Görkəmli alim işığlı ziyalı



Yüklə 0,66 Mb.
səhifə5/7
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3430
1   2   3   4   5   6   7
, 15), F.Zeynalov və S.Əlizadənin “gəñəz” ki­mi oxu­du­­ğu bu söz (60, 32) “uzaq” mənasında açıqlanmışdır (60, 130). H.Araslı “Orxan Şaiq Gökyaya (Açıq məktub)” adlı məqaləsində bu ar­xaizm üzərində xüsusi dayanaraq ya­zır: “Gənəz” sözünü (gənəz yerin ot­laq­larını – uzaq mənasındadır) siz özünüz də “geñəz” kimi yazmısınız. Son­rakı tərtibatınızda bunu “gögəz” kimi oxu­yursunuz ki, əl­bət­tə, yan­lış­dır. “Gögəz” sözünü “göyərti” kimi düşünürsünüz. Ancaq mətndə “gənəz ye­rin otlaqların” ifadəsində “otlaq” sözü özü göyərtili yerdir. Amma “gen” sözü “uzaq” mənasındadır” (6, 194). Görkəmli alimin təhlilindən be­­lə aydın olur ki, O.Şaiq bu sözün oxunuşu ilə bağlı vahid mövqedə ol­ma­mışdır. Fikrimizcə, bu şərh həm O.Ş.Gökyay, həm də M.Ergin oxunuş və yozumlarının əsassızlığını sübut etməyə kifa­yətdir. Bununla belə, sö­zün “uzaq” anlamında qavranılması da inandırıcı görün­mür. Tanınmış tür­koloq T.Tekin abidənin Vatikan nüsxəsindəki yazılışını da nəzərə çarp­dırmaqla “geñəz” variantını daha düzgün sayaraq, “anlamı “yakın” ol­ma­lı­dır” qəna­ətinə gəlir və fikrini belə izah edir: “Yukarıdaki cümlede ge­ñez yer “yakın yer, kolay yer” anlamına olmalıdır. Çünkü yeşermiş yer­lerin çimenlerini bilmek kulan için bir meziyet sayılamaz” (114, 143). Mü­əllif “kolay” qavramının türkmən dilində “yaxın” anlamı ilə əlaqəli ol­du­ğuna istinad edərək bu fikrə gəlir. S.Əli­zadə son nəş­rində bu sözü “ge­ñəz” fonetik variantında oxusa da, mənalandırma baxımından ilkin fik­rində qalmışdır (61, 32, 235). Ş.Cəmşidov isə onu “gökəz” kimi oxu­yub (23, 101, 280) mənasını izah etmədiyindən M.Ergin mövqeyində dur­duğunu güman etmək olar. V.V.Bartoldun “луга ровных мест знает онагр” tərcüməsindən (138, 11) bu arxaiz­min “düz, düzən” mənasında an­­laşıldığı üzə çıxır. S.Tezcan-H.Boes­choten tərtibatın­da isə bu söz qar­şı­sında sual işarəsi qoyulmaqla “kelez?” (116, 31) şəklıində oxun­muş­dur.

S.Tezcan həmin oxunuşa verdiyi şərhdə O.Ş.Gökyay, M.Ergin və T.Tekinin yozumlarına münasibət bildirilərək mətnin bağlamına – kon­teksti­nə uyğun düşmədiyi qənaətinə gəlir və sözün yanlış yazılışına isti­na­dən onun bəzi şivələrdə “verimsiz (torpaq)” mənasına uyğun gələn “ke­lez” şəklində oxunmasını irəli sürür (117, 48). Lakin müəllif fikrində so­na qədər israr etməyərək, “Eşqnamə”nin dilinə əsasən, onun “ko­laylık­la erişilə bilen yer” (çətinliklə qovuşula bilən yer) mənasını ifadə edən “ge­ñəz” sözü ola bilməsini göz önündə tutmağın gərəkliyini söyləyir (117, 49).

O.F.Sertkaya da adı çəkilən əsərində göstərilən məsəli ətraflı təhlilə cəlb etmiş, mübahisəli oxunuşa və məna açımına uğramış “geñəz” açar sö­zü­nü M.Ergin kimi “yeşillik, çemenlik” anlamında şərh etmişdir (110, 91-93).

Arxaik “geñəz” sözünün hansı mənanı ifadə etdiyini dəqiqləş­dir­mək üçün hər iki atalar sözünün məzmununa diqqət yetirək. Burada ke­yi­kin qulanla (çöl eşşəyi ilə) qarşılaşdırılaraq səciyyələndirildiyi şübhə­siz­dir. Belə isə, geniş yerin otlaqların tanı­maq keyikə məxsus xüsu­siyyət­dir­sə, hansı yerlərin çəmənlərin tanımaq qulanla bağ­lıdır?

Həmin əlaməti ifadə edən arxaik “geñəz” sözünə, T.Tekinin də qeyd etdiyi kimi, ilk dəfə “kenkes suw” birləşməsində M.Kaşğari lü­ğə­tin­də rast gəlinir. Ulu dilçi bu birləşməni “az mikdarda su. Kolay işə dəxi belə denir” şəklində izah verir (109, IIIc, 364). T.Tekin diqqətini izahın ikin­ci hissəsi üzərinə yönəldərək “kenkes” arxa­izmini “kolay”, yəni “ya­xın” mənasında izah etmişdir. Əslində bu fikirlə qəti razılaş­maq olamz. R.Əs­gər tərcüməsindən də göründüyü kimi, M.Kaşğarinin “Asan işə də be­lə deyilir” fikri (55, IIIc, 317) sözün ərəbcə şərhini ifadə edir və buna gö­rə də “türk dilində “kolay” tərcüməsində verilmiş sözü türkmən dilinə əsa­sən “yaxın” mə­na­sında açıqlamaq məntiqsizdir. Sözün “asan” an­la­mın­da şərhi isə deyimə anlaşılan məna vermir. Odur ki diqqəti ilk mə­na­ya – “az miqdarda” anlamına yönəltməyi vacib bili­rik. Əgər birinci mis­ra­dakı, həqiqətən, çoxaltma dərəcəndə işlənmiş “gen” sözünün “gendə gen” formasıdırsa, ikinci misradakı həmin sözün “az miqdarda” əks mə­na­sını ifadə edən “geñəz” arxaizmi olmalıdır. Fikrimizcə, “geñəz” sözü eti­moloji baxımdan “geñ” sifətinə kiçiltmə mənası bildirən -az //-əz şə­kil­çisinin artırılması yolu ilə düzə­lib. Bu arxaik şəkilçi daşlaşmış for­ma­da kiçiltmə və əzizləmə mənası yaratmağa xid­mət edən -cığaz4 şə­kil­çi­si­nin tərkibində indi də yaşamaqdadır.

Beləliklə, araşdırma göstərir ki, daha geniş yerlərin otlaqların ta­nı­maq keyikin məziyyətidirsə, az miqdarda yerlərin çəmənlərin tanımaq qu­lanın məziyyətidir. Demə­li, keyiklər daha geniş ərazidə, qulanlar isə məh­dud sahədə yaşayırlar ki, yuxarı­dakı deyimdə, bizcə, bu fikir qa­bar­dıl­mışdır.

[13] F.Zeynalov-S.Əlizadə nəşrində və Ş.Cəmşidov oxunuşunda “köç-” feili deyil, “keç-” feili düşünülərək “keçdigin” kimi verilmişdir (23, 280; 60, 32). Sözün əski əlifba ilə yazılışı və karvan sözü ilə bağ­lı­lı­ğı onun məhz bu variantda trans­kripsiya edilməsinin düzgünlüyünü or­ta­ya qoyur. Abidənin dilində “Karvan kibi qondı köçdi” (D-34, 2) cümləsi də bunu təsdiq edir. Maraqlıdır ki, həmin naşirlər artıq bu məqamda sözü “köç­di” kimi oxumuşlar (23, 296; 60, 40).
[14] Əriñ ağırın, yenisin at bilür.

Bu Qorqud deyimi də mübahisəli oxunuşa və məna açımına uğ­ra­mış hikmətli ifadələrdəndir. O.Ş.Gökyay “Er ağırın er yeynisin at bilür” va­riantında oxuyaraq (107, 21) “yeyni” sözünü “ağır olmayan, hafif, yü­nül” (107, 450), “ağır” sözünü isə, görü­nür, konkret məqamda bunun ək­si­ni ifadə edən “ağır, müşkül” mənasında (107, 203) anlamışdır. M.Ergin de­yimi “Erüñ ağırın yiynisin at bilür” şəklində oxumuş (101, Ic, 75), “yiy­ni” sözünü “hafif, ağır olmayan, yüngül” mənalarında (101, IIc, 336) şərh etdiyi üçün məsəli müasir türkcədə “Erin ağırını hafifini at bilir” ki­mi ifadə etmişdir (102, 17).

H.Araslının deyimi “Ər ağırın, ər yünüsün at bilir” şəklində oxu­ma­sı (59, 16) göstərir ki, o da eyni fikirdə olmuşdur. Həmin oxunuşla bağlı S.Əli­zadə belə bir şərh vermişdir: “H.Araslı “yünü” sözünə izahat ver­mə­miş­dir; güman etmək olar ki, həmin söz “ağır” sözünün antonimi (“yün­gül”) kimi qəbul edilir. Lakin Drezden və Vatikan nüsxəsindəki yazılış be­lə oxunub yazmağa imkan vermir” (60, 226). Alimin həm F.Zey­na­lovla birgə, həm də ayrıca hazırladığı nəşrdə deyim “Əriñ ağzın yiynisin at bilür” şəklində oxunmuş (60, 32; 61, 32) və müasir dilimizə “Ərin ağ­zı­nın kəsərini at bilir” şəklində çevrilmişdir (60,130; 61, 235). İlk növbədə qeyd etmək istərdik ki, çe­vir­­mədə tarixiliyə tam riayət edilməmiş, “igid” mə­nasında işlənən “ər” sözünün ha­zır­da başqa mənada ifadə etməsi nə­zər­dən qa­çırılmışdır. Sual olunur: məgər igidin (ya­xud ərin) ağzının kə­sə­rini, yəni gü­cünü atın bilməsi hikmətmidir? Digər baxımdan, abi­dənin mət­ni bo­yun­ca oxşar formaya malik “re” və “ze” samitlərinin bəzən sür­ətli yazı pro­se­si­ni nəticəsi olaraq katib tərəfindən nöqtəli və nöqtəsiz ya­zıl­ması nəzərə alın­­­mamışdır. Ümimiyyətlə, “Kitab”ın orfoqrafiyası üçün sə­ciyyə­vi sa­yı­lan bu hadisə bir çox sözlərin düzgün oxunub açıq­lanma­sın­da başlıca ma­neə rolunu oynamışdır ki, məqamı gəldikcə şərh edə­cə­yik.

Deyimin Ş.Cəmşidov tərəfindən “Ərin ağırın-yünisin at bilir” şək­lin­də oxunuşu (23, 280) onun mövqeyinin O.Ş. Gökyay, M.Ergin və H.Aras­lı yanaşmaları ilə üst-üstə düşdüyünə işarədir.

S.Tezcan-H.Boeschoten nəşrində deyim “Erüñ ağırın yeyni-sin at bi­lür” şək­lində (116, 31) oxunsa da, açıqlanmadığından hansı məna çaları gö­türüldüyü məlum olmur.

Akademik V.V.Bartold “ağır” sözünü “ağız”, “yeyni” sözünü isə “bu­run” sözü kimi oxuduğu üçün “рот и нос человека знает конь” (138, 11) kimi tərcümə etmiş­dir­sə də, əsərin ilk nəşrini hazırlayan H.Aras­lı və M.Təhmasib, eləcə də 1962-ci il nəş­rini hazırlayan N.K.Ko­no­nov verdikləri şərhdə bu variantla razılaşmadıqlarını bil­dir­mişlər (132, 161; 137, 260).

Müqayisədə “İgidin ağırını, yüngülünü at bilir” yozumu təcrübədən do­ğan mən­­tiqi nəticə kimi görünsə də, deyimin başqa bir yanaşma üzə­rin­də qurulduğu qəna­ətindəyik. Məlumdur ki, atın digər minik hey­van­la­rından üstün cəhəti boyük sürətə malik olmasıdır. Atın sürətli hərəkəti isə onu minən igidin təpərindən, cəsarətindən asılıdır. Bu deyimdə at sürənin ləng, yoxsa çəld olmasını at bilir fikri ifadə olun­muş­dur ki, bunu “ağır” və “yeyni” sözlərini məna açımı sübut üdir. Müasir dilimizdə ilkin məna ça­larını hələ də saxlanaqda olan hər iki söz bir-birinin əksi olan “ləng” və “iti, cəld” anlamlarında antonim cütlük kimi işlənməkdədir. Qədim türk tə­fəkkürünün hik­mətli deyimlər toplusu olan “Oğuznamə”də də bu qar­şı­laş­dırma aşağıdakı məsəldə əks olunmuşdur:

Ağır qalqınca yeyin uçar (72, 31).

Eyni təfəkkürün məhsulu olan bu deyimlər olduqca yaxın səsləşir ki, bu da “ağır” və “yeyni//yeyin” sözlərinin daşıdığı məna ilə bağlıdır. Mə­­səlin işləndiyi soyla­ma parçası başdan-başa təzadlar üzərində qu­rul­du­ğu üçün bu daha inandırıcı görünür. Maraqlıdır ki, irəli sürülən yozum ilk dəfə V.V.Bartold tərcüməsinə şərhlər verən H.Aras­lı və M.Təhmasib qeyd­lərində (“ərin ağırın, yeynisin at bilir” // “человека прыт­­кого и мед­­лительного знаеть конь”) (132, 161) əksini tapmışdırsa da, nə H.Aras­­­­lının özü, nə də digər naşirlər buna diqqət yetirmişlər. Beləliklə, de­yimin həm yazılış forması, həm “ağır” və “yeyni” açar sözlərinin məna ça­larları, həm də qədim əcdadlarımızın atı dəyərləndirmək, qiy­mət­lən­dir­mək meyarı irəli sürülən yozumun daha tutarlı olduğunu təsdiq edir.
[15] Nə yerdə sızılar varsa, çəkən bilür.

Göstərilən deyimin də məna yozumu oxunuş formasından asılı ola­raq müxtəlif variantlarda getmişdir. V.V.Bartoldun həmin cümləni “в ка­кой месте он обмотан, знает узел” şəklində tərcüməsindən (137, 11) ay­dın olur ki, tanınmış qorqudşünas de­yi­mi əslinə uyğun oxuya bil­mə­miş­dir. Bu variantla razılaşmayan H.Araslı və M.Təh­masib öz mü­lahi­zə­lə­rini nüsxə katibinin səhv etməsi üzərində quraraq cümləni “Tul yerdə su varsa, cəkən bilir” (tərcüməsi: “Где имеется вода (т.е. колодец), знает дос­таю­щий (воду)”) (132, 161) şəklində vermişlər. Lakin həmin qey­din müəllif­lərindən biri akademik H.Araslı özünün tərtib etdiyi son­rakı nəşrlərdə bir-birindən fərqli yeni oxunuş variantları irəli sürməklə bu fik­rin üzərində dayanmamışdır. Belə ki, alim “Kitab”ın 1962-ci il nəş­rində “Nə yerdə sızlayır varsa çəkən bilir” (58, 13), 1978-ci il nəşrində isə “Nə yerdə sız­lavarsa çəkən bilir” (59, 16) variantları üzərində dayan­mış­dır. Göründüyü kimi, deyimin açımında açar rolunu oynayan sözlər “sız­layır varsa” və “sızlavarsa” variantlarında oxunmuşdur. Oxunuşlara şərh verilmədiyindən müəllifin hansı anlamı nəzədə tutduğunu yalnız gü­man etmək olar.

Bu deyimi O.Ş.Gökyay “Ne yerde sı[z]ılar varsa, çeken bilür” (107, 21) variantında oxumaqla aparıcı söz olan “sızı” kəlməsini “acı, ince iş­le­yen ağrı” (107, 404) mənasında, M.Ergin isə “Ne yirde sızılar var ise çe­ken bilür” (101, Ic, 75) prin­sipcə oxşar variantda transkripsiya etməklə hə­lə də işləkliyin itirməmiş həmin sözü “sızı” mənasında (101, IIc, 268) açıq­lamışlar.

Mübahisə obyektinə çevrilmiş bu söz F.Zeynalov-S.Əlizadə nəş­rin­də əski əlif­ba ilə yazılışına əsasən “sırılur” şəklində verilməklə orijinal bir fikrin irəli sürülməsinə şərait yaratmışdır. S.Əlizadə Vatikan nüs­xə­sin­­dəki yazılışı, eləcə də bunu əsas götürən O.Ş.Gökyay və M.Erkin nəşr­lərində getmiş “sızılar” variantını yanlış hesab edərək yazır: “V-nın ka­tibi qılınca işarə ilə işlədilən “sırılur” (yəni “sıyrılur”) söz-formasını ba­şa düşməmiş, “sızıltı”, “inilti” mənasında “sızı” sözü ilə (cəm şək­lin­də) əvəz etmiş­dir. Halbuki Dədə Qorqud dilindən xatırladılan hikmətli cüm­lələrin poetik-linqvistik sistemi I variantı tələb edir. Kontekstin məz­mu­nu belədir: “Ha­rada qınından çəkilən qılınc varsa, (onu) çəkən bilir” (60, 226). Abidənin gözəl bilicilərindən sayılan S.Əli­zadə bu oxunuşu müs­təqil hazırladığı nəşrdə də saxlamaqla (61, 32) fikrinin qəti oldu­ğunu gös­tərmişdir.

Ş.Cəmşidov və S.Tezcan-H.Boeschoten nəşrlərində “sızılar” oxu­nu­şuna üstün­lük verilmişdir (23, 101, 280; 116, 11).

Beləliklə, qorqudşünaslıqda qeyd edilən deyimlə bağlı müxtəlif fi­kir­lər söylə­nilsə də, əsas seçim verdiyimiz oxunuş variantı üzərində qal­maq­dadır. Deyimin hansı mənada işləndiyini daha dərindən duymaq üçün işləndiyi soylama parçasını nəzərdən keçirmək kifayətdir. Öncə şərh etdiyimiz kimi, əgər birinci beytdə keyik və qulan geniş və ya az miq­darda yerlərin otlaqlarını tanıdıqlarına görə səciyyələndirilirsə, ikin­ci beyt­də dəvə iz, tülkü qoxu, üçüncü beytdə torağay gecələr karvan köç­dü­yü­nü, ana isə oğlun kimdən olduğunu, dördüncü beytdə at iğidin ləngini və cəldini, qatır isə ağır yüklərin çətinliyini bildiklərinə görə xarakterizə edilir. Bu aspektdən yanaşdıqda araş­dırılan məsəlin daxil olduğu beytdə də həmin məzmun konteksti “qafil (yatmış) başın ağrısını beyin, bə­dən­də­ki sızıltını – ağrını (onu) çəkən bilir” şəklində davam etdirilir. Cüm­lə­lər qrammatik və leksik baxımdan elə qurulmuşdur ki, fikrin izahında heç bir əlavə sözə ehtiyac duyulmur. Odur ki, “qılınc” və “qın” sözlərinin mət­nə əlavəsinə əsaslanan F.Zeynalov-S.Əlizadə yozumunun əksinə ola­raq, O.Ş.Gökyay və M.Ergin yanaşmaları daha uğurlu və inandırıcı gö­rü­nür. Doğrudur, Drezden nüsxə­sinə əsasən “sızılar” kimi oxunan sözü “sı­rı­lur” şəklində transkripsiya etmək müm­kündür, ancaq bu, abidənin əski əlif­ba ilə yazılış xüsusiyyətlərini nəzərdən qaçırmaq, faktlara kor-koranə riayət etmək deməkdir. Məlumdur ki, “Kitab” boyu sürətli yazı prosesini nə­ti­cəsi olaraq bəzən “re” samiti nöqtəli, “ze” samiti isə nöqtəsiz ya­zıl­mış, sait səsləri, o cümlədən “a” səsini ifadə etmək üçün “vav” hərfindən is­­tifadə olun­muşdur. Bununla belə, Drezden nüsxə yazılışında müəyyən nöq­sana yol verildiyini qəbul etməklə, Vatikan nüsxə variantına istinadən (V-4, 4) bu sözü “sızılar” şəklində oxumaq daha məntiqi səslənir. Son ola­raq belə bir faktı da nəzərə çarpdırmaq istərdik ki, müasir dilimizdəki “sızla-”, “sızıltı”, “sızılda-” sözləri ilə eyni mənşəli olan “sızı” sözü” “ağrı” anlamında əksər türk dillərində (152, IVc, 1h, 663-664), o cüm­lə­dən qədim abidələrdən sayılan “Oğuznamə”nin dilində də işlənməkdədir:

Kimin ki qızı var,

Belində önəlməz sızı var,

Həm göydə nəhs yıldızı var (72, 17).

[16] “İleyüñüzdə” sözünün oxunuşu da mübahisə yaradan mə­qam­lar­dan­dır. M.Ergin və S.Tezcan-H.Boeschoten nəşrlərində “ileyüñüzde” (101, Ic, 74; 116, 31), H.Araslı nəşrində “iləyinizdə” (59, 16), en­sik­lo­pe­dik nəşrdə isə “iləyüñüzdə” (62, 37) kimi yaxın fonetik variantlarda trans­krip­siya edilən bu söz digər naşirlər tərəfindən fərqli varıantlarda oxu­naraq şərh olunmuşdur. Belə ki, O.Ş.Gökyay tərə­findən “ileyüñde” ki­mi oxunan bu arxaizm (107, 210) -üñ ikinci şəxs təkinin mən­su­biyyət və -de yerlik hal şəkilçisi qəbul etmiş “hüzur, yan, ön, karşı teref” və s. bu­na yaxın mənalarda işlənən qədim “iley” sözü kimi (107, 321) qav­ranıl­mışdır. F.Zeynalov-S.Əlizadə birgə nəşrində “el-evüñüzdə” varian­tın­da oxunan bu sözün (60, 32) M.Ergin və H.Araslı transkripsiya va­ri­ant­ları qeyd edilməklə belə bir açıq­lama verilir: “H.Araslı bu sözü “qar­şı­nızda” kimi izah etmişdir. Lakin V nüsxəsin­dəki hərəkəli yazılışına əsa­sən sözü “el-eyüñüzdə” kimi də oxumaq mümkündür. Bizcə, burada “el” və “ev” sözləri qoşalaşmışdır” (60, 226). Görünür, bu oxunuş və açıq­la­ma­nın ziddiyyətli olduğunu hiss edən S.Əlizadə müstəqil nəşrində onu “ile­­yü­ñüzdə” kimi oxuyaraq “önünüzdə, qarşınızda” mənasında izah et­miş­dir (61, 32, 204). Ş.Cəmşidov mətn daxilində “elü gündə”, “İzahat” hissə­sində isə “eyülü gün­də” kimi oxuduğu bu sözü (23, 100, 280), gö­rü­nür, V.V. Bartoldun təsiri ilə “yaxşı, xoş gündə” mənasında düşünərək irə­li sürmüşdür. Maraqlıdır ki, böyük şərqşünas sözü “в день празд­ни­ка” formasında çevirsə də, qarşısında (?) işarəsi qoy­­maqla mübahisəli yo­zum ola biləcəyini nəzərə çarpdırmışdır (137, 14). O.F.Sert­kaya isə ümu­milikdə cümləni “Ėli-öñünde çalup eyden ozan olsun!” kimi oxu­maq­la (110, 37) özünə qədərki bütün varıantları nəzərdən keçirmiş, Drez­­den nüsxəsində yazılış xətası ola biləcəyini güman edərək burada “el” və “ön” sözlərinin işlən­di­yini düşünmüş və bu iki sözü defis işarəsi ilə yazmaqla “halkı önünde”, yəni “xalqı önündə” anlamında açıq­la­mış­dır (110, 96-99). Nə qədər orijinal səslənsə də, “el” və “ön” sözlərinin bu bir­ləşmədə nə üçün defislə yazıla biləcəyini anlamaq çətin­dir. Fikri­miz­cə, Drezden nüsxəsində, həqiqətən, özün­dən sonrakı hərflə mexani­ki surətdə birləşdirilərək şəklində yazılmış­dır. Bu aşağıdakı fakt­larla da sübuta yetirilir:

Birincisi, bütün boyların başlığından onların hansısa bir oğuz xa­nı­nın qarşı­sında ozan tərəfindən söylənildiyi açıq-aydın görünməkdədir. De­məli, ulu Qorqu­dun alqış kimi söylədiyi bu deyimdə “qarşı tərəf, ön tə­rəf” anlamını verən arxaik “iley” sözünün (152, Ic, 2h, 1478; 154, 347) iş­ləndiyi qəbul ediləndir. Bu sözə “Koroğlu” dastanında da “ön tərəf” an­la­mında rast gəlinir:

Gəlin deyirəm nazlanır,

Qız deyirəm xoruzlanır.

Dalında qarpız gizlənir,

İleydə buzxanası var. (64, 376).

İkincisi, “ilk”, “iləri//ilgəri” sözləri ilə eyni kökdən törəmiş bu arxaizm soy­la­malardakı alqış tərzinə uyğun formada -üñüz II şəxs cəminin mənsubiyyət şəkil­çisi ilə işlənmişdir (-də yerlik hal şəkilçisidir). Məsələn:

On otuz yaşıñız dolsun! (D-4, 12-13).

Dövlətiñiz payəndə olsun, xanım, hey! (D-4, 13 – D-5, 1).

Ocağıñıza buncılayın övrət gəlməsün! (D-9, 12).


[17] Dədə Qorqudun islam dininin müqəddəs saydığı varlıqlar və şəx­­siyyətlər haqqında söylədiyi soylamadan götürülmüş bu misralardakı “kö­bitdi” feilinin oxu­nu­şu və açımı ilə bağlı müxtəlif variantlar irəli sü­rül­müşdür. Abidənin tanınmış naşiri O.Ş.Gökyay onu “köydü” şəklində (107, 22) oxuyaraq tərtib etdiyi lüğətdə bəzi mənbələrə əsasən, “yanmak, yak­mak; üzülmek, kederlenmek; beklemek, göz­le­­mek, sabırsızlanmak” mə­nalarında işləndiyini qeydə almışdır (107, 360). Bu yozu­­mun yetərli ol­madığını görən müəllif həmin məsələyə bir daha qayıdaraq onun “sesle oxu­mak” məna çalarına istinad etməklə “metndeki anlamı da “Kuran oku­du” olmalıdır” (107, 943-944) fikrini söyləyir. Lakin son hökmün də mətn da­xi­­lində işlənmə məqamı ilə tam uyarlı olmadığını duyaraq əlavə edir:

“Metndeki cüm­lede küydi kelimesine “Kuran okudu” anlamı versek bi­le on­dan sonra gelen biçdi ne demektir? Acaba bu cümleyi bir başka tür­lü anlaya­maz­mı­yız? “Osmanın yazıp düzdüğü Kuranı bilginler ög­re­nin­­ceye kadar yandı pişti” demek degilmidir? Çünki “köymek” kelimesi “yan­mak” demekdir (...). Kelimenin Anadolu'nun türlü yerlerin­de göy­mek, güymək, köymek, küymek söylenişiyle yaşa­dı­ğını ve “bek­lemek, sa­bır­sızlanmak, intizar etmek” anlamına geldiyini biliyoruz (...).

Bütün bu bilinen karşılıklar göz önünde tutulmakla birlikde bence cüm­le yine de tam ve kesin olarak anlaşılmış degildir” (107, 944).

“Kitab”ın digər tanın­mış naşiri M.Ergin isə onu “küydi” va­rian­tın­da oxu­ya­raq (101, Ic., 75) “beklemek, intizar etmek, gözlemek, sabr et­mek, gözetmek” an­lam­larında şərh etmişdir (101, IIc, 208). Hər iki ya­naş­manı təhlil edən T.Tekin M.Ergin oxunuşunu daha düzgün sayaraq bu ar­xaik sö­zün əski türkcə “korumak, himaye etmek, gözetmek” mənalı “kü-” kökünə sonradan “y” səsinə keçmiş “-d” şəkilçisinin artırılması ilə dü­zələn feil olduğunu irəli sürür və Drezden nüsxəsində “biçdi” şəklində ve­rilmiş sözü isə “küy-” feilinin eyni mənalı qarşılığı kimi düşündüyü “bah­dı” feilinin yanlış yazılış variantı bilərək açıqlayır (114, 143). Bu mü­lahizə S.Tezcan-H.Boeschoten nəşrində əsas götürülmüş və həmin feillər “güydi bahdı” variantında transkripsiya edilərək şərh olunmuşdur (116, 32; 117, 51-52).

Böyük şərqşünas V.V.Bartold həmin arxaizmi “yanmaq” anlamın­da qavra­dığı üçün cümləni “Тот Коран написавщему, расположив­ше­му в порядке, что бы научились ученые, пылавшему в огне, (все) распределившему, Осману, сыну Аффана, слава!” variantında tər­cü­mə etsə də, bu hissənin ona tam aydın olmadığını bildirir (137, 12).

Akademik H.Araslı isə soylamanın deyilmə ahəngini gözləmədən həmin par­çanı:

“Ol Quranı yazdı-düzdü üləmalar ögrənincə göydü

Biçdi, alimlər sərvəri Osman Üffan oğlu görklü” (59, 16)

variantında transkripsiya etmişdir. Göründüyü kimi, görkəmli qor­qud­şü­nas bu ar­xa­izmi “göydü” variantında oxumaqla yanaşı, “yazdı-düzdü” mo­delinə uyğun qoşa iş­lənməsi tələb olunan “göydü-biçdi” feil formasını da müxtəlif misralarda ver­­mək­­lə parçalamışdır. Oxunuşa şərh veril­mə­di­yin­dən naşirin hansı mövqedən çıxış etdiyi və həmin feili hansı mənada an­ladığı məlum olmur.

F.Zeynalov-S.Əlizadə nəşrində özündən sonrakı sözlə birgə “köy­dü-biçdi” ki­mi oxunan bu arxaizm (60, 32) formal uyğunluq əsa­sın­da mü­­asir dilimizə “ölçdü-­biçdi” variantında çevrilmişdir (60, 131). S.Əli­za­də ayrıca hazırladığı nəşr­də “köymək” feilini “yandırmaq, ütüb-tə­miz­ləmək” kimi (61, 206) mənalan­dırmış­dır ki, bu da deyimin açımına yeni bir şey vermir.

Ş.Cəmşidov həmin feilləri “köbədi-biçdi” variantında oxuyaraq (23, 281), möv­cud nəşrlərdəki yozumların məntiqi səslənmədiyini söy­lə­mək­lə fikrini belə əsaslandırır: “Bizə görə sözün dürüst şəkli “köbədi” (...) olub “biçdi” (...) kəlməsi ilə mütəradif ifadə kimi işlənmişdir. “Kö­bə” həm qədimdə və həm də hal-hazırda parçaya-paltara ilk yoxlama-prob tikişi vurmaqdır, köbələmək iri, kobud şəkildə müvəqqəti tik­mək­dir” (23, 102). Mövcud oxunuş və yozum variantlarını xüsusi təd­qiqata cəlb edən O.F.Sertkaya Ş.Cəmşidovun bu fikirlərini “filolojik zorlama” ad­landırsa da (110, 102), təəssüf ki, özünün də zəngin dil faktlarına isti­nad edərək gəldiyi nəticə inandırıcı səslənmir. Araşdırıcıya görə, abi­də­nin mətnində “güydi biçdi” variantında işlənmiş bu qoşa söz “tasalandı, kay­ğılandı, telaşlandı, keder­lendi” mənalı “güydi bişdi” şəklindən törə­miş­dir (110, 111). Odur ki cümləni müasir anlamda belə açıqlayır: “O, gö­zəl (insan), âlimlərin serveri, Affân oğlu Osman, Kur'ânı düzenledi, üle­mâlar (hâ­fızlar) öğreninceye (ezberleyinceye) kadar (da) kayğılandı” (110, 111).

İlk baxışdan göründüyü kimi, göstərilən parçada müqəddəs “Qu­ran”ın xəlifə Osman tərəfindən kitab şəklinə salınmasından söhbət açılır və üzərində dayan­dığımız sözlər də həmin tarixi xidməti ifadə etməyə yönəlmişdir.

Göstərilən arxaizmin “yandırmaq” mənalı “köydi” və “qorumaq” mə­nalı “küydi” şəkillərində oxunması xəlifə Osmanın özünə qədərki bir ne­çə variantda yazılmış “Quran”ın müsəlmanlar arasında fikir ixtilafı ya­ratdığını nəzərə alaraq vahid bir mətnini tərtib etdirməsi və qalan bütün nüs­xələri yığdıraraq yandırması faktından (15, 153-154) qaynaqlanır.

Beləliklə, Vatikan nüsxəsinə düşməyən həmin arxaizmin “köbit­di” şək­­lin­də trans­kripsiya edilməsi üzərinə qayıdaq.

Öncə, sözün əski əlifba ilə şəklində yazılışına diqqət kəsil­dik­də görü­nür ki, burada bü­tün naşirlərin nəzərindən qaçmış qoşa nöqtəli “te” hərfi aydın oxun­maqdadır. “Kaf, vav, be, te, dal, yey” hərflərinin bir­ləş­­məsi şəklində verilmiş bu arxaik sözdə “be” “te” hərfləri konfi­qu­ra­siya baxımından bir bütöv kimi ve­ril­diyindən “te”nin nöqtələri aydın oxun­­sa da, o, ümumiyyətlə, nəzərə alın­ma­mış, “be” hərfi isə Ş.Cəm­şi­do­vu çıx­­maq şərtilə, “yey” kimi oxunmuşdur. Bizcə, bu oxu­nuşda əvvəlki mis­ra­da işlənmiş “yazdı-düzdü” modelinin də rolu az olma­mış­dır. Belə ki, məhz həmin feillərin tərkibinə görə bu sözlərin də ikihecalı sözlər əsa­­sında qu­rulduğu düşünülmüşdür. Bu yazılışda əlyazmanın daha əski nüs­xədən üzü­­nü köçürən XV-XVI əsr katibinin də ilkin arxaizmlərə ya­naşma tərzi öz izini qoy­muş­­dur. Məlum həqiqətdir ki, katib mənasını an­la­dığı arxa­izm­ləri bəzən çağdaş dövrü üçün anlaşıqlı olan müvafiq qar­şı­lı­ğı ilə əvəz­ləmiş, ona aydın olmayan arxa­izm­ləri isə ya eynilə saxlamış, ya da oxşar yazılışa malik sözlərlə əvəz etməklə təh­ri­fə yol vermişdir. Bu ba­xımdan “kö­bitdi” feili də cüzi təhrifə uğramış sözlərdən sayıla bilər, çünki “be” qra­feminin başlanğıc forması aydın əks olunmamışdır. Bu­nun­­la belə, əski əlif­ba ilə yazılışda bu cür kəsişən məqamlara tez-tez rast gə­linir və sürətli üzün­dənköçürmə prosesi üçün səciyyəvi olan xüsu­siy­yət sayılır.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə