Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   11   12   13   14   15   16   17   18   19

görə  də  cəmiyyətin bütün sosio-mədəni spektrində biz hər bir halda kişi və qadınlar 

arasında süni yaradılmış  fərqlərin olmasını müşahidə edirik. Hətta müxtəlif dillərdə  də 

cinslərin qrammatik fərqi həmişə  təbiilikdən çox süni xarakter daşıyır. Məsələn, ingilis 

dilində he-she-it (rus dilində on-ona-ono, ingilis dilində he-kişi cinsi, she-qadın cinsi, it-orta 

cins) türk dillərində, xüsusilə Azərbaycan dilində ümumi "o" əvəzliyi ilə qeyd olunaraq 

cinslərarası fərq yaratmır. 

Cəmiyyətin  əsasən bir-birindən fərqlənən iki cinsin nümayəndərindən təşkil olunması 

müxtəlif suallar doğurur ki, bunların da bəziləri hələ də mübahisə obyekti olaraq qalır. Əgər 

cinslərin bioloji fərqləri və onların funksiyaları bizdə heç bir şübhə yaratmırsa, psixiki, 

emosional, intuitiv, kişilərə  və qadınlara məxsus  əqli, idraki-məntiqi fərqlərin və 

problemlərin təhlilinə böyük ehtiyac vardır.  İnsanların cinsi fərqlərinin sosial fərqləri 

yaratmasına səbəb olması, yaxud bu səbəbin tarixin təsadüfi seçimi və ya başqa 

amillərdən asılılığı məsələləri diqqətdən kənarda qala bilməz. 

Cinslərin assimetriyası müxtəlif cəmiyyətlərdə müxtəlif cür təzahür edir. Buna görə  də 

kişilərin və qadınların cəmiyyətdəki səciyyəvi cəhətləri ilə bağlı olan məsələlərin 

araşdırılması yolu ilə  həmin cəmiyyət haqqında , onun mədəniyyət və  ənənələri, dini və 

mənəvi dəyərlərin xüsusiyyətləri, xalqların dünyagörüşü və özünüdərk haqqında çoxlu 

maraqlı tədqiqat materiallarına malik olmaq mümkündür. 

Cəmiyyətdə cinslərin münasibəti özü-özlüyündə bu cəmiyyətdə yaşayan insanlar üçün heç 

də həmişə problem yaratmamışdır. Həm kişilər, həm də qadınların bəziləri demək olar ki, 

bu məsələlər haqqında umumiyyətlə düşünmür, bəziləri isə yaranmış davranış 

qaydalarında hüquq pozuntularını görmək istəmirlər. Cəmiyyətdə cinslərin mövcud köklərini 

əcdadlarından götürmüş, adət  ənənələrlə, dinlə  və ya əxlaq normaları ilə tarixi baxımdan 

ədalətli və müqəddəs bir hal kimi təsəvvür edirlər.  Ənənəvi cəmiyyətlərdə (yəni ciddi və 

dəyişməz norma və  dəyərlərin  əsasında fəaliyyət göstərən cəmiyyətlərdə) kişilərin və 

qadınların rolları ümumiyyətlə reqlamentləşdirilərək, hətta elə kiçik detallara qədər qeyd 

olunur ki, gələcəkdə  cəmiyyətdə kişilərin "xüsusi taleyi" və ondan fərqli qadın taleyi 

haqqında heç kəsdə bir şübhə qalmasın. 

İndiki zamanda çətin ki, kimsə qenderin nə olduğunu birmənalı formada izah edə bilsin: bu 

elmdirmi, dünya-görüşdürmü, fəlsəfədirmi, mədəniyyət amilidirmi, siyasətdirmi və ya 

ideologiyadırmı?- hətta  şüurun digər sahələri və insan fəaliyyəti də burada zəruridir, 

bununla belə göstərilənlər qender tədqiqatlarının mahiyyətinin və predmetinin açılması 

üçün kifayət deyildir. Bu səbəbdən qender tədqiqatlarını XX əsrin ortalarında yaranmış, 

özündə geniş spektrli elmi və elmdən kənar insan təsəvvürlərini birləşdirən və sintez edən 

cərəyan kimi qəbul edirlər. Qender tədqiqatlarının predmetinin müəyyən edilməsi bu cür 

nəticəyə ziddir: bu tədqiqatlara cəmiyyətdə kişilər və qadınlar arasında qarşılıqlı  təsir və 

mexanizmlərin müəyyən edilməsi, müxtəlif dəyərlərdən və  mədəniyyətlərdən asılı olaraq 

cinslərin sosial rollarının təyini kimi bəşəriyyətin tarixi inkişafına samballı  təsir göstərmiş 

amilləri aid etmək olar. Bununla belə, problemin kişilərlə qadınlar arasında olan təkcə real, 

təbii, bioloji fərğlərin olmasını başa düşdükdən sonra, bütün cəmiyyətdə qadın (feminist, 

matriarxat) və ya kişi (maskuli-nist, patriarxat) dəyər və ideyaların ümumbəşər təfəkkür və 

fəaliyyət normaları kimi qəbul olunması naminə arasıkəsilməyən cinslərarası mübarizə 

qlobal xarakter aldığı üçün, onda qenderin bəşər tarixinin sirrlərinə və suallarına işıq salan 

"cinslərin fəlsəfəsi" dünyagörüşü olması  qənaətinə  gəlmək olar. Görəsən, bir neçə 

minilliklər  əvvəl döyüşdə matriarxat patriarxata uduzmasaydı, bəşər tarixi necə inkişaf 

edərdi? Bu cur qarşıdurmada tərəflərdən birinin qələbəsi fəlsəfə, incəsənət, elm və  hətta 

din kimi sahələrin "birtərəfli" dəyərlərinin  əsirinə çevrilərdilərmi? Hər hansı bir tərəfin tam 

qələbəsi hansı  nəticələrə  səbəb ola bilər və ya patriarxatın  şərəf zəfəri sivilizasiyaya nə 

vermişdir? Gələcəkdə feminist və maskulinist dəyərlərin barışdırılması  bəşəriyyətin 



cəmiyyətdən "qovub" itirdiyi qadınlarla mümkündürmü, biz matriarxatın yeni hücumuna 

məruz qalacağıqmı  və ya bu gün cinslərin hər hansı bir harmoniyasına nail olmaq üçun 

"qadın intuisiyasının" "kişi rasionalizmi" ilə inteqrasiyası problemi üzərində düşünməyə 

başlamalıyıqmı? Düşüncəsi olan hər hansı bir kəs sonsuz olaraq bu cür suallar verə bilər. 

Lakin məsələ yeni dünyagörüşünün təlqin olunmasındadır. Dünyaya bəşəriyyət ancaq 

indiyə kimi "bir gözlə" bir tərəfdən baxırdı. Bu baxış ancaq "bir gözlü" bəşəriyyətə məxsus 

idi. İndi isə dünyada baş verənləri bütövlükdə görmək üçün, bu gün hökm sürən xətti, səthi, 

mexanistik, ifrat praqmatik və rasionallıqdan, cansız və ruhsuz figurlərdən  əl çəkərək 

dünyaya "iki gözlə" baxmaq vaxtıdır. Məhz zor, mübarizə, güc və kütləvi məğlubiyyətə, 

çoxsaylı böhranlara, qlobal mənəvi, sosial və  təbii, bioloji qəzalara səbəb olan fasiləsiz 

növbəti qələbələrə canatma kimi anlayışları özündə ehtiva edən  şüurdan  əl çəkmək 

lazımdır. 

Bizim gözumüz önündə ikinci minilliyin sonunda yaranmış ziddiyyətləri həll etmək üçün "zor 

siyasətini"  əsas tutan sivilizasiyaların dağılması prosesləri baş verir. Qender tədqiqatları 

baş verən bu prosesləri öncədən təsvir edərək  əsas paradiqma kimi müasir insan 

təfəkkürünün elmi və qeyri-elmi istiqamətlərində  əhəmiyyətli rol oynayır.Qender yeni 

yaranan dünyagörüşü üçün metodoloji əsas yaradan istiqamətlərdən biri kimi cəmiyyətdə 

kişi və qadınların rolunu, yerini və əhəmiyyətini yenidən nəzərdən keçirən və yerdəyişmələr 

edən yeni fəlsəfənin təməlidir. Özünəməxsus imkanlarına görə qender tədqiqatları 

informasiya nəzəriyyəsi, sinergetika, ekologiya və s. kimi sistem tədqiqatları ilə yanaşı artıq 

bu gün tərbiyə və təhsil praktikasında da geniş tətbiq olunmalıdır. 

Bir neçə il bundan əvvəl Qərbdə şübhə və ehtiyatla yanaşılan "qadın" tədqiqatları bu gün 

təbiətşünaslıq , humanitar və  tətbiqi fənnlər kimi müxtəlif təhsil muəssisələrində  tədris 

olunan geniş kontekstli onlarla kurslara qədər inkişaf etmişdir. Bu prosesin əvvəlindəcə, 

total patriarxata qarşı belə, hətta qadınlarla kişilərin tam bərabərliyinə nail olmaq kişilərin 

dünyaya uşaq gətirmək funksiyasının da «sınaq  şüşələrinə" verilməsi kimi çəfənk fikirlər 

söyləyən feminist praktikası olmuşdur. Qender, həmçinin radikal feminizmin patriarxal 

praktikaya, feminist "zor siyasətinin" işlənilməsinə qarşı  çıxdığı üçün, onların təzyiqinə 

məruz qaldığına görə yaranmışdır. Qender tədqiqatları  tək " qadın problematika"sı ilə 

məşğul olmasından  əlavə,  ən çox bəşəriyyətin bir-birinə qarşı dayanan iki (qadın və kişi) 

vahid potensialının tam aşkara çıxarılması üçün şəraitin yaranmasına görə cinslərin 

vəhdətliyinin axtarışı praktikasını  əhatə edir. İki "antaqonistin" ailədə birləşərək, bir yerdə 

"üçüncü sinfi"- uşaqları  əsarətdə saxlaması faktını diqqətdən kənarda qoymaq olmaz. 

Bundan  əlavə, qender tədqiqatları müasir dünyada mövcud olan və özünü dünya 

xalqlarının inkişafının müxtəlif modellərində təzahür etdirən irqi, etnik, konfessional, siyasi 

və istənilən digər zorakılıq  əlamətlərindən də yan keçə bilməz; və, nəhayət, dünyada 

blokların dağılmasından sonra qarşıdurmanın zəifləmədiyi, əksinə güc və təzyiq göstərmə 

hallarının intensivləşdirilməsini qeyd edir. Müasir müstəqil Azərbaycanın siyasi reallığı 

qender tədqiqatlarına xüsusi fikir verilməsini və onun cəmiyyətin siyasi mədəniyyətinin 

yüksəldilməsi məqsədilə təhsil sistemində geniş yayılmasını tələb edir. 

Beləliklə, cinslərin münasibətləri tarixi "yeni redaktə" olunmuş bəşəriyyət tarixi, əgər desək 

ki, bizim keçmiş haqqında olan təsəvvürlərimizi köklü surətdə  dəyişdirir, cəmiyyətin 

inkişafının müasir problemlərinin və  gələcək perspektivlərinin korreksiya edilməsində çox 

əhəmiyyətlidir, bu isə bizim dünyagörüşlərimizin  əsaslarına və onları sistem halında ifadə 

edən fəlsəfəyə təsir etməmiş deyildir. 

Psixoloq Roda Unger "Cinslərin və qenderin müəyyən edilməsi" məqaləsində  (1979) 

"qender" anlayışının istifadə olunması  cəmiyyət üçün zəruri olan xüsusiyyətlər, normalar, 

stereotiplər və rolların kişi və qadınlara aid olmasını müəyyənləşdirərkən sosial, mədəni və 

psixoloji aspektlərin müzakirəsi zamanı mümkünlüyünü zəruri saymışdır. ("Fəlsəfə" M., 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə