Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   57

Sərbəst yazı. Bu üsul cəld yazıya bənzəyir, lakin şagirdə fikirlərini ifadə etmək
üçün daha çox vaxt verilir (10-15 dəqiqə). Bu zaman şagirdə verilən mövzu ilə bağlı
daha çox fikir ifadə etmək, fikrini yekunlaşdırmaq tapşırılır. Cəld yazıda olduğu kimi,
burada da şagirdin orfoqrafik səhvlərinə deyil, ilk növbədə yazdığının məzmununa
fikir verilməlidir. Dərsin bir neçə mərhələsində (tədqiqatın aparılması, nəticələrin
çıxarılması və s.) istifadə oluna bilər. Bu üsul digər fənlərdə də tətbiq edilə bilər,
çünki şagirdə fikirlərini paylaşmaq imkanı verir.
Yazılı debat. Debatın bu forması tətbiq edilərkən şagirdlər verilmiş mövzu üzrə
öz arqumentlərini və qarşı tərəfin gətirdiyi arqumentlərə cavab yazırlar. Arqumentlər
və cavablar qısa, konkret və aydın olmalıdır. Bu zaman şifahi müzakirələrə yer veril -
mir. Yazılı debatın məqsədi şagirdlərə qısa müddətdə fikirlərini aydın və lakonik
ifadə etməyi öyrətməkdir. Bu cür debatlar qısamüddətli olur. 
Yuxarıda adını çəkdiklərimizdən əlavə, dərsin motivasiya mərhələsində istifadə
olunan bir çox üsul və texnikalar var ki, müəllimlər bunlarla aşağı siniflərdən ta nış -
dırlar: Anlayışın çıxarılması, Auksion, Klaster (şaxələndirmə), BİBÖBeyin həmləsi,
Söz assosiasiyaları. 
İstisnalarla müəyyənləşdirmə. Bax: “Sənin kimi olacağam...” dərsinin motivasiya
mərhələsi (səh. 36). (Bu üsul müəlliflər tərəfindən düşünülmüş və ilk dəfə tətbiq
edilmişdir.)
Dərslərin strukturu
Yuxarıda qeyd etdiyimiz kimi, kurikulumun tələblərini daha çox interaktiv təlim
üsul ları ilə reallaşdırmaq mümkündür. Buna görə də dərslərin strukturu fəal təlimin
tələblərinə uyğun olaraq verilmişdir. Hər bir dərs motivasiya ilə başlanıb qiymət lən -
dir mə ilə bitir. 
Aşağıda göstərilən mərhələlərin ardıcıllığı problem-dialoji təlim prosesinin ümumi
məntiqini əks etdirir və tədqiqatın aparılma qanunlarına uyğun qurulur: 
• Motivasiya. Problemin qoyulması
• Tədqiqatın aparılması
• Məlumat mübadiləsi
• Məlumatın müzakirəsi və təşkili
• Nəticələrin çıxarılması
• Yaradıcı tətbiqetmə
Refleksiya və qiymətləndirmə
Lakin qeyd etmək lazımdır ki, bu struktur çevikdir və müəyyən amillərdən asılı
olaraq dəyişə bilər. Bəzi mərhələlər mütləq saxlanılmalıdır, bəziləri isə ixtisar oluna
bilər. Bəzi hallarda fəal və ənənəvi dərsin sintezi mümkündür.
Təlim prosesinin səmərəsi təlim metodunun məqsədəuyğun seçilməsindən
asılıdır. İlk növbədə müəllim dərsin məqsədini müəyyən etməyi bacarmalıdır: dərs
yeni bilik və bacarıqları formalaşdırır, yaxud hər hansı bacarığı vərdiş səviyyəsinə
çatdırır. Məsələyə bu cür yanaşaraq MMV-də dərslərin icmalında fəal dərsin bütün
mərhələləri bir dərsdə eyni ardıcıllıqla verilmir. Məzmun standartından çıxan təlim
nəticəsini reallaşdırmağa xidmət edən üsul və texnikalar tövsiyə edilir.
Bundan əlavə, dərslikdə verilmiş hər bir tapşırığın məqsədi izah edilir və müəlli -
mə kömək məqsədi ilə əlavə məlumatlar da verilir.
15
  Çap üçün deyil


Fəndaxili və fənlərarası inteqrasiya
Azərbaycan dili üzrə məzmun standartları bir-biri ilə o qədər əlaqədardır ki,
dərsləri yalnız bir istiqamətdə qurmaq mümkün deyil.  Buna görə də bir çox hallarda
fəndaxili inteqrasiyaya şərait yaranır. Məsələn, mətn üzrə suallar cavablandı rılarkən
oxu, danışma, dinləyib-anlama üzrə məzmun standartları arasında inteqra siya
yaranır. Bəzən aşağı siniflərdə reallaşdırılmış məzmun standartlarına istinad edərək
müəyyən bir tapşırığın yerinə yetirilməsi tələb olunur (fəndaxili şaquli inteqrasiya). 
Azərbaycan dili dərslərinin əsas məqsədi bu fənnin məzmun standartlarının
reallaşdırılmasıdır. Lakin bəzən məqsədə çatmaq üçün başqa fənnin standartı da
vasitə kimi çıxış edir və bu zaman fənlərarası inteqrasiya baş verir. Məsələn,
“Riyaziyyatçıların şahı” mətnindən istifadə edərək ədədləri hesablamaq tapşırılır ki,
bu zaman riyaziyyat fənni ilə inteqrasiya yaranır. 
İnklüzivlik və mənəvi dəyərlər
Dərslikdə xalqımızın milli-mənəvi dəyərlərinin, tarixinin, mədəni abidələrinin,
şəxsiyyətlərinin təbliğinə geniş yer verilmişdir. Xocalı, Qarabağ haqqında verilmiş
mətnlər (“Әlif Hacıyev”, “Mən gərək oğul doğulaydım...”) xalqımızın qan yaddaşının
unudulmaması məqsədi daşıyır. Şagirdlərə vətənpərvərlik hissi aşılamağa, onların
vətənpərvər vətəndaş kimi böyüməsinə xidmət edir.  
Bəzi mətnlərdə fiziki qüsuru olan insanlardan danışılır. Məsələn, “Heykəltəraş
Mirəli Mirqasımov”, “İdman ayaqqabısı” mətnlərində bu cür insanların cəmiyyətə
inteqrasiyası əsərin əsas motivini təşkil edir.
Qiymətləndirmə
Kurikulumun tələblərinə görə məktəbdaxili qiymətləndirmənin üç növü var:
• Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini
müəyyənləşdirməklə müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.
• Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim
izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalaş dır maqla
onun təlim nəticələrinə nail olması məqsə di ilə aparılır. 
• Summativ qiymətləndirmə müəyyən mərhələnin sonunda şagird nailiyyətinin
qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Şagirdin məzmun
standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini
izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı
istiqamətləndirmək məqsədi ilə aparılan bu qiymətləndirmə növü məktəbdaxili
qiymətləndirmənin vacib məqamlarından biridir. Formativ qiymətləndirmə şagir din
ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araş dırmaq  və onun
inkişafını təmin etmək məqsədi ilə müntəzəm olaraq həyata keçirilir.  
Aşağıda bəzi standartlar əsasında müəyyən edilmiş qiymətlən dirmə meyarları
və səviyyələri üzrə nümunələr verilmişdir. Nümunələr 2013-cü ildə Təhsil Nazirliyi
tərəfindən təqdim edilmiş “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətlən 
-
dirmənin aparılması barədə Təlimat” əsasında hazırlanmışdır. Fənni  tədris edən
müəllim formativ qiymətləndirmə aparmaq üçün dərsdə reallaşdırılan məzmun
standartları üzrə qiymətləndirmə meyarlarını və səviyyələrini bu nümunələr əsa sın -
da müəyyənləşdirə bilər.
16
GİRİŞ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə