Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   2   3   4   5   6   7   8   9   ...   19

"Əsərlər" müəyyən müddət müxtəlif adlarda azərbaycan və rus dillərində  nəşr olunmuş

Azərbaycanda fəlsəfi və ictimai elmlərin tədqiqi və  təbliği sahəsində  səmərəli rol 

oynamışdır. Buna baxmayaraq məlum səbəblər üzündən sonradan "Əsərlər"in nəşri 

dayandırılmışdır. 

İnstitutun elmi yaradıcılıq və elmi-təşkilati fəaliyyətini əks etdirmək, xarici ölkələrin Fəlsəfə 

və Hüquq İnstitutları ilə elmi əlaqələri genişləndirmək, fəlsəfə  və hüquq elmlərinin hazırki 

vəziyyəti, bu elmlərin yeni istiqamətləri ilə oxucuları tanış etmək məqsədilə institutun 

"Əsərlər"inin nəşrini bərpa etmək qərarına gəlmişik. 

"Əsərlər"in hazırkı sayında Azərbaycanın müstəqillik  əldə etdiyi indiki dövrdə institutun 

elmi-tədqiqat fəaliyyətinə, onun gələcək perspektivlərinə geniş yer verilmişdir. 

Əsərlər"in yeni nəşrinin ilə nömrəsi ilə tanış olan və oradakı materiallara öz münasibətini 

bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

 

ZÜMRÜD QULUZADƏ 



Fəlsəfə və İctimai fikir tarixi şöbəsi 

 

Orta  əsr mədəniyyəti abidələri və, mədəniyyət tariximiz bizə Azərbaycan fəlsəfəsi ilə 



bərabər Yaxın, Orta və Uzaq Şərq, eləcə də qədim yunan fəlsəfəsi haqqında informativ və 

tədqiqi səciyyəli məlumatlar çatdırıbdır. 

Yeni dövr məlumatları, Avropa və Rus fəlsəfəsinə dair biliklər də  fəlsəfi fikrimizi 

zənginləşdirdi. Bununla belə ölkəmizdə  fəlsəfə tarixinin elmi tədqiqat obyekti kimi 

sistematik tədqiqi XX-ci əsrin 30-çu illərindən başlayıb və xüsusi dövlət elmi təsisatlarında 

aparılmışdır. Fəlsəfə tarixini eyrənən  şöbə  1929-cu ildən humanitar elmlərlə  məşğul olan 

qurumlar daxilində mövcud olub və bu günədək adını  və  tədqiqat obyektini dəyişmədən 

fasiləsiz fəaliyyət göstərir. XX-ci əsrin 30-70-ci illərində Azərbaycan fəlsəfə tarixi elminin 

inkişafı  fəlsəfə tarixi şöbəsinin uzun illər ərzində müdiri olmuş Azərbaycan EA-nın müxbir 

üzvü, fəlsəfə elmləri doktoru, prof. Z.Göyüşovun "Sovet Azərbaycanında fəlsəfi fikir" 

kitabında (Bakı, 1970) müfəssəl elmi şərhini tapmışdır. 

Mövcud illər  ərzində Azərbaycan fəlsəfə tarixinin bir elm kimi fasiləsiz və ciddi inkişafı ilə 

rastlaşırıq. Bu sahədəki tədqiqatlar bir neçə istiqaməti  əhatə edir. Dövlət himayə  və 

nəzarətində olan fəlsəfə  şöbəsində  əsas tədqiqat obyektləri marksist-leninçi fəlsəfə tarixi; 

fəlsəfi materializm, materialist dialektika, rasionalizm, ateizm tarixi problemləri idi. 

Eyni zamanda Şərq; Qədim Yunan, Rus və Qərb fəlsəfəsinin cərəyan və nümayəndələri də 

Azərbaycan fəlsəfə tarixcilərinin tədqiqat obyektlərinə daxil olmuşdur. 

Azərbaycan fəlsəfə tarixinin bir elm kimi təşəkkül və inkişafı ancaq 50-çi illərdən başlandı. 

Bu başlanğıcda  əgər bir tərəfdən o dövrün dövlət siyasəti müəyyən dərəcə  təsir 

göstərmişsə, digər tərəfdən xalqın öz milli mədəniyyəti vasitəsi ilə milli özünüdərkə çan 

atması və onun qabaqcıl vətənpərvər ziyalıları mühüm rol oynayırdı. Məhz bu amillər 50-ci 

illərdən başlayaraq Azərbaycanda aparılan fəlsəfə tarixinə dair müxtəlif istiqamətli 

tədqiqatlar arasında Azərbaycan fəlsəfə tarixini və bu tarixin Şərq kontekstinin xüsusi 

cəkisini qat-qat artırdı. 

Azərbaycanda milli fəlsəfə tarixciliyimizin banisi, XX əsr Azərbaycanın görkəmli mütəfəkkiri 

və alimi, marksizm təliminə əsaslanmısına baxmayaraq milli mədəniyyətimizin ləyaqətini və 

Qafqazda Rus imperiyasına qarşı yönəlmiş  Şamil milli azadlıq hərəkatını yüksək 

qiymətləndirən akademik Heydər Nəcəf oğlu Hüseynov olmuşdur. 

Azərbaycan fəlsəfə tarixinin gələcək inkişafı milli elmin vicdan və insaniyyət rəmzi olan bu 

işıqlı  şəxsiyyətin adı, irsi və milli elmin təşkilində  əsas tutduğu prinsiplərlə bağlıdır. 

H.Hüseynov Azərbaycan mədəniyyət tarixinə milli fəlsəfə tarixi elminin tədqiqatçısı olmaqla 



bərabər, bu elmin respublikada yaranma və inkişafının təşkilatçısı və onun təbliğatçısı kimi 

daxil oldu. 

H.Hüseynov Azərbaycan fəlsəfəsinin müxtəlif dövrlərinin ilk tədqiqatçısı olub. Bəhmənyar, 

Zərdabi, Füzuli, A. Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, 

Zərdabi və s. filosoflarımızın fəlsəfi görüşləri yaşadıqları dövrlərin sosial-mədəni mühitinə 

uyğun olaraq Heydər Hüseynovun irsində müəllifə  məxsus yüksək peşəkarlıqla işlənərək 

gələcək tədqiqatlar üçün zəminə çevrildi. 

H.Hüseynovun elmin tədqiqat, təşkilat və  təbliğatında  əsas götürdüyü prinsiplər onun 

davamçı  və  tələbələri tərəfindən  ənənəyə çevrilərək fəlsəfə tarixi şöbəsinin gələcək 

fəaliyyətini istiqamətləndirdi. 

Fəlsəfə tarixi şöbəsinə müxtəlif dövrlərdə f.e.d., prof. Əddin Şakirzadə, Azərbaycan EA-nın 

həqiqi üzvü f.e.d.,prof.əməkdar elm xadimi Firudin Köçərli və Azərbaycan EA-nın müxbir 

üzvü, f.e.d.,prof. Ziyəddin Göyüşov, f.e.d.,əməkdar elm xadimi, prof. Midhət Ağamirov, 

f.e.d., Zümrüd Quluzadə rəhbərlik ediblər. 

Qeyd etməliyik ki, şöbə daxilində aparılan tədqiqatlar hec də Azərbaycan fəlsəfə tarixi ilə 

məhdudlaşmayıb və çoxşaxəli olubdur. Belə ki, Azərbaycan fəlsəfə tarixi üzrə  tədqiqatlar 

sırf milli zəmində yox, imkan daxilində Şərq və Qərb fəlsəfə tarixi ilə əlaqəli tədqiq edilibdir. 

Bu baxımdan təsadüfi deyil ki, Azərbaycanda fəlsəfə, məntiq, etika, estetika və fəlsəfə tarixi 

elmləri üzrə tədqiqat aparmış görkəmli alim, SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın 

həqiqi üzvü, f.e.d., əməkdar elm xadimi, prof. Aleksandr Osipoviç Makovelskinin fəaliyyəti 

məhz bu şöbə ilə bağlı olubdur. 

A.O.Makovelski Qədim Yunan, Avropa, Şərq, o cümlədən Azərbaycan fəlsəfə tarixinin 

müxtəlif dövrlərinə aid tədqiqatları ilə  məşhurdur. Müəllifin qədim yunan atomistlərinə

Avestaya, Orta əsr və Yeni dövr fəlsəfəsinə, məntiq tarixinə həsr etdiyi fundamental əsərlər 

Azərbaycanda fəlsəfə tarixi elminin həm təşəkkül, həm də inkişaf dövrlərini təmsil edir. 

A.O.Makovelskinin Azərbaycanda fəlsəfənin müxtəlif sahələri, o cümlədən fəlsəfə tarixi 

üzrə milli mütəxəssislərin hazırlanmasında böyük rolu olubdur. 

Şöbədə  qədim yunan fəlsəfəsinin tədqiqi həm də f.e.d., prof. Ə.Şakirzadənin fəaliyyəti ilə 

bağlıdır.  Ə.Şakirzadənin "Epikur" monoqrafiyası Azərbaycanda qədim yunan filosofuna 

həsr edilmiş birinci və hələki yeganə əsərdir. 

Şöbənin digər qocaman əməkdaşı, ömrünü Şərq və Azərbaycan mədəniyyət və 

fəlsəfəsinin tədqiqinə  həsr etmiş f.e.d. prof. Əhməd Kəradi (Kürdi) Zəküyev olub. 

Ə.K.Zəküyevin Bəhmənyar, Saf qardaşlar, Ən-Nəzzam, İbn-Sinanın psixologiyası, ərəbdilli 

məntiq tarixinə dair monoqrafiyaları, Nizami, Tusi, Füzuli və başqa mütəfəkkirlərin irsi ilə 

bağlı çoxsaylı  tədqiqat  əsərləri elm aləmində  məlumdurlar. Alimin Fəlsəfə  İnstitutunda 

əlyazması  şəklində mühafizə edilən  Şərq panteizmi tarixinə aid monoqrafiyası orta əsr 

Azərbaycan filosoflarından Eynəlqüzat, Şihabəddin Söhrəverdi, Siracəddin Urməvi, Xünəci 

və b. filosoflarımızın fəlsəfə və məntiqi haqqında maraqlı məlumatlar ehtiva edir. 

Müəyyən dövr şöbədə əməkdaşlıq etmiş f.e.d. prof. Mehbalı Qasımov Şərq fəlsəfə tarixinin 

orta  əsrləri - Ömər Xəyyam irsinə  həsr olunmuş  tədqiqatı ilə  bərabər, XIX-XX əsrlərdə 

Azərbaycanda ictimai və fəlsəfi fikir və ona XIX əsr Rus qabaqcıl filosoflarının təsirinə həsr 

edilmiş monoqrafik əsərlər müəllifidir. 

Şöbənin təşkilatçı  rəhbəri və  əməkdaşı F. Köçərlinin elmi yaradıcılığı  şöbənin 

fəaliyyətindən ayrılmaz olub. Tədqiqatçının maraq dairəsi bütövlükdə  fəlsəfə  və  fəlsəfə 

tarixi elmləri olmasına baxmayaraq, o, Azərbaycan fəlsəfə tarixinin əsasən XıX-XX  əsr 

irsinin geniş  və müfəssəl tədqiqi ilə xüsusi məşğul olub. F.Keçərlinin tədqiqatları bu dövr 

fəlsəfə tariximizin müxtəlif ideya istiqamətlərini əhatə edir. Mirzə Fətəli Axundov, Nəriman 

Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məmməd 

Səid Ordubadi, Əli Nəzmi, Əmər Faiq və başqa bu dövr filosof və mütəfəkkirlərimizin fəlsəfi 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə