Zevsin şərəfinə keçirilməsi
D) beş gün davam etməsi
1
2
3
4
174
VI BÖLMƏ
174
VI BÖLMƏ
174
VI BÖLMƏ
174
VI BÖLMƏ
174
VI BÖLMƏ
  Çap üçün deyil


175
QƏDİM DÜNYA
5. Hansı cümlədə baş üzvlərdən biri işlənməyib?
A) Qonaqlara gözəl bir süfrə açdıq.
B) Qalın buludlar yavaş-yavaş seyrəkləşdi.
C) Ömər dərindən fikirləşib sevincək dedi.
D) Təmiz yerə yumşaq döşəkçələr salınmışdı.
6. Cümlələrdən birində mübtəda söz birləşməsi ilə ifadə olunub.
A) Ağıllı öyrənməyi xoşlar, axmaq öyrətməyi.
B) Həyəcandan uşağın yanaqları qızardı.
C) Oğlan özünə gələndə artıq səhər açılırdı.
D) O, atasının həyəcanlı səsini eşitdi.
7. Hansı cümlənin xəbəri sifətlə ifadə olunmuşdur?
A) Aldığın sənin deyil, xərclədiyin sənindir. 
B) Qəhrəmanlar heç vaxt ölmür.
C) Çıxmayan cana ümid çoxdur.
D) Elə adamla yaşamaq çətindir.
8. Xəbəri feillə ifadə edilmiş atalar sözü hansıdır?
A) Dərd insanı qocaldır.
B) Cavanlıq ömrün baharıdır.
C) Ağıl ağıldan üstündür.
D) Bacarıq ağlın nişanəsidir.
9. Atalar sözlərindən birində feili xəbər işlənmişdir.
A) Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.
B) Könlü balıq istəyənin quyruğu suda gərək.
C) Varını verən utanmaz.
D) Oğul arxadır, qız yaraşıqdır. 
10. Hansı cümlədə mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşması pozulub?
A) Xəstələr onun yanına şəfa tapmağa gəlirdilər. 
B) Dağ başında uçan quşlar çaya endilər.
C) Həbib bəy iki naməlum adamla içəri girdilər.
D) Onlar adsız qəhrəmanlardır.
11. Hansı cümlədə mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşması pozulub?
A) May ayının gözəl bir günü idi. 
B) Bütün ailə tonqalın ətrafına toplandılar.
C) Sərin dağ havası yorğun fəhlələrə rahatlıq gətirirdi. 
D) Sən ora mütləq mənimlə getməlisən.
  Çap üçün deyil


AZӘRBAYCAN DİLİ 6
Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Azərbaycan dili
(tədris dili) fənni üzrə dərsliyin metodik vəsaiti 
Tərtibçi heyət:
Müəlliflər:
Aynur Rüstəmova
Rafiq İsmayılov 
Dilrüba Cəfərova
Redaktor:
Sahibə Məmmədova
Dizayner:
Rəşad Nəbiyev
Korrektor:
Arzu Quliyeva
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2017–005
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər han sı bir hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informa siya vasitələri ilə yaymaq qanuna ziddir.
Kağız formatı 70x100 1/16. Fiziki çap vərəqi 11. Səhifə sayı 176. 
Tirajı 8000 nüsxə.
  Çap üçün deyil

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə