“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 19 yanvar tarixli 106-VQD nömrəli
Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci
bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
19 yanvar tarixli 106-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936
nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013,
№ 7, maddə 801) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. həmin Qanunun 20.0.17-ci (birinci halda), 20.0.18-ci (birinci halda) və
20.0.19-cu (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
2.2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 3.5-ci və 3.6-cı bəndlər əlavə edilsin:
“3.5. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi həyata keçirir;
3.6. həmin Qanunun 20.0.18-ci (ikinci halda) və 20.0.19-cu (ikinci halda)
maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,
Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına
münasibətdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan həyata
keçirir.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2016-cı il
№ 796