Göz muncuğu bakı 2014


“Sufilər  üçün  Qərbdə  Freydin  və  Yunqun  psixoloji



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

41 


 

“Sufilər  üçün  Qərbdə  Freydin  və  Yunqun  psixoloji 

nəzəriyyələri  yenilik  deyildi.  Sufi  şeyxi  Əl  Qəzalinin  900  il 

bundan  əvvəl  yazdığı  əsərlər  göstərir  ki,  seks  haqqında  çox 

sonralar  Freydin  gəldiyi  nəticələr müsəlman  alimlərinə  yaxşı 

məlum imiş”.  

İDRİS ŞAH (XX əsr, sufizm tarixçisi),  

«Sufizm» kitabından 

 

Hələ  tələbəlik  illərindən  Əhliman  tay-tuşlarıyla  oturub-durmağı  xoşlamazdı. 



Bəlkə, səbəb orta məktəbdə aldığı mənəvi zədələr idi. Evdə də, siniflərində də daima 

pisikdirilməsi,  alçaldılması,  ələ  salınması  onda  kəmlik  kompleksi  yaratmışdı, 

insanlardan  qaçırdı,  adamayovuşmaz  olmuşdu.  Tələbəlikdə  bu  cəhətləri  daha  da 

qabardı. Kurs yoldaşları arasında həmişə sıxılırdı.  

Təsəllisini  Mövlananın  bir  fikrindən  alırdı.  Mövlana  deyirdi  ki,  elmi  -  sözlər 

vasitəsiylə dərk edirsən, sənəti  - qəlbinlə duyursan, tənhalığını isə, adamların içində 

olanda hiss edirsən.  

Deyib-gülən,  zarafatlaşan,  bir-birinə  ərklə  sataşanların  arasında  qaş-qabaqlı, 

qara-qabaq,  içinə  çəkilmiş  insan  təsiri  bağışlayırdı  hamıya.  Kurslarındakı  qızlardan 

mümkün  qədər  gen  durmağa  çalışırdı.  Bəzi  həddən  artıq  zirək  oğlanların  qızlarla 

açıq-saçıq  söhbətləri  onu  daha  da  sıxırdı.  Ədəb-ərkan  cızığını  aşan  söz 

mazaxlaşmaları  (kim  bilir,  bəlkə,  bu  söz  mazaxlaşmalarının  arxasında  şəhvət 

oyunları  da  dururdu)  Əhlimanı  dərin  depressiyalara  salırdı,  rüh  düşgünlüyünə 

yuvarlayırdı.  Kurslarında  oğlanlar  qızlar  haqqında pıs  danışardılar.  Bəziləri hansısa 

qızın  hansısa  oğlanla,  hətta  yaşlı  kişiylə  yaxın  olduğundan  qeybət  edir,  bəziləri 

özlərinin  hansı  qadınlasa  intim  əlaqələrindən  ağzı  sulana-sulana,  olanın  üstunə  beş 

qoya-qoya danışırdı. Əhliman belə söhbətlərdən xoşlanmasa da, onları dinləməkdən 

də çəkinmirdi. Oğlanlar tək öz kurslarındakı deyil, yuxarı kurslarda oxuyan qızların, 

hətta  cavan  müəllimələrin  seksual  üstünlüklərini  yerli-yataqlı  müzakirə  edirdilər. 

Məhz  yerli  -  yataqlı,  yəni  kimin  yataqda  necə  davranması  ayrıntılarla  araşdırılırdı. 




 

42 


Hansısa  qadının  əzalarının  ölçüləri,  ekstaz  və  orqazm  məqamları,  erogen  sahələri, 

kimin kimlə və neçə dəfə - bu cür söhbətlər bitib tükənmirdi. Hər biri də özünü yataq 

qəhrəmanı  kimi  qələmə  verirdi.  Bir  gecədə  neçə  orqazm  yaşayan  və  yaşadanların 

sözünə inansan, fantastik rəqəm alınardı. Bu sayın fantastik olduğunu Əhliman çox-

çox sonralar başa düşdü. O vaxtlar isə, seksual təcrübəsi sıfra bərabər idi, bütün bu 

erkək qürrələnmələrini həqiqət kimi qəbul edir və bunlardan məhrum olduğuna görə 

özünə  acıyırdı.  Bu  söhbətlərdən  öyrənirdi  ki,  demə  bəzi  qadınlar  intim  anlarda 

töyşüyür,  bəziləri  tərləyir,  bəziləri  şeir  deyir  ya  mahnı  oxuyur,  bəzilərinin  qışqırığı 

ərşə çıxır. Bəziləri yaşlandıqca şəhvətə daha çox həris olurlar. Bu cavanların hamısı 

özünü  daha  təcrübəli  Don  Juan  sayırdı.  Daha  çox  mübahisə  etdikləri  məsələ  hansı 

qadının döşlərinin hələ də dik qalması ya düşməsi idi. 

Güzgü qabağında ya işığı keçirmədən sevişmələr, le amur de trua*

3

 ... bəlkə də 



bilərəkdən onun yanında xüsusi bir əzazilliklə aparılan söhbətlər gecələr Əhlimanın 

yuxusunu  ərşə  çəkirdi.  Cavan,  sağlam  bədənini  çuğlayan,  əzalarını  tarıma  çəkən 

təsəvvürlərdən  və  təsirlərdən  qurtulmaq  üçün  nə  edəcəyini  bilmirdi,  erotik 

mövzulardan uzaq kitablarla qatırdı başını. Çox vaxt gecə çırağının işığında oxumağa 

başladığı  kitabı  səhərin  günəş  şüaları  altında  bitirirdi.  Tay-  tuşları  onun  bu 

qayğılarına bələd idilər və yeri gəldi - gəlmədi, fərasətsizliyini lağa qoyurdular.  

Kitablar  qaçmaz  -  deyirdilər-  kitabları  qocalanda  oxuyarsan.  Dünyanın  ləzzəti 

qadınların qıçlarının arasındadır. Ha. ha. ha.  

Amma  adi  vaxtlarda  ona  yuxarıdan  -  aşağı,  yüngül  rişxəndlə,  istehzayla 

baxanların  çoxu  imtahan  ərəfəsində  Əhlimanın  yardımına  möhtac  qalırdı.  Onun 

mükəmməl  biliklərinə,  savadına,  dərs  əlaçısı  olduğuna  yaxşı  bələd  idilər.  İmtahana 

müəllimlərdən  artıq  hazırladığı  Sədi:-  Əkbərovun  imtahanından  salamat  çıxaq,  - 

dedi, - sənə əmiri sürprizim olacaq...  

Fəlsəfə imtahanına Əhliman onu elə hazırladı ki, Sədi əla aldı.  

-Mən  sözümün  ağasıyam,  -  dedi  Sədi.  Sabah  axşam  gəl  bizə.  Bizimkilər 

bağdadı. Sənə boyun olduğum sürprizdən razı qalacaqsan. Amma bax, üzünü yaxşı-

yaxşı qırx, səliqəli geyin. Al, bu odekalonu da vurarsan.  

                                                 

3

 

Le amur de trua (fr.) -üçlükdə məhəbbət.



 


 

43 


Səhərisi  gün  axşam  düz  8-də  Sədigilin  Beşinci  mikrorayondakı  mənzillərinə 

gəldi.  Masanın  üstünə  bir  şüşə  şampan  və  meyvələr  düzülmüşdü.  Təzəcə 

əyləşmişdiər  ki,  o  biri  otağın  qapısı  açıldı  və  23-24  yaşlarında,  çiyinləri  açıq  sarı 

paltar geymiş bir qız masaya yanaşdı. Qızın şəffaf paltarının altından bikinisi aydın 

görünürdü.  

Sədi: 


-Cikini-bikini bildik, - deyə irişdi, - içək sənin sağlığına.  

İçdilər. Sonra iki qədəh də - birini Əhlimanın, birini də Sədinin sağlığına içdilər.  

Sədi maqnitofonu qurub həzin bir rəqs çaldırmağa başladı.  

Qız ayağa durub ərklə Əhlimanın əlindən tutdu: 

-Rəqs edək?  

Əhliman rəqs etməyi yaxşı bacarmırdı, amma yox deməyə utandı, ayağa durub 

qollarını qızın çiyinlərinə qoydu. 

Sədi  telefonu  götürüb  harasa  zəng  elədi,  dəstəyə:  yaxşı,  yaxşı,  hirslənmə,  indi 

gətirərəm, - dedi.  

Dəstəyi asıb rəqs edənlərə müraciətlə:  

-Vay,  vay,  tamam  unutmuşdum,  -  dedi,  -  atamın  dərmanını  aparmalıyam  bağa, 

kişi çıxıb özündən. Bir az yubansam, gedəndə işığı söndürüb, qapını çırparsınız.  

Sədinin  qapını  çırpıb  evdən  çıxmasıyla  qızın  Əhlimana  sıxılıb  dodaqlarından 

öpməyi bir oldu. Diliylə Əhlimanın dodaqlarını aralayıb dilini yalamağa başladı. Əli 

şalvarının düymələrinə tərəf uzandı.  

Sonrası  Əhlimana  yuxu  kimi  gəlirdi.  O  biri  otağa  haçan  və  necə  keçmişdilər, 

necə  soyunub  yatağa  girmişdilər...  Sonralar  bu  anları  duman  içində  xatırlayırdı, 

bəzən hətta şübhələnirdi, bütün bunlar doğrudanmı olub?  

Qız  təcrübəli  əlləriylə,  çevik  bədəniylə  tək  özünün  yox,  Əhlimanın  da 

hərəkətlərini tənzim edirdi və elə hey: «da, da... » - deyirdi...  

Sonra  ləzzətin  zirvəsi  -  birgə  boşalma  və  rahatlıq  anı.  Sanki  qarınlıq  bir 

dərinliyin  içinə  yuvarlanmışdı,  qəşş  etmiş  kimiydi  sanki.  Yuxu  bir  neçə  an  içində 

aparmışdı onu.  

Səhər oyananda qız artıq yoxdu, onu durğuzmadan səssizcə çıxıb getmişdi.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə