Girov müqaviləsinin qeydiyyatı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı



Yüklə 24,72 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü24,72 Kb.
#49976
növüQaydalar


“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI 

ʺƏmtəə  nişanları  və  coğrafi  göstəricilər  haqqındaʺ  Azərbaycan  Respublikasının 

Qanununa  dəyişikliklər və  əlavələr  edilməsi  barədəʺ  Azərbaycan  Respublikası  Qanununun 

tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009‐cu il 14 may tarixli 93 

nömrəli Fərmanının 1.5‐ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər 

Kabineti qərara alır: 

1. ʺGirov müqaviləsinin qeydiyyatı Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə 

Bakı şəhəri, 18 sentyabr 2009‐cu il 

№ 146 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



2009-cu il 18 sentyabr tarixli 146 nömrəli 

qərarı ilə təsdiq edilmişdir 



Girov müqaviləsinin qeydiyyatı 

Q A Y D A L A R I 

1. Ümumi müddəalar 

1.1.  Bu  Qaydalar  ʺƏmtəə  nişanları  və  coğrafi  göstəricilər  haqqındaʺ  Azərbaycan 

Respublikasının  Qanununa  dəyişikliklər və  əlavələr  edilməsi  barədəʺ  Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 

2009‐cu  il  14  may  tarixli  93  nömrəli  Fərmanının  1.5‐ci  bəndinə  əsasən  hazırlanmışdır  və 

qeydiyyata  alınmış  əmtəə  nişanları  üzrə  hüquqların  müqavilə  əsasında  başqa  şəxsə  girov 

kimi verilməsinə dair müqavilələrin qeydiyyata alınması qaydalarını müəyyən edir. 



1.2.  Girov  müqaviləsi  notariat  qaydasında  təsdiq  edilməli,  girov  hüququ  isə  dövlət 

qeydiyyatına alınmalıdır. 

1.3.  Girov  müqaviləsi  dövlət  rüsumu  ödənilmək  şərtilə,  Azərbaycan  Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra ‐ Komitə) 

qeydiyyata alınır. 

1.4. Girov müqaviləsi yazılı formada bağlanılır. 

1.5. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (qeydiyyatda olduqları ünvan), 

girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir. 

Girov müqaviləsi əmtəə nişanının qüvvədə olduğu müddətdə qeydiyyata alınır. 

1.6. Girov hüququ müqavilənin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 

1.7.  Girovqoyan  əmtəə  nişanına  görə  müstəsna  hüquqa  malik  olan  şəxs  (əmtəə 

nişanının sahibi) ola bilər. 

1.8.  Girovsaxlayan  müqavilədə  göstərilmiş  əsaslar  üzrə  girov  hüququna  malik  olan 

şəxsdir. 

1.9.  Girov  müqaviləsində  digər  qaydalar  nəzərdə  tutulmadığı  halda,  girovqoyan 

girovun  predmetindən (əmtəə  nişanına  görə  müstəsna  hüquqdan)  onun  təyinatına  uyğun 

istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər. 

1.10.  Girov  müqaviləsində  digər  qaydalar  nəzərdə  tutulmadığı  halda,  girovqoyan 

yalnız  girovsaxlayanın  razılığı  ilə  girov  predmetinə  dair  hüququ  və  ya  istifadə  hüququnu 

müqavilə əsasında başqa şəxsə verə bilər. 

1.11.  Girovsaxlayan  ona  verilmiş  girov  predmetindən  yalnız  müqavilədə  nəzərdə 

tutulan  hallarda  istifadə  edə  bilər.  Girovqoyanın  tələbi  ilə  o,  istifadə  haqqında  hesabat 

verməlidir. Müqaviləyə əsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov 

predmetindən gəlir götürmək vəzifəsi qoyula bilər. 

1.12. Girov qoyulmuş əmtəə nişanına dair müstəsna hüquq girovqoyandan başqa şəxsə 

verildikdə  (əmtəə  nişanının  sahibi  dəyişərsə) və  ya  universal  hüquq  varisliyi  qaydasında 

keçdikdə, girov hüququ qüvvədə qalır. 

1.13.  Girovsaxlayan  kreditorun  hüquqlarının  tələbin  güzəşti  yolu  ilə  verilməsi 

qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər. 

1.14.  Qeydiyyata  alınmış  girov  müqaviləsində  tərəflərin  razılığı  ilə  dəyişikliklər  edilə 

bilər. 

1.15.  Girov  müqaviləsi  yalnız  Azərbaycan  Respublikasında  qüvvədə  olan  əmtəə 



nişanlarına dair bağlanıla bilər. 

2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası 


2.1.  Girov  müqaviləsinin  qeydiyyata  alınması  üçün  təqdim  edilən sənədlər  Komitəyə 

əmtəə  nişanının  sahibinin  və  ya  səlahiyyətli  nümayəndəsinin  vasitəsilə  verilə  bilər.  Girov 

müqaviləsinin  qeydiyyata  alınması  üçün  ərizədə  və  müqavilədə  bir  neçə  əmtəə  nişanı 

göstərilə bilər. Bu halda həmin əmtəə nişanlarına görə müstəsna hüququn sahibi, həmçinin 

girovsaxlayan eyni şəxslər olmalıdır. 

2.2.  Girov  müqaviləsinin  qeydiyyatı  ilə  bağlı  aşağıdakı  sənədlər  Komitəyə  təqdim 

olunur: 

‐ girov verən şəxsin ərizəsi; 

‐ girov müqaviləsi; 

‐ əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən 

çıxarış; 

‐ hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti; 

‐ girov  müqaviləsinin  qeydiyyatı  üçün  müəyyən  edilmiş  dövlət  rüsumunun 

ödənildiyini təsdiq edən sənəd; 

‐ etibarnamə (zərurət olduqda). 

Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam 

adı), yerləşdiyi və yaşadığı yerin ünvanı göstərilir. 

2.3. Yuxarıda göstərilən sənədlər iki nüsxədə təqdim olunur. 

Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri 

və  ya  müvafiq  qaydada  səlahiyyətli  şəxsi  tərəfindən  imzalanır.  İmza  edən  şəxsin  vəzifəsi, 

soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir. 

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat 

qaydasında təsdiq edilir. 

Ərizədə imza  tarixi  göstərilmədikdə, ərizənin  tarixi onun  Komitəyə təqdim  olunduğu 

tarixdən müəyyən edilir. 

3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası 

3.1.  Girov  müqaviləsinin  qeydiyyatına  dair  ərizə  Azərbaycan  dilində  təqdim  edilir. 

Digər sənədlər  Azərbaycan  dilində  və  başqa  dillərdə  verilə  bilər.  Başqa  dillərdə  verilən 

sənədin  Azərbaycan  dilinə  tərcüməsi  (notarial  qaydada  təsdiq  olunmuş)  ərizənin  verildiyi 

tarixdən  bir  ay  müddətində  təqdim  edilməlidir.  Təqdim  olunan  sənədlər  toplusunun  bir 

nüsxəsi Komitədə saxlanılır. 




3.2.  Komitəyə  daxil  olan  müqaviləyə  dair  sənədlər  bir  ay  müddətində  araşdırılır. 

Müqavilə  qeydiyyata  alındığı  halda,  qeydiyyat  tarixindən  beş  iş  günü  ərzində  bu  barədə 

məlumat  Əmtəə  nişanlarının  dövlət  reyestrinə  daxil  edilir  və  ərizəni  verən  fiziki  və  ya 

hüquqi şəxsə göndərilir. 

Girov müqaviləsinə dair sənədlər qaytanlanır və müqavilənin son vərəqinin arxasında 

müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsi və ya ona edilən düzəliş və ya 

əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Komitədə saxlanılır. 

Qeydiyyatın aparılması barədə məlumat Komitənin rəsmi bülletenində dərc olunur. 

3.3. Komitəyə təqdim edilən sənədlər üzrə iradlar olduğu halda, bu barədə ərizə verən 

şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay 

müddətində  ərizəni  verən  şəxs  tərəfindən təqdim  olunmalıdır.  Sorğuya  cavab  müəyyən 

olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. 

Bu zaman verilmiş rüsum geri qaytarılmır. 

3.4.  Müqavilədə  edilən dəyişikliklər və  əlavələr  barədə  məlumatlar  Komitənin  rəsmi 

bülletenində dərc olunur. 

3.5. Girov müqaviləsinə Mülki Məcəllədə nəzərdə tutulan hallarda xitam verilir. 



Document Outline

  • Girov müqaviləsinin qeydiyyatı Qaydaları
    • 1. Ümumi müddəalar
    • 2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası
    • 3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası

Yüklə 24,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə