Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

ənənələrdə (o cümlədən Qərb-Şərq problematikası kontekstində), elmin inkişafının 

xüsusiyyətlərinin, elmi metodologiyasının tədqiqinə istiqamətləndirilmişdir. 

Bu problematikaya maraq onunla izah edilir ki, mənəvi mədəniyyətin və elmin böhranı 

(keçid dövrün çarpışmaları kontekstində)  şəraitində elmi iqlimin və elmin inkişafının 

formalaşmasının sosioloji mexanizmlərinin öyrənilməsi aktuallığı meydana çıxdı. Elmin 

sosioloji aspektlərinin öyrənilməsi həm Qərb, həm də  Şərq mədəniyyətlərində  tədqiq 

edilmiş fəlsəfi və metodoloji konsepsiyaların hərtərəfli təhlili üçün obyektiv şərait yaradırdı. 

Təsadüfi deyildir ki, son illərdə şöbənin əməkdaşları, əsasən müasir idrak nəzəriyyələrinin 

tədqiqinə,  ənənəvi (pozitivist və marksist) metodologiyasının böhranının dərk edilmesi və 

elmim yeni metodologiyasının axtarışına istiqamətlənmişlər. Bu cür axtarışlar mənəvi 

mədəniyyətin və elmin keçid problemlərinin həlli baxımından xüsusi aktuallıq kəsb edir. 

Müasir idrak nəzəriyyələrin tədqiq edilməsi həm dünya fəlsəfəsinə  və elmi metodologiya 

problemlərinin işlənməsinə daha yaxın olmaq cəhətindən, həm də suveren Azərbaycanın 

gerçəklik və 

tələbatlarına cavab verən yeni metodolgiyanın formalaşması 

məqsədəuyğunluğu cəhətindən çox aktualdır. Belə ki, keçid dövrünün böhranı kontekstində 

Azərbaycanın mənəvi mədəniyyəti və elmi bir çox ciddi problemlərlə və hər şeydən əvvəl 

ölkə üçün daha yararlı olan fəlsəfi metodologiyanın axtarışı  və seçimi məsələsi ilə 

qarşılaşmışdır. Bu seçim bir çox kompleks mühüm məsələlərin: azərbaycan xalqının 

düzgün tarixinin reanimasiyası, suveren dövlətin ideologiyasının seçimi, milli ideyanın 

xüsusiyyətlərinin dərk edilməsi və s. məsələlərin həlli üçün çox vacibdir. Yeganə marksist 

ideologiyası olan totalitar cəmiyyətin dağılması ilə  əlaqədar bütün yeni müstəqil dövlətlər 

üçün problemlər- əvvəlki mənəvi dəyərlərə yenidən baxılma və elm, mədəniyyət, ideologiya 

problemlərinin müvəffəqiyyətli həlli üçün yeni metodologiyanın seçilməsi zərurəti meydana 

çıxmışdır. Yeni gerçəkliklər öz fəlsəfi keçmişinə yenidən baxmaqla yanaşı, dünya 

fəlsəfəsinə yiyələnmək üçün yeni metodoloji baxımın formalaşmasına şərait yaratdı. Məhz 

bu faktora görə  əvvəllər "burjua" nəzəriyyələri kimi təqdim edilən müasir idrak 

nəzəriyyələrini dərindən öyrənmək zəruriyyəti və  məqsədəuyğunluğu meydana çıxdı. 

Söhbət, hər  şeydən  əvvəl keçmiş marksist yanaşmanın məhdudiyyət stereotiplərinin 

aradan qaldırılması və yeni metodoloji yanaşmadan gedir. 

Hal-hazırda müstəqil inkişaf şəraitində dünya elmi və fəlsəfi irsinə yiyələnmək perspektivləri 

açılır və ideya plüralizmi, daha düzgün elmi tədqiqatlar üçün şərait yaranır, yaradıcılıq 

axtarışı total ideologiya ilə məhdudlaşdırılmır. 

Cəmiyyətdə davam edən böhranlı hadisələrə baxmayaraq, keçid dövrünün bir xüsusiyyətini 

- bütün elmi problemlərin hərtərəfli öyrənilməsi üçün "aşkarlıq"ın mövcud olmasını qeyd 

etmək lazımdır. Belə şərait yeni metodologiya işlənib hazırlanması üçün perspektivlər açır. 

Şübhəsizdir ki, axtarış zamanı müxtəlif dünyagörüşləri (marksizm, pozitivizm və 

postpozitivizm, sosiomədəni təhlil və i.a.) əsasında işlənmiş bütün metodoloji yanaşmaların 

pozitiv və neqativ cəhətlərini xüsusi diqqətlə  nəzərdən keçirmək lazımdır. Müasir idrak 

nəzəriyyələrinin  ətraflı  təhlili daha münasib metodologiyanın seçilməsi üçün zəruridir. 

Bundan başqa belə bir yanaşma metodologiyanın düzgün tarixinin də  bərpası üçün son 

dərəcə vacibdir. 

Müstəqil Azərbaycan XXI əsrə yeni ideologiya, metodologiya və mənəvi orientasiya axtarışı 

konstekstində daxil olur. Belə bir şəraitdə  fəlsəfi irsin öyrənilməsi sahəsində düzgün 

metodoloji istiqamətin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Şöbə  əməkdaşlarının son illərdəki elmi-tədqiqat fəaliyyətini məhz bu istiqamətə 

yönəlmişdir. 

Şöbədə  12 nəfər işçi çalışır. Elmi işçilərin hamısı "Müasir idrak nəzəriyyəsi: metodoloji 

təhlil" mövzusu üzrə tədqiqat işini davam etdirirlər. 

Fəlsəfə elmləri doktorları  Həsən Quliyev linqvistik fəlsəfə  və postpozitivizm, Əli Abasov 




təbiətşünaslıq və fəlsəfədə məkan-zaman problemi mövzularında işləmişlər. 

Fəlsəfə elmləri namizədi Tağı  Bəşirov fenomenologiya, həyatın fəlsəfəsi və  tənqidi 

rasionalizm; f.e.n. Rəhilə Yusifzadə pozitivizm, praqmatizm və neorasionalizm; f.e.n. 

Gündüz Sarıyev bilinqvizm problemləri; Səidə  Məmmədova elmi idrakda ideallaşdırma 

metodunun rolu; f.e.n. İlham  İsmayılov neorealizm; elmi işçilərdən Fəxrəddin Hacıyev 

psixoanaliz, personalizm, intuitivizm, Novruz İmanov neokantçılıq və ekzistensializm 

mövzuları üzrə tədqiqatlar aparmışlır. 

Bununla yanışı  şöbə  əməkdaşları müasir elmin metodologiyasının aktual problemlərinin 

tədqiqini də davam etdirirlər. 

 

 



ƏBÜLHƏSƏN ABBASOV 

SOSİAL FƏLSƏFƏ VƏ SOSİOLOGİYA ŞÖBƏSİ 

 

Sosial fəlsəfə  şöbəsi tədqiqat obyektinə müvafiq olaraq müxtəlif adlarda fəaliyyət 



göstərmişdir.  Şöbəyə vaxtilə akademik F.Q.Köçərli, Akademiyanın müxbir üzvü 

M.M.Səttarov başçılıq etmişlər. Həmin dövrdə onlarca monoqrafiya, toplu, kitab və kitabça, 

xeyli elmi məqalə nəşr olunmuş, 

çoxlu doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bununla belə, dövrün 

tələblərinə uyğun olaraq, 1996-cı ildən etibarən sosial fəlsəfə  və sosiologiya şöbəsinin 

fəaliyyətində ciddi dönüş yaranmışdır. 

Əmək intizamı, elmi-tədqiqat işlərinin aparılması,  şöbədaxili mühit, aspirant və 

dissertantlarla işin təşkili xeyli dərəcədə müsbət istiqamətdə dəyişmişdir. 

Azərbaycan cəmiyyətinin müasir dövrün tələbləri baxımından bir sıra mühüm problemləri 

diqqət mərkəzinə çəkilmiş, yeni aktual mövzular tədqiqat istiqamətləri kimi müəyyənləşmiş 

və bu mövzular üzrə işlər davam etməkdədir. 

Keçmiş illərə xas olan problemlərə marksist-leninçi yanaşma tərzi zamanın tələblərinə 

uyğun  şəkildə öz yerini səmərəli yanaşmalar, tədqiqat meyllərinə vermiş; fəlsəfi 

araşdırmalarda elmi plyuralizm prinsipləri özünü göstərməkdədir. 

"Müasir azərbaycan cemiyyətinin inkişafının sosial-fəlsəfi problemləri" mövzusu 1996-

2000-ci illər üçün şöbənin ümumi tədqiqat istiqaməti kimi müəyyənləşmiş, problemin ayrı-

ayrı aspektləri  əməkdaşlar tərəfindən fərdi tədqiqat mövzuları  səviyyəsində (müqavilələr 

əsasında) araşdırılmışdır. Tədqiqatlarda sosial fəlsəfənin idrakı, proqnostik, akseoloji, 

dünyagörüşü funksiyalarının həyata keçməsi məsələsi, sosil-siyasi həyata təsir qüvvəsinin 

artması zərurəti diqqət mərkəzinə çəkilmiş, həyat və fəlsəfə, gerçəklik və təfəkkür arasında 

uçurumun götürülməsinə səylər göstərilmişdir. Belə bir həqiqətdən çıxış edilir ki, gerçəkliyin 

kəsərli idraki silahı rolunu daşımayan, uydurma, sxolastik mülahizələrin, yersiz, köhnəlmiş 

stereotiplərin  şərhi ilə  əlləşən "fəlsəfə" bu gün yeniləşən cəmiyyətin həyat fəlsəfəsi ola 

bilməz. Elə bu həqiqəti rəhbər tutaraq çalışırıq ki, fəlsəfi təfəkkur tərzində  və üslubunda 

müasir tələblərə uyğun yeniləşmə  qərarlaşsın. Bu məqsədlə  şöbə müdiri Ə.F.Abbasbv 

tərəfindən tənqidi-sinergetik təfəkkür konsepsiyası işlənmiş, həmçinin şöbənin aspirantları 

Z.Şabanov və A.Veysəlova bilavasitə yeni təfəkkur tərzinin formalaşması ilə bağlı mövzular 

üzərində elmi iş aparırlar. 

Yeni təfəkkür tipinə kecidlə bağlı iki mühüm məsələ qarşımızda durur: 

1.Cəmiyyətin inkişafında ciddi maneəyə çevrilmiş burokratik-avtoritar, totalitar, doqmatik 

təfəkkür tiplərinin qnoseoloji, sosial-siyasi və iqtisadi köklərinin 

açıqlanması, bu təfəkkür növlərinin müasir tələblər üçün yararsızlığını göstərmək. 

2. Müasir elmi tələblərə cavab verən və yeni elmi istiqamətlərin (mürəkkəb sistemlər 

nəzəriyyəsi, qeyri-səlist çoxluqlar nəzəriyyəsi və s.) mahiyyətindən doğan tənqidi-sinergetik 




Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə