Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   2   3   4   5   6   7   8   9   ...   62

Hörmətli Sahibkarlar,
“İxracatçılar üçün Təlimat Kitabı” ixracla məşğul olan sahibkarlar üçün ixrac 
və ticarət vasitəsi ilə imkanlar yaratmaq və genişləndirmək üçün nəzərdə tutulmuş 
vəsaitdir. Kitab Almaniyanın Federal İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliy-
inin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşliq Cəmiyyətinin 
(GİZ) icra etdiyi Cənubi Qafqazda Özəl Sektorun İnkişafı proqramı (2008-2013) 
çərçivəsində çap olunmuşdur. GİZ uzun illərdir ki, Azərbaycan Respublikasının 
İqtisadi İnkişaf Nazirliyi,  o cümlədən  Azərbaycanda İxracın və İnvestisiyaların 
Təşviqi Fondu (AZPROMO) ilə uğurlu əməkdaşlıq edir.  2012-ci ilin may ayından 
etibarən GİZ AZPROMO ilə birgə İxracatçılar üçün Təlim Proqramını həyata 
keçirir. “İxracatçılar üçün Təlimat Kitabı” da sözügedən təlim proqramının qarşıya 
qoyduğu məqsədlərə uyğun olaraq  hazırlanmışdır. 
Azərbaycanda qeyri-neft ixrac sənayesinin inkişafı üçün böyük potensial mövcud-
dur. Bu istiqamətdə hökumət qanunvericiliyi təkmilləşdirir və ixrac sektoruna dəstək 
olur, həmçinin ölkədə kifayət qədər Azərbaycan brendini təşviq etmək və yeni bazar-
lara çıxarmaq arzusunda olan sahibkarlar mövcuddur. 
Təlimat kitabında nəqliyyat və logistika, sertifikatlaşdırma, gömrük, beynəlxalq 
ticarət qanunvericiliyi, maliyyə və ixraca dair digər faydalı məlumatlar öz əksini 
tapmışdır.
Ümid edirik ki, təlim vəsaiti kimi bu soraq kitabı sizlərin ixrac sahəsində 
biliklərinizin təkmilləşməsinə töhfə verəcək, həmçinin Azərbaycan ixracatçılarına 
beynəlxalq bazarları daha yaxşı anlamaq, mövcud olan bazarlara ixracı artırmaq 
və yeni bazarlara çıxmağa köməklik göstərəcək. GİZ təşkilatı adından işinizdə  
müvəffəqiyyətlər arzulayıram və uğurlarınız barədə xəbərlər gözləyirəm! 
Hörmətlə,
Henninq Tvesten
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) 
Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru


MODUL I  



9
Beynəlxalq marketinq və bazar araşdırmaları
Təlimatın bu bölməsində siz başqa ölkədə biznes ilə məşğul olmağın fundamental aspektləri ilə tanış 
olacaqsınız. Bu aspektlərin birində ciddi yanlışlıq aylarla sərf olunan əməyi ziyan edə bilər.
Şirkət nə üçün ixrac etməlidir?
“Mən nə üçün ixrac etmək istəyirəm?”  Bu şirkətin başlanğıcda özünə verməli olduğu əsas sualdır.  
Adətən şirkətin iki məqsədi olur:
Gəlirliliyi artırmaq
Məhsuldarlıqdan tam ölçüdə istifadə etmək
Daha spesifik olaraq:
Başqa bazarlarda daha artıq mənfəət mümkün ola bilər
Yerli bazar inkişaf üçün kifayət qədər imkan təmin etməyə bilər
Şirkətin spesifik məhsulu və Azərbaycanda kifayət qədər potensial müştərisi olmaya bilər.
Şirkətlər daha yüksək təhlükəsizlik axtara bilərlər ki, buna da riskləri çoxlu bazarlara paylamaqla nail 
olmaq olar 
Şirkətlər beynəlxalq bazarlarda sərgilədikləri məhsullarının güncəl olduğundan əmin olmaq istəyə 
bilər
İxracın ən böyük üstünlüklərindən biri odur ki, o, şirkətin imkanlarını gücləndirmək üçün daha geniş 
hüdudlar təmin edir. Beynəlxalq mühitdə satış şirkətlərin  innovativ çərçivələrini genişləndirir, yerli 
bazarda əldə edə bilməyəcəkləri imkanlar açır.
  
Marketinqin mahiyyəti və tərifi
Bir çoxları hesab edir ki, marketinq yalnız reklamdan ibarətdir. Marketinqə müştərilərin tələbatını 
ödəmək fəaliyyəti kimi baxmaq lazımdır. Marketinq istehlakçılarla (müştərilərlə) faydalı əlaqələrin 
idarə olunmasıdır. Marketinq üzrə mütəxəssislər marketinqə 2000-nə yaxın müxtəlif təriflər vermişlər. 
Əlbəttə bunların hansının doğru və ya yanlış olmasını iddia etmək düzgün olmazdı  belə ki, bu təriflərin 
hamısında müəyyən bir həqiqət var. Lakin marketinqə tərif verərkən aşağıdakı önəmli cəhətləri nəzərə 
almaq lazımdır:
 
✓ Marketinq planlaşdırma prosesidir  
 
✓ Bu proses məhsulun yaradılması, qiymətləndirməsi, təbliğatının aparılması və yayılmasından 
ibarətdir  
 
✓ Marketinqin məhsulu mal, xidmət və ya fikir ola bilər  
 
✓ Marketinqin nəticəsi mübadilədir  
 
✓ Marketinqin obyekti şəxs və ya təşkilatdır  
BEYNƏLXALQ MARKETİNQ 
      VƏ BAZAR  ARAŞDIRMALARI


10
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Eyni zamanda dünyada marketinq sahəsində tanınmış təşkilat və mütəxəssislərin də yanaşması 
maraqlıdır:
Rəqabət bazarında işləyən təşkilat marketinq təfəkkürünün prinsiplərinə əməl etməsə, bazarda uzun 
müddət qalaraq, rəqabət üstünlüyü əldə edə bilməz. Məlum olduğu kimi, tələbatın təklifi üstələdiyi 
bazarlara satıcının bazarı, təklifin tələbatdan üstün olduğu bazarlara isə alıcının bazarı deyilir. Hazırda 
iqtisadi və texnoloji tərəqqinin inkişaf etdiyi dövrdə demək olar ki, bir çox biznes sahələri artıq çoxdan 
alıcının bazarına çevrilmişdir və bu bazarlarda “müştəri şahdır” prinsipi üstünlük təşkil edir. Bu da bir 
daha marketinq təfəkkürünün və düşüncə tərzinin vacibliyini sübut edir.
Məlumdur ki, biznesin davamlı uğur əldə etməsi üçün bir sıra amillər tələb olunur və onlardan əsas 
amillər kimi aşağıdakıları qeyd etmək lazımdır:
 
✓ Müştəri məmnunluğu
 
✓ Şirkətin gəliri
 
✓ Bütün təşkilatın səyi
 
✓ İctimai dəyər
Qeyd edilən bu sütunların birinin yoxluğu, bütövlükdə biznesin müflis olmasına səbəb ola bilər. 
Eyni zamanda məlumdur ki, hər il dünyada yaranan milyonlarla yeni şirkətlərin heç də hamısı uğur 
əldə edə bilmir və qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Bunun əsas səbəbləri kimi, şirkətin 
fəaliyyətinin marketinq və bazar prinsiplərinə uyğunlaşdırılmadığı və marketinq fəaliyyətinin düzgün 
idarə edilmədiyi göstərilir. Marketinqin fəaliyyətinin idarə edilməsində əsas müvəffəqiyyət amilləri 
kimi aşağıdakıları qeyd etmək olar:
 
✓ Marketinq funksiyasının təşkilati strukturu
 
✓ Marketinq strategiyası (marketinq strateji planı)
 
✓ İT dəstəyi (məlumatlara giriş, proqram təminatı)
 
✓ Düzgün tərtib edilmiş marketinq və satışlar üzrə planlar
 
✓ Marketinq əməliyyatları üçün adekvat büdcə
 
✓ Marketinq üzrə mütəxəssislərin peşəkarlığı və şəxsi iştirakı
 
✓  Xarici dəstəyin düzgün seçilməsi
“Marketinq təşkilati məqsədlərə nail olmaq üçün hədəf bazarlarının ehtiyaclarını 
müəyyənləşdirmək və rəqiblərlə müqayisədə, tələbatı daha səmərəli ödəməkdir.”
Kotler, P. Marketinq əməliyyatlarının idarə edilməsi, 1984-cü il
“Marketinq – müştərilərin tələblərinin/ehtiyaclarının mənfəətlə müəyyənləş 
dirilməsi, 
proqnozlaşdırılması və ödənilməsinə görə cavabdeh olan idarəetmə prosesidir”
Sertifikatlaşdırılmış Marketinq İnstitutu


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə