62
kitabda şairin 14 şeiri dərc olunmuşdur. Prof. Ramiz Əskər Bəkir Çobanzadənin
əsərlərinin toplandığı ən əhatəli materialı İsmayıl Otar tərəfindən tərtib edilən
“Kırımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə” kitabı hesab edir [4, 7-8].
Bundan bir il sonra prof. R.Əskər şairin bədii əsərlərinin daha bir qismini
Kırım-tatar türkçəsindən Azərbaycan dilinə uyğunlaşdıraraq şairin ikinci kitabını
“Seçilmiş bədii əsərləri” adı altında, “Böyük alim və ədib B.Çobanzadə” adlı geniş
ön sözlə nəşr etdirir. Öncəki kitaba şairin yalnız şeirləri daxil idisə, bu kitabda
yetmiº üç ºeiri, “Tandu” adlı bir poeması, altı hekayəsi, ədəbiyyatşünaslıq haqqında
görüşləri və müxtəlif mövzulu məktubları daxil edilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda Bəkir Çobanzadənin bədii
yaradıcılığı haqqında qəzet və jurnallarda ara-sıra rast gəlinən azsaylı publisistik
məqalələr istisna olmaqla, indiyə qədər elmi bir əsər yazılmamış, şair kimi
tədqiqata cəlb edilməmişdir. Belə azsaylı tədqiqatlardan biri filologiya elmləri
doktoru Abid Tahirlinin “Bəkir Çobanzadə və İsmayıl Qaspıralı haqqında” adlı
məqaləsidir. Müəllif burada Bəkir Çobanzadə və İsmayil Qaspıralıdan türk
dünyasının məslək və ideyaca bir-birinə yaxın olan iki görkəmli şəxsiyyəti kimi
söz açmışdır.
1926-cı ildə Bakıda keçirilən I türkoloji qurultayının təşkilində müstəsna
rolu olan və qurultayda dərin məzmunlu nitq ilə çıxış edən Bəkir Çobanzadə ana
dilinə məhəbbətini, türklərin şanlı
tarixini, eyni zamanda əsrlərcə millətinin çəkdiyi
ağrı-acıları məhz şeirləri vasitəsilə ifadə etmişdir. “Sizdən doğdum, sizdənəm”
deyən və milli mənsubiyyəti ilə fəxr edən Bəkir Çobanzadə Avropada da türk
mədəni izlərini arayıb axtarmışdır” [1, 7]. B.Çobanzadənin türk mənəvi
dəyərlərinə bu qədər bağlı olması xalqların birləşməsindən, xüsusilə də SSRİ-nin
böyük bir hissəsini əhatə edən türk xalqalarının birləşməsindən daim ehtiyat edən,
“parçala, hökm sür” ideologiyasınına sahib olan sovet rejimi tərərfindən müsbət
qarşılana bilməzdi. Nəticədə, türk xalqlarının assimilyasiyasının qarşısına özünü
sipər edən B.Çobanzdə pantürkist, panislamist, burjua millətçisi kimi adlarla
damğalanaraq repressiyanın ağır mancanağına tuş gəldi. Çobanzadənin özü ilə
bərabər yaradıcılığının böyük əksəriyyəti də ortadan qaldırıldı. İsmayıl Otar
“Kırımlı türk şair və bilgini Bəkir Çobanzadə” adlı kitabında yazır ki, “alimi
tutuklayan QPU komitəsinin başkanı olan erməni, Çobanzadənin yazılarını
sandıqlara doldurub İrəvana göndərmişdir. İndi də harada saxlandığını bilmirik”
[7, 14]. “Azərbaycan” qəzetində dərc olunan “Yarımçıq ömrün hekayəti” başlıqlı
məqalədə B.Çobanzadənin həyatının bu dönəmi − repressiya illəri geniş
işıqlandırılmışdır. Tədqiqatçı şairin Kırım, İstanbul, Budapeşt və Bakıda keçən
həyat yolu, təhsil illəri və yaradıcılığının ən məhsuldar dönəmi olan Bakıdakı
fəaliyyətinə toxunur. Qeyd edir ki, “B.Çobanzadə Azərbaycan MİK-nin sədri
S.Ağamalıoğlunun dəvəti ilə 1923 cü il oktyabrın 20-də latın qrafikasına keçmək
barədə dekreti həyata keçirmək üçün Azərbaycana gəlir. Kırımdakı siyasi
təzyiqlərdən yaxa qurtarmaq üçün S.Ağamalıoğlunun bu təklifini qəbul edir.
Ancaq şairə qarşı əsl təzyiqlər nəinki azlır, 30-cu ildən etibarən daha da güclənir,