Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   11   12   13   14   15   16   17   18   19

elmi işlər nəşr etdirmiş və çapa hazırlamışdır. 

 

 



ZAKİR QASIMOV  

HÜQUQİ TƏDQİQATLAR ŞÖBƏSİ 

 

 1945-ci ildə Azərbaycan EA Fəlsəfə İnstitutu yaradılarkən onun tərkibində dövlət və hüquq 



şöbəsi də  fəaliyyətə başlamışdı. Burada görkəmli hüquqşü naslardan Qasım Cəfərov, 

Vahid Qəhrəmanov, Bilqeyis Həşimzadə  və başqaları çalışırdılar.  1950-ci ildə  Fəlsəfə 

İnstitutu Tarix İnstitutu ilə birləşdirildikdən sonra həmin hüquqşünas alimlər ali məktəblərdə 

işləməyə keçdilər. Akademiyanın Rəyəsət Heyəti nəzdində  fəaliyyət göstərən Fəlsəfə 

Bölməsinin tərkibində artıq  1960-cı ildə hüquqi tədqiqatlar  şöbəsi yaradıldı. Kiçik bir 

qrupdan ibarət olan şöbəyə Məmməd Xələfov başçılıq edirdi. 

Fəlsəfə Bölməsi əsasında Fəlsəfə və Hüquq İnstitutu yarandıqdan sonra burada üç hüquq 

şöbəsi fəaliyyətə başladı. Bunlar dövlət və hüquq nəzəriyyəsi və tarixi; dövlət hüququ və 

Sovet quruculuğu; cinayət və mülki hüquq şöbələri idi. 

Müxtəlif illərdə hüquq şöbələrində Azərbaycan EA müxbir üzvü Qəhrəmanov V.P., Hüquq 

elmləri doktorları Xələfov M.S., Qafarov T.M., Mövsümov C.Q., eləcə də 20 nəfərdən artıq 

hüquq elmləri namizədləri çalışmışlar. Onların bir çoxu Fəlsəfə  və Hüquq İnstitutunda, 

digərləri isə Moskva və Leninqradın aparıcı elmi müəssisələrində hazırlıq keçmişlər. 

İnstitutda təcrubəli Hüquqşünas alimlərin elmi potensialının artması Azərbaycan dövlət və 

hüquq tarixi, dövlət huququ və sovet quruculuğu, demokratiyanın inkişafı, qanunçuluq və 

hüquq qaydalarının möhkəmlənməsi, təbiətin hüquqi mühafizəsi sahələrində  tədqiqatların 

genişləndirilməsinə imkan yaratdı. Bu problemlər üzrə bir sıra dissertasiyalar müdafiə 

edildi. 


Hüquq  şöbələri varlığının ilk illərində  əməkdaşlar tərəfindən "Hüquq terminləri lüğəti", 

"Azərbaycan SSR hüquq və dövlət tarixi"nin 2 cildliyi, sonrakı illərdə isə hüquq elmlərinin 

müxtəlif sahələrinə dair 25 monoqrafiya, 150-dən artıq elmi məqalə dərc olunmuşdur. 

Ali təhsil müəssisələrinin, həmçinin respublikada hüquqi mühafizə orqanlarının yüksək 

səviyyəli hüquqşünaslara ehtiyacının artması ilə  əlaqədar  İnstitutdan təcrübəli 

hüquqşünaslarının axını başlandı. Bütün bunların nəticəsidir ki, hazırda  İnstitutda hüquqi 

tədqiqatlar adlı bir şöbə fəaliyyət göstərir. 

Şöbədə 8 əməkdaş çalışır. Onlardan 2 nəfəri - şöbə müdiri Zakir Qasımov və böyük elmi 

işçi  Əli Rzayev, hüquq elmləri namizədi Bəhruz Kərimov və Vüqar Eyvazov kiçik elmi 

işçidir. Şöbənin 4 laborantı vardır. 

Müstəqil Azərbaycan Respublikasının yaranması və onun Konstitusiyasının qəbul edilməsi 

Azərbaycan xalqının tarixində yeni mərhələnin - müstəqil dövlətçiliyin dirçəlməsi 

mərhələsinin başlanğıcını qoydu. Konstitusiyanın qəbulunu Azərbaycan xalqının böyük 

tarixi nailiyyəti  kimi  qeyd  edən Konstitusiya Komissiyasının sədri Azərbaycan 

Respublikasının Prezidenti H.Ə.Əliyev bütün keçmiş konstitusiyalardan onun fərqini 

göstərərək -"Bu Konstitusiya suveren Azərbaycan Respublikasının Konstitusiyasıdır"- 

demişdir. 

Konstitusiyanın qəbul edilməsi cəmiyyətimizdə, onun iqtisadi, siyasi, sosial və  mənəvi 

həyatında baş verən köklü dəyişikliklər prosesindən irəli gələn ciddi ictimai tələbatın ifadəsi 

olmuşdur. Azərbaycan Dövlətinin  Əsas Qanunu olmaq etibarilə, Konstitusiya vətəndaş 

cəmiyyətinin təşəkkülü, demokratik hüquqi dövlətin qurulması,  ədalətli iqtisadi və sosial 

qaydaların və digər ümumbəşəri dəyərlərin təmin edilməsi məqsədlərinin həyata keçirilməsi 

üçün mühüm hüquqi bazaya çevrilmişdir. 

Konstitusiyanın, onun prinsip və normalarının effegtik həyata keçirilməsi respublikanın 




hüquq elmi qarşısında dövlət və hüquq quruculuğunun bir çox nəzəri və praktiki 

problemlərinə yeni mövqedən yanaşmaq vəzifəsini qoymuşdur. Fəlsəfə  və Hüquq 

İnstitutunun hüquqşünas  əməkdaşlarından ibarət kiçik bir şöbənin kollektivi məhz bu 

mövqedən çıxış edərək, öz səylərini "Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu" 

elmi istiqamətində cəmləşdirməyi məqsədəuyğun hesab etmişdir. 

Həmin istiqamət aktual problemlərin geniş dairəsinin, xüsusən hüquqi dövlət haqqında 

təlimin yaranması və inkişafı, siyasi hakimiyyətin təşkil edilməsinin və həyata keçirilməsinin 

bu formasına xas olan əsas prinsiplər də daxil olmaqla hüquqi dövlət konsepsiyalarını 

əhatə edir. Buraya, həmçinin, SSRİ dağıldıqdan sbnra müstəqil Azərbaycan dövlətçiliyinin 

təşəkkülü və inkişafı problemləri- postsovet dövlətindən hüquqi dövlətə keçid mərhələsində 

respublikada dövlət və hüquq quruculuğu, hüququn bütün sahələrinin, respublikanın hüquq 

sisteminin inkişafı və təkmilləşdirilməsi üçün əsas hüquqi baza kimi Konstitusiya islahatları 

və s. məsələlər də daxildir. 

Əlbəttə, bütün bunlar qeyd edilən elmi istiqamət üzrə böyuk bir elmi kollektivin səylərini 

tələb edən aktual problemlərin tam siyahısı deyildir. Ona görə də həmin problemlərin yalnız 

bir qismi son illərdə  İnstitutda hüquqa dair araşdırmalarla məşğul olan yeganə  şöbənin 

tədqiqat predmetinə çevrilmişdir.  Şöbənin özünün kadr potensialının zəif olması  nəzərə 

alınaraq, 1996-1997-ci illərdə bir neçə alim - Azərbayean EA müxbir üzvü Məlikova M.F., 

hüquq elmləri doktorları Rzayev A.Q. , Səməndərov F.Y. əvəzçilik qaydası  əsasında bu 

şöbənin işinə cəlb edilmişdir. 

Son illərdə şöbənin əməkdaşları tərəfindən bir sıra işlər görülmüş və dərc edilmişdir. Şöbə 

müdiri, f.e.n. Z.M.Qasımov tərəfindən hazırlanmış "Hüquqi dövlət ideyasının yaranması və 

inkişafı" adlı  işdə antik dövrdən başlayaraq burjua demokratik inqilabları  mərhələsinədək 

hüquqi dövlət haqqında ideyaların meydana gəlməsi və inkişafı  məsələləri tədqiq olunur. 

Bəşəriyyətin pozitiv təcrübəsi ilə canlanan bu ideyalar hüquqi dövlət nəzəriyyəsinin 

formalaşmasına, onun siyasi həyata, müasir ölkələrin konstitusiya qanunvericiliyinə  tətbiq 

edilmişdir. 

Z.M.Qasımovun birgə müəllif olduğu "Hakimiyyətin bölgusü prinsipi və konstitusiya 

mexanizmində onun həyata keçirilməsi" adlı kitabda hakimiyyət bölgüsü haqqında 

ideyaların mənbələri, onların bütöv siyasi-hüquqi konsepsiyaya, dövlət hakimiyyətinin təşkili 

və  fəaliyyəti prinsipinə çevrilməsi məsələləri yığcam  şəkildə  tədqiq edilir. Daha sonra bu 

prinsipin mahiyyəti, onun dövlət hakimiyyətinin bir qolunda, bir orqanın və yaxud bir şəxsin 

əlində  cəmləşməsinin qarşısının alınmasına istiqamətlənməsi məsələləri araşdırılır. Bu 

məqsədlə hakimiyyət üç hakimiyyət qolu-qanunveriçi, idarəedici və  məhkəmə hakimiyyəti 

arasında bölünməlidir. Onlardan hər biri sərbəst, müstəqil olmalı, bir-birini çəkindirməli və 

bir-birinə nəzarət etməli, eyni zamanda ümumi məqsədlər naminə əməkdaşlıq etməlidir. Bu 

prinsipin Konstitusiyada təsbit olunması  və onun dövlət mexanizminə real tətbiqi, bir 

tərəfdən, avtoritarizmdən və totalitarizmdən qorunmaq üçün mühüm təminat, digər tərəfdən 

demokratik, hüquqi dövlətin formalaşması üçün zəruri  şərtdir. Kitabda bir sıra dünya 

dövlətlərinin praktikasında bu prinsipin necə həyata keçirilməsi açıqlanır və qeyd edilir ki, 

respublikamızda demokratik, hüquqi dövlət quruculuğu üçün həmin dövlətlərin müsbət 

təcrübəsindən bəhrələnmək faydalı olardı. 

Z.M.Qasımovun hazırda nəşrdə olan "Hakimiyyətin bölgüsü prinsipi və Azərbaycan 

Respublikasında qanunverici və icraedici hakimiyyətin səlahiyyətlərinin ayrılması" işi həmin 

problemin tədqiqinin davamıdır. Burada hakimiyyətin bölgüsü prinsipinin respublika 

Konstitusiyasında həyata keçirilməsi məsələsi araşdırılır. Hakimiyyətin iki qolunun 

səlahiyyətlərinin təsbit olunduğu konstitusiya normalarının analizi əsasında müəllif bu 

qənaətə  gəlir ki, əgsər postsovet respublikalarında olduğu kimi Azərbaycanda da 

Prezidentin  şəxsində icra hakimiyyətinin üstünlüyü ilə xarakterizə edilən prezident 



idarəetmə forması mövcuddur. 

Belə vəziyyət bir sıra obyektiv amillərlə - keçid dövrünün mürəkkəblikləri, ölkədəki ictimai-

siyasi və sosial-iqtisadi şəraitin gərginləşməsi, respublikamıza qarşı erməni təcavüzü və 

onun nəticələri ilə  şərtlənmişdir. Bu şəraitdə respublikanın müstəqilliyini qorumağa və 

məhkəmləndirməyə, ölkəni siyasi böhrandan çıxarmağa qadir olan güclü prezident 

hakimiyyəti tələb olunurdu. Bu, xalqın görkəmli dövlət və siyasi xadim H.Ə.Əliyevi ölkənin 

rəhbərliyinə çağırması və onu respublikanın Prezidenti seçməsindən sonra mümkün oldu. 

Bununla yanaşı qeyd olunur ki, Azərbaycan dövlətinin mustəqilliyi gücləndikcə, 

hakimiyyətin bölgüsü mexanizmindən Milli Məclisin simasında qanunverici hakimiyyətin 

rolu artırılmalı, xalq hakimiyyətinin nümayəndəli orqanı kimi onun səlahiyyətləri 

genişləndirilməli, qəbul edilən qanunların icrasına onun nəzarəti gücləndirilməlidir. 

Z.M.Qasımovun yuxarıda adları  çəkilən tədqiqat işlərinin məntiqi davamı olan "Totalitar 

dövlətdən hüquqi dövlətə doğru" mövzusunda dərc edilən məqalələri birpartiyalı inzibati-

amirlik metodları ilə  cəmiyyətin fövqündə dayanan totalitar dövlət olmuş sovet dövlətinin 

xarakteristikası ilə başlayır. Postsovet dövlətindən hüquqi dövlətə doğru aparan yol 

mövcud olan sistemin dəyişdirilməsi, hüquqi dövlətin iqtisadi, siyasi, sosial və  mənəvi 

əsaslarının yaradılması  və möhkəmləndirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi 

üçün zəruri olan keçid dövründən keçir. Bu, ictimai həyatın bütün sferalarında hüququn 

aliliyinin bərqərar ediləçəyi uzun və çox mürəkkəb bir prosesdir. Bir sıra obyektiv və 

subyektiv amillərdən asılı olaraq hər bir ölkədə keçid dövrü müəyyən çətinliklər və 

özünəməxsus cəhətlərlə xarakterizə olunur. 

Aparıcı elmi işçi h.e.d.,prof. A.Q.Rzayevin "Azərbaycan Respublikasının Konstitusiyası  və 

milli təhlükəsizlik problemləri" mövzusunda tədqiqat işinin nəticələri kitab şəklində  dərc 

edilmişdir. Tədqiqat işində ölkənin sabit və dayanıqlı inkişafının, mürəggək keçid dövründə 

onun milli təhlükəsizliyinin təmin edilməsinə yönələn konstitusiya normaları təhlil edilir. Milli 

təhlükəsizliyə ölkənin, cəmiyyətin, dövlətin, həyatın müxtəlif sahələrində həyati əhəmiyyətli 

maraqların geniş spektrini əhatə edən çoxcəhətli və mürəkkəb problem kimi yanaşan 

müəllif, respublikamızın müxtəlif sahələr üzrə-siyasi, iqtisadi, hərbi (müdafiə), ekoloji və 

genetik sferalarda milli təhlükəsizlik problemlərini fərqləndirir və onları  tədqiq edir. Ölkə 

həyatının bütün sahələrini  əhatə edən, elmi cəhətdən  əsaslandırılmış milli təhlükəsizlik 

konsepsiyasının işlənib hazırlanmasının zəruriliyi bütövlükdə bu tədqiqatın ana xəttidir. 

Bununla yanaşı, müəllif bir sıra problemlər üzrə özünün müvafiq konsepsiyası olduğunu 

nümayiş etdirir. Müəllif həmçinin onun fikrincə bu mühum dövlət sənədinə daxil edilməsi 

zəruri olan maraqlı təkliflər və müddəalar irəli sürür. 

Böyük elmi işçi, h.e.d., prof. F.Y.Səməndərovun tədqiqat işi "Azərbaycan Respublikasının 

yeni Konstitusiyası  və insanın həyatı  əleyhinə edilən  əməllərlə cinayət-huquqi mübarizə" 

mövzusuna həsr edilmişdir. 

İşdə Sovet dövlətinin totalitar və inzibati-amirlik sistemində insan və vətəndaşın hüquq və 

azadlıqlarının işdə deyil, yalnız sözdə qorunduğu və dövlətin mənafeyinin daha üstün 

tutulduğu vurğulanır. Müəllif mustəqil Azərbaycan respublikasının yeni Konstitusiyası qəbul 

ediləndən sonra cinayət qanunvericiliyinin "Şəxsiyyət  əleyhinə olan cinayətlər" fəslinin 

insanın həyatına qarşı edilən cinayətləri nəzərdə tutan normaların təşilləşdirilməsi üzrə 

özünün elmi əsaslandırılmış təkliflərini sistemli şəkildə irəli sürür. 

Tədqiqat işində  ağırlaşdırıcı  və yüngülləşdirici hallarda qəsdən adam öldürməyə görə 

məsuliyyət məsələləri hərtərəfli araşdırılır. Müəllif araşdırdığı  məsələlərin cinayət 

qanunvericiliyi, Konstitusiya və insan hüquqları üzrə beynəlxalq müqavilələrin üzvi sintezi 

əsasında təqdim edir. 

Şöbənin böyük elmi işçisi, h.e.n. Ə.H.Rzayev "Azərbaycan respublikasında keçid dövründə 

dövlət qulluqçusunun statusu problemləri haqqında" mövzusunda tədqiqat işi hazırlamışdır. 



İşdə dövlət qulluğunun  əhatə etdiyi az öyrənilmiş  məsələlərə diqqət yetirilir, dövlət 

qulluğunun hüquqi mexanizmi aşkarlanır, dövlət qulluqçusunun fəaliyyətinin səmərəliliyinin 

artırılmasına təsir edən amillər geniş təhlil olunur. 

Azərbaycan Respublikasında dövlət qulluğu mexanizminin tədqiqində  bəzi MDB 

respublikalarının və inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsi öyrənilmiş və respublikamız 

üçün əhəmiyyətli praktiki tövsiyyələr verilmişdir. İşdə dövlət-qulluq münasibətlərinin hazırki 

vəziyyəti təhlil edilmiş, bu münasibətlərin təkmilləşdirilməsi istiqamətləri göstərilmiş  və 

Azərbaycan Respublikasında "Dövlət qulluğu haqqında" qanunun qəbul edilməsinin 

vacibliyi qeyd edilmişdir. Tədqiqat işindəki praktiki tövsiyyə  və müddəalar dövlət aparatı 

sistemində onlardan istifadə olunmasına imkan verir. 

Kiçik elmi işçi B.C.Kərimovun cinayət hüququnun ümumi hissəsi üzrə işlənilən tədqiqat işi 

"Cinayət qanununda blanket dispozisiyalar" mövzusundadır. Tədqiqat işində cinayət 

hüququ normalarının anlayışı verilir, onların  əlamətləri və ayrı-ayrı növləri fərqləndirilir. 

Cinayət hüququ normalarının strukturu və onun elementləri ilə bağlı problem məsələlərə 

toxunulur. Dispozisiyaların ayrı-ayrı növləri göstərilir və blanket dispozisiyaların elmi 

əsaslandırılmış təsnifatı təqdim edilir. Müəllif respublikamızın ilk cinayət qanunvericiliyindən 

başlayaraq son dövrlərə  qədər cinayət qanununda blanket dispozisiyaların inkişaf 

tendensiyası  və dinamikası  məsələlərini araşdırır. Tədqiqat işində mövcud cinayət 

qanunvericiliyi üzrə blonket dispozisiyaların təkmilləşdirilməsi yolları göstərilir və  qəbul 

ediləcək cinayət qanununda blonket dispozisiyaların qurulmasına dair təkliflər verilir. 

Şöbə tərəfindən işlənilən "Respublikada hüquqi dövlətin formalaşması" adlı elmi istiqamət 

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Akademiyanın  əsas perspektivli 

istiqamətlərindən biri kimi təsdiq etmişdir. Bu istiqamət üzrə  tədqiqatları davam etdirərək 

şöbədə  aşağıdakı  işlər aparılır: "Hüquqi dövlətin  əsas prinsipləri", "Keçid dövründə 

Azərbaycan Respublikasında dövlət mərkəzi icra hakimiyyət sistemində islahatlar 

konsepsiyası", "Dövlətin  ərazi bütövlüyü və toxunulmazlığı prinsipi və xalqın öz 

müqəddəratını həll etmək hüququ ilə münasibəti" və s. 

Yuxarıda adları  çəkidən işlərdən  əlavə,  şöbənin  əməkdaşları son 3-4 ildə "Azərbaycan 

Elmlər Akademiyasının Xəbərləri" məcmuəsində (tarix, fəlsəfə və hüquq seriyası), "Qanun", 

"Qanunçuluq" jurnallarında və digər nəşrlərdə 25-dən artıq məqalə  dərc etdirmişlər. 

Məsələn, "Konstitusiyanın özünümüdafiəsinin hüquqi mexanizmi", "Hüquq yaradıcılığının 

strategiyası, proqnozlaşdırılması  və planlaşdırılması", "Beynəlxalq humanitar hüquq və 

Azərbaycan Respublikasının milli qanunvericiliyi", "Hüquqi şüurun vəziyyəti və  əməllərin 

kriminalizasiyasında onun rolu", "Dövlət qulluğunun hüquqi tənzimlənməsinin bəzi 

problemləri" məqalələrinin adını çəkmək olar. 

Şöbənin kiçik kollektivinin üzvləri Bakıda və xarici ölkələrdə keçirilmiş beynəlxalq, 

respublika və idarələrarası  səviyyəli müxtəlif elmi konfrans və simpoziumlarda məruzə  və 

çıxışlar etmişlər. 

Z.M.Qasımov "Qafqaz: tarix, müasir dövr və geosiyasi perspektivlər" mövzusuna həsr 

edilmiş beynəlxalq konfransda (Bakı, 1998) "Totalitar dövlətdən Hüquqi dövlətə doğru" adlı 

məruzə ilə, prof. A.Q.Rzayev 1996-cı ildə  İranda keçirilmiş beynəlxalq seminarda 

"Təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların rolu", Hüseynov L.Q. Avropa 

Şurası tərəfindən təşkil edilmiş seminarda (İsveçrə, 1996) "Özünüidarə, ərazi bütövlüyü və 

milli azlıqların müdafiəsi" mövzusunda, müqayisəli hüquqşünaslıq  İnstitutunun keçirdiyi 

"İnsan hüquqlarının pozulmasına görə dövlətlərin məsuliyyəti" mövzusunda konfransda 

iştirak və  çıxış etmişlər. "Azərbayçan XXI əsrin astanasında" mövzusuna həsr edilmiş 

respublika elmi-praktik konfransında (Bakı, 1997) şöbənin bir qrup əməkdaşı, o cümlədən: 

Məlikova M.F. "Azərbaycan Respublikası qanunvericiliyinin inkişaf problemləri", Rzayev 

A.Q. "Azərbaycan elminin tarixi problemləri", Qasımov Z.M. "Qanun layihəsi işinin 



təkmilləşdirilməsi konsepsiyası haqqında", Səməndərov F.Y. "Azərbaycan Respublikası 

Konstitusiyası  və cinayət qanunvericiliyində hüquqi islahatların bəzi problemləri" 

mövzusunda məruzələr oxumuşlar. 

Şöbə öz kadr potensialının imkanları daxilində qanunvericilik praktikasında iştirak edir. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Haqqında Qanun layihəsinin işçi 

variantı, Milli Məclisin  İş Reqlamenti layihəsini "Qanun layihələrinin və digər məsələlərin 

hazırlanması, Milli Məclisə  təqdim edilməsi və onlara Milli Məclisdə baxılması qaydası 

haqqında" və başqa sənədlər bu şöbədə  işlənib hazırlanmışdır. Milli Məclis aparatından, 

Prezident aparatından,  Ədliyyə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və respublikanın 

digər idarələrindən İnstituta göndərilən müxtəlif qanun layihələri şöbədə nəzərdən keçirilir, 

burada həmin layihələrə təkliflər işlənib hazırlanır. 

 

 



 

MƏQSƏD SƏTTAROV 

FƏLSƏFƏ KAFEDRASI 

 

Fəlsəfə kafedrası kafedra müdiri, Azərbaycan EA-nın müxbir üzvü, professor Məqsəd 



Səttarovdan, 4 nəfər fəlsəfə elmləri namizədi, dosentlər İnessa Rəhimova, Zoya Əzizova, 

Nazilə  Məmmədova və Fizuli Qurbanovdan, və metodkabinənin müdiri Solmaz 

Sadıqovadan ibarət bir tərkibdə fəaliyyət göstərir. 

Yarandığı vaxtdan indiyiə kimi kafedranın fəaliyyətinin əsas istiqaməti Akademiyanın qeyri-

fəlsəfi profilli aspirant və dissertantlarının fəlsəfi hazırlığını yaxşılaşdırmağa, onların 

təfəkkürünü köhnə stereotiplərdən, doqmatizm ünsürlərindən xilas etməyə yönəlmişdir. 

Kafedra Azərbaycan EA-nın aspiranturasına daxil olanlardan qəbul imtahanlarını götürur, 

aspirant və dissertantları  fəlsəfədən namizədlik minimumu imtahanlarına hazırlaşdırır və 

onlardan imtahanlar götürür. Bu məqsədlə aspirantlar və dissertantlar üçün fəlsəfə 

kursunun əsas problemləri üzrə çoxsaatlı mühazirələr oxunur, seminar məşğələləri keçirilir. 

Bundan  əlavə kafedrada fakultativ kurslar da təşkil olunur. Burada fəlsəfə klassiklərinin 

əsərlərinə, Azərbaycan fəlsəfi fikir tarixinə, dövrümüzün aktual fəlsəfi məsələlərinə dair 

mühazirələr oxunur. 

Kafedra bir sıra mühazirələrin oxunulmasına kənardan mütəxəssis alim-mühazirəçi dəvət 

edir. 

Bakıdan kənarda yaşayan və müxtəlif obyektiv səbəblər üzündən dərslərdə  iştirak edə 



bilməyən aspirant və dissertantlarla elmi-metodiki kömək məqsədi ilə ayda iki dəfə seminar 

xarakterli görüşlər keçirir. 

Bütün bunlarla yanaşı, tədris ili boyu aspirant və dissertantlara elmi məsləhətlər verilir, 

referat yazanlara elmi-metodiki kömək göstərilir. 

Aspirant auditoriyasında oxunan mühazirələrin və seminar məşğələlərinin fəlsəfi-nəzəri 

səviyyəsinin yüksəldilməsi, müəllimlərin pedaqoji ustalığının artırılması  işi də diqqətdən 

kənarda qalmır. Bu məqsədlə açıq mühazirə  və seminarlar təşkil edilir, onların nəticələri 

müzakirə edilib qiymətləndirilir. 

Kafedra iclaslarında mühazirə  mətnləri və tezisləri, bir sıra mövzuların tədrisinə dair 

metodiki məsələlər müntəzəm müzakirə edilir. 

1998-1999-cu dərs ilində kafedranın tədris sahəsindəki fəaliyyətini konkret faktlarla 

nəzərdən keçirsək, bu sahədəki iş daha aydın görünər. Həmin illərdə kafedrada fəlsəfə 

kursunun  əsas problemləri üzrə 2 potokda 50 saatlıq həcmində mühazirələr oxunmuş, 

təşkil olunmuş 9 qrupun hər birində 60 saat həcmində seminar məşğələləri keçirilmişdir. 

Tədris ilində kafedraya daxil olan 157 referat işi oxunub rəydən keçirilmişdir. Payız və yaz 



imtahan sessiyalarında  193 nəfər aspirant və dissertantdan namizədlik minimumu, 84 

nəfərdən isə  fəlsəfə  fənni üzrə aspiranturaya qəbul imtahanları götürülmüşdür. Beləliklə, 

1998-1999-cu tədris ilində kafedrada 2450 saat dərs yükü yerinə yetirilmişdir. 

Elmi fəaliyyət sahəsində də kafedrada səmərəli işlər görülmüşdür. Aspirant və dissertantlar 

üçün "Metodiki materiallar"ın hazırlanıb nəşr edilməsi kafedranı uğurlarından sayılmalıdır. 

M.Səttarovun "Mədəniyyət sistemində dinin yeri və rolu", "Adi şüur", "N.Nərimanov və din", 

M.Səttarov və N.Məmmədovanın "Nizami Gəncəvinin bədii-fəlsəfi irsində insan 

konsepsiyası" adlı elmi işləri,  İ.Rəhimovanın "Qədim Yunan komediyası (Estetik fəlsəfi 

təhlil)", F.Qurbaovun "Sinergetikanın sistemlərə  tətbiqi imkanları" adlı elmi işləri və s. 

deyilənləri təsdiq edir. 

Kafedra yüksək ixtisaslı filosof-müəllim kadrlarının yetişdirilməsi sahəsində  də xeyli işlər 

görmüşdür. Xarakterik haldır ki, kafedranın bütün müəllim heyəti Fəlsəfə  və Hüquq 

İnstitutunun yetirmələridir. Müəllimlərin hamısı doktorluq dissertasiyaları üzərində çalışırlar. 

 

Mündəricat 



Ön söz.................................................................................. 

«Fəlsəfə və ictimai fikir tarixi» şöbəsi................ 

«Şərq fəlsəfəsi tarixi və dinşünaslıq» şöbəsi...... 

«İdrak nəzəriyyəsi və elmin metodologiyası» şöbəsi. 

«Sosial fəlsəfə və sosiologiya» şöbəsi.................... 

«Qlobal və sosial ekologiyanınfəlsəfi problemləri» şöbəsi.................................... 

«Fəlsəfənin yeni istiqamətləri və qender tədqiqatları» bölməsi....................................... 

«Etika və estetika» şöbəsi .......___............................... 

«Mənəvi proseslərin pronozlaşdırılması» qrupu .... 

«Hüquqi tədqiqatlar» şöbəsi............................................ 



Fəlsəfə kafedrası.......................................................... 

Document Outline

  • ILHAM M?MM?DZAD?
  • ETIKA V? ESTETIKA SOB?SI

Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə