ISBN: 978 - 9952 - 499 - 24 - 7
Bu kitab-albomda Paris Sülh Konfransında iştirak etmək üçün 1919-cu ildə Fransanın paytaxtına ezam olunan
Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən və mühacirətdə keçən keşməkeşli taleyindən bəhs olunur.
Eyni zamanda, burada müxtəlif səbəblərdən Fransada mühacir həyatı yaşamağa məhkum olunan digər
soydaşlarımızın da qısa həyat hekayəti verilir, onların qərib məzarlarının qorunması üçün Azərbaycan dövlətinin
gördüyü işlərdən söhbət açılır.
© Heydər Əliyev Fondu. 2016
© Bakı Media Mərkəzi. 2016
Müsəllim Həsənov
Qərib məzarlar (Fransa), 2016. - 120 s.
Müsəllim Həsənov
Bakı-2016
Fransa
4
“...Qohum-əqrəbamdan xaricdə yaşayanı yoxdur”.
Bu standart cümlə sovet dövründə yazılan bütün tərcümeyi-halların və
anket məlumatlarının vacib elementi idi. Bu cümləni hamıya yazdırırdılar.
Hətta xaricdə qohumları yaşayanlara da...
Sovet dövləti öz vətəndaşlarını beləcə xarici aləmdən hər vasitə ilə ayı-
rır, onları hətta öz yaxın qohumlarından imtinaya məcbur edirdi. Xaricdə
qohum-əqrəbası olanların ölkə hüdudlarından kənara çıxması yasaq idi...
Amma istisnalar da var idi. Məsələn, məşhur Hacıbəylilər nəslindən
olan dirijor, maestro Niyazi tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedirdi.
Baxmayaraq ki, əmisi Ceyhun bəyin 1920-ci illərdən Parisdə yaşadığı sovet
xüsusi xidmət orqanlarına bəlli idi.
Niyazi Parisə, ilk qastrol səfərinə 1961-ci ildə, sonralar “Mariya teatrı”
adlanan Leninqrad Opera və Balet Teatrı ilə getmişdi. Amma onda əmisi
Ceyhun bəylə görüşməyə cürət etməmişdi...
Yəqin həm də ona görə ki, həmin 1961-ci ildə Leninqrad Opera və Balet
Teatrının solisti olmuş Rudolf Nureev Parisə qastrol səfəri zamanı Fransa
hökumətindən siyasi sığınacaq istəyərək SSRİ-yə qayıtmamışdı...
Lakin Niyazi Parisə sonrakı qastrol səfəri zamanı – 1968-ci ildə əmisi oğlu
Timuçin bəylə görüşə bilmişdi. Onda artıq Ceyhun bəy dünyadan köçmüşdü...
1960-70-ci illərdə tanınmış filoloq-alim, professor Abbas Zamanov Fran-
sada elmi ezamiyyətdə olarkən bir neçə mühacir soydaşımızla əlaqə yarada
bilmiş, onlarla görüşmüşdü.
1971-ci ildə BMT sistemində - UNESCO-da işləmək üçün Parisə göndə-
rilən ilk azərbaycanlı diplomat Ramiz Abutalıbov isə elə həmin Niyazinin
Ön söz
5
və Abbas Zamanovun nişan verdiyi mühacir soydaşlarımızla bir az da yaxın
əlaqə qurmağa imkan tapmış, onlarla səmimi ünsiyyət yarada bilmişdi.
Düzdür, onda artıq bu “qoca mühacirlər”i sovet hökuməti elə də təhlükəli
saymır, xüsusi xidmət orqanları onlarla belə görüş və əlaqələrə əvvəlki kimi
mane olmurdu. Onda vaxtilə istiqlal mücadiləsi aparanların və sovet ha-
kimiyyətinin qatı əleyhdarı kimi tanınanların əksəriyyəti dünyadan köç-
müşdü. Və Ramiz Abutalıbov onların Fransadakı qərib məzarlarını soraqla-
malı olmuş... və xeyli qəbir də tapmışdı.
Bu kitab Fransada çətin və keşməkeşli mühacir həyatı yaşamış, ömrünü
Vətən həsrətilə başa vuraraq burada torpağa tapşırılmış soydaşlarımızın qə-
rib məzarları barədə ilk məlumat toplusudur. Burada hazırda mövcud olan
məzarlar barədə söhbət açılır. Hələ yeri aşkarlanmayan, yaxud tarixin və
taleyin hökmü ilə itib-batan məzarların olması da istisna edilmir. Çünki
müxtəlif illərdə Fransaya üz tutan və oranı daimi yaşayış yeri seçən soydaş-
larımız bu kitabda haqqında söhbət açılanlardan daha çox olub...
Qərib məzarların əbədi sakinləri arasında ötən əsrin 20-ci illərindən
başlayaraq ömürlərinin sonuna qədər Azərbaycanın müstəqilliyi uğrun-
da Fransada istiqlal mücadiləsi aparanlarla yanaşı, elə həmin dövrdə bol-
şevik hakimiyyətinin təqib və təzyiqlərindən qaçıb Avropada sığınacaq
tapanlar, hətta İkinci Dünya müharibəsindən sonra Vətənə qayıda bil-
məyənlər də var.
Amma onların hamısı eyni tale yaşayıblar – yad ölkə, nisgilli ömür,
qərib məzar... Ünvan Fransa kimi cəlbedici ölkə, Paris kimi gözəl şəhər
olsa belə...
Qərib məzarlar
6
1918-ci il mayın 28-də Azərbaycan Cümhu-
riyyəti yaradıldıqdan sonra bu yeni dövlətin
dünya birliyi ilə rəsmi əlaqələrinin qurulması zə-
rurəti yaranmışdı. Bu elə bir dövr idi ki, bir yan-
da Birinci Dünya müharibəsinin hələ bitməyən
döyüşləri gedir, bir yanda da onun nəticələrinin
rəsmiləşdirilməsi, yeni dünya düzəninin forma-
laşdırılması uğrunda mübarizə başlayırdı.
Müharibə 1918-ci ilin noyabrında başa çatdı.
Qalib dövlətlər müharibənin yekununa dair sülh
müqavilələrinin işlənməsi və imzalanması üçün
Parisdə sülh konfransı keçirmək təşəbbüsü irəli
sürdülər. Bu həm də yeni dünya düzəninin yara-
dılması, daha doğrusu, dünyanın yenidən bölün-
məsi üçün çağırılan bir konfrans idi. Azərbaycan
Cümhuriyyəti də müstəqilliyinin beynəlxalq
aləmdə tanınmasına nail olmaq, yaradılması
nəzərdə tutulan Millətlər Liqasına Azərbaycanın
adını yazdırmaq üçün bu beynəlxalq tədbirə nü-
mayəndə heyəti göndərməyi qərara aldı. Xalqımı-
zın və dövlətimizin sonrakı taleyi bu qərarın düz-
günlüyünü və tarixi əhəmiyyətini illər keçəndən
sonra təsdiqləyəcəkdi... Amma 1919-cu ildə Paris
Sülh Konfransına ezam edilən nümayəndə heyə-
tinin üzvləri bu səfərin bir ömür boyu sürəcəyini
heç ağıllarına da gətirməyəcəkdilər...
Tarixin və taleyin hökmü isə çox ağır oldu.
Onların geriyə - Vətənə yolları bağlandı! Əksəriy-
yəti həmişəlik Parisdə qalmağa, burada yaşama-
ğa və... ölməyə məhkum oldular!
Düzdür, onlar öz missiyalarını qismən yerinə
yetirə bildilər: 1920-ci ilin yanvarında Azərbayca-
nın dövlət müstəqilliyi Avropada de-fakto tanın-
dı. Amma həmin ilin 28 aprelində bolşevik Rusi-
yasının müdaxiləsi ilə baş verən çevriliş min bir
əziyyətlə qazanılan bu nailiyyətin üstündən xətt
çəkdi, Azərbaycanın müstəqillik arzusunu yeni-
dən əlçatmaz etdi.
Niyə Fransa?
Dostları ilə paylaş: |