Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

100 
 
çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər təqbirlər gömrük 
nəzarətini təmin etmək üçün yetərli olmadıqda, istifadə edilir. 
Adətən  gömrük  müşayiəti  barədə  qərarı  gömrük  orqanları  aşağıdakı  hallarda 
verirlər: 
-gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı tərəfindən həyata 
keçirilə bilmədikdə; 
-  əgər  sərhəd  gömrük  orqanı  tərəfindən  sərhəd  müvəqqəti  saxlanc  anbarlarında 
mallara baxış keçirilməsi barədə qərar qəbul edilmişçə; 
-  gömrük  qanunvericiliyinə  riayət  edilməsinin  təmin  edilməsi  digər  üsullarla 
mümkün olmursa. 
Axırıncı tədbir həm müstəqil, həm də birinci iki tədbirə zəmanət kimi tətbiq edilə 
bilər.  Bu  zaman  nəqliyyat  vasitələrinin  təchiz  edilməsi  üzrə  daşıyıcının  çəkdiyi  xərclər 
gömrük orqanları tərəfindən ödənilmir. 
Gömrük  orqanları  bu  tədbirlərdən  o  zaman,  istifadə  edir  ki,  adi  daşınmanın 
gömrük qanunvericiliyinə əməl edilməsinə zəmanət verə bilməyəcəyini, mal və nəqliyyat 
vasitələrinin yerinə çatdırılmayacağını, yaxud ödənclərin ödənməyəcəyini güman etməyə 
əsas olsun. Yaranmış vəziyyət başqa şərtlər də tələb edə bilər. Ona görə də qərar qəbul 
edərkən aşağıdakı məsələlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir: 
-  daşıyıcının nəqliyyat vasitələrinin təchizatının gömrük orqanlarının tələblərinə uyğunluğu; 
-  malın xarakteri (aksizli mallar, digər dövlət orqanlarının nəzarətinə cəlb edilən mallar); 
-  malın gömrük statusu (tarif və qeyri-tarif tədbirlətin tətbiqi); 
-  daşıyıcı barədə gömrük orqanlarını müfəssəl məlumatı. 
Gömrük  qanunvericiliyi  malların  gömrük  təminatları  altında  daşındığı  nəqliyyat 
vasitələrinə  bir  tələb  irəli  sürür  –  təhhizad  normalarına  uyğun  gəlmək.  Bu  texniki 
normativlər  gömrük  möhür  və  plombları  ilə  yüklərin  daşınmasından  ötrü  nəqliyyat 
vasitələrinin (konteynerlərin) təchizatı Gaydalarında öz əksini tapmışdır. 
Müəyyən olunmuş qaydada təchiz edilmiş nəqliyyat vasitəsi dedikdə elə nəqliyyat 
vasitəsi başa düşülür ki onların yük bölmələri elə qurulmuş olsun ki: 
a)  malların möhürlənmiş yük bölmələrindən götürülməsi, yaxud oraya yığılması, 
gömrük  təminatlarının  gözlə  görünən  qırılması  və  ya  zədələnməsi  olmadan  mümkün 
olmasın; 
b) gömrük təminatları asan və etibarlı vurula bilsin; 


101 
 
c) orada malların gizlədilməsi üçün naməlum yerlər olmasın; 
d) malların yerləşə biləcəyi yerlər gömrük baxışı üçün asan olsun. 
Nəqliyyat vasitələri texniki normativlərin tələblərinə uyğun olduqda, onlar malların 
gömrük təminatları altında daşınmasına buraxıla bilər. 
Buraxılma  prosedurası  DGK-nin  “Nəqliyyat  vasitələrinin  (konteynerlərin)  gömrük 
möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları haqqında” Təlimatı ilə 
müəyyənləşdirilir. 
Nəqliyyat  vasitəsinin  buraxılışı  haqqında  şəhadətnamə  almaqdan  ötrü  onun 
mülkiyyətçisi, yaxud sahibi nəqliyyat vasitəsinin növünü, cinsi və fərdi əlamətlərini, dövlət 
qeydiyyat nömrələrini, buraxılış haqqında qərarın qəbul edilməsindən ötrü istifadə oluna 
bilən  digər  məlumatları  göstərməklə  müəyyənləşdirilmiş  regional  gömrük  orqanlarına 
yazılı  sürətdə  ərizə  təqdim  edir.  Ərizə  sərbəst  formada  tərtib  olunur.  ərizə  verildiyi 
gündən 10 gün müddətində gömrük orqanları tərəfindən baxılmalıdır. Bu müddət ərzində 
gömrük  xidməti  nəqliyyat  vasitəsinin  təchizat  qaydaları  ilə  nəzərdə  tutulan  texniki 
tələblərə müvafiqliyini yoxlayır. Əgər nəqliyyat vasitəsi nəzərdə tutulan  texniki tələblərə 
müvafiqdirsə, gömrük idarə tərəfindən buraxılış barədə şəhadətnamə verilir. 
Buraxılış  haqqında  şəhadətnamə  iki  nüshədə  tərtib  olunur,  onun  biri  gömrük 
orqanında saxlanılır, digəri isə nəqliyyat vasitəsinin mülkiyyətçisinə, yaxud sahibinə verilir. 
Buraxılış haqqında şəhadətnaməyə sıra nömrəsi verilir. 
Yol-nəqliyyat  vasitəsinin  buraxılışı  haqqında  şəhadətnamənin  üz  tərəfindən  əlavə 
olaraq  aşağıdakılar  çap  edilməlidir:  “1975-ci  il  14  noyabr  tarixli  BYD  Konvensiyası”,  “TİR 
Convention of Novemder 1975”. 
Buraxılış  haqqında  şəhadətnamə  nəqliyyat  vasitəsini  müşayiət  etməlidir. 
Şəhədətnamə 2 il müddətinə verilir. 
 Əgər  gömrük  möhürləri  və  plombları  altında  yük  daşınması  üçün  buraxılan 
nəqliyyat  vasitəsində  hər  hansı  gömrük  orqanı  ciddi  nasazlıqlar  aşkar  edərsə, o,  gömrük 
plombları  və  möhürləri  altında  yüklərin  daşınması  məqsədi  ilə  bu  kimi  nəqliyyat 
vasitəsinin  hərəkətinin  davam  etdirilməsini  ya  qadagan  edə  bilər,  ya  da  gömrük 
nəzarətinin  təmin  edilməsi  üzrə  lazımi  tədbirlər  görərək,  bu  kimi  nəqliyyat  vasitəsinin 
hərəkəti onun davam etdirilməsinə icazə verə bilər. 
Yol nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən 
verilmiş  buraxılış  haqqında  şəhadətnamə,  Az  R-sı  gömrük  orqanı  tərəfindən  o  halda 


102 
 
etibarlı hesab edilə bilər ki, əgər bu ölkə 1959-cu ilin BYD Konvensiyasını, yaxud 1975-ci 
ilin BYD Konvensiyasını üzvü olsun. 
Az R-nın gömrük orqanları 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD 
Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci il Gömrük konvensiyasının iştirakçisi 
olan  dövlətlərin  səlahiyyətli  orqanı  tərəfindən  verilən  konteynerlərin  buraxılışını  və 
buraxılış haqqında şəhadətnaməni etibarlı hesab edirlər. 
Lakin  Az  R-nın  gömrük  orqanları  Az  R-nın  mənafeyinə  ciddi  zərər  gətirə  biləcək 
qaçaqmalçılığın  yaxud  cinayətlərin  baç  verməsindən  ötrü  imkan  yardan  ciddi  nasazlıqlar 
aşkar  oluduqda  yüxarda  qeyd  olunan  Konvensiyaların  iştirakçısı  olan  dövlətlərin 
səlahiyyətli  orqanları  tərəfindən  verilmiş  yol  nəqliyyat  vasitələrinin  və  konteynerlərin 
buraxılışını etibarlı hesab etməmək hüququna malıkdirlər. 
 
5. BYD kitabçası tətbiq edilməklə yük daşınmaları barədə konvensiyasının Az R-sı 
ərazisində tətbiqinə Az R-sı Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı Sərəncamı ilə 
başlanılmışdır. 
BYD  kitabçası  tətbiq  edilməklə  yük  daşınmaları  barədə  gömrük  konvensiyasının 
Az R-sı ərazisində tətbiqi qaydaları haqqında Əsasnamə Az R-sı DGK-nin 25 may 1998-ci il 
tarixli 024 saylı əmri ilə təstiq edilmişdir. 
BYD  konvensiyasına  qoşulmuş  Az  R-da  malların  araliq  boşaltma-yükləmələri 
həyata keçirilmədən yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda 
və  konteynerlərdə  müqavilə  tərəflərindən  birinin  göndərilmə  gömrük  idarəsindən  bir  və 
ya  bir  neçe  sərhəddən  keçməklə  digər  müqavilə  iştirakçısı  tərəfindən  təyinat  gömrük 
idarəsinə daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının başlanğıcı və sonu arasındakı 
müəyyən bir hissəsi avtomobil nəqlyyatı ilə həyata keçirilir. 
Az  R-da  BYD  prosedurasına  əmək  olunmaqla  daşınan  mallar  aralıq  gömrük 
idarəsində  (idxal  zamanı  giriş,  tranzit  zamanı  giriş  və  çıxış)  idxal  və  ya  ixrac  rüsum  və 
vergilərinin  ödənilməsindən  və  depozitə  qoyulmasından  azad  edilir.  Həmin  gömrük 
idarələrində BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur. 
BYD  prosedurasına  əməl  olunmaqla  plomblanmış  yol  nəqliyyat  vasitələrində, 
plomblanmış yol nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan 
mallar bir qayda olaraq aralıq gömrük idarələrində gömrük baxışından azad olunurlar. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə