Görkəmli alim işığlı ziyalı



Yüklə 0,66 Mb.
səhifə2/7
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3430
1   2   3   4   5   6   7

BƏZİ QEYDLƏR
Böyük bir zaman axarında monumental epos kimi formalaşıb I mi­nilli­yin sonu – II minilliyin əvvəllərində yazıya alındığı ehtimal olunan Də­­də Qorqud boy­ları dövrümüzə ilkin nüsxədə deyil, XV-XVI əsrlərdə ye­­­nidən üzü köçürülmüş 2 variantda gəlib çatmışdır ki, bunlardan mü­qəddimə daxil olmaqla yalnız 6 boyu əha­tə edən Vatikan nüsxəsi ilə mü­qa­yisədə, 12 boyu əks etdirən Drezden nüsxəsi istər məzmun, istərsə də dil və üslub baxımından daha mükəmməl sayılmaqdadır. Məhz buna gö­rə də abidənin Drezden nüsxə variantını əsas götürən araşdırıcılar katib əmə­­yini yüksək qiymətləndirmiş, onun üzünü köçürdüyü daha qədim əl­yaz­­­ma nüsxəsinə sadiq qaldığını xüsusi olaraq vurğulamışlar. Bunu Drez­­den nüsxə­si­nin əsas məziyyəti kimi dəyərləndirən S.Əlizadə ilkin mət­­nə katib müdaxiləsini, demək olar ki, birmənalı şəkildə istisna edərək ya­­zır: “Dil və üslub baxımından Drez­den nüsxəsi ədəbi imitasiya və “sti­lizə” faktlarından və ya ədəbi redaktə tə­şəb­büslərindən uzaqdır” (61, 15). Mü­əllifin fikrincə, katib “isnad olunan əlyaz­ma nüs­xə­sinin dil və im­la ko­loritini əsasən saxlamış”, mətni köçürüldüyü dövrün “ədə­bi dil xü­su­siyyət­lərinə uyğunlaşdırmamışdır”. Nüsxə katibinin yol verildiyi ara-sıra me­xaniki qüsurları isə “eyni sözün müxtəlif imla variantında ya­zıl­ma­sı­na, əl­yaz­mada nöqtənin yerinə qoyulmamasına, sürətli yazı nə­ti­cə­sində he­canın, sö­zün, hətta “Bəkil oğlu Əmran boyu”nda bütöv cüm­lə­nin tək­ra­rən yazıldığına, bəzən də sözün ötürüldüyünə (buraxıldığına)” tə­sadüf edil­məsinə görə qrup­laş­dırmaqla gör­kəm­li alim onları “şəffaf” nöq­sanlar kimi səciyyələndirmişdir (61, 15).

Abidənin əvəzsiz naşirlərindən sayılan O.Ş. Gökyay buraxılmış nöq­­­sanları belə xarakterizə edir:



  1. eyni bir söz hətta eyni sətirdə müxtəlif imlalarda yazılmaqdadır;

  2. bunlardan bir bölügü ya anlam baxımından yanlış, ya da an­lam­sız­­dır;

  3. bəzi yerlərdə ya sözlər, ya da cümlələr buraxılmışdır;

ç) anlaşılmayan söz və cümlələr vardır (105, 92)

Mövcud nəşrlərdə qarşıya çıxan xətaları Drezden nüsxə katibinə və abidənin naşir və araşdırıcılarına məxsus olmaqla 2 başlıqda qruplaşdıran O.F.Sertkayanın fikirləri bədii mətnin əslinə uyğun düzgün oxunub açıq­lan­masında nəzərə alınması vacib görülən mülahizələrə aid edilə bilər. Araşdırma göstərir ki, Dresden nüsxə katibinə məxsus nöqsanların üzə çı­xarılması baxımından bu mülahizələr olduqca önəmlidir. Görkəmli qor­qud­şünas incəliyinə qədər izlədiyi həmin nöqsanları aşa­ğıdakı şəkildə qrup­laşdırır:



  1. İmlada bir sözün başqa söz yerinə işlənilməsi;

  2. İmlada artıq hərf və ya heca yazılması üzündən sözün yanlış işlə­nil­məsi;

  3. İmlada əksik hərf və ya heca yazılması üzündən sözün yanlış iş­lə­nil­məsi;

  4. İmlada hərflər üzərində nöqtələrin yerində qoyulmaması üzün­dən sözün yanlış işlənilməsi (111, 132).

Sözsüz, bu nöqsanların bir qismi sürətli üzündən köçürmə pro­se­sinin və S.Əli­zadənin qeyd etdiyi kimi, “katib yorğunluğunun nəticəsi” (61, 15) kimi üzə çı­xır­sa, bir qismi istinad edilən ilkin nüsxənin yazıldığı dövr­lə bizə gəlib çatmış so­nun­cu nüsxəni köçürən katibin yaşadığı dövr ara­sında böyük zaman məsafəsinin keçməsi ilə əlaqəlidir. Həqiqətən, di­gər tədqiqatçıların da nəzərindən yayınmayan imla səhvləri: söz da­xi­lin­də hərfin buraxılması və ya əlavə hərfin yazılması, hərf üzə­rində nöqtə­lə­rin yerində qoyulmaması, unudulması və ya artıq qoyulması, cüm­lə daxi­lin­də sözün buraxılması, yaxud yerinə mexaniki şəkildə əvvəlki sətirdəki sö­zün təkrar yazılması kimi xarakterik nöqsanlara təsadüf etmək olur ki, bun­ların da tekstoloji baxımdan izahı ciddi problem yaratmır. Lakin kati­bin mətnə müdaxilə etməməsi və əsərin dilində anlaşılmayan söz və ifa­də­lərin işlədilməsi ilə bağlı fikir­lərlə razılaşmaq çətindir. Çoxsaylı faktlar bu­nu sübut edir ki, əksər orta əsr katibləri kimi, Drezden nüsxə katibi də mət­nə müdaxilə etməkdən çəkinməmişdir. İlkin mətnə edilən katib mü­da­xiləsini bu şəkildə təsnif etmək mümkündür:

1) “Kitaba”a daxil edilmiş 6 boyun sonunda Dədə Qorquda aid yum­­ların – xeyir-duaların buraxılması;

2) artıq əsərin üzü köçürüldüyü dövr üçün arxaikləşərək işləklikdən düş­­müş bəzi söz və ifadələrin ya türk mənşəli, ya da ərəb-fars mənşəli mü­­asir qarşılığı ilə əvəzlənməsi;

3) izah məqsədilə bəzi arxaizmlərin qarşısında müasir qarşılığının ya­­zıl­ması;

4) mənası aydın olmayan bəzi arxaizmlərin bilərəkdən buraxılması.

Maraqlıdır ki, abidənin müasir naşirləri də bəzən eyni yolla get­miş, mə­­nasını bilmədikləri bəzi sözləri ya kontekstdə uyğun, ya da ya­zılışca ox­şar digər bir sözlə əvəzləmiş, yaxud da günahı katıb üzərinə ataraq yan­lış yazıldığını əsas gətirməklə mü­­­va­fiq bildikləri variant üzərində da­yan­mışlar. Dil faktları üzərində hərtərəfli araş­­­­dırmalar isə göstərir ki, əsə­rin dilində mənası anlaşılmayan söz və ya ifadələr iş­­­lə­dilməmişdir. Sa­dəcə, həmin mübahisəli məqamlar göstərilən amillər nəzərə alın­­­­­maqla məz­mun kontekstinə uyğun tarixi aspektdə tədqiq edildikcə ilkin anlam də­qiqləşdirilərək üzə çıxarıla bilir.

Türk bədii təfəkkürünün ən möhtəşəm abidəsi sayılan “Dədə Qor­qud kita­bı”na olan maraq son dövrlərdə nəzərə çarpacaq dərəcədə yük­səlmiş və bir çox elm sahələrinin tədqiqat obyektinə çevrilmişdir. Mi­nil­lik­lərin tarixi yaddaşını özün­də əks etdirən bu monumental eposla bağlı fi­­kir və düşüncələrin obyektivliyi, söz­süz, mətnin düzgün oxunuşundan və bu əsasda elmi şərhindən asılıdır. Müşa­hidə­lə­ri­miz göstərir ki, bəzi hal­­larda yanlış oxunuş əsası olmayan mülahizələrin irə­li sü­rül­mə­sinə şə­rait yaratmış, ulu Qorqud kəlamının təhrifinə imkan açmışdır. Odur ki oğuz türk­cə­sində əski əlifba ilə yazıya köçürülmüş bu boylar toplusunun əs­­­linə uyğun oxunub açıqlanması mühüm bir problem kimi hələ də öz ak­­tuallığını saxla­maq­da­dır. O.Ş.Gökyay, H.Araslı, M.Ergin, Ş.Cəmşidov, F.Zeynalov-S.Əli­zadə, S.Tezcan-H.Boeschoten və digər tanınmış təd­qi­qat­çıların dəyərli nəşrləri olmasına baxma­ya­raq, bu istiqamətdə aparı­lan araş­dırmalar davam etdirilməkdə, yeni oxunuş variant­ları işıq üzü gör­mək­dədir. Lakin yarandığı, formalaşdığı, ilk dəfə yazıya alındığı və son­radan üzü köçürüldüyü dövrlərin dil və üslub xüsusiyyətlərini özündə mü­­vazi şəkildə yaşadan bu əvəzsiz abidənin bədii mətnində fikir ay­rı­lı­ğı­na səbəb olan mü­ba­hisəli məqamlar hələ də qalmaqdadır. Buna görə də kom­püter texnologiya­sının imkanlarından istifadə edə­rək Drezden nüsxə va­riantını səhifələr üzrə əks etdirib (səhifələrin nömrəsi səhi­fənin baş­lan­ğı­­cında mərkəzdə, sətirlərin sırası isə sətrin başında göstərilir), hər bir sət­­rin qarşısında müasir əlifba ilə transkripsiya olunmuş oxunuşunu ver­mək­­lə mövcud problemin daha optimal həllinə nail olmaq istərdik. Dü­şü­nü­­rük ki, bu üsul mövcud oxunuşların ilkin variantla müqayisə edil­mə­si­ni sadələşdirəcək və yürü­dülmüş mülahizələrdən hansının doğru ol­du­ğu­na oxucunu inan­­dırmaqda yardımçı rolunu oynayacaq.

Burada incə bir yanaşmanı qabartmaq istərdik. Drezden nüsxəsi 152 səhi­fə­dən (titul səhifəsi daxil olmaq şərti ilə), hər səhifəsi 2 sütun və hər sütunu 13 (so­nun­­cu sü­tunu 8) sətirdən ibarət kitabdır. Buna görə də O.Ş.Gökyay və S.Tezcan-H.Boeschoten nəşrlərində sütunlar, yanında a və b işarələri qoyulmaqla eyni səhifə­lər üzrə nömrələnmişdir. M.Ergin, Ş.Cəm­­­şi­dov, F.Zeynalov-S.Əli­zadə nəşrlərində isə hər sütun müstəqil sə­hi­­fə nömrəsi kimi verilmişdir. Birinci nömrə­lən­mə akade­mik nəşrlər üçün daha məqbul sayılsa da, sadəlik baxımından ikinci nömrələnmə va­ri­­antını seçim etdik.

Həmçinin oxunuş zamanı bəzi mübahisəli mə­qam­lara aydınlıq gə­tir­­­mək üçün yeri düşdükcə Vatikan nüsxə variantına müraciət olun­muş və buraxıldığı güman edilən söz, söz birləşməsi və ya cümlələr < > işa­rə­si daxilində verilmişdir. Eyni zamanda, son nüsxə katibinin üzündən kö­çür­­mə prose­sində yol verdiyi səhv­lərin nəticəsi olaraq yanlış getmiş bəzi mə­­qamlar [ ] işarəsi içərisində göstə­ril­mişdir. Drezden nüsxəsində qır­mı­zı rənglə yazlmış söz və ifadələr isə “yağlı” qara hərflərlə nəzərə çarp­dı­rıl­mışdır. Təqdim olunan oxunuşda əvvəlki nəşr­lərin uğur­larından və ye­ni tədqiqatların nəticə­lərindən də faydalanılmışdır. Üzə­rin­də nömrə­lən­mış [ ] işarəsi qoyulan sözlər, deyimlər və soylama parçaları tədqi­qatın “Şərh­lər” bölümün­də ətraflı açıqlanmışdır. Təhlil göstərir ki, üzü köçürü­lə­nə qədər keçdiyi bütün dövr­lərin zəngin dil elementlərini qoruyub mü­va­zi şəkildə ya­şa­dan bu monu­men­tal abidənin əslinə uyğun oxunub açıq­lan­masında hər bir kon­kret sözün, ifadə­nin xüsu­si yeri və çəkisi vardır. Odur ki eposu sətir-sətir, söz-söz yeni­dən mü­qa­yi­sə­li şəkil­də nəzər­dən ke­çirməklə qorqudşünaslıqda mübahisəli sayılan ək­sər məqamlara bir ay­dınlıq gətirmək istərdik.

EPOSUN MÜQƏDDİMƏ HİSSƏSİNİN

ƏSKİ YAZILIŞI VƏ TRANSKRİPSİYASI

1


K İ T A B İ - D Ə D Ə M Q O R Q U D

Ə L A L İ S A N İ - T A Y İ F E Y İ - O Ğ U Z A N*

2



1Bismillah ir-rəhman ir-rəhim və bini nəstəin.


2Rəsul əleyhissəlam zamanına yaqın[1] Bayat boyından Qorqut ata


3derlər bir ər qopdı. Oğuzuñ ol[2] kişi tamam bilicisiydi. Nə dersə,


4olurdı. Ğayibdən dürlü xəbər söylərdi. Haq Taala anıñ köñlünə


5ilham edərdi. Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü


6Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət


7qopunca”. Bu dedügi Osman nəslidir, işdə sürülüb gedə yorır[3].


8Və dəxi neçə buña bəñzər söz söylədi. Qorqut ata Oğuz qövmünüñ


9müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqut ataya


10tanışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi,


11sözün tutub tamam edərlərdi. Dədə Qorqut soylamış:


12 Allah-Allah deməyincə işlər oñmaz. Qadir Tañrı[4] verməyincə ər bayımaz.


13Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Əcəl vədə irməyincə

3



1kimsə ölməz. Ölən adam dirilməz. Çıxan can gerü gəlməz. Bir yigidiñ


2qara tağ yumrusınca malı olsa, yığar dərər, tələb eylər, nəsibindən


3artuğın yeyə bilməz. Ulaşıban sular taşsa, dəñiz tolmaz. Təkəbbürlik


4eyləyəni Tañrı sevməz. Köñlün yuca tutan ərdə dövlət olmaz.


5Yad oğulı saqlamağla oğul olmaz; böyüyəndə salur gedər,


6gördüm deməz. Kül dəpəcik olmaz. [5] Qara eşək başına uyan


7ursañ, qatır olmaz. Qaravaşa ton geyürsəñ, qadın olmaz.


8Yapa-yapa qarlar yaqsa, yaza qalmaz. Yapağlu gögçə cəmən güzə


9qalmaz. Əski panbuq bez olmaz. Qarı düşmən dost olmaz.


10 [Qazağuca qıymayınca] yol alınmaz[6]. Qara polad uz qılıcı çalmayınca


11qırım dönməz. Ər malına qıymayınca adı çıqmaz. Qız anadan görməyincə


12ögüt almaz. Oğul atadan görməyincə süfrə çəkməz. Oğul


13atanıñ yetiridir, iki göziniñ biridir. Dövlətlü oğul
4



1qopsa, ocağınıñ küridir. [7] Oğul dəxi neyləsün, baba ölüb


2mal qalmasa, baba malından nə faidə, başda dövlət olmasa. Dövlət-


3siz şərrindən Allah saqlasun, xanım, sizi. Dədə Qorqut


4bir dəxi soylamış: Sarb yorırkən Qazılıq[8] ata namərd yigit


5binə bilməz, binincə binməsə, yeg! Çalub-kəsər uz qılıcı müxənnətlər


6çalınca çalsa, yeg! Çala bilən yigidə oqla qılıcdan bir çomaq


7yeg! Qonuğı gəlməyən qara evlər yıqılsa, yeg! At yeməyən acı otlar


8bitməsə, yeg! Adam içməyən acı sular sızınca sızmasa, yeg!


9Ata adını yorıtmayan xoyrad oğul ata belindən enincə enməsə, yeg!


10Ana rəhminə düşüncə toğmasa, yeg! Ata adın yorıdanda dövlətlü


11oğul yeg! Yalan söz bu dünyada olunca olmasa, yeg!


12Gerçəkləriñ üç otuz on yaşını toldursa, yeg! On otuz


13on yaşıñız[9] tolsun! Haq sizə yaman gətürməsin! Dövlətiñiz[10]

5



1payəndə olsun, xanım, hey! Dədə Qorqut soylamış, görəlim,


2xanım, nə soylamış: Gendə gen[11] yeriñ otlaqların keyik bilür.


3Geñəz[12] yerlər çəmənlərin qulan bilür. Ayru-ayru yollar izin dəvə bilür.


4Yedi dərə qoxuların dilkü bilür. Dünlə karvan köçdügün[13] turğay


5bilür. Oğul kimdən olduğın ana bilür. Əriñ ağırın, yeynisin

6at bilür.[14] Ağır yüklər zəhmin qatır bilür. Nə yerdə sızılar varsa,


7çəkən bilür.[15] Ğafil başıñ ağrısın beyni bilür. Qolca qopuz


8götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər. Ər comərdin, ər nakəsin


9ozan bilür. İleyüñüzdə[16] çalub-ayıdan ozan olsun. Azub


10gələn qəzayı Tañrı savsun, xanım, hey! Dədə Qorqut genə


11soylamış, görəlim, xanım, nə soylamış: Ağız açub ögər


12olsam, üstümüzdə Tañrı görkli. Tañrı dostı, din sərvəri


13Məhəmməd görkli. Məhəmmədiñ sağ yanında namaz qılan Əbubəkr Siddiq görkli.
6



1Axır siparə başıdır, əmmə görkli. Hecəsinləyin düz oqunsa,


2yasin görkli. Qılıc çaldı, din açdı, şahi-mərdan Əli


3görkli. Əliniñ oğulları – peyğəmbər nəvalələri Kərbəla yazısında


4yezidilər əlində şəhid oldu, Həsənlə Hüseyn – iki qardaş


5bilə görkli. Yazılıb-düzülüb gögdən endi, Tañrı elmi Quran


6görkli. Ol Quranı yazdı-düzdi, üləmalar ögrənincə köbətdi[17]


7biçdi, alimlər sərvəri Osman Üffan oğlu görkli. Alçaq


8yerdə yapılubdır Tañrı evi Məkkə görkli.[18] Ol Məkkəyə sağ


9varsa, əsən gəlsə, sidqi bütün hacı görkli. Sağış


10günində ayna görkli.[19] Ayna güni oquyanda qütbə görkli. Qulaq


11urub diñləyəndə ümmət görkli. Minarədə bañlayanda fəqi görkli.


12Dizin basub oturanda halal görkli. Dölümindən ağarsa, baba


13görkli.[20] Ağ südin toya əmzirsə, ana görkli. Yanaşub

7



1yola girəndə qara buğur görkli. Sevgili qardaş görkli.[21] Yañal ala


2uyanında dikilsə, gərdək görkli.[22] Urunca tınğı görkli. Oğul


3görkli.[23] Qamusına bəñzəmədi, cümlə aləmləri yaradan Allah-Tañrı



4görkli. Ol ögdügüm yuca Tañrı dost oluban mədəd


5irsün, xanım, hey! Ozan aydır: – Qarılar dört dürlüdir:


6Birisi solduran soydur,[24] birisi tolduran toydur,[25] birisi eviñ


7tayağıdır, birisi, necə söylərsən, bayağıdır. Ozan, eviñ tayağı


8oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa,


9ol anı yedirər içirər, ağırlar əzizlər, göndərər. Ol Ayişə, Fatimə


10soyıdır. Xanım, anuñ bəbəkləri bitsün. Ocağıña buncılayın övrət


11gəlsün. Gəldün, ol kim solduran soydur, sapadanca[26]


12yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlammac ilən


13bir küvlək yoğurd gəvzələr,[27] toyunca tıqa-basa yer, əlin bögrünə

8



1urar, aydır: “Bu evi xarab olası ərə varalıdan bərü


2dəxi qarnım toymadı, yüzüm gülmədi, ayağım başmaq, yüzüm


3yaşmaq görmədi,” der. “Ah, nolaydı, bu öləydi, birinə dəxi


4varaydım, umarımdan yaxşı, uyar[28] olaydı,” der. Anuñ kibi-


5niñ, xanım, bəbəkləri bitməsün. Ocağıña buncılayın övrət gəlməsün.


6Gəldüñ, ol kim tolduran toydur, dəprətincə[29] yerindən uru


7turdı, əlin-yüzin yumadan obanıñ ol ucundan


8bu ucuna, ol ucuna çarpışdırdı, quv quvladı, diñ


9diñlədi, öylədəncə gəzdi, öylədən soñra evinə gəldi.


10Gördi kim, oğrı köpək, yegə[30] tana evini bir-birinə qatmış,


11tavuq komasına, sığır tamına dönmiş. Qonşularına çağırar ki:


12“Qız, Zəlixə, Zübeydə, Ürüydə сan! Qız, Çan Paşa, Ayna Mələk,


13Qutlu Mələk![31] Ölməgə-itməgə getməmişdim, yatacaq yerim genə bu xarab

9



1olasıydı. Nolaydı, bənim evimə bir ləhzə baqaydıñız. Qoñşı haqqı –
2Tañrı haqqı,” deyü söylər. Bunuñ kibiniñ, xanım, bəbəkləri bitməsün.


3Ocağıña bunuñ kibi övrət gəlməsün. Gəldiñ, ol kim


4necə söylərsəñ, bayağıdır, evinə yazıdan-yabandan


5bir udlu qonuq gəlsə, ər adam evdə olsa, aña disə ki, tur


6ətmək gətür, yeyəlim, bu da yesün; disə, bişmiş ətməgüñ bəqası olmaz,


7yemək gərəkdir, övrət aydır: “Neyləyim, bu yıqılacaq evdə un yoq,


8ələk yoq. Dəvə dəgirməndən gəlmədi,” diyər. “Nə gəlürsə, bənim sağrıma


9gəlsün,” deyü əlin götünə urur, yönin añaru, sağrısın ərinə


10döndərir. Biñ söylərsəñ, birisini qoymaz, əriñ sözini qulağına


11qoymaz.[32] Ol Nuh peyğəmbəriñ eşəgi əslidir. Andan dəxi sizi,



12xanım, Allah saqlasun. Ocağıñıza buncılayın övrət gəlməsün.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə