Görkəmli alim işığlı ziyalı



Yüklə 0,66 Mb.
səhifə4/7
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3430
1   2   3   4   5   6   7
, 72)

...karığ səkipən Kögmən yışığ toğa yorıp kırkız bodunığ uda boz­dım, kağanın birlə Soña yışda süñüşdim. ( Bilgə xaqan, şərq tərəfi, 27). (74, 94)

Bu arxaizmə “yürümək, varmaq” anlamlarında Yusif Balasaqun­lu­nun XI əsr türk poeziyasının ən qüdrətli abidəsi olan “Qutadqu bilig” əsə­rində də rast gəlininr. Məsələn:

158 yorı ay biligsiz igingni ota

biligsiz otın sen ay bilgi kuta (119, 116)


179 bilig karağu turur belgülüg

yorı ay biligsiz bilig al ülüg (119, 118)
227 kalı edgü bolmak tilese özüng

yorı edgülük kıl kesildi sözüng (119, 126) və s.

M.Kaşğarinin həmin əsrdəcə qələmə aldığı ensiklopedik sözlü­yün­də eyni anlamda açıqlanan bu arxaizm (109, IVc, 635) aşağıdakı atalar sö­zü və nəzm par­ça­sı vasitəsilə şərh olunmuşdur:

“tündə yorup kündüz səwnür, kiçikdə əwlənip ulğadhu səwnür” (yo­­lı gecə gedən gündüz sevinər, çünki o, yolı görmədən getmişdir, gənc ikən evlənən adam isə yaşa dolanda sevinər, çünki uşaqları işləyərək onun ehtiyacını ödəyərlər, adam rahat olar). (55, IIIc, 79-80).

“Udhu barıp öküş ewdim,

Təlim yorıp küçi kəwdim,

Atım birlə təgü ewdim,

Məni körüp yini ağdı”.

Dalınca varıb tələsdim,

Çox yorıb gücdən saldım,

Atımla çatmağa tələsdim,

Mən görüb tükü ürpəşdi. (55, Ic, 219)

Göründüyü kimi, hətta “yor-“ fonetik variantinta götürülə bilən bu ar­xaik feil birinci nümunədə “getmək”, ikincidə isə “qovmaq, qaçırtmaq” mə­nalarındadır.

Bundan əlavə, sözün əski əlifba ilə yazılışı və abidənin dilində aşa­ğı­dakı iş­lənmə məqamları göstərilən oxunuşun tarixi həqiqətə daha uy­ğun olduğunu söy­lə­məyə imkan verir:

Sarp yorırkən Qazılıq ata namərd yigit binə bilməz, binincə bin­mə­sə yeg! (D-4, 4-5).

Evdən çıqub yorıyında səlvi boylum! (D-12, 8-9).

Bədəvi atın ökcələdi, ol tərəfə yorıdı. (D-26, 7-8).

Dirsə xan yayan, bunlar atlu yorıdılar. Alubanı qalın kafir ellərinə yö­nəl­dilər. (D-30, 2-3).

Yorı, oğul, babañ saña qıydısa, sən babaña qıymağıl! (D-31, 1).

Yorıyalım, a bəglər, av avlayalım, quş quşlayalım, sığın, keyik yı­qa­lım, qayı­da­lım otağımıza düşəlim, yeyəlim, içəlim, xoş keçəlim! (D-36, 12-13).

Çoban böylə digəc Qazana qəhər gəldi, aldı yorıyu verdi. (D-49, 5-6).

Qazana qeyrət gəldi, çobanı bir ağaca sara-sara möhkəm baqladı, at­landı, yorıyu verdi. (D- 50, 3-4).

Böylə digəc anasınıñ qərarı qalmadı, yorıyu verdi, qırq incə bellü qı­zıñ içinə girdi. (D-55, 2-3).

Bir-iki gögərçin öldürdi döndi, evinə gəli yorırkən Əzrayıl atınıñ gö­zinə görün­di. (D-159, 12-13) və s.

M.Erginin dəqiq müəyyənləşdirdiyi kimi, boyların dilində müxtəlif qram­­ma­tik şəkilçilərlə 27 dəfə işlənən bu söz (101, IIc, 339) eyni za­man­da -t leksik şəkil­çisi ilə düzəlmiş “yorıt-“ feilinin yaranmasında da iştirak et­mişdir. Məsələn:

1) “qaçırtmaq” mənasında:

Kəndüləri atlı, babañı yayaq yorıtdılar. (D-30, 11).

Ağ əlləriñ qarusından bağlatdıñmı, kafir öñincə yorıtduñmı? (D-136, 10).

2) məcazlaşaraq “ad daşımaq” mənasında:

Ata adını yorıtmayan xoyrad oğul ata belindən enincə enməsə, yeg! (D-4, 9).

Ata adın yorıdanda dövlətlü oğul yeg! (D-4, 10-11).

3) qılıncla bağlı “oynatmaq”, “çalmaq” mənasında:

Qara tonlu kafirə at saldılar, qılıc yorıtdılar. (D-270, 6).

T.Tekinin düzgün müşahidə etdiyi kimi, bu arxaik söz Orxon abi­də­­lərində iş­lənmiş eyni mənalı “yor-” feilinə -ı şəkilçisinin əlavəsi ilə dü­zə­lib (115, 87). Bu fik­­rə və semantik yaxınlığa istinadən deyə bilərik ki, “Ki­tab”ın mətnində rast gəli­nən “yort-”, “yortış-” feilləri, eləcə də “yort­ma”, “yorış” isimləri həmin arxaik feil kö­kün­­­­dən törəmişdir. Bunu aşa­ğı­da­kı dil nümunələri də təsdiq edir:

Qazan gerü döndi, gəldügi yolı əlinə alub yortdı. (D-141, 2-3).

At üstində əylənməyüb yortan Qazan, səniñ beliñ ulmış? (D-149, 7-8).

Qırq yigidin yanına bıraqdı, yedi gün yedi gecə yortdılar. (D-177, 5-6).

Ağboz atlar binübən yortuşdılar, bəg babası yanına irişdilər. (D-200, 8-9).

Gecə-gündüz demədilər, yortma oldı. (D-301, 10).

Qırq yigidin boyına aldı, Qalın Oğuzuñ üstünə yorış etdi. (D-19, 4-5).

Bəllidir ki, orta əsr yazılı abidələrinin dilində “yorı-“ feili artıq in­cə­­ləşərək “yürü-“ və “yörü-“ şəklini almışdır. Lakin bu bizə haqq vermir ki, “Kitab”ın dilini ya­xın keçmişə çəkib müasirləşdirək. Məhz çox zaman bu yolla gedildiyi üçün on­lar­­la sözün oxunuşu və mənalandırılmasında yanlışlığa yol verilmişdır.



“Yorı-” feilinin yuxarıdakı işlənmə məqamına gəlincə, onun “gedə” feil for­masına artırılaraq “getməkdə davam edir” mənasında işlədiyini söy­ləmək olar.

[4] Drezden nüsxəsindəki yazılışına əsasən, bu sözü Orxon-Yenisey abi­­dələrində olduğu kimi “Teñri” variantında oxumaq daha mən­tiqi görünür. F.Zey­­­na­lov-S.Əlizadə nəşrində həmin söz bütün iş­lən­mə məqamlarında “təñri” kimi ve­ril­mişdir (60, 31). Abidənin or­foq­ra­fi­ya­sına əsasən, türk mənşəli qalın saitli söz­­lər “ta” , incə saitli sözlər isə “te” hərfi ilə yazılmışdır. Böyük dilçi M.Kaş­ğa­ri lüğətində də oxşar ya­zılışın şahidi oluruq (55, Ic, 126, 150; IIc, 113, 178; III c, 52, 118 və s.). Sadəcə, “sağır nun” hərfi burada iki hərf – nun və kaf hərf birləş­mə­lə­­ri şəklində getmişdir. Maraqlıdır ki, O.F.Sertkaya bu sözün ilk səkkiz sə­hi­fədə məhz nöqtəsiz nun hərfi ilə yazıldığını müşahidə etmişdir (110, 56). Bu da abi­dənin Drezden nüsxəsinin məhz XI əsr əlyazmasından üzü kö­­çü­rüldüyünə əsas ve­rən faktlardandır. Bununla belə, O.Ş.Gökyay, M.Ergin nəşrlərində olduğu kimi, sö­zün “Tañrı” varıantında transkripsiya edil­məsinə üstünlük verdik.
[5] Öncə deyildiyi kimi, < > işarəsi içərisinə verilmiş söz, ifadə və cüm­lələr Drez­den nüsxəsində buraxılıb, Vatikan nüsxəsinə və abidənin di­gər yer­lərində tək­rar­lanaraq işlədilən məqamlarına əsasən bərpa olun­muş­­ları əks etdirir.
[6] “[Qazağuca qıymayınca] yol alınmaz” de­­yi­mindəki [ ] işarəsi içərisində verilmiş “qara qoca” və “qıymayınca” söz­­ləri də mü­ba­­hisəli məqam­lardan sayılır. Drezden nüsxəsində “Qa­za­ğu­­ca qıymayınca yol alın­maz” oxunuşunda verilmiş deyi­min ilk iki sözü Va­­tikan nüsxə­sində “qara qoça bin­məyincə” şəklində oxunan varintda ya­­zılmışdır (V-3, 3). O.F.Sertkayanın üzə­rin­də ətraflı da­yan­dığı bu de­yi­min təhli­lin­dən (110, 63-71) aydın olur ki, “qara qoç” və “qazağuc” söz­lə­­rinin ifadə etdiyi mənalar tədqiqat­çı alimlər tə­rə­findən fərqli yanaş­ma­lar­da izah olunmuşdur. Azərbaycan nəşrlərini əlavə et­mək şərtilə möv­cud ya­­naş­maların mahiy­yəti­ni açıqlamaq üçün onları bir daha nə­zər­dən keçir­mə­yi məqsədəuyğun bilirik.

O.Ş.Gökyay deyimi “Karagoça kıymayın­ca yol alınmaz” kimi oxu­muş (107, 20) və tərtb etdiyi sözlükdə “at, yügrük at, at sürüsü” və sual işa­rəsi ilə verdiyi “tavla” mənalarında izah etmişdir (107, 337). Ma­raq­lı­dır ki, böyük qorqudşünas “kara­koç” sözünü də eyni anlamlarda açıq­la­mış­dır (107, 337). M.Ergin deyimi “Kızağu­ça kaymayınca yol alınmaz” va­rian­tında trans­krip­siya etməklə (101, Ic, 74) ilk sözü -ça şəkilçisi qəbul et­miş “kızak” mənalı “kızağu” (101, IIc, 185), ikin­ci sözü isə “kay-” feili­nin -mayınca şəkilçisi ilə işlənmiş feili bağlama forması kimi (101, IIc, 175) anlasa da, yekunda deyimi “Kara koç ata kıymayınca yol alın­maz” şəklində çevirmişdir (102, 16). O.Ş.Gökyay və M.Ergin oxu­nuş­la­rını müqa­yi­səli təhlilə cəlb edən T.Tekin “kıymayınca” əvəzinə, Vatikan nüs­xəsində “binmə­yincə” sözünün yazılmasına və mətn boyu “kara koça bin­mək” ifadəsinin daha çok işlənməsinə rəğ­mən deyimin “kara koça bin­məyincə” birləşməsi ilə verilməsini doğru hesab edir (114, 142-143). H.Araslı deyimi “Qaraqoca qıymayınca yol alın­maz” varinatında oxumuş və ilk sözü “at” mənasında qavra­mış­dır (59, 15). F.Zeynalov-S.Əlizadə nəş­­rində deyim “Qara­ğuca qıymayınca yol alınmaz” kimi verilmiş (60, 31) və ilk sözün oxunuşu belə bir şərhlə əsaslandırıl­mış­dır: “Biz­cə, “Qa­ra­ğuc” sözü “qaracıq”ın metateza nəticəsində dəyişmiş variantıdır. Bü­töv­lükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 1) At adı (xüsusi isim). 2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 3) Yer adı (to­ponim). Bu­ra­da ikin­ci mənada işlənib” (60, 225-226). Gorünür, elə buna görə də mətnin müasir çevir­mə­­sində həmin söz “Qaracıq” kimi ve­ri­lərək “atın adı; qara camaatın mindiyi adi at” şəklində məna­lan­dı­rıl­mış­dır (60, 129). Düzü, mətn boyu rəngarəng epitetlərlə məth olunan, ağır hər­bi yürüşlərdə Oğuz igidlərinə həmişə dayaq, arxa durub onları hətta ölüm­dən xilas edən, buna görə də böyük sevgi ilə “yoldaşım, qardaşım” de­yə müraciət edilən atların bu yo­zum­da şərhi inandırıcı görünmür. Ş.Cəm­şidov isə yalnız nüsxə yazılışını “Qıza­qucə” şəklində qeyd et­mək­lə “Qara qoça qıymayınca yol alınmaz” varıantını seçim etmişdir (23, 101, 279). V.V Bartoldun “Не сгубив коня, дороги не пройти” (138, 14) tər­cü­mə­sindən anlaşılır ki, böyük şərqşünas ilk sözü “at” mənasında an­­lamış­, ikinci sözü isə “kıymayınca” şəkilində oxuyaraq mə­na­lan­dır­mış­­dır. S.Tezcan-H.Boes­cho­ten nəşrində bu hikmətli ifadə “Kazağuca bin­­­meyince yol alın­maz” (116, 30) kimi verilmişdir. S.Tezcan tərəfindən açıq­la­nan bu oxunuşda “kıy­ma­yınca” sözü, kati­bin yol verdiyi xətalardan bi­ri olaraq, Vatikan nüsxə­sində getmiş “binme­yin­ce” sözünün yerində iş­lən­­diyi göstərilirsə, “kazağuc” “at” məna­sını daşıyan və kökü dəqiq mü­əyyən­­ləşdirilə bilməyən söz kimi dəyər­lən­­diril­miş­dir. Araş­dırıcı bu sö­zün “kara koç” biçimində oxunması ilə qəti razılaş­ma­yaraq yazır: “Ben, DKK'­daki sözcügün aslında kazağuç olduğunu, çekim­leyen­le­rin bunu an­la­­madıkları için kara koç biçimine sokmuş olduklarını sanı­­yorum” (117, 40-41). M.Tezcan yozumuna tənqidi yanaşan M.Tulum abidənin dilində iş­­­lənmiş çoxsaylı faktlara istinad edərək “kıymayınca” sözü ilə mü­qa­yi­sə­­də “binməyince” sözünün daha məntiqi olduğunu göstərməklə bərabər, baş­­­lanğıc sö­zün “Divani-lüğət it-türk” əsərində “kaz­mak, at ha­şa­rı­la­na­rak ve çamışlanarak aya­ğıyla yeri kazmak” anla­mını daşıyan kaz- feil kö­kü­nə -a feil və -ğuç isim dü­zəldən şə­kilçi­lərinin artırıl­ması ilə yaranmış “ka­­za­ğuç” olduğunu təsdiqləyir (118, 525). Ali­mə görə, bu deyim belə açıq­lanmalıdır: “Ye­rin­de durmayan, üstüne kim­se­yi bin­dir­me­yen, hırçın, huy­suz, gem vurulmaz, ram olmaz bir ata binmeyince (yani: üstü­ne çı­ka­bilib sırtında dura­bilecek güce sahib olmadıkca) yol alınmaz” (118, 526).

M.Tulumun etimoloji açımının doğru olduğuna qatılan O.F.Sert­ka­ya məna­lan­dırması ilə bağlı şərhi imkansız sayaraq: “Bu kelime olsa olsa cin­si bildiren bir kelime olan “at” kelimesinin önüne gelen bir sıfat olma­lı­dır” (110, 65) fikrini irəli sürməklə abidənin mətninə istinadən “ka­za­ğu­ça” kəlməsini “kazağuç a” bir­ləş­məsinin düşümə uğramış şəkli kimi bər­pa edir və deyimi “kazağuç a min­me­yince yol alınmaz” varian­tın­da oxuyur (110, 70).

Beləliklə, qorudşünaslıqda müxtəlif oxunuş və şərhlərin irəli sürül­dü­yü üzə çıxır. Fikrimizcə, bu deyimdə sürətli yazıya alınma və ya üzün­dən köçürülmə pro­se­­sinin nəticəsi olaraq iki xətaya yol verilmişdir ki, bun­lardan açıq-aydın duyu­lanı sonrakı sətirdə getmiş “Ər malına qıy­ma­yın­ca adı çıqmaz” (D-3, 11) atalar sözü­nün tərkibindəki “qıyma­yınca” fe­ili bağlamasının mexaniki surətdə bu sətirdə ya­zıl­­ma­sı­dır. İkinci yan­lış­lıq isə bütün əsər boyu re hərfinin üzərinə bir nöqtə işarəsi qoyulmaqla ze ki­mi oxunmasından, eləcə də qafğeyn hərflərinin oxşar konfi­qu­rasi­ya­ya malik olmasından irəli gəlir. Vatikan nüsxəsində “qara qoça” kimi oxu­nan ilk sözün Drezden nüsxəsində şəklində yazılaraq “qa­za­ğuça” kimi oxun­masını (-a yönlük hal şəkilçisidir) həm də abidəni ya­zı­ya alan və yaxud üzünü köçürən şəxsin “qara qoç” və “qazağuc” söz­lə­ri­ni semantik baxımdan fərq­lən­dirə bilməməsi ilə izah etmək müm­kün­dür.

Araşdırma göstərir ki, “qoç” sözü ilk mərhələdə “ayğır”, “buğur” söz­­lə­ri kimi keyik, maral, dağ keçisi, qoyun kimi heyvanların erkəyinə ve­rilmiş ümu­mi ad olmuşdur (43, 16-17). Sonra­dan məna daralması yolu ilə “ayğır” sözü atın, “buğur” sözü dəvənin, “qoç” sözü isə qoyunun er­kə­yini adlandırmağa xidmət etmişdir. “Qara eşək”, “qara buğur” bir­ləş­mə­lərində olduğu kimi, “qara” sözü “qara qoç” bir­­ləş­məsində “güclü” an­lamını ifadə edən təyinedici sözdür. Bu birləşmənin abi­də­­nin dilində “güc­lü erkək at” anlamında şəklində dəfələrlə işləndiyi mü­şa­hi­də olunur. Məsələn:

Qara qoç atları kişnəşdirən ... (D-45,13).

Mən qara qoç atıma binmədin il binmax gərək! (D-81, 2).

Qara qoçın oynaddı, Uruz kafiriñ sağına at dəpdi. (D-133,132-133).

Qara qoç ata binənlər vardı gəldi, Bədəvi atlu bir oğula, ya Rəb, nol­du? (D-137, 10-11) və s.

Bu və digər işlənmə məqamlarını ayrıca qeyd etməklə “qara qoç at”, qara qoç ayğır” əvəzinə “kazağuç at”, “kazağuç ayğır” ifadəsinin ve­ril­məsini irəli sürən O.F.Sertkaya mülahizəsi (110, 69-70), fikrimizcə, özü­­nü doğrultmur. Onun bütün məqamlarda -ım, -ın, -lar qrammatik şə­kil­çiləri qəbul etmiş “qara qoç” birləşmə­sini “kazağuç ” bir­ləş­mə­si­nin düşümə uğramış şəkli sayması inandırıcı görün­mür ki, bu da gör­kəm­li alimin onu M.Tulum və S.Tezcan kimi, sadə bir ata deyil, “yerinde du­ra­­mayan, sürekli olarak ayaklarıyla yeri eşeleyip duran, haşarı, huysuz, ha­rın yanına kimseyi yaklaştırmayan, üzerine semer vurulup binilmesi güç, vahşi, ram olmayan” ata verilən təyinedici söz, yəni sifət (110, 65) he­sab etməsi ilə əlaqə­lidir.

Fikrimizcə, müasir naşirlər və tədqiqatçılar kimi, katib də arxaik “qa­zağuç” sö­zü­­nün mənasını dəqiq bilmədiyi üçün işlədilməsi tələb olu­nan məqamlarda onu ey­ni­lə “qara qoç” birləşməsinin yazılışı kimi ver­miş­dir. Lakin kontekstə əsasən bu söz­ləri fərqləndirmək olur ki, həmin mə­qamları nəzərə çarpdırmaq istər­dik.

1. “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da Burla xatunun Qa­zan xana soylama­la­rın­dan birində:

Qaytabanda qızıl dəvə bundan keçdi.

Torumları bundan bozlayıb bilə keçdi.

Torumcığım aldırmışam, bozlayayınmı?

Qazağucda Qazılıq at bundan keçdi.

Quluncığı kişnəyüb bilə keçdi.

Quluncığım aldırmışam, kişnəyəyinmi?

Ağayılda ağca qoyun bundan keçdi.

Quzucığı məñrişib bilə keçdi.

Quzucığım aldırmışam, məñriyəyinmi? (D-139, 6-11)

2. “Qañlı qoca oğlı Qan Turalı boyu”nda Selcan xatunun Qan Tu­ra­lı­ya soyla­ma­­sında:

Hey, yigidim, bəg yigidim!

Qaytabanlar torumundan dönərmi olur?

Qazağucda Qazılıq atlar quluncığın dəpərmi olur?

Ağayılda ağca qoyun quzıcığın süsərmi olur? (D-196, 11 - 197, 1).

3. “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügü boy”da:

Qaytabanda dəvələrim bozlatmadın,

Qazağuçda Qazılıq atım kişnətmədin... (D-299, 2-3).

Bu məqamlarda yerlik hal şəkilçisi qəbul etmiş “qazağuç” ar­xa­iz­mi­­­nin eyni­lə “qara qoç” birləşməsi kimi bəzən , bəzən isə şək­lində ya­zıl­­masına baxmayaraq, tamamilə fərqli məna daşı­dı­­ğı şüb­hə­­siz­dir. Göstərilən nü­mu­nələrdə dəvələrin qaytabanda, qo­yun­la­rın ağayılda, atların isə qazağucda saxlanıl­dığı üzə çıxır. Digər tərəfdən, ay­dın olur ki, dəvə sürü­sü qaytaban, qoyun sürüsü ağayıl, at sürüsü isə qa­zağuc adlan­dırıl­mış­dır. Artıq bu misra­larda ata şamil edilən “qüvvətli erkək” mənalı “qara qoç” birləş­məsinin işlədilməsi özü­nü doğrultmur. So­­nuncu boyun aşa­ğıdakı cümlələrində də həmin sözün “atların sax­la­nıl­dı­ğı yer” anlamında işlədil­məsini görü­rük:

Qazağuçda Qazılıq atlarım kişnətdilər. (D-293, 2-3).

Qazağuçda Qazılıq atın çoq yilmişəm. (D-296, 9).

Qazağuçda Qazılıq atıma binərdim. (D-297, 1-2).

Araşdırma göstərir ki, “qazağuc” sözü qədim türk dilində işlədilən na­dir arxaizmlərdəndir. Bu sözə, S.Tezcanın qeyd etdiyi kimi, cəmi iki mən­bədə: “Kitab əl-idrak li-lisan əl-idrak” lüğətində və cağatayca “Səng­lah” sözlüyündə eynilə üzərində dayandı­ğı­mız sətirdə yazıldığı va­riantda rast gəlinir (117, 41-42). Həmçi­nin arxaik “kazağuç” sözü V.V.Radlov lü­ğətində “at” anlamında qeydə alınmışdır (152, IIc, 1h, 367). XIII əsrin ikin­çi yarısı – XIV əsrin əvvəlllərində yaşamış dilçi alim Əbu Həyyanın tər­tib etdiyi lüğətdə oxuyuruq: “qazdı atını – ərəbcədəndir. Atının dur­ma­sını tələb etdi”. Görünür, alim “qaz-” feilindən törəndiyini ehtimal edərək “at saxlayan” anlamını ifadə edən “kazağuç” sözünü də bu şərhə əlavə et­miş­dir (35, 44). S.Tezcan şərhindən məlum olur ki, Ə.Cəfəroğlu və G.Cla­uson kimi tanınmış dil­çi­lər belə bu sözün həmin anlamda işlə­nil­mə­sini şübhə altına almışlar (117, 41). İki əski sözlükdə və “Dədə Qor­qud kitab”nda işlənilməsinə isti­na­dən o, belə bir sözün mövcud olduğu qə­naətinə gəlir və həmin dilçilərin şüb­hə­lərini yersiz sayır (117, 42). Məş­hur türkoloq V.V. Radlov isə mənbə olaraq cümlə nü­munələri ilə əsas­lan­dır­dığı xalq danışıq dilini deyil, cağatay kitab dilini və 1870-ci il­də Parisdə nəşr edilmiş bir kitabı götürmüşdür (152, IIc, 1h, 367). Ona gö­rə də həmin sözün ilkin mənasının müəyyənləşdirilməsində bu yozum ye­tərli sayıla bil­məz.

M.Kaşğari lüğətində “heyvanlar üçün ağacdan düzəldilmiş ağıl” mə­nasında “kası” sözü işlədilmişdir (55, IIIc. 212). Türk dillərində s~z səz müvaziliyini nəzərə alaraq bu sözün Əbu Həyyan lüğətində “dur­dur­maq” mənasında işlənmiş “qaz-“ feilindən düzəldiyini güman edirik. Ma­raq­lıdır ki, orta əsrlərə aid türk yazılı mən­bə­ləri əsasında hazırlanmış “Ta­rama sözlüyü”ndə “kazmak” feili məhz atla bağlı şərh edilir: “Kazık ça­kıp (atı) bağlamak” (112, IVc, 2393). Burada atı bağ­lamaq üçün isti­fa­də olunan arxaik “kazık” sözü “qazıx” fonetik variantında “yerə bas­dı­rı­lan di­rək, paya, mıxça” mənasında indi də dialektlərimizdə iş­lə­dil­mək­də­dir (9, 289). Əgər belədirsə, “qa­za­ğuc” sözü də qaz-(//kaz-) feilinə -ağ (-aq) ad düzəl­dən və -uç (//-ıc) kiçiltmə və əzizləmə mənalı şəkil­çi­lər­in ar­tı­rılması yolu ilə yaran­mış olma­lıdır. Bir qədər də dərinə get­dikdə bu sö­zün d-z səs keçidi ilə atın nəyəsə möhkəm bağlanmasını bildirən qada- (//kada-) feilindən yarandığını irəli sürmək mümkündür (160, 180). Qay­ta­banağayıl sözlərinin etimoloji açımı da bu müla­hi­zələrin döğ­ru­lu­ğu­na zəmanət verən faktor kimi götürülə bilər. Araşdırma göstərir ki, “də­və sürüsü” mənasını ifadə edən qaytaban sözü 1 yaşdan 7 yaşa qədər müx­­tə­lif cinsli dəvələrə verilən kayalık, kayalak, kaylak, kaymal söz­lə­ri­nin tərkibində daşlaşmış şəkildə qalmaqda olan arxaik “qay//kay” kökü ilə (160, 197), görünür, “sürü”, “ilxı” mənasını bildirən “taban” (müasir rus dilində “tabun” formasında yaşa­maqdadır) sözlərinin birləşməsindən ya­ranmışdır. “Qoyun sürüsü” və “qoyun­la­rın saxlanıldığı yer” anlamını ifa­­də edən ağayıl sözü isə “çəpərləmək”, “hasarla­maq” mənalı arxaik “ağ-” feilinə -ağ//-ay və -ıl şəkil­çilərinin artırılması yolu ilə düzəl­mişdir (153, 83-84). Bu arxaizmin qədim türk ya­zılı abidələrində və müasir di­li­miz­­də “mal-qara və qoyun saxlamaq üçün üstü­açıq yer” mənasında “ağıl” fone­tik tərkibində daha geniş işləndiyi (10, Ic, 45; 134, 18; 154, 303) müşahidə olu­nur ki, abidənin mətnində də öz əksini tapmışdır:

Qıyangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı, ağılıñ qapusını bər­kitdi. (D-39, 11-12).

Arqasını evürüb bərk ağılıñ ardın sökən! (D-46,1-2).

Dəlı Qarçarı yalıncaq eylədi, ağıla qoydı. (D-88, 3).

Qeyd edilən sözlər arasındakı bu məna yaxınlığına baxmayaraq, abi­dənin mətnində getmiş məqamların təhlilinə əsasən demək olar ki, “ağa­yıl” arxaizmi məhz “qoyun sürüsü” anlamında işlənilmişdir.

Beləliklə, hansı üsulla yaranmasından asılı olmayaraq, “qa­za­ğuç//kazağuç” sözünün “at saxlanılan yer” və “at ilxısı” mənalarında iş­lə­nil­­­­diyini söyləmək müm­kündür. Üzərində dayanılan deyimə gəlincə, onun “Güç­lü erkək ata minmə­yin­cə yol başa vurul­maz” fikrini ifadə et­di­yi fikrindəyik.

[7] Əsərdə maraq doğuran məqamlardan “Dövlətlü oğul qopsa, ocağınıñ küridir” deyiminin oxu­nu­şu və məna­lan­dı­rıl­ması ilə bağlıdır. Drezden nüsxəsinə əsasən bu de­yi­mi “Döv­­lətlü oğul qopsa, oca­­­ğınuñ közüdir” şəklində oxumaq lazım gə­lir. La­kin soylamanın məntiqi və Va­ti­­­kan nüsxəsi bu oxunuşun yarımçıq və yan­lış olduğunu ortaya qoyur.

O.Ş.Gökyay Vatikan nüsxəsinə istinadən “Devletlü oğul kopsa tir­ke­­şində tiri­dür, devletsüz oğlu kopsa ocağınuñ kürüdür” (107, 20) şək­lində bərpa etməyi lazım bilir. Həm də tərtib etdiyi “Sözlük”də “köz” fo­ne­tik variantında başlığa gətir­diyi “kür” sözünü “yanmış olğun kömür, yan­mış odunlardan kalan ateş parça­ları, yanar ateş, kor, ateş koru, kızıl ateş parçası” mənalarında (107, 360) açıqlayır. S.Tezcan-H.Boeschoten nəş­rində də Vatikan nüsxəsinə istinad edilməklə deyim:

“Devletli oğul [kopsa terkeşinde tiridür,

Devletsüz oğul] kopsa ocağınuñ köri-dür” variantında (116, 30) bər­­pa edilir. Bu oxunuşa şərh verən S.Tezcan deyimdə açar söz rolunu oy­­­nayan “kör” sözünü “ocaq” anlamını daşıyan fars mənşəli “küra” sözü ilə əlaqələndirərək sonda özünün də tam əmin olmadığı belə bir nəticəyə gə­lir: “Belki şöyle anlaşılmalı: “Hayırsız oğlu yetişse (babasının) oca­ğın­da­ki ateşin altindaki destekdir”. Yani: “Hayırsız oğul bile bab ocağını sür­dürmekte işe yarar” denmek istemiş olabilir” (117 , 45).

S.Tezcanın diğər şərhləri ilə yanaşı, bu şərhinə də tənqidi müna­si­bət bildirən M. Tulum “kör” sözünün farsca “küra” sözü ilə əla­qə­lən­diril­mə­­sini zəif sayaraq, onu ərəb mənşəli “çamurdan yapılmış dəmirçi oca­ğı” anlamını verən “kür” sözü əsasında izah edir və mətni prinsipcə Tez­can yozumundan ciddi şəkildə fərqlən­mə­yən variantda yozur: “Bir ba­ba­nın oğlu hayırsız çıksa bile, ocakdaki ateşli kül üze­rine oturulan ve ça­tı­lıp yerleştirilen odunların kolayca tutuşup yanmasını, böylece de ocağın sön­memesini sağlayan kör gibi, hiç degilse baba ocağının sönmesini ön­ler, yani soyunun davamını sağlar” (118, 529).

O.F.Sertkaya da göstərilən naşirlər kimi Vatikan nüsxəsinə is­ti­na­dən Drez­den nüsxəsində yarımçıq yazıya alınmış bu atalar sözünü:

“Devletli oğul

Devlet-süz oğul> kopsa, ocağınuñ köri-dür” şəklində tamamlamağı gə­rəkli bilir (110, 33-35, 83).

Nəzm formasında verilmiş bu misraları tamamlayan “tirkeşinde ti­ri­dür”, “oca­­­ğınuñ köridür” ifadələri üzərində ətraflı təhlil aparan müəllif fi­kirlərini maddə-mad­də qruplaşdıraraq önəmli nəticələrə gəlir. “Oxluq, ox qabı” anlamını verən “tir­keş” sözünün Vatikan nüsxəsində -e- hərə­kə­si ilə “terkes” variantına etiraz edə­rək, onun “ox” mənası bidirən “tir” sö­zün­dən törəndiyiyni irəli sürür. Bizcə, dilçi alim bu mülahizəsində ta­ma­mi­lə haqlıdır və O.Ş.Gökyayın da oxunuşunda (107, 20) əksini tap­mışdır. Bun­dan sonra diqqətini “ocağınuñ köridür” deyimi üzə­rinə yönəl­dən araş­dırıcı onun müasir anlamda qavranılmasına qarşı çıxaraq yazır:

“Bu­ra­­­daki ocak kelimesinin metaforik olarak “ev, hane” anlamında kulla­nıl­dığı gözden uzak tutulmamalıdır.

Ancak tamamlanan ilk satırın kafiyesine göre kelimenin közi yerine tiri kelimesine kafiye olarak köri~göri şeklinde düzeltilmesi gerekir” (110, 83).

Müəllif deyimi “ocağınuñ göridür” şəklində oxuyub “ocağının mə­za­rı­dır”, yəni evinin sonudur, ocağının sonudur, soyunun sonudur” va­ri­an­tın­da şərh edən T.Tekinin, “Derleme sözlügü”nə əsasən “gör” sözünü “ocak­ta yakılan büyük kütüklerin yanması­nı kolaylaştırmak için altına ko­nulan destek, büyük ocaklarda kullanılan bir çeşit sac­aya­ğı” açıqlayan S.Tez­canın, eləcə də farsca “kür” kəlməsindən götürülərək Türki­yə türk­cə­sində “kor” mənasında geniş yayılmış “kör” sifəti ilə əlaqələndirən M. Tu­lu­mun fikirlərini oxucuya çatdırır. Bundan əlavə, M.Tulumun başqa bir müla­hizə­sini qabardaraq yazır: “Yine Mertol Tulum kör kelimesi ile il­­gili olarak körlük, körlügüne, kör dikmek, körelmek, körelemek, kö­relt­mek, kö­re­zimek, körez yanmak şekil­lerini de verir ve verdigi bütün ör­nek­le­re da­yanarak metni “Oğul hayırlı çıkarsa, babasının sadağındaki ok gi­bi­dir.

(Oğul) hayırsız çıkarsa, soyu için de hayırsızdır, güvenilmez, ya­ra­maz aileyi çöküntüye uğratır” şeklinde anlamlandırır” (110, 85). Gö­rü­nür, bu yozumla razılaşan təd­qiqatçı mətni daha dəqiq şəkildə vermək üçün qrammatik uyuşmazlıq kimi dəyər­lən­dir­diyi “ocağınuñ köridir” iba­rə­sini “tirkeşində tiridür” ibarəsinin formasına uyğun olaraq “ocağında kö­ridir” şəklində və yaxud əksinə bərpa etməyi məqsədə­uyğun bilir (110, 85).

Fikrimizcə, katibin formalaşmış yazı manerasına uyğun qaydada bə­zən - “re” üzərinə yersiz görünən nöqtə qoyması və ya - “ze” hər­fi­nin nöq­təsiz yazması faktına əsasən, “kür” sözünü “göz” sözünə çevir­məsi an­la­şılandır. Eyni zamanda “küridir” sözünün Vatikan nüsxə­s­inə əsa­sən bər­pa edilən “tirkeşində tiridir” ifadəsi ilə həmqafiyə təşkil etməsi də bu vari­an­­tın doğruluğuna şübhə yeri qoymur. Lakin “kür” sö­zünü gös­tərilən söz­lə­rə müraciət etməklə deyil, elə abidənin mətnində üç dəfə ar­xa­ik mənada iş­lənmiş eyni səs tərkibli digər bir sözlə izah etmək lazım gəlir:

Yarımasun, yarçımasun, səniñ oğluñ kür qopdı, ərcəl qopdı (D-19, 3).

Səniñ oğluñ kür qopı, ərcəl qopdı (D-20, 5-6).

Aydır: “Bəglər, bizə bir kür oğul vermiş (D-134, 12-13).

“Ərcəl” sözü ilə sinonimlik təşkil edən “kür” arxaizmi göstərilən mə­qamda nöqtəli yazıldığı üçün qorqudşünasların diqqətindən kənarda qal­mışdır. İlkin işlənmə məqamını nəzərdən qaçırsa da, M.Ergin bu ar­xa­izmi “idraksız, inatçı, inadına kötü iş yapan, aksi, yaramaz, kötü, huysuz, kö­tü huylu, kötü tabiatlı” mənalarında izah etmiş­dir. (101, IIc, 208). O.Ş.Gökyay da digər işlənmə məqamlarına istinadən “kür” sözünü “yon­tul­mamış, terbiyesiz, nankor” və s. məna çalarlarında, həmin əsasda ya­ran­­mış “kür qopmaq” frazeoloji birləşməsini isə “hayırsız çıkmak, nan­kor çıkmak, ya­ramaz çıkmak” anlamlarında açıqlamışdır (107, 364). Doğ­rudur, M.Kaşğari lü­ğətində “kür” sözü “cəsur, igid” anlamında müs­bət məna çalarında (109, Ic, 324, 325) qeydə alın­mış­dırsa da, abidənin di­lində onun “uğursuz” mənasında işlənən arxaik “ərcəl” (35, 15) sözü ilə sinonimlik təşkil etməsi M.Ergin və O.Ş.Gökyay açıqla­ma­larının doğ­ru olduğunu üzə çıxarır. Fikrimizcə, üzərində dayandığımız məqamda da “kür” sözü ey­ni mənanı ifadə etmişdir. Digər tərəfdən, buradakı “ocaq” sö­zü həqiqi mənada deyil, məcazi mənada işlədilərək “ev, ailə” mənasını ifa­də etmişdir. Bu məna müqəd­di­mənin qadınları xarakterizə edən hissə­sin­də də açıq ifadə olunmuşdur:

Ocağıña buncılayın övrət gəlsün (D-7, 10-1).

Ocağıña buncılayın övrət gəlməsün (D-8, 5).

Ocağıña bunuñ kibi övrət gəlməsün (D-9, 3).

Ocağuñuza buncılayın övrət gəlməsün (D-9, 12).

Deməli, “ocağınıñ küri” birləşməsi “evinin, ailənin yaramazı, uğur­su­zu” məna­sını daşıyır. Beləliklə, Vatikan nüsxəsinə əsasən “Dövlətli oğul qopsa, ocağınıñ küridür” va­riantında bərpa edilməsi müm­kün olan bu qədim oğuz məsəlində “Ağıl­lı (uğurlu) oğul yetişsə (böyüsə), sada­ğın­da­kı ox kimidir, ağılsız (uğur­suz) oğul yetişsə (böyüsə), ailənin fərsizidir, yarama­zı­dır” fikri ək­si­ni tapmışdır.

Nəhayət, göstərilən deyimdən sonra: “Oğul dəxi neyləsün, baba ölüb mal qalmasa, baba malından nə faidə, başda dövlət olmasa. Dövlət­siz şərrindən Allah saq­lasun, xanım, sizi” (D-4, 1-3) mətn parçasındakı “dövlətli” və “dövlətsiz” (dü­şün­­­cəli və düşüncəsiz) anlamlarının qarşılaş­dı­rılması belə bir nəticəyə gəlməyə əsas verir ki, Vatikan nüsxə katibi daha diqqətli olmuş və Qorqud kəlamını əslinə uyğun köçürmüşdür.


[8] Bu sözün kimi yazılışına əsasən “Qazlıq” variantında da oxu­nuşu mümkündür. Lakin yetişdiyi Qazılıq dağına əsasən adlandırıl­dı­ğını nəzərə alaraq, bu transkripsiya variantına üstünlük verdik.
[9] Bu alqışdakı “yaşıñız” sözünü yazılışına əsasən F.Zeynalov-S.Əli­zadə nəş­rində olduğu kimi (60, 32) “yaşıñda” şəklində də oxumaq olar. Ancaq soyla­ma­­nın üslubu ikinci şəxsin cəmini ifadə edən “siz” əvəz­­liyi ilə bağlı olduğu üçün (Sonrakı sətirlərdə verildiyi kimi: “Haq si­zə yaman gə­tür­məsin! Dövlətiñiz payən­də olsun, xanım, hey!”) bu mə­qam­da -ıñız mən­subiyyət şəkilçisinin işlən­mə­sini tələb edir.

[10] Dövlətiñiz payəndə olsun, xanım, hey!

Araşdırmalar göstərir ki, ərəb mənşəli “dövlət” sözündən abidənin di­­­lində 16 dəfə istifadə edilmiş və bu məqamlardan heç birində müasir an­­lamda işlədilməmişdir. Faktları nəzərdən keçirək:



  1. Köñlün yuca tutan ərdə dövlət olmaz. (D-3,4).

2) Dövlətlü oğul qopsa, dövlətsüz oğul qopsa,> oca­ğınıñ küridir. (D-3, 13 – D-4, 1).

3) Oğul dəxi neyləsün, baba ölüb mal qalmasa, baba malından nə faidə, başda dövlət olmasa. (D-4, 1-2).

4) Dövlətsiz şərrindən Allah saqlasun, xanım, sizi! (D-4, 2-3).

5) Ata adın yorıdanda dövlətlü oğul yeg! (D-4, 10-11).

6) Sağlığla sağıncın – dövlətiñ Haq artursın! (D-35, 1).

7) Bir gün Ulaş oğlı, Tulu quşuñ yavrısı, bezə, miskin umudı, Amit so­yunıñ aslanı, Qaraçuğıñ qaplanı, Qoñur atıñ iyəsi, xan Uruzuñ ağası, Bayındır xanıñ güyə­güsi, Qalın Oğuzuñ dövləti, qalmış yigit arxası Salur Qazan yerindən turmışdı. (D-35,11 – 36, 2).

8) Məgər, xanım, ol gecə Qalın Oğuzıñ dövləti, Bayındır xanıñ gü­yə­güsi Ulaş oğlı Salur Qazan qara qayğılu vaqiə gördi, sərmərdi, urı turdı ... (D-42, 9-11).

9) Qara Günə aydır: “Qara bulut dedigiñ səniñ dövlətiñdir ...” (D-43, 7-8).

10) Bir gün qızıñ qardaşı Dəli Qarçar Bayındır xanıñ divanına gəl­di, dizin çökdi, aydır: “Dövlətlü xanıñ ömri uzun olsun! ...” (D-92,12 – 43, 2).

11) Qutlu olsun dövlətiñüz! – dedi. (110,12-13).

12) Qazan aydır: “Dəli ozan, dövlətiñ dəpdi ...” (D-111, 4).

13) Dövlətlü xan, mədəd! (D-205, 4).

14) Daim gəldügində tursa, dövlət yaxşı. (D-208, 6).

15) “Toğlıcıqlar, dövlətim saqar qoç, gəl keç!” – dedi. (D-227, 9).

O.Ş.Gökyay nəşrində “devlət” kimi transkripsiya edilən bu söz “baxt, ikbal, uğur, hayır, saadet”, ondan törəmiş “devlətlü” sözü isə “baht­lı, hayırlı, yüce, ulu” anlamlarında şərh edilmişdir (107, 269). M.Er­gin söz­lüyündə isə “varlık, zengim­lik, devlet, ikbal” mənalarında açıq­lan­mış­dır (101, IIc, 84).

Müqayisəli təhlilə cəlb edildikdə yalnız sonuncu işlənmə məqa­mın­da “döv­lət” sözünü dilimizə fars dilindən “var-dövlət” anlamında keçmiş mə­nada düşün­mək mümkündür. Digər məqamlarda onun müasir dili­miz­də­ki “hakimiyyət” məna çaları ilə heç bir əlaqəsi duyulmur. Buna bax­ma­­yaraq, F.Zeynalov-S.Əlizadə çevir­mə­sində 6, 11, 13 və 14-cü işlənmə mə­qam­larında müasir anlamda (60, 130, 138, 162, 193, 194), 7 və 8-ci iş­lənmə məqamlarında isə kontekstdən çıxış edilərək “dayaq” (“Qalın Oğuzun dayağı”) (60, 140, 142) anlamlarında verilmişdir. Digər mə­qam­lar­da tarixi gerçəkliyi gözləyən naşirlər “dövlət” və bu əsasda yaranmış “döv­­­lət­li” və “dövlətsiz” sözlərini kəsb etdiklər ilkin mənalarda, yəni 1, 2, 3, 4 və 5-ci məqamlarda müvafiq olaraq “ağıl”, “ağıllı” və “ağılsız” (60, 129, 130), 9 və 12-ci məqamlarda isə əslinə uyğun “tale”, “bəxt” mə­­nalarında (60, 142, 162) açıq­lamışlar.

Müşahidələrimiz göstərir ki, orta əsr yazılı mənbələrin dilində “bəxt, tale, uğur” mənalarında işlənmiş “dövlət//devlət” sözü “Kitab”ın di­linə eyni mənaları ifadə edən daha qədim türk mənşəli “saqınc//sağınc” sö­zünü əvəz etməklə düşmüş­dür. Bunu 6-cı məqamda “sağınc” və “döv­lət” sözlərinin müvazi işlənməsi də sübut edir. Ehtimal edirik ki, abi­də­nin bizə gəlib çatmamış ilkin nüsxələrində gös­tərilən müvafiq mə­qam­lar­da “saqınc” sözü işlənmiş, yalnız boyları çağdaş din­lə­yi­cisinə çatdırmaq is­təyən ozanın, yaxud oxucusunun anlam səviyyəsini nəzərə alan ka­tib­lə­rin mətnə müdaxiləsi nəticəsində XIV-XVI əsrlərdə fəallıq qazanan eyni mə­nalı “dövlət” sözü ilə əvəzlənmişdir. Faktlar göstərir ki, qədim türk ya­zılı abidə­lərini dilində “ağıl, düşüncə” mənasında işlənmiş “sakınc” sö­zü­nə (85, 300) hətta XIII əsr şairi Qul Əlinin “Qisseyi-Yusif” poema­sın­da geniş rast gəlinir. Məsələn:

Bu duşumnın təvilini qılu vergil,

Aqibəti nə bulaşsın, bilü vergil,

Bu duşuma görklü təvil olu vergil,

Bu duş içrə saqınc sayqıl imdi. (66, 20).
Gördükün duşı sən bizdən pünhan qılma,

Dəgi içrə, saqınc içrə heyran qılma.

Eya qardaş, sən bizləri düşman qılma,

təvil ki, qıldı, raznın ayğıl imdı. (66, 23).


Yəquba annı eşidübən saqınc sandı,

Qüssə birlə qızığudan bağrı yandı.

Kəndusi bir duşı gördi, anı andı,

Yusifinə hərgiz dəstur verməz imdi. (66, 24).

Yusif aydır: – Uluğlarım, bənsə güldüm,

Övdə ikən mən bir saqınc qiyas qıldım.

Mundan-ondan nöhə zarı telim qıldım?

Qul tədbiri hərgiz rəva olmaz imdi. (66, 30) və s.

“Kitab”ın girişində “Sağış günündə ayna görkli” (D-6, 9-10) de­yi­min­də işlən­miş “sağış” (fikir, düşüncə, zikr) sözü ilə eyni kökdən – ar­xa­ik “sağ(maq)“ (düşün­mək, fikirləşmək) feilindən -ın feil düzəldən və -c ad düzəldən şəkilçısının əlavəsi ilə yaranmış “sağınc//saqınc” sözü, gö­rü­nür, sonrakı dövrlərdə, xüsusən XIV-XVI əsr­lərdə alınma mənşəli “döv­lət” sözünün təsiri ilə tamamilə işləklikdən düşmüşdür. Bunu nəzərə alan nüsxə katibləri “ağıl, bəxt, tale, uğur” mənalı “dövlət” sözünə üs­tün­lük vermişlər. XVI əsrin söz ustalarında sayılan Fədainin əsərində bunu əyani şəkildə görmək mümkündür:

Bu gün çün döndü dövlət, bəxtü iqbal,

Mənim əhvalıma bu qüssə timsal. (39, 42).

Var idi çun onun başında dövlət,

Ona həm yar idi bəxti səadət. (39, 54).
... Ki, daha dövlətin payəndə olsun,

Sənə xəlqani aləm bəndə olsun. (38, 64).


Qılır hər kim ki ciddi-cəhd büsyar,

Nə hasil, olmasa dövlət əgər yar. (39, 112) və s.

Folklor nümunələrində və xalq danışıq dilində bu gün də yaşa­maq­da olan “dövlət quşu” birləşməsində “dövlət” sözünün məhz “bəxt, uğur” an­la­mını ifadə et­diyi məlum olur. Beləliklə, göstərilən məqamlarda, o cüm­lə­dən “Dövlətiñiz payən­də olsun, xanım, hey!” alqışında bu sözün “bəxt, ta­le, uğur, düşüncə” məna çalar­la­rında işləndiyi açıq-aydın duyulur.
[11-12] Gendə gen yeriñ otlaqların keyik bilür.

Geñəz yerlər çəmənlərin qulan bilür.

Qədim türk təfəkkürünün yüzilliklərin həyat təcrübəsindən qaynaq­la­nıb hik­mət­li deyimlər şəklində ifadə olunan soylamalar abidənin bədii key­fiyyətini artıran xüsusiyyətlərdəndir. Dərin və həssas müşahidəyə əsas­lanan bu soylamalar poetik vüsəti, söz əlvanlığı, məntiqi tamlığı ilə ru­hu və düşüncəni heyrətləndirəcək səviyyidə ifadə olunmuşdur ki, mü­qəddi­mədə getmiş belə nəzm parçalarından biri də bu misra­larla başlayır. Araş­dırma göstərir ki, hər iki misranın əvvəlində işlənmiş söz­lə­rin oxu­nuş və açımı qorqudşünaslıqda mübahisə yaradan məqamlardandır.

Abidənin mətnində şəklində yazılan ilk sözü O.Ş.Gökyay və M.Ergin “gitdükde” (101, Ic, 75; 107, 21), H.Araslı, F.Zeynalov və S.Əli­zadə “getdikdə” (59, 15; 60, 32), S.Tezcan və H.Boeschoten isə “gėt­dükde” (116, 31) fonetik varıantlarında oxumaqla “git-//get-” feilinin -dükde//-dikdə şəkilçisi qəbul etmiş feili bağlama for­ma­sı saymışlar. S.Tez­can oxunuş variantlarına verdiyi şərhdə getdikde sözünün mətnə uyuş­madığına əsaslanaraq onu Azərbaycan ədəbi dilində “dağ yamacı”, “da­ğın beli, aşırım”, dialektlərində isə “hündür dağarxası yol, dağlar ara­sın­dakı yüksək keçit” mə­na­la­rında işlənən gedik sözünün yanlış yazılışı ki­mi izah etmişdir (117, 47-48). S.Tezcan yozumu M.Tulum tərəfindən, özü­nün dediyi kimi, tərəddüdə yol verilmədən qəbul olunmuşdur (118, 535-537). Mövcud oxdunuşlarla razılaşmayan Ş.Cəmşidov onu “gün­dö­gən” (23, 280), O.F.Sertkaya isə “gündegen” (110, 37) variantlarında trans­­krip­siya etməklə yeni varıant irəli sürmüşlər. Ş.Cəmşidov seçimini açıq­lamasa da, O.F.Sertkaya irəli sürülmüş oxu­nuş variantlarını ayrı-ay­rı­lıqda göstərməklə onu “güneşin degdigi” anlamında qav­ramış və möv­qe­yini belə əsaslandırmışdır: “Ben bu­ra­da büyük bir istinsah yanlışını ya­pıl­dığı kanaatindeyim. Bana göre burada gün­degen ibaresi olmalıdır. An­cak müs­tensih vâv harfini yazmamış ve nûn harfinin tek nok­tası yerine de seh­ven te harfinin iki noktasını koymuştur. (Bu şekildeki noktala­ma­nın öte < evine gibi başka örnek­lerini de biliyoruz.) İbarenin sonunda de oku­nan şekil ise sonda kötü yazılan nûn harfi olmalıdır” (110, 90).

Həqiqətən də, burada bir yanlışlıq hiss olunur. Fikrimizcə, bu abi­də­nin orfo­qra­fi­yası ilə bağlı digər amillə əlaqədardır. Məlumdur ki, ilk de­yim qədim türk atalar sö­zünün böyük bir qismini özündə əks etdirən “Oğuz­­namə”də “Ulu-ulu tağları keyiklər bilür” (72, 31) və “İssiz yerləri ke­yiklər bilür” (72, 30) variantlarında qeydə alın­mış­dır. Elə isə bu de­yim­lər nəyi ümumiləşdirir? “Keyik” arxaizmi tarixən ceyran, cüyür, sı­ğın, hətta dağ keçisi kimi cütdırnaqlı çöl heyvanlarını adlandırmağa xid­mət etmişdir (55, IVc, 271). Daima hərəkətdə olması və sürətli qaçışı ilə fərq­lənən bu heyvanlar yem axtarmaq məqsədilə yaşadıqları arealın bü­tün otlaqlarını, o cümlədən “ulu-ulu dağları”, “issiz (sahibsiz) yerləri” yax­şı bilir, yaxşı tanıyırlar. Əslində həm “Kitab”da, həm də “Oğuz­na­mə”də müxtəlif variantlarda verilmiş atalar sözündə ke­yik­lər məhz bu əla­mətə görə səciyyələndirilir. Ş.Cəmşidovun “gündögən”, O.F.Sert­ka­ya­nın “gün­degən” variantda oxunuşları maraqlı olsa da, eyni anlayışı ifadə edən “güney” sözü­nün müqabilində olduqca müasir səslənir. Sözün “gen­də gen” söz bir­ləşməsi şəklidə oxunuşu isə bir neçə baxımdan inandırıcı gö­rünür. Öncə belə bir faktı nəzərə çarp­dır­maq istərdik ki, bu məsəl Ya­zı­çıoğlu Əlinin “Tarixi-ali Səlcuq” əsə­rində “Geñ yerlər otlağın keyik bi­lür” (107, 1322) şəklində yazıya alınmışdır. Deməli, “yer” sözünün “geñ” (geniş) sözü ilə təyinlənməsi daha qədim köklərə bağlı­dır. Zid­diy­yət doğuran məqam ondadır ki, işləkliyini indiyə qədər itirməyən bu söz “Ki­tab”ın dilində bütün işlənmə məqamlarında şəklində yazıl­mış­dır (D-83, 10; D-129, 6; D-132,1; D-159, 2, 8; D-179,7; D-209, 5; D-229, 13; D-266, 3, 6) və bu da başlıca maneə kimi qar­şıya çıxır. Lakin elə abidənin orfoqrafiyasında özünü göstərən para­lellik bu sözün sağır nun hərfi ilə yanaşı, nun hərfi ilə yazılışını ehtimal etməyə imkan yaradır. Mə­sələn, “qonşu” sözü 2 dəfə “nun” və 2 dəfə də sağır nun səsini ifadə edən “kaf” hərfi ilə yazılmışdır:
Qonşularına çağırar ki ... (D-8, 11).

Yanım ala baqduğımda qonşuma eyü baqdım (D-138, 2-3).

Qoñşı haqqı – Tañrı haqqı” deyü söylər (D-9, 1-2).

Qulanla sığın-keyikə qoñşı yurdum (D-44, 6).

Eləcə də M.Erginin qeyd etdiyi kimi, “Kitab”da 50 dəfə n ilə ya­zı­lan “qalın” sözü bir dəfə ñ ilə “qalıñ” variantında yazılmışdır. Bundan əla­və, həssas dilçinin qeyd etdiyi kimi, əslində əski türkcədə ñ ilə yazılan bə­zi kəlimələr “Dədə Qorqud”da n ilə keçməkdədir (101, IIc, 424). De­məli, üzərində dayandığımız “gen” sözünün də ikili variantda yazılışı abi­dənin dili üçün qeyri-adi görünməməlidir. “Gendə gen” birləş­mə­sinə gə­lincə, bu model də eposun qrammatik quruluşuna tam uyğun dil ha­di­sə­sidir. Belə ki, sifətin çoxaltma dərəcəsini bildirmək üçün “Kitab”da bir ne­çə vasitədən, o cümlədən sintaktik üsullardan geniş istifadə olun­muş­dur. Sifətlərin təkrarı ilə ifadə olunan üsul daha səciyyəvi sayılsa da, asılı tə­rəfin hal şəkilçisi qəbul edərək dərəcə ifadə etməsi hadisəsi də qarşıya çı­xan faktlardandır. Məsələn: “yucalardan yuca” bir­ləş­məsi çoxaltma də­rə­cəsi bildirmək üçün abidənin mətnində 4 dəfə işlənmişdir (D-161, 5-6; D-18, 9; D-209. 13; D-251, 5). “Gendə gen” birləşməsində birinci tərəf də yerlik halı ilə işlənsə də, əslində abidənin dili üçün daha xarakterik gö­rünən çıxışlıq hal funksiyasını yerinə yetirmişdir. Məsələn:

...oğlanı iki talusınıñ arasında urub çaqdı, yakdı (D-22, 13 – 23, 1).



Günlərdə bir gün Düzmürd qalasına gəldi (D-202, 11-12) və s.

Gətirilən dəlillər “gendə gen” birləşməsini “gendən gen” şəklində an­lamağa imkan yaradır ki, bu da haqqında bəhs olunan ilk misranı “Da­ha ğeniş yerin otlaq­la­rın keyik bilir” mənasında qavramağa əsas verir. Bu yo­zum sonrakı misra­nın baş­lanğıcında işlənmiş “geñəz” arxaik sözünün mə­na açımı ilə tam səsləşir və hər iki deyimin məntiqi cəhətdən bir-biri ilə bağlılığını şərtləndirir.

Təhlil göstərir ki, O.Ş.Gökyay nəşrində “gögez”kimi oxunub (107, 21) müx­təlif mənbələrə əsasən “kolay, rahat; gövez, yeşil, taze, gö­ger­miş, yeşermiş” və s. mənalarında açıqlanan bu arxaizm (107, 21, 298) M.Ergin nəşrində də eyni şəkil­də oxunsa da, yalnız “yeşermiş, yeşillen­miş” mənasında izah olunmuşdur (101, Ic, 76; IIc, 122).

H.Araslının “gənəz” (59


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə