Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   2   3   4   5   6   7   8   9   ...   19

N.Məmmədov, e.i., f.e.n. R.Əhmədov, e.i., f.e.n. A.Hacıyeva, e.i. Ə.Əmirəhmədov, şöbənin 

laborantları G.S.Allaverdiyeva , X.N. İsmayılova. 

Şöbənin qarşısında duran vacib məsələlər: 

1. Metodologiya və tədqiqat metodlarının təkmilləşdirilməsi.  

2. Çoxcildliyin II - IV cildlərinin plan-prospektinin təshihi, hazır materialların müzakirəsi. 

3. Hazır cildlərin tərcüməsinin təmini. 

4.  Şöbəyə Azərbaycan fəlsəfə tarixinin müxtəlif dövrlərinin tədqiqi üçün mütəxəssislərin 

cəlb edilməsi. 

5. Şöbənin institutdaxili və xarici elmi əlaqələrinin möhkəmləndirilməsi. 

 

 



 

ZAKİR MƏMMƏDOV  

ŞƏRQ FƏLSƏFƏSİ TARİXİ VƏ DİNŞÜNASLIQ 

 

Şöbə  1997-ci ilin yanvarından fəaliyyət göstərir. Hal-hazırda burada 8 əməkdaş 



çalışır.Onlardan biri elmlər doktoru, ikisi elmlər namizədi, böyük elmi işçi, biri isə kiçik elmi 

işçidir. Üç aspirantdan ikisi eyni zamanda kiçik elmi işçidir. Şöbənin bir baş laborantı həm 

də dissertantdır. Kənar müəssisələrdən yeddi nəfər  Şərq fəlsəfəsi və dinşünaslıq 

məsələləri üzrə şöbənin dissertantıdır. 

Şöbə müdiri, f.e.d. Zakir Məmmədov institutda 60-cı illərdən bəri Azərbaycan, ümumiyyətlə 

Şərq fəlsəfəsi tarixinin və dinşünaslığın müxtəlif məsələləri üzrə  tədqiqat aparır. 

Z.Məmmədovun zənkin fəlsəfi irsimizin üzə  çıxarılmasında böyük xidmətləri olmuşdur. O, 

Eynəlqüzat Miyanəci /1099-1131/,  Əbuhəvs Sührəvərdi /1145-1234/,  Şihabəddin 

Sührəvərdi /1154-1191/,  Əfzələddin Xunəçi /1193-1248/, Siracəddin Urməvi /1198-1283/ 

və başqa azərbayçan filosoflarının  əsərləri, habelə  Bəhmənyarın üç kitabdan /məntiq, 

metafizika, fizika/ ibarət «Təhsil» traktatı  əsasında «Azərbayçanda XI-XIII əsrlərdə  fəlsəfi 

fikir» monoqrafiyasını yazmışdır. «Orta əsr Azərbaycan filosofları  və mütəfəkkirləri» 

/azərbaycança  1986, rusca 1993/ kitabında körkəmli  şəxsiyyətlərin  əksəriyyəti /Əhməd 

Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Tacəddin Urməvi, 

Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani,  Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, 

Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili və b./ haqqında ilk məlumatı 

da Zakir Məmmədov vermişdir. 

Z.Məmmədovun monoqrafiyalarından «Bəhmənyarın fəlsəfəsi» çapdan çıxmış  /1983/, 

Eynəlqüzat Miyanəci,  Əbuhəfs Sührəvərdi,  Şihabəddin Sührəvərdi,  Əfzələddin Xunəci, 

Siracəddin Urməvi, Rəcəbəli Təbrizi haqqında monoqrafiyaları  nəşriyyat çətinlikləri ilə 

əlaqədar olaraq əlyazması şəklində qalmış, bəziləri isə kitabçalar halında çap olunmuşdur. 

Z.Məmmədovun «Azərbayçan fəlsəfəsi tarixi» kitabı onun otuz ildən çox müddətdə  aşkar 

etdiyi azərbaycan filosoflarının və mütəfəkkirlərinin zəngin fəlsəfi irsinə dair tədqiqatlardan 

xülasədir. 

Kitabda qədim dövrdən XIX əsrin sonlarına qədər Azərbaycan fəlsəfəsi tarixinin inkişaf yolu 

izlənilir, ideoloji cərəyanlar, təlimlər, onların azərbaycanlı nümayəndələrinin dünyagörüşü 

Şərq fəlsəfi fikri zəminində araşdırılır, feodalizm dövründə xristian aləmində yalnız dini 

fəlsəfə /sxolastika və mistika/ yayıldığı halda, azərbaycan filosoflarının yaratdığı panteizm 

və  işraqilik kimi qeyri-dini fəlsəfi təlimlərin mövcud olduğu, bəşər fəlsəfəsi tarixini 

zənginləşdirdiyi göstərilir. 

Zakir Məmmədovun 200-dən çox elmi və nəzəri məqaləsində də Azərbaycan, ümumiyyətlə 

Şərq fəlsəfəsi tarixinin və dinşünaslığın  əsas problemləri mühüm yer tutur. Onun ərəb 

dilindən azərbaycan dilinə etdiyi tərcümələrdən Abbasqulu ağa Bakıxanovun «Tərəzinin 



mahiyyəti» məntiq traktatı,  Şihabəddin Sührəvərdinin «İşıq heykəlləri» və b. əsərlər nəşr 

edilmişdir. 

Z.Məmmədovun təşəbbüsü ilə  Şihabəddin Sührəvərdinin vəfatının 800 illiyi qeyd edilmiş, 

Bəhmənyarın anadan olmasının  1000 illik yubileyi ilə  əlaqədar filosofun adı  Fəlsəfə  və 

hüquq İnstitutuna verilmişdir/1992-ci il/. 

Şöbədə  Şərq ölkələrində dini, dini-fəlsəfi və  fəlsəfi təlimlərin, cərəyanların onlara mənsub 

filosof və mütəfəkkirlərin yaradıcılığının ilk mənbələr  əsasında hərtərəfli və  dərindən 

öyrənilməsi nəzərdə tutulur. İki istiqamətdə  fəaliyyət göstərmək məqsədi qarşıya 

qoyulmuşdur: 

1. Mövzularla bağlı konkret tədqiqatların aparılması.  

2. Tədqiqatlarla  əlaqədar aktual, zəruri materialların xüsusən ilk mənbələrin azərbaycan 

dilinə tərcümə edilməsi. 

Şərq fəlsəfəsinin dini, elmi fikrinin əsaslı araşdırılması bu regionun mədəni ölkələrindən biri 

olan Azərbaycanın digər ölkələrlə qarşılıqlı  əlaqədə, vəhdətdə yaratdığı  mənəvi dəyərləri 

düzgün müəyyənləşdirmək, obyektiv qiymətləndirmək baxımından vacibdir. 

Şöbənin əsas tədqiqat mövzuları: 

1. Zakir Məmmədov. Orta əsr  Şərq fəlsəfəsi və  fəlsəfə tarixində onun əhəmiyyəti /«Şərq 

fəlsəfəsi» kitabına müqəddimə/; Orta əsr türk qaynaqlarında fəlsəfi fikir /monoqrafiya/. 

2. Zakir Qasımov. Müsəlman  Şərqinin dini-fəlsəfi və ictimai-siyasi fikrində imamət 

/monoqrafiya/. 

3. Nina Pyatak. Azərbaycanda pravoslav-xristian kilsəsinin fəaliyyətinin sosial-siyasi 

aspekti /monoqrafiya/. 

4. Aytək Məmmədova. Nəsirəddin Tusinin dünyagörüşü /dissertasiya/. 

5. Sevinc Quliyeva. Əbdürrəhman Bədəvinin yaradıçılığında qədim və orta əsrlər fəlsəfəsi 

tarixi problemləri /dissertsiya/. 

6. Elşən Mustafayev. İslam sxolastikasında insanın iradə azadlığı/dissertasiya/. 

7. İlhamə Sültanova. Şeyx Əhməd Əhsai və şeyxilik təlimi /dissertasiya/. 

8. Vüqar İsayev. Əşəri və əşərilig təlimi /dissertasiya/. 

Göstərilən mövzularla yanaşı A.Məmmədova "Nəsirəddin Tusinin şagirdi Qütbədin 

Şirazinin həyatı  və yaradıçılığı", "Qütbəddin  Şirazinin fəlsəfi görüşlərinə dair"; S.Quliyeva 

"Ə.Bədəvinin çap etdirdiyi fəlsəfi traktatların elmi əhəmiyyəti barədə"; E.Mustafayev 

"Quranda Allahın atributlarının olub-olmaması barədə" elmi işlər hazırlamışlar. 

Şöbənin kənar müəssisələrdə çalışan dissertantlarından A.Əlizadə "Bibliya və Quranın 

müqayisəli təhlili - dünyagörüşü aspekti"; R.Babaxanlı "Füzuli poeziyasında xoşbəxtlik 

idealı"; C.Quliyev "Tovrid təlimi və vəhhabilikdə onun prinsipləri"; M.Şəkixanova "Sufizmdə 

kamil insan konsepsiyası"; R.Əliyev "Qədim  şumer-türk mifologiyasında dünyagörüşü 

məsələləri"; S.İbrahimov "İmamilik təriqətinin ideologiyası"; F.Mustafayev "Azərbaycan 

türklərinin tarixi və çağdaş dini-fəlsəfi görüşlərinin mühüm xüsusiyyətləri" mövzularında 

dissertasiya işləri üzərində çalışırlar. 

Azərbaycanın görkəmli filosoflarının, ictimai-siyasi xadimlərinin yubileylərinin keçirilməsi 

şöbənin fəaliyyətində mühüm yer tutur. Məhəmmədhəsən Vəlili Baharlının, Siracəddin 

Mahmud Urməvinin, Eynəlqüzat Abdulla Miyanəcinin və başqalarının yubileyləri ilə 

əlaqədar xüsusi məqalələr hazırlanmış, jurnal və qəzetlərdə çap edilmişdir. 

Şöbə əməkdaşları institutdan kənar, eləcə də xarici ölkələrdə keçirilən elmi konfranslarda 

fəal iştirak edirlər. 

Zakir Məmmədov  İmam Buxarinin anadan olmasının hicri tarixi 1225,  Əhməd Fərqaninin 

1200 illiyi münasibətilə YUNESKO-nun Səmərqənd və  Fərqanə  şəhərlərində keçirilmiş 

Beynəlxalq Elmi Konfransda iştirak etmişdir. /23-24 oktyabr 1998-ci il/. Onun "Əl-Cami əs-

cəhih" /"Səhih toplu"/ Azərbaycan mütəfəkkirləri üçün mötəbər mənbə kimi" adlı 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə