Girish son Layout 1


Mətndəki fikir və mülahizələrə münasibət bildirir



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   57

2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.
Aşağıda təqdim olunan rubrik rabitəli yazı vərdişlərinin nə dərəcədə formalaş dı -
ğını yoxlamağa xidmət edir. Qeyd etmək istərdik ki, rubrikdə bütün mətn tipləri üçün
vacib olan meyarlar öz əksini tapmışdır.  Müəllim şagirdin yazdığı mətn tipindən ası lı
olaraq  rubrikdən meyarlar seçə və qiymətləndirmə apara bilər. 
Meyar
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Fikir 
əsaslandırma
Fikrini
əsaslandırmaq
üçün arqument
gətirə bilmir.
Gətirdiyi
arqumentlər
fikrini əsaslan -
dırmağa kifayət
etmir.
Fikrini
əsaslandırmaq
üçün arqument
gətirir, lakin
arqumentlərdə
uyğunsuzluq
özünü göstərir.
Fikrini
əsaslandırmaq
üçün tutarlı
arqumentlər
gətirir.
Meyar
IV səviyyə
III səviyyə
II səviyyə
I səviyyə
Mətnin
mövzuya
uyğunluğu 
Mövzu tam əhatə
olunmuşdur.
Mövzu əhatə olun -
muşdur, lakin bə zən
kənara çıx   malar
mü şa hi də olu nur. 
Mövzu qismən
əhatə olun muşdur.
Mətn  mövzunun
açılmasına
xidmət etmir.
Mətnin 
strukturu
Giriş cəlbedicdir,
maraqlıdır. Struk-
tur göz lə nil mişdir.
Mətn tam mən tiqi
ardıcıllıqla təqdim
olunur.
Mətnin sonluğu
tamamilə düzgün
formalaşdırılmışdır.
Struktur göz lə nil -
mişdir, lakin bə zi
fikirlər yerində
deyil.  
Son luq mövcud-
dur, lakin düzgün
formalaşdırılmayıb.
Struktur göz lə nil sə
də, fikirlər his sə lərə
uyğun qrup    laş dı rıl -
ma mış dır.  
Sonluq mövcuddur,
lakin aydın şəkildə
müəllif möv qeyini
ifadə etmir.
Aydın struktur
gi riş və ya son-
luq yoxdur.
Sonluqda
problemlə bağlı
ümumiləşdirmə
öz əksini tap ma -
mış dır.  
Mətnin
məzmunu
Mövzunun təhlili
aydın, təsirli və
düşünülmüş şə -
kildə apa rıl mış dır.
Müəl lifin prob le -
mə yaradıcı və
ori jinal yanaş ma sı
aydın görünür.
Mövzunun açılır,
lakin tam əsas lan -
dırılmır. 
Mətn də müxtəlif
yanaşmalar öz ək si -
ni tapır, lakin müəl -
lifin öz möv qeyi az
müşahidə olunur. 
Mövzunu  təhlil
etməyə cəhd
göstərir.
Mətndə müəllifin
yaradıcı yanaş ması
tam aydın şəkildə
görünmür. 
Mövzu açılmır.
Mətndə müəllifin
mövqeyi mü -
şahidə olunmur.
Dil-üslub
səviyyəsi
Söz və ifadələr
də qiqdir və məq -
sədəuyğun ifadə
olunur.
Mətn tam an la şı -
landır.
Ya zıda orfoqrafik
və qrammatik
səhvlərə rast
gəlinmir. 
Söz və ifadələrin
əksəriyyəti də qiq -
dir və məqsə də -
uyğun ifadə olunur.
Mətnin əksər his -
səsi anlaşıqlıdır. 
Yazıda orfoqrafik
və qrammatik
səhvlərə bəzən
rast gəlinir.
Bəzi söz və ifa də lər
dəqiqdir, lakin çox
vaxt məq sə də  uy -
ğun ifadə olun mur.
Bir çox cümlələr
anlaşılan deyil.
Yazıda orfoqrafik
və  qrammatik tez-
tez səhvlərə rast
gəlinir.
Söz və ifadələr
dəqiq deyil və
məq sədəuyğun
istifadə olunmur.
Cümlələrin ək sə -
 riyyəti an la şılan
deyil.
Yazıda çoxlu
say da orfoqrafik
və  qrammatik
səhvlər var.
17
  Çap üçün deyil


Bir daha xatırladırıq ki, təqdim olunan variantlar nümunə xarakteri daşıyır. For-
mativ qiymətləndirmə üçün meyarları müəllimlər özləri dərsdə reallaşdırılmış
məzmun standartlarından çıxış edərək müəyyənləş dirməlidirlər. 
Kiçik summativ qiymətləndirmə (KSQ) bölmələrin sonunda müəllim tərə findən
aparılır. MMV-də hər bölmənin sonunda kiçik summativ qiymətləndirmə materialları
verilmişdir. Müəllim KSQ-nin keçirilməsi üçün bu materiallardan istifadə edə və ya
həmin nümunələr əsasında öz qiymətləndirmə materiallarını hazırlaya bilər.
Böyük summativ qiymətləndirmə (BSQ) yarımillərin sonunda ümumi təhsil
müəssisəsinin rəhbərliyinin nəzarəti ilə fənni tədris edən müəllim və ya xüsusi
komissiya tərəfindən aparılır. 
Şagird özünüqiymətləndirməsi. Hər bölmənin sonunda verilmiş “Ümumiləş -
dirici təkrar” dərsindən sonra müəllim özünü qiymətləndirmə apara bilər. Şagird
özünüqiymətləndirməsi üçün təqdim olunan aşağıdakı cədvəl müəllimlərə kömək
məqsədilə təqdim edilmişdir. 
Mənbələr
1. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, “Şərq-Qərb”, 2006.
2. İnteraktiv təlim (Müəllimlər üçün tədris vəsaiti). Bakı, “Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi”, 2010.
3. Müasir Azərbaycan dili (4 hissə). Bakı, “Şərq-Qərb”, 2007. 
4. Təhsil lüğəti. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2011. 
5. Məktəblinin alınma sözlər lüğəti. Bakı, “Altun Kitab”, 2014.
6. Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı, “Altun Kitab”, 2015.
7. VEYSOVA Z.A. Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.
8. ALAN KROUFORD və b. Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları.
Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2012.
Meyarlar/ Səviyyə
Әla
Yaxşı
Orta
Zəif
Mətndəki əsas fikri müəy 
yənləş dir məyi
bacarıram.
Yeni sözlərin mənasını lüğətdən istifadə etməklə
müəyyənləşdirirəm.
Məcazi mənalı söz və ifadələri kon tekstə uyğun
qarşılığı ilə əvəz edirəm.
Rabitəli mətn qurmağı bacarıram.
Mətndəki informasiyanı tezislərlə ifadə etməyi
bacarıram.
Sillogizm qura bilirəm.
Mətni adlandırmağı bacarıram.
Bölmə üzrə öyrəndiyim dil qayda larını
mənimsəmişəm.
18
GİRİŞ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə