Göyçay 2016
Ünvan-Atatürk 81
TEL-2741510
Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi
Göyçay rayon Mərkəzləşdirlimiş Kitabxana Sistemi.
Azərbaycan Respublikasının
dövlət müstəqilliyi -25.
(biblioqrafik göstərici)
1991-2015
Tərtib edən: oxucuya xidmət şöbəsinin biblioqrafı
G. Bədirova.
Azərbaycanın Dövlət Müstəqilliyi günü —
Azərbaycan
tarixinin
ən mühüm günlərindən biri. Hər il
18
oktyabrda
qeyd edilir.
XX əsrin sonlarında
SSRİ
-nin dağılması ilə yaranan tarixi
şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa
etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin
işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr
aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin
sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i
səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da
onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib
ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud
olmuş
Azərbaycan Xalq Cümhuriyyətinin
hüquqi varisidir.
Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991
-ci il
dekabrın 29-da
ümumxalq referendumunda məsələ
müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak
edərək ölkənin müstəqilliyinə, suverenliyinə və
istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra
dövlət
bayrağı
,
himni
və
gerbi
haqqında da qanunlar qəbul edilib.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-
da ümumxalq səsverməsi keçirildi .Referendum
bülletininə bir söz yazılmışdı:”Siz Azərbaycanın dövlət
müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul
ettiyi Konstitusiya AKT”ina tərəftarısınızmı?” .Səsvermə
hüququ onların 95%-indən çoxu referendumda iştirak
etdi.Azərbaycan
yekdilliklə
respublikanın
dövlət
müstəqilliyinə tərəfdar çıxdı.
Referendum
Müstəqilliyi elan etmiş Azərbaycan
Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət
göstərməyə
başlamışdı. Onun müstəqilliyini dünya
dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra
Rumıniya
(11
dekabr 1991),
Pakistan
(13
dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr
1991),
ABŞ
(23
yanvar 1992), Rusiya (10
aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart
1992)
onun
beynəlxalq
aləmdə
de-fakto
tanınmasına başlandı.
Lakin
müstəqilliyini
qazandıqdan
iki il sonra
xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir
tərəfdən
Ermənistan
silahlı
qüvvələrinin təcavüzü
nəticəsində geniş miqyas almış Birinci Qarabağ
müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan
səriştəsiz adamların yeritdikləri səhv siyasət və
daxildə gedən
siyasi
çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin
böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin
ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
.
Məmməd Araz
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
İndi
müstəqilliyimizin
siyasi və iqtisadi sütunları
getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi
sarıdan heç bir narahatçılığı yoxdur.
Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər
qorunub saxlanır, inkişaf etdirilir.Dövlətçiliyin möhkəml
əndirilməsinə,iqtisadiyyatın inkişafına, milli-
mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə
diqqət verilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi
cəhətdən
dünyanın
qüdrətli
dövlətlərindən birinə
çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki
regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir iri miqyaslı layihə Azərbaycanın iştirakı
və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi”
çərçivəsində
reallaşan
“Bakı-Tbilisi-
Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya
bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda
təhlükəsizliyin təmin olunmasında,həm də xalqımızın
daha firavan yaşamasında mühüm rol oynayır.
,
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan
Respublikasının Dövlət bayrağı, Azərbaycan
Respublikasının Dövlət gerbi və Azərbaycan
Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli
üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni
Konstitusiya qanunu ilə müəyyən edilir.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Şurası Cümhuriyyətinin milli himninin hazırlanması
haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif
Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il
aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın
milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan
Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi.
Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir
Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş
"Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq
edildi.
DÖVLƏT BAYRAĞI
Azərbaycanda üçrəngli dövlət bayrağı
ilk dəfə 1918-ci il noyabr ayının 9-da
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərarı ilə qəbul
edilmişdir. 1920-ci il aprelin 28-də
Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti
qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir
DÖVLƏT GERBİ
Azərbaycanın dövlət gerbi haqqında
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1920-ci il yanvarın 30-da
müsabiqə elan etmiş və müsabiqədən
keçəcək gerb nümunəsinin həmin ilin
mayın 28-də qəbul ediləcəyi haqqında
qərar çıxarmışdır. Lakin 1920-ci il aprel
ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi
nəticəsində gerb qəbul edilməmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın
19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci
illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini
müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət
gerbi kimi təsdiq etmişdir.
Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir
Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş
"Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq
edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə
hazırız!
Səndən ötrü qan tökməyə cümlə
qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbycan,Azərbaycan!
Dostları ilə paylaş: |