Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin



Yüklə 207,49 Kb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü207,49 Kb.
#64106

background image
Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin 

keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 

Sərəncamı 

2015-ci il martın 28-də Azərbaycan ədəbiyyatının və elminin inkişafında 

böyük  xidmətləri  olan  Əziz  Şərifin  (Əziz  Qurbanəli  oğlu  Şərifzadə)  anadan 

olmasının  120  illiyi  tamam  olur. 1895-ci  ildə  Naxçıvan  şəhərində  anadan  olan 

Əziz  Şərif ilk  təhsilini  görkəmli  pedaqoq  Məhəmməd  Tağı  Sidqinin  “Tərbiyə” 

məktəbində,  sonra  isə  Tiflis  gimnaziyasında  almışdır.  1943-cü  ildə  M.Qorki 

adına Ədəbiyyat İnstitutunu bitirən Əziz Şərif 1950-1961-ci illərdə SSRİ Elmlər 

Akademiyasının  Şərqşünaslıq  İnstitutunda  və  Dünya  Ədəbiyyatı  İnstitutunda 

işləmiş,  1962-1988-ci  illərdə  M.V.Lomonosov  adına  Moskva  Dövlət 

Universitetinin professoru, 1960-1964-cü illərdə isə həmin universitetdə kafedra 

müdiri  olmuşdur. Tiflisdə  oxuduğu  dövrlərdə  Cəlil  Məmmədquluzadə  və  digər 

“Molla  Nəsrəddin”çilərlə  tanışlığı  Əziz  Şərifin  elmi  və  ədəbi  fəaliyyətində 

mühüm  rol  oynamışdır.  Təsadüfi  deyil  ki,  o,  ilk  ədəbi  fəaliyyətinə  də  1906-cı 

ildə “Molla Nəsrəddin” jurnalında başlamış və burada “Naxçıvandan məktublar” 

məqaləsini dərc etdirmişdir. 

Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və 

ədəbiyyatşünaslıq  sahəsində  səmərəli  fəaliyyət  göstərmiş,  XIX-XX  əsrlər 

Azərbaycan  ədəbiyyatının  az  tədqiq  olunan  ədəbi  şəxsiyyətləri  haqqında 

qiymətli  əsərlər  yazmışdır.  Çoxlu  məqalələrin,  elmi  əsərlərin,  tənqidi-bioqrafik 

oçerk  və  monoqrafiyaların  müəllifi  olan  Əziz  Şərifin  elmi  fəaliyyəti  və 

axtarışları  nəticəsində  Azərbaycanın  görkəmli  yazıçılarının  bir  sıra  əsərləri, 

XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma 

materialları  aşkarlanaraq  elmi  və  ədəbi  mühitə  təqdim  edilmişdir. Müasir 

Azərbaycan  ədəbiyyatının  görkəmli  tədqiqatçısı  olan  Əziz  Şərif  bədii  tərcümə 

və  publisistika  sahəsində  də  səmərəli  fəaliyyət  göstərmiş,  Azərbaycan  klassik 

yazıçı  və  mütəfəkkirlərinin  əsərlərini  rus  dilinə  tərcümə  etmişdir.  

XX əsrdə elmi-ədəbi fikrin inkişafında böyük xidmətləri olan Əziz Şərif “Molla 

Nəsrəddin” məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə 

gerçəkləşdirməklə  Azərbaycan  ədəbiyyatşünaslığının  möhkəm  bünövrəsini 

yaratmışdır.  O,  xalqımızın  milli-mədəni  irsinin  fədakar  təbliğatçısı  olmuş, 

sağlığında  pedaqoq  və  elm  xadimi  kimi  şöhrət  qazanmışdır. Xalqımızın  böyük 

ziyalısı  Əziz  Şərifin  Azərbaycan  ədəbiyyatının  və  elminin  inkişafındakı 

xidmətlərini  nəzərə  alaraq, Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasının  5-

ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 



background image
1.Görkəmli  pedaqoq  və  elm  xadimi  Əziz  Şərifin  120  illik  yubileyi 

Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin. 

2.“Görkəmli  pedaqoq  və  elm  xadimi  Əziz  Şərifin  120  illik  yubileyinin 

keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin. 



Vasif TALIBOV   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 26 yanvar 2015-ci il 

Yüklə 207,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə