213
dillərdə yiyəlik halda olan söz müstəqil xəbər ola bilmir (4,86). Belə sözlərin xəbər
yerində işlənə bilməsi üçün ona -ki şəkilçisinin əlavə edilməsi zəruridir: Ere bo
nalmainqe “Bu ev adamınkıdır (başqasınınkıdır)” və ya Ere uçe bōinqe “Bu qapı
evinkidir”. Bu forma sahib şəxsi ifadə etməklə birlikdə mənsub əşyanı da əvəz
edir: Meni bō de sebĵen, nalmainqe de qosixon “Bizim evdə şənlikdir,
başqasınınkında isə matəm”.
Bu fikir tunqus dilləri üçün də doğrudur. Ancaq bir fərq var. V.A.Avrorin
yazır ki, mancur yazı dilində ellipsis baş verməyibsə, yəni mənsub əşyanı ifadə
edən söz mövcuddursa, bu forma işlənə bilməz. Evenk dilində isə belə birləşmələr
mövcuddur: minnqi dyuv “mənim evim”, yəni bu dildə -nqi şəkilçili söz isimlərdən
əvvəl də işlənə bilir. O.Sunik belə sözlərin iki formasını göstərir: 1. Müstəqil
forma: -nqi şəkilçisi ilə yaranır (ayrı-ayrı dillərdə -ŋi, -ni variantları da işlənir.
Mancur dillərindəkinə uyğun olaraq, həm sahib şəxsi, həm də mənsub əşyanı ifadə
edir; 2. Qeyri-müstəqil forma: -n(i) (ulç, even, negidal dillərində) yalnız sahib şəxsi
ifadə edir və mənsubiyyət şəkilçili isimlərdən əvvəl işlənir. (16,62).
Mancur dilində feli sifətlərə də -nqe şəkilçisi əlavə olunur: minde buxenqe
“mənə verilmiş” (16,63). Bu şəkilçi həmin feli sifəti substantivləşdirir. Orok
dilində bu mövqedə -nne, -nni şəkilçiləri işlənir, məsələn, nimerixennetei “qonaq
gələnlərə” (13,98). Bəzi alimlər bu şəkilçinin yiyəlik haldakı sözlərlə işlənən
şəkilçidən tamamilə fərqli olduğunu göstərirlər, lakin hər iki halda sözün
substantivləşməsi, yəni həm əlamət, həm də əşyanı ifadə etməsi də göstərir ki, bu
iki şəkilçi bir-biri ilə bağlıdır.
Tunqus-mancur dillərinə dair yazılan əsərlərdə bu şəkilçi mənsubiyyət
şəkilçilərinin bir növü kimi verilir. Məsələn, orok dilinə dair aparılan tədqiqatda bu
şəkilçi nisbi mənsubiyyət göstəricisi hesab olunur (13,39). Evenk dilinin
qrammatikasında isə bu şəkilçi sözdüzəldici mənsubiyyət şəkilçisi kimi qeyd
olunur. Həmin şəkilçinin yiyəlik hal şəkilçisi olan -nqi şəkilçisindən fərqi belə
göstərilir: yiyəlik hal şəkilçisindən fərqli olaraq bu şəkilçi cəm şəkilçisindən əvvəl
işlənir (6,36). Türk dillərində də oxşar xüsusiyyət var. Yiyəlik hal şəkilçisindən
əvvəl gələn cəm şəkilçisi sahib şəxsin, -ki şəkilçisindən sonra işlənən cəm şəkilçisi
isə mənsub əşyanın kəmiyyətini bildirir: müəllimlərin, müəlliminkilər. Bu
şəkilçinin tunqus-mancur dillərində mənsubiyyət şəkilçisi hesab edilməsi onunla
əlaqədardır ki, mənsubiyyət şəkilçiləri kimi bu şəkilçi də yiyəlik hallı birləşmənin
bir tərəfinin bütün birləşməni əvəz etməsinə imkan verir. B.V.Boldırev evenk
dilində -ŋi şəkilçisinin sözdüzəldici şəkilçi, onun vasitəsilə yaranan sözlərin isə
yiyəlik sifəti adlandırılmasına etiraz edir. Bu sözlərin sifət olmadığını sübut etmək
üçün göstərir ki, tunqus-mancur dillərində bu sözlər mənsubiyyət şəkilçisi də qəbul
edə bilir (məsələn, aminqīs adılin “sənin atanın şəbəkəsi”), ona görə də isim hesab
olunmalıdır (5,25).
Q.İ.Ramstedt bu şəkilçini adyektiv şəkilçi adlandırmışdır. Lakin bu fikir ilk
iki məqam üçün doğru olsa da, yiyəlik hallı sözlərə əlavə olunan -ki şəkilçisinin
vəzifəsini düzgün əks etdirmir. Bu şəkilçini qəbul edən yiyəlik hallı sözlər
214
müəllifin özünün də göstərdiyi kimi adnominal xüsusiyyətini itirir, yəni isimdən
əvvəl işlənmir. O göstərir ki, bu formanın isimdən əvvəl işlənə bilməsi bu dillərin
inkişafının sonrakı mərhələsində baş vermişdir. Sifətin əsas funksiyası isə adlardan
əvvəl gəlib onları təyin etməkdir.
Bu şəkilçini ədat kimi də göstərirlər. M.Ergin də -ki şəkilçisinin ədat
mənşəli ola biləcəyini qeyd edir. Bunun səbəbini isə şəkilçinin hal şəkilçilərindən
sonra gəlməsi və ahəng qanununa tabe olmaması ilə bağlayır. Ancaq bir qədər
sonra bu şəkilçinin qədim türk dilində ahəng qanununa tabe olduğunu və bunun
izinin dialektlərdə göründüyünü qeyd edir (1,154). A.N.Kononov bu şəkilçinin -
ğu/-gü ədatından yarandığını qeyd edir (10,108).
Müasir dövrdə bu şəkilçini ədat hesab etmək cəhdi özünü doğrultmur, çünki
ədatlardan fərqli olaraq bu şəkilçi vurğu qəbul edir və heç bir ədatın ifadə etmədiyi
qrammatik mənaları ifadə edə bilir.
Birinci və ikinci mövqedə -ki şəkilçisi sifət yaradır, üçüncüdə isə yiyəlik
halda olan sözü substantivləşdirir. Bu fərqlərə baxmayaraq, hər üç məqamda -ki
şəkilçisi aidlik məzmunu yaratmağa xidmət edir. Məsələn, səhərki “səhərə aid
olan, səhər baş verən”, mənimki “mənə aid olan”, evdəki “evdə olan” mənalarını
ifadə edir. Buna görə də hər üç məqamda işlənən şəkilçi eyni şəkilçi hesab oluna
bilər və M.Erginin də qeyd etdiyi kimi aidlik şəkilçisi adlandırıla bilər.
ƏDƏBİYYAT
1. Ergin M. Türk dil bilgisi. Sofya, 1967.
2. Poppe N. Introduction to Mongolian Comparative Studies. Helsinki, 1987.
3. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (Fonetika, leksika,
morfologiya). Bakı, 2008.
4. Аврорин В.А. Грамматика маньчжурского письменного языка. Санкт-
Петербург, 2000.
5. Болдырев Б.В. Категория косвенной принадлежности в тунгусо-
маньчжурских языках. Москва, 1976.
6. Василевич Г.М. Очерк грамматики эвенкийского (тунгусского) языка.
Ленинград, 1940.
7. Дмитриев Н.К. Грамматика башкирского языка. Москва, 1948.
8. Исследования по сравнительной грамматике тюркских языков. Морфология.
1956.
9. Кононов А.Н. Грамматика турецкого литературного языка. Москва–
Ленинград, 1956.
10. Кононов А.Н. Грамматикаязыка тюркских рунических памятников (VII –
IX вв). Ленинград, 1980.
11. КотвичВ. Исследование по алтайским языкам. Москва, 1962.
12. Петрова Т.И. Язык ороков (ульта). Ленинград, 1967.
13. Поппе Н.Н. Грамматика письменно-монгольского языка. Москва, 1937.
14. Рамстедт Г.И. Введение в алтайское языкознание. Москва, 1957.
15. Сравнительно-историческая грамматика тюркских языков. Морфология.
Москва, 1988.
Dostları ilə paylaş: |