Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə1/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
  1   2   3   4   5   6   7   8   9   ...   76



 
Gömrük işi 
Hazırladı: L.M.Hüseynova 
1.  Gömrük tarixi. 
Suallar: 
1.Azərbaycanın qədim dövrlərdən XVIII əsrin əvvəllərinə qədərki xarici siyasəti. 
2.  Azərbaycanın  rus  imperiyasının  tərkibində  olduğu  müddət  ərzindəki  gömrük 
tarixi (1807-1918). 
3.Azərbaycanın XX əsrin dövründəki gömrük tarixi. 
4.Azərbaycan  Respublika  müstəqillik  qazandıqdan  sonra  olan  müddətdə  gömrük 
tənzimlənməsi xüsusiyyətləri. 
5.Müasir dövrdə gömrük işinin mahiyyəti, dövlət tənzimlənməsində onun rolu və 
ə
həmiyyəti. 
Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan 
ə
vvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur. Fələstin və Misir ölkələri ilə 
xammal və məhsullar mübadiləsi aparar, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif 
soyuq silahlar gətirərdilər. 
Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, Zəncan, 
Naxçıvan,  Maku  və  digər  şəhərlər  ölkə  daxilində  mühüm  ticarət  mərkəzlərinə 
çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə 
ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük ipək yolu” vasitəsilə Orta Asiya, Çin, 
Hindistan,  Kiçik  Asiya  ölkələri,  İberiya,  Qafqaz  Albaniyası  ilə  ticarət  əlaqələri 
formalaşmışdı. 
Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri,  yün məmulatları və s. ixrac olunaraq 
ə
vəzində  lazım  olan  istehlak  malları  idxal  olunurdu.  Bu  zaman  satış  üçün  müxtəlif 
vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır. 
Bizim  eranın  əvvəllərində  indiki  Şimali  Azərbaycanın  və  Cənubi  Dağıstanın 
ə
razisini  əhatə  edən  Albaniya  dövləti  yarandı.  Tarixi  mənbələrdə  bu  ərazidə  neft,  təbii 



 
qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatların olduğu göstərilirdi ki, bunlar da sonradan 
ticarət subyektlərinə çevrilirdilər.  
Ş
irvanda (Bakıda) neft və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da 
müasir dildə mədən vergisi və aksiz vergisi kimi dəyərləndirilir. 
Mənbələrin  yazdığına  görə,  Azərbaycan  ərazisində  dövlət  tərəfindən  gömrük 
vergiləri  rəsmi  olaraq  IX  əsrin  əvvəllərindən  müəyyən  edilməyə  başlamışdır.  Bəlkə  IX 
ə
srdən  qabaq  da  bu  vergilər  mövcud  olmuşdur,  lakin  bu  barədə  olan  məlumatlar  Ərəb 
xilafəti dövründə yandırıldığı üçün, bu barədə ancaq mülahizə yürütmək olar. Çünki artıq 
iri  şəhərlərdə  -  Ərdəbil,  Muğan,  Naxçıvan,  Bərdə,  Beyləqan,  Qəbələ,  Şəki,  Şəmkir, 
Dərbənd (Bab-əl-Əbvab), Şabran, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar 
“ravad” adlanırdı) yaranmışdı. 
Xarici  ölkələrdən  Azərbaycana  müxtəlif  parçalar,  metal  məmulatları,  ətriyyatlar, 
ə
dvalar,  xəzlər  və  s.  gətirilir,  ölkədən  isə  xam  ipək,  ipək  parçalar,  pambıq,  xalçalar, 
boyalar,  neft,  mal-qara,  atlar  və  s.  ixrac  edilirdi.  Ticarətə  qoyulan  gömrük  vergi  və 
rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi. 
XI-XII əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi 
Azərbaycan  şəhərlərindən  daxili  və  xarici  bazarlara  neft,  pambıq,  ipək,  duz,  meyvə, 
balıq, boyaq, ədviyyat və s. göndərilir, Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar. 
Monqollara  qədərki  Azərbaycanın  iqtisadi  vəziyyəti  məhsuldar  qüvvələrin 
artması, ticarətin və mal-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir. 
XI-XII əsrlərin vergiləri əvvəlki dövrlərin qayda - qanunlarının çoxunu mühafizə 
etmişdir. O dövrün vergi sistemi haqqında ətraflı məlumat verən tarixçi Ravəndi yazırdı 
ki, vergilər dəftərlərdə xüsusi qeydlər aparılmaqla həyata keçirilirdi. 
Eyni  zamanda  Ravəndi  qanunsuz  vergilərdən  (yəni,  müasir  dildə  rüşvətdən) 
“dəstərqə” (hədiyyə kimi qəbul edilən vergi növü), “şərab-baha” (içki üçün yığılan pul - 
indiki “aksiz” vergisi) və sairlərinin də adını çəkir. 
XII-XIII əsrlərdə Dərbənddən İran körfəzinə, Şərqdən Avropaya gedər beynəlxalq 
karvan  yolları  Təbrizdə  kəsişirdi.  Azərbaycanın  xam  ipəyi  Şamaxıdan  Şimali  İtaliya 
şə
hərlərinə,  həmçinin  Fransaya  ixrac  olunurdu.  Volqaboyu,  Rusiya  və  Şərqi  Avropanı 



 
İ
ran körfəzi ilə əlaqələndirən beynəlxalq karvan yolunun üstündə yerləşən şəhər Şamaxı 
idi. 
XI-XIII əsrin əvvəllərində Dərbənddən sonra ikinci mühüm liman şəhəri, ağ neft 
və duz istehsalı mərkəzi Bakı şəhəri idi. 
Monqol əsarəti dövründə Azərbaycanda monqol vergi toplayanları (baskaklar) çox 
qəddarlıq  edirdilər.  Məhz  monqollar  ilk  dəfə  olaraq    tacirlər  üçün  yeni  vergi  növü  -
“tamqa” tətbiq etmişdilər (qeyd etmək lazımdır ki, rus dilində işlənən “tomodnya” sözü 
də  buradan  götürülmüşdür).  Məhz  bu  vergi  növünün  tətbiqindən  sonra  XIII  əsrin 
axırlarında Azərbaycanın xarici ticarəti tənəzzülə uğramışdır. 
Azərbaycan  dövlətçiliyi  tarixində,  məmurların  (чиновник)  özbaşınalığını 
məhdudlaşdırmaq,  iqtisadiyyatı  yüksəltmək  və  xəzinəni  doldurmaq  üçün  ilk  vergi 
islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən həyata keçirmişdir. 
Ağqoyunlu  dövlətinin  banisi  Uzun  Həsən  Trabzon-Yunan  dövləti  ilə  dostluq 
ə
laqəsi yaratmışdı. O, Trabzon imperatorunun qızı Dəspinə (Feodra) Xatunla evlənmişdi. 
Uzun  Həsən  Trabzon  şəhərində  böyük  bir  körpü  saldırmışdır.  Çünki  Trabzonun 
Ağqoyunlular  üçün  böyük  ticarət  əhəmiyyəti  var  idi.  Belə  ki,  bu  şəhər  Ağqoyunlu 
tacirləri  üçün  Qara  dənizə  əlverişli  çıxış  yolu  idi.  Müasirlərinin  “Sultani-adil”  (yəni 
“ədalətli  sultan”)  adlandırdıqları  Uzun  Həsən  ilk  vergi  məcəlləsini  –“Qanunnamə”ni 
hazırlamışdır.  Maraqlıdır  ki,  bu  “qanun”  nəinki  XV  əsrdə,  elə  XVI  əsrdə  də,  həm 
Səfəvilərdövləti  ərazisində,  həm  də  əvvəllər  Ağqoyunlular  dövlətinin  tərkibində  olmuş 
Osmanlı imperiyasının şərq vilayətlərində də qüvvədə idi. 
1475-ci  ildə  Rusiyanın  knyazı  III  İvan  öz  nümayəndəsi  Markı  Uzun  Həsənin 
yanına  ticarət  və  diplomatik  münasibətləri  genişləndirmək  üçün  göndərmişdi.  Səfəvilər 
dövlətinin  hökmdarı  I  Təhmasib  sənətkarlığın  və  ticarətin  inkişafını  genişləndirmək 
məqsədilə 1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik tamğa vergisini 
ləğv  etdi.  Şamaxıdan  Rusiya,  İran,  Suriya  ölkələrinə  və  İrəvan  şəhərinə  tranzit  ticarət 
yolları gedirdi. 
XVI  əsrdə  Şamaxıda  daimi  İngiltərə-Moskva  şirkəti  təşkil  edilmişdi.  XVI  əsrdə 
Cənubi  Qafqazda  ipək  istehsalı  əsas  yer  tutmuş  və  ticarətin  hamısı  Şamaxı  və  Ərəşdə 
cəmləşmişdi. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə