Gözəl ana, vəfalı ömür-gün yoldaşı, in tellektual keyfiyyətləri özündə birləşdirən



Yüklə 171,67 Kb.

tarix25.03.2018
ölçüsü171,67 Kb.


Gözəl ana, vəfalı ömür-gün yoldaşı, in-

tellektual  keyfiyyətləri  özündə  birləşdirən 

ziyalı,  dünya  tibb  elminə  əvəzolunmaz 

töhfələr  vermiş  böyük  oftalmoloq  alim 

Zərifə  xanım  Əliyevanın  həyatı,  elmi  və 

yaradıcılıq  fəaliyyəti  ilə  daha  yaxından  ta-

nış olduqca, haqqında xatirələri oxuduqca 

yaddaşımızda  Ulu  Tanrının  bu  ən  yüksək 

mənəvi  xüsusiyyətləri  bəxş  etdiyi  böyük 

insanın obrazı canlanır, gözlərimiz önündə 

onun portreti yaranır.

Zərifə xanım Əliyeva elə insan idi ki, bir 

dəfə  ünsiyyətdə  olanlar  onu  ömrü  boyu 

unuda  bilmirdilər.  Bu  böyük  şəxsiyyət  elə 

ilk andan onunla ünsiyyətdə olanların yad-

daşında yüksək vətəndaşlıq, humanizm və 

ürək saflığının mücəssəməsi kimi əbədi qa-

lırdı.  Onun  insanlara  məhəbbəti  qeyri-adi 

dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib 

seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu is-

tedadını tam gerçəkləşdirə bilirdi.

Aprelin  28-də  XX  əsr  Azərbaycan  ta-

rixinin  görkəmli  simalarından  biri  Zərifə 

xanım  Əliyevanın  anadan  olmasının  92-ci 

ildönümü tamam olur. Zərifə xanım 1923-

cü il aprelin 28-də qədim Naxçıvanın Şah-

taxtı  kəndində  görkəmli  ictimai  və  dövlət 

xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin 

ailəsində  dünyaya  göz  açmışdır.  1947-ci 

ildə N. Nərimanov adına Azərbaycan Dövlət 

Tibb  İnstitutunu  bitirmişdir.  Azərbaycan 

Elmi-Tədqiqat  Oftalmologiya  İnstitutunda 

elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına 

Azərbaycan  Həkimləri  Təkmilləşdirmə  İns-

titutunda  göz  xəstəlikləri  kafedrasının  do-

senti,  professor,  görmə  orqanlarının  peşə 

patologiyası laboratoriyasının müdiri, oftal-

mologiya  kafedrasının  müdiri  (1982-1985) 

vəzifələrində çalışmışdır.

Z. Əliyevanın Azərbaycanda oftalmolo-

giya elminin inkişafında müstəsna xidmətləri 

vardır.  O,  vaxtilə  Azərbaycanda  geniş  ya-

yılmış  traxomanın,  dünya  təcrübəsində 

birincilər  sırasında  peşə,  xüsusilə  kimya 

və  elektron  sənayelərində  peşə  fəaliyyəti 

ilə  bağlı  göz  xəstəliklərinin  öyrənilməsi, 

profilaktikası  və  müalicəsinə,  habelə  of-

talmologiyanın  müasir  problemlərinə  dair 

bir  çox  sanballı  tədqiqatların,  o  cümlədən 

"Terapevtik  oftalmologiya",  "İridodiaqnos-

tikanın  əsasları"  kimi  nadir  elmi  əsərlərin 

müəlliflərindən  biri,  12  monoqrafiya, 

dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi 

işin,  1  ixtira  və  12  səmərələşdirici  təklifin 

müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə 

kadrlarının hazırlanmasına da böyük əmək 

sərf etmişdir.

Akademik  Zərifə  Əliyevanın  alim  kimi 

qazandığı  böyük  uğurlar  Azərbaycan  tibb 

elminin  tarixində  ayrıca  bir  mərhələ  təşkil 

edir.  Onun  elmi  fəaliyyəti  çox  zəngin  və 

əhatəli  olub.  İstedadlı  alim  kimi  oftalmo-

logiyanın  aktual  mövzularına  həsr  edilmiş 

çoxprofilli  tədqiqatlar  aparıb  və  dəyərli 

elmi-tədqiqat işləri yazıb.

Müxtəlif  göz  xəstəliklərinin  müalicə  və 

profilaktika  tədbirlərinin  işlənib  hazırlan-

ması  ilə  məşğul  olan  Zərifə  xanım  özünün 

tədqiqat  işlərini  traxomanın  müalicəsi  ilə 

bağlı  məsələlərə,  habelə  traxomanın  və 

onun  ağır  nəticələrinin  müalicəsi  zamanı  o 

dövrdə yeni olan antibiotiklərin imkanların-

dan səmərəli istifadə etməyin öyrənilməsinə 

həsr edib.

Bu tədqiqatların nəticələri Zərifə xanım 

Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya 

metodlarının başqa birləşmələri traxomanın 

müalicəsi”  mövzusunda  müvəffəqiyyətlə 

müdafiə etdiyi namizədlik dissertasiyasının 

əsasını təşkil edib.

1968-ci  ildən  başlayaraq  Zərifə  xa-

nım  Əliyeva  professional  oftalmologiya-

nın problemləri ilə ciddi məşğul olub. Bu 

sahənin əhatə dairəsinin çox geniş olma-

sına  baxmayaraq,  gözün  peşə  xəstəlikləri 

probleminə  dərin  və  çoxsahəli  marağını 

Zərifə  xanım  Əliyeva  bütün  həyatı  boyu 

itirməmişdir.  Alim  dünyada  ilk  dəfə  ola-

raq  peşə  patalogiyasını  araşdıran  elmi-

tədqiqat laboratoriyası yaratmış və prakti-

ki olaraq elm aləmində yeni bir istiqamətin 

- peşə oftalmologiyasının əsasını qoymuş-

dur. Apardığı tədqiqatların gedişində “Göz 

yaşının  axmasının  fiziologiyası”,  “Gözün 

və  görmə  sinir  yolunun  yaşla  əlaqədar 

dəyişiklikləri”, “Gözün hidrodinamik siste-

minin anatomik fizioloji təbiəti” və s. kimi 

onlarla elmi məqalə və monoqrafiyalar çap 

etdirmişdir.

Uzunmüddətli 

müşahidələrin 

və 


tədqiqatların  nəticələri  görkəmli  həkimin 

“Azərbaycanın  kimya  sənayesinin  bəzi 

müəssisələrinin  işçilərinin  görmə  üzvünün 

vəziyyəti”  mövzusunda  doktorluq  disser-

tasiyasının  əsasını  təşkil  edib.  1976-cı  ildə 

Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri 

İnstitutunda 

həmin 


dissertasiyanın 

müdafiəsi  zamanı  Sovet  İttifaqının  aparıcı 

alimləri  Zərifə  xanımın  elmi  əsərlərini  çox 

yüksək qiymətləndiriblər.

Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb 

elmləri doktoru elmi dərəcəsi adı verilib.

Görmə  orqanının  peşə  patologiyası 

sahəsində  apardığı  elmi  tədqiqat  işlərinin 

uğurlu  nəticələrinə  görə  akademik  Zərifə 

Əliyeva  keçmiş  SSRİ-nin  oftalmologiya 

sahəsində ən mötəbər mükafatı olan SSRİ 

Tibb  Elmləri  Akademiyasının  M.İ.Averbax 

adına  mükafatına  layiq  görülüb.  Keçmiş 

SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi 

onun adı oftalmologiya elminin tarixinə dü-

şüb.


Akademik  Zərifə  Əliyeva  həm  də 

görkəmli  ictimai  xadim  idi.  O,  keçmiş 

SSRİ  Sülhü  Müdafiə  Komitəsinin  üzvü, 

Azərbaycan  Sülhü  Müdafiə  Komitəsi 

sədrinin  müavini,  Ümumittifaq  “Bilik” 

Cəmiyyəti  İdarə  Heyətinin,  Ümumittifaq 

Oftalmoloqlar  Elmi  Cəmiyyəti  Rəyasət 

Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xa-

dimi” fəxri adına layiq görülmüşdür.

Zərifə  xanım  Əliyeva  1985-ci  il  aprelin 

15-də  Moskva  şəhərində  vəfat  edib.  Zərifə 

xanımın  cənazəsi  1994-cü  ildə  Moskvanın 

Novo-Deviçye  qəbiristanlığından  Bakıya 

gətirilərək,  Fəxri  Xiyabanda,  atasının  qəbri 

yanında  dəfn  olunmuşdur.  Fəxri  xiyabanda 

məzarı üstündə tuncdan heykəli ucaldılmış-

dır. Bu gün Bakıda Göz xəstəlikləri İnstitutu, 

Naxçıvan şəhər poliklinikası onun adını daşı-

yır. Bakının Binəqədi rayonu ərazisində adına 

istirahət parkı salınmışdır. Bakı və Naxçıvan-

da Zərifə Əliyevanın adını daşıyan küçə var.

O,  həkimlər  professor  Tamerlan  Əliyev, 

Akademik    Cəmil  Əliyev  və  Əməkdar 

incəsənət xadimi, musiqiçi Gülarə Əliyevanın 

bacısıdır. Azərbaycanın görkəmli dövlət xa-

dimi  Əziz  Əliyevin  qızı,  Ümumilli  Liderimiz 

Heydər Əliyevin həyat yoldaşı, hazırkı Prezi-

dentimiz cənab İlham Əliyevin anasıdır.

Zərifə  xanımın  işıqlı  obrazı  yüksək 

vətənpərvərlik  və  humanizm  rəmzi  kimi 

həmişə  bizimlə  qalacaq,  onun  parlaq 

xatirəsi daim anılacaq, qədirbilən xalqımızın 

qəlbində əbədi yaşayacaq.

“Mərkəzi Klinika” Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA



“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”

Heydər Əliyev

BÜLLETEN-6 | APREL 2015

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

ZƏRİFƏ ƏZİZ QIZI ƏLİYEVA

Azərbaycan səhiyyəsinin tarixi


Artıq yaz fəslinin küləkli günlərini yaşayırıq. Bu isə o 

deməkdir ki, hava-damcı yolu ilə yayılan xəstəliklər art-

maqdadır.  Bu  xəstəliklərdən  biri  də  uşaqlıq  dövründə  

daha  çox  rast  gəlinən  suçiçəyi  xəstəliyidir.  Suçiçəyi 

xəstəliyi  daha  çox  5-10  yaşlı  uşaqlar  arasında  yayı-

lan,  qışın  sonu  və  yazın  əvvəllərində  sıx  müşahidə  olu-

nan,  çox  yoluxucu,  qızdırmalı,  səpgilərin  əmələ  gəlməsi 

ilə  xarakterizə  olunan  kəskin  virus  mənşəli    infeksion 

xəstəlikdir. Mövsümi xarakter daşımasına səbəb virusun 

günəşin ultrabənövşəyi şüalara davamsız olmasıdır.

Son statistik məlumatlara əsasən, Azərbaycanda 2012-

ci ilin ilk 3 ayı ərzində qeydə alınmış suçiçəyi xəstələrinin 

sayı 3871 nəfər olub. 2010-cu ildə bu xəstəliyə yoluxan-

ların ümumi sayı 6963 nəfər idisə, 2011-ci ildə bu rəqəm 

artaraq  10448  nəfər  təşkil  edib.  Göründüyü  kimi,  bu 

xəstəliyə  yoluxanların  sayı  ildən-ilə  artmaqdadır.  Buna 

görə də bəzi Avropa ölkələrində suçiçəyi xəstəliyinə qarşı 

olan vaksin məcburi peyvənd təqviminə əlavə edilmişdir.

Suçiçəyi xəstəliyinin səbəbi nədir?

Suçiçəyinin törədicisi-Varicella zoster virusudur (VZV). 

Bu virusa yalnız insanlar yoluxur və daşıyıcı olur. Virusun 

həssas orqanizmlə ilkin təması zamanı özünü uşaqlarda 

suçiçəyinin  klinikası  şəklində  göstərir.  Suçiçəyi  xəstəliyi 

keçirən uşaqlarda bu virus aktivləşərsə, kəmərləyici her-

pes xəstəliyi inkişaf edir.

Virus hansı yollarla yayılır?

Xəstəliyin yeganə mənbəyi insandır. Bu virus xəstə uşa-

ğın  asqırması,  öskürməsi  ilə  hava-damcı  və  səpgilərin 

möhtəviyyatı  ilə  birbaşa  kontakt  yolla  ötürülür.  Virus  hava 

cərəyanı  ilə  ventilyasiya  sistemindən  bir  mərtəbədən  digər 

mərtəbəyə ötürülür. Hamilə qadınlarda ciftdən dölə də keçir.

Xəstəlik nə zaman yoluxdurucu olur?

Xəstə ilk səpginin əmələ gəlməsindən 2-3 gün öncə 

və bütün səpgilərin qabığa çevrilməsinə qədər yoluxucu-

dur. Keçirilmiş infeksiyadan sonra davamlı, ömürlük im-

munitet yaranır.

Xəstə  uşaq  ilə  təmasdan  14-22  gün  sonra  ilkin 

simptomlar əmələ gəlir. Bu əlamətlər qarın ağrısı, 37.5-

39C    qızdırma,  narahatlıq,  iştahasızlıq,  halsızlıq  ilə  özü-

nü  biruzə  verir.  24  saat  sonra  səpgi  çəhrayı  ləkə,  sonra 

qırmızı-çəhrayı qabarıq şəklində başlar, 1-2 saat sonra isə 

yanmış  dəri  kimi  -  içərisində    maye  dolu  möhtəviyyatlı 

suluqcuqlar halını alır. Səpgilər ilk olaraq gövdədən baş-

layır, sonra baş və üzə yayılır, qollarda və ayaqlarda nadir 

hallarda gorülür. Əlin içi və ayaqaltı səthdə səpgi olmur. 

Suluqcuğun əmələ gəlməsindən sonra 24-48 saat içində 

bu möhtəviyyat yoluxucu olur və çox zaman şəffaf, bəzən 

qanlı və ya irinli də ola bilir. Bu suluqcuqlar çox qaşınan 

və müxtəlif ölçüdə olur. Hər yeni səpgi elementi əmələ 

gələndə  temperatur  arta  bilər.  Bütün  səpgilər  suluqcu-

ğa  çevrilməyə  bilər.  Suluqcuqlar  3  sutka  sonra  qabığa 

çevrilir. Qabıq dövrü yoluxucu deyil və sonrakı 5-10 gün 

müddətə çapıq qoymadan keçir. Son çıxan səpgi qabıq-

lanana qədər - 7 gün ərzində yoluxucudur. Ağız boşlu-

ğunun  selikli  qişasında  və  cinsi  orqan  nahiyəsində  də 

səpgilər əmələ gələ bilər. Ağız boşluğundakı səpginin di-

varı zədələnsə, yerində aftalar əmələ gəlir ki, bu da aftoz 

stomatit adlanır.

Xəstəliyin ağırlıq dərəcələri varmı?

Xəstəliyin yüngül forması tək-tək suluqcuqlarla, qızdır-

ma olmadan və ya suluqcuq əmələ gəlmədən də müşahidə 

oluna bilər. Daha ağır hallar 2 yaşa qədər və böyüklərdə 

ola  bilər.  Bu  zaman  suluqcuqların  möhtəviyyatının  irin-

li, qanlı, qeyri-şəffaf olması mümkündür. Ən ağır forma 

generalizə olunmuş-yayılmış formadır. Bu zaman dəri və 

selikli qişalarla yanaşı, daxili orqanlar da zədələnir, onlar-

da iltihabi əlamətlər qeyd edilir. Bu əlamətlərə daha çox 

yaşlı, immun sistemi zəifləmiş, hormonal dərman qəbul 

edən insanlarda rast gəlinir.

Uşaqlarda hansı ağırlaşmalar 

mümkündür?

Ağırlaşmaların  olmasına  səbəb  bu  xəstəlikdən  sonra 

immun sisteminin zəifləməsidir. Daha çox suluqcuqların 

qaşınması  ilə  ikincili  infeksiya-stafilokok  infeksiyasının 

qoşulması və irinləmə ola bilər. Bu zaman qabıqdan son-

ra çapıq qala bilər. Nadir hallarda pnevmoniya (sətəlcəm), 

orta  qulaq  iltihabı,  beyin-beyincik  iltihabı  da  ola  bilər. 

Səpgi əmələ gələndən 4 gün sonra qızdırma düşməyibsə 

və ya öskürək, təngnəfəslik, qulaq ağrısı, yuxuya meyilli-

lik,  müvazinətin  pozulması  (yeriyərkən  səndələmə)  kimi 

şikayətlər varsa, mütləq həkiminizə müraciət edin!

Hamilələrdə suçiçəyi

Hamiləliyin I və II trismestrində bu virusa yoluxduq-

da döldə anadangəlmə (kongenital) suçiçəyi yaranır. Bu 

zaman embriopatiya-baş beyin qabığının atrofiyası, hid-

ronefroz, ətraflarda sümük-dəri defekti və s. dəyişikliklər 

yarana bilir. Bu klinikanın I trismestrində rast gəlmə tez-

liyi  0.7%,  II  trismestrdə  2%  olsa  da,  III  trismestrdə  0%-

dir. Əgər doğuşdan 5 gün öncə və ya 2 gün sonra anada 

suçiçəyi klinikası müşahidə olunarsa, bu zaman yeni do-

ğulmuş körpədə su  çiçəyinin klinikası (Neonatal varisella)  

müşahidə edilir. Buna səbəb bu virusa qarşı əmələ gələn 

anticisimlərin ciftdən ötürülmə zamanının qısa olmasıdır.

Diaqnoz nəyə əsasən qoyulur?

Diaqnoz aşağıdakı klinik əlamətlərə görə qoyulur:

-  Polimorf  səpgilər  (eyni  zamanda  müxtəlif  formalı 

səpgi-qırmızı ləkə, qabarcıq, suluqcuq)

-  Başın tüklü hissəsində, gövdədə, selikli qişalarda

-  Səpgilərin qaşınan olması

-  Qızdırma

Profilaktika məqsədilə nə etmək 

lazımdır?

-  Suçiçəyi xəstəliyi olan uşaqlarla təmasda olmamaq;

-  Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət 

yetirmək;

-  Otağın havasını tez-tez dəyişmək;

-  Passiv  immunizasiya  -  bu,  xəstəliyi  keçirmiş  insanla-

rın qanından alınan hazır antitellərlə aparılır. Xəstə ilə 

təmasdan 96 saat ərzində immunoqlobin (VZiG) əzələ 

daxilinə yeridilir. Bu immunoqlobin hamilə qadınlara 

da vurula  bilər. Suçiçəyi xəstəliyindən qorunma dövrü 

2-4 həftədir.

-  Aktiv  immunizasiya  -  xəstə  ilə  təmasdan  72  saat 

ərzində  vurulur.  Bu,  canlı  vaksindir  və  subkutan 

(dərialtı) yeridilir. Planlı şəkildə də aparıla bilir. 2 doz 

aparılır: I doz 12-15 aylıq, II doz 4-6 yaş arası uşaqlar-

da aparılır. Aktiv immunizasiya canlı vaksin olduğun-

dan hamilə qadınlara əks göstərişdir.

Xəstə uşağı nə qədər müddətə ətraf 

mühitdən izolyasiya etmək lazımdır?

- Xəstə uşaqlar axırıncı qabıq düşənə qədər  ictimai 

mühitə çıxmamalıdır. 

Müalicə metodları nələrdir?

-   Qızdırma salmağa göstəriş və bunun üçün nə etmək 

lazımdır?  Əslində  qızdırma  qoruyucu  bir  reaksiyadır. 

Əgər uşaq özünü yaxşı hiss edirsə, temperatur 38C-ni 

keçmirsə və ya baş ağrıları yoxdursa, qızdırma salıcıya 

ehtiyac yoxdur. Amma bu tip şikayətlər mövcüddursa, 

o zaman Parasetamol tərkibli sirop və ya tabletlərdən 

istifadə edilir. İbufen tipli qeyri-steroid iltihab əleyhinə 

preparatlar da istifadə oluna bilər. Amma bu preparat 

parasetamol  kömək  etməyəndə  istifadə  oluna  bilər. 

Çünki çox uşaqlarda ibufenə qarşı hiperhəssaslıq al-

lergik reaksiya, eləcə də allergiyaya meyilli uşaqlarda 

bronxial astmaya təkan verə bilər. Aspirin isə qətiyyən 

istifadə edilməməlidir. Əks təqdirdə Reye sindromu-

na (qaraciyər çatışmazlığı, ensefalit) və sonda komaya 

səbəb ola bilir. 

-  Virusun qandakı miqdarını azaltmaq məqsədilə çoxlu 

miqdarda maye qəbul edilməlidir.

-  Dırnaqların kəsilməsi, hər gün duş almaq, yerli olaraq 

səpgilərin qurudulması (Betadin məhlulu və ya brili-

ant yaşılı) yolu ilə ikincili infeksiyanın qarşısı alınır.

-  Otaq  temperaturu  aşağı  olmalıdır,  əks  təqdirdə 

tərləmə artır, bu isə  qaşınmanın artmasına səbəb olur.

-  Qaşınma  olarsa,  antihistaminik  preparatlar  istifadə 

edilir.

-  Ağız içi səpgilərdə antiseptik məhlullarla qarqara (Lo-



roben)

-  Daha  ağır  hallarda  hazır  immunoqlobin  vena  daxili 

(İviG)

     Ən son müalicə prinsipi olan asiklovir preparatının 

istifadəsi və göstərişlər:

-   Əgər  neonatal  dövrdə  (1  aylıqda)  suçiçəyi  olubsa, 

asiklovir vena daxili.

-   Uşaqda  leykoz  diaqnozu  qoyulubsa  və  ya  steroid 

preparatlar  qəbul  edirsə  və  ya  kimyaterapiya  qəbul 

edirsə.


-   Ağciyər və ürəklə bağlı ciddi problemlər varsa.

Göründüyü  kimi,  suçiçəyi  xəstəliyinə  yoluxma  hal-

ları  qaçılmaz  olsa  da,  xəstəliyin  ağır  fəsadları  ilə  qarşı-

laşmamaq  üçün  yuxarıda  göstərilən  məsləhətlərə  əməl 

edilməsi tövsiyə olunur.

 

 



 

Həkim-pediatr Ülkər Seyidova

Dr.Nərminə Məmmədova 

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-6 | APREL 2015

2

Suçiçəyi xəstəliyi



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-6 | APREL 2015

3

Mərkəzi Klinikanın Ümumi Cərrahiyyə 



Şöbəsində  növbəti  böyrək  transplanta-

siyası əməliyyatı 22 yaşlı xəstə üzərində 

uğurla həyata keçirildi. 

Əməliyyatın  həyata  keçirilməsi 

üçün  Baş  həkimin  müavini,  həkim-

reanimatoloq  Sədaqət Bəhrinin sədrliyi 

ilə Ümumi Cərrahiyyə Şöbəsinin müdiri 

Dr. Zaur Xəlilov, Reanimasiya Şöbəsinin 

müdiri  Dr.  Vüqar  Abdulkərimov,  Tib-

bi  Laboratoriya  Şöbəsinin  müdiri  Dr. 

Vəcihə  Həziyeva,  İnfeksiya-nəzarət 

Komitəsinin  sədri  Dr.  Yaqut  Qarayeva, 

Hüquq Şöbəsinin müdiri Ramin Rzayev, 

Tibbi  Ekspertiza  Komissiyasının  sədri 

Vüqar  Ömərli,  həkim-ümumi  cərrah 

Tariyel  Nadirov,  həkim-reanimatoloq 

Səbinə Qasımovadan ibarət  xüsusi ko-

missiya  təşkil  olunmuşdur.  Əməliyyat 

isə  peşəkar  mütəxəssis  briqadası 

tərəfindən icra edilmişdir.

Dünyada  minlərcə  insan  xroni-

ki  böyrək  çatışmazlığı  səbəbilə  orqan 

gözləyir.  Orqan  bağışlamanın  istənilən 

sayda  olmamasına  görə  bəziləri  bu 

gözləmənin  nəticəsində  həyatını  iti-

rir.  Bəziləri  isə,  yaxınlarından  aldığı  or-

qanla  həyatlarına  davam  edir.  Dünya 

əhalisinin  sayı  artdıqca  xroniki  böyrək 

çatışmazlığı olan insanlar da artır. Eləcə 

də Azərbaycanda hal-hazırda bir milyon 

əhaliyə  450-550  böyrək  çatışmazlığın-

dan əziyyət çəkən xəstə düşür.  

Xroniki böyrək 

çatışmazlığı nədir? 

Xroniki 


böyrək 

çatışmazlığı 

böyrəklərin  işləməsinin  yavaşlaması 

və  dayanması  ilə  əlaqədar  olaraq  qan-

da  olan  su,  duz,  və  digər  mineralla-

rın  balansının  pozulmasıdır.  Böyrəklər 

işləməyəndə  elektrolitlər  və  artıq 

mayelər  bədəndə  toplaşmağa  başlayır 

və bu maddələrin səviyyəsi yüksəldikcə 

ölümcül nəticələr verə bilər. Böyrək ça-

tışmazlığı  zamanı  başlanğıc  vaxtlarda 

hər hansı bir əlamət müşahidə edilməyə 

bilər,  amma  böyrəklərin  funksiyaları 

pozulduqca  bədəndəki  su  və  elektrolit 

balansı  pozulmağa  başlayır,  gücsüzlük, 

nəfəs darlığı kimi ilk əlamətlər hiss edilir. 

Bu zaman insanın ayaqlarından başlaya-

raq bədəndə şişlik əmələ gəlir. Böyrəklər 

lazımi funksiyaları yerinə yetirə bilmədiyi 

üçün  sidik  ifrazı  çox  az  olur.  Bundan 

əlavə, böyrəklər hər cür vəziyyətə asan 

uyğunlaşdığı  üçün,  böyrək  çatışmaz-

lığının  ciddi  əlamətləri,  böyrəklər  tam 

zərər görənə qədər ortaya çıxmaya bilər. 

Böyrək  çatışmazlığı  həyati  təhlükəsi  və 

yüksək  məsrəfli  olması  səbəbilə  çətin 

bir xəstəlik olduğu üçün nə qədər erkən 

diaqnoz qoyularsa, orqan itkisi və ölüm 

riski  o  qədər  aşağı  olur.  Buna  görə 

də    böyrək  çatışmazlığının  başlanğıc 

əlamətləri, diaqnozu, müalicəsinə uyğun 

kriteriyaları  bilmək  həyati  əhəmiyyət 

kəsb edir. Son illərdə böyrək çatışmaz-

lığının  rastgəlmə  tezliyi  getdikcə  art-

maqda  və  yüksək  ölüm  riskinə  səbəb 

olduğundan ciddi bir səhiyyə problemi 

halına gəlmişdir. 

Xroniki böyrək 

çatışmazlığı-nın əlamətləri:

1. Ürəkbulanma

2. Qusma

3. İştahasızlıq

4. Yorğunluq, zəiflik

5. Yuxu pozğunluğu

6. Sidik çıxışında dəyişikliklər

7. Əzələ zəifliyi və əzələ ağrıları

8. Yüksək təzyiq

Xroniki böyrək çatışmazlığı-

nın yaranma səbəbləri:

Xroniki  böyrək  çatışmazlığı  müxtəlif 

səbəblərdən  yarana  bilər.  Ən  çox 

müşahidə  edilən  səbəb  şəkər  xəstəliyi, 

yüksək təzyiq, nefritlər, uroloji səbəblər 

və kistik böyrək xəstəlikləridir. Səbəblərin 

sıxlığı  ölkələrə  görə  dəyişir.  Onların 

içərisində 39 % şəkərli diabet, 26 % hi-

pertenziya  və  11  %  qlomerulonefritlər 

üstünlük  təşkil  edir.  Uşaq  yaş  qrupun-

dakı xəstələrdə isə böyrək çatışmazlığı-

na yol açan əsas səbəb vezikuloureteral 

rekluks,  təkrarlayan  urinar  infeksiyalar, 

xroniki  glomerulonefritlərdir.  Yüksək 

təzyiq  fonunda  böyrək  içindəki  na-

zik  damarlarda  tıxanıqlıq  yaranır.  Artan 

qan  təzyiqinə  görə  böyrəklər  kiçilərək 

funksiyasını  itirir  və  böyrək  çatışmaz-

lığı yarana bilir. Buna görə təzyiqə tez-

tez  nəzarət  olunmalıdır.  Yüksək  təzyiq 

nəzarətə  götürüldükdə  böyrək  çatış-

mazlığı  riski  xeyli  aşağı  düşür.  Səbəbi 

bilinən  yüksək  təzyiq  xəstələri  əsasən 

böyrək xəstəliklərinə bağlı olur.

Risk faktorları hansılardır?

Xroniki böyrək çatışmazlığından heç 

kim  sığortalanmayıb.  Daha  doğrusu 

bu  xəstəliklə  hər  kəs  üzləşə  bilər.  Təbii 

ki,  hər  bir  xəstəlikdə  olduğu  kimi  bu 

xəstəliyə də risk yaradan bəzi elementlər 

vardır.  Məsələn:  diabet,  yüksək  təzyiq, 

ürək  problemləri,  siqaret  çəkmək,  kök-

lük,  qanda  xolesterin  səviyyəsi,  ailədə 

rast  gəlinən  böyrək  problemləri,  65  və 

ondan yuxarı yaşda olmaq.

Xroniki böyrək çatışmazlığına 

necə diaqnoz qoyulur?

Xəstələrin  çoxu  erkən  və  ya  orta 

mərhələdə  olub,  bu  mərhələlərdə 

şikayətləri  ya  çox  az  və  ya  heç  olmur. 

Bu  səbəblə  bu  cür  xəstələrin  diaqnozu 

klinik  müayinə,  biokimyəvi  analizlər  və 

sidik anazlizinə əsasən qoyulur.

Xroniki böyrək çatışmazlığı-

nın gedişatı necədir? 

Son 


vaxtlarda 

xroniki 


böyrək 

xəstələrinin  çoxunda  böyrək  çatışmaz-

lığı  meydana  çıxır.  Bu  xəstəliyin  gedişatı 

boyunca  nefroloqun  məsləhət  gördüyü 

vaxtlarda müayinə edilməli və şikayətlərdə 

dəyişiklik  olduğu  halda  dərhal  müraciət 

etmələri son dərəcə vacibdir.

Xroniki böyrək çatışmazlığı-

nın müalicəsi nədir?

Son vaxtlarda böyrək çatışmazlığının 

müalicəsində 2 metod vardır:

1. Dializ müalicəsi - Bu üsul özü də 

iki formada icra edilir. Hemodializ xəstə 

qanının  damardan  alınaraq,  təmizlənib 

təkrar  xəstəyə  verildiyi  sistemdir.  He-

modializ  üçün  xüsusi  tibbi  aparatlar 

istifadə  olunur  və  xəstənin  ehtiyacına 

görə, həftədə 1-3 dəfə olur. Digər me-

tod  isə  periton  dializidir  ki,  bu  zaman 

qarın  boşluğuna  verilən  mayeyə  zərərli 

maddələrin  keçməsi  və  daha  sonra  bu 

mayenin boşaldılması ilə icra edilir. 

2. Böyrək transplantasiyası isə, uy-

ğun canlı vericisi olan xəstələrdə həyata 

keçirilir. Eyni zamanda bəzi ölkələrdə be-

yin ölümü keçirmiş xəstələrdən orqanları 

alınaraq  uyğun  xəstələrə  köçürülməsilə 

də  böyrək  transplantasiyası  həyata  ke-

çirilir.  Dünyada  ilk  dəfə  böyrək  trans-

plantasiyası  əməliyyatını  1954-cü  ildə  

Joseph E. Murray  etmiş, 1990-cı ildə isə 

bu kəşfinə görə Nobel Tibb Mükafatına 

layiq  görülmüşdür.  Böyrək  transplanta-

siyası  xroniki  böyrək  çatışmazlığının  ən 

ideal müalicə metodudur.

Olduqca sevindirici və qürürverici hal-

dır ki, artıq Mərkəzi Klinikada da böyrək 

transplantasiyası  uğurla  həyata  keçirilir. 

Belə  ki,  mart  ayında  Ümumi  Cərrahiyyə 

şöbəsində növbəti uğurlu böyrək trans-

plantasiyası  həyata  keçirildi.  22  yaş-

lı  xəstə  böyrək  çatışmazlığı  səbəbilə 

xəstəxanamıza müraciət etmişdi. Xəstə 6 

yaşındaykən bir böyrəyi xəstəlik səbəbilə 

cərrahi əməliyyatla çıxarılmış, bir il bun-

dan əvvəl isə səbəbi bilinməyən böyrək 

çatışmazlığından  ikinci  böyrəyi  də  öz 

funksiyasını  itirərək  xroniki  böyrək  ça-

tışmazlığı yaranmışdır. Son bir ildə xəstə 

həftədə  3  dəfə  olmaq  şərtilə  dializə 

qəbul  edib.  Bu  da  xəstənin  getdikcə 

ümumi vəziyyətinin pisləşməsinə gətirib 

çıxarmışdı. Aparılan müayinələrdən son-

ra  böyrək  transplantasiyasının  vacibliyi 

barədə  xəstə  məlumatlandırılmışdır.  Bu 

zaman  xəstə  donorunun  olduğunu  bil-

dirmişdir. Anasının qohumu olan 30 yaşlı 

donor  da  xəstəxanaya  müraciət  edərək, 

könüllü  olaraq  öz  böyrəyinin  birini  qo-

humuna  vermək  istədiyini  qeyd  etmiş-

dir.  Bundan  sonra  xəstənin  və  donorun 

qanının eyni qan qrupu olmasını nəzərə 

alaraq  hər  ikisinə  geniş  müayinələrin 

aparılmasına  başlanılmışdır.  Aparılan 

müayinələrin nəticəsinə əsasən, donorun 

böyrəyinin xəstəyə köçürülmək üçün uy-

ğun olduğu müəyyənləşdirilmişdir. Apa-

rılan tam əməliyyatönü hazırlıqdan sonra 

cərrahi  briqadamız  tərəfindən  donorun 

sol böyrəyi götürülərək xəstəyə köçürül-

müş və əməliyyat uğurla başa çatmışdır. 

 Hal-hazırda həm donorun, həm dfə 

xəstənin  ümumi  vəziyyəti  normaldır. 

Xəstə  artıq  dializ  qəbul  etmir.  Nefrolo-

qun  nəzarəti  altında  mütəmadi  olaraq 

müayinələrə gəlir. 



Son olaraq onu qeyd etmək istərdik 

ki, böyrək çatışmazlığı xəstəliyinin ən 

ideal  müalicəsi  böyrək  transplanta-

siyasıdır. Hər kəsi öz yaxınlarında bu 

xəstəlikdən  əziyyət  çəkən  varsa,  or-

qan bağışlayıb həyatını xilas etməyə 

çağırırıq!

Ümumi Cərrah, Transplantoloq 

Tariyel Nadirov 

Dr. Səmra Mehdiyeva

BÖYRƏK TRANSPLANTASİYASI ƏMƏLİYYATI 

NÖVBƏTİ DƏFƏ UĞURLA HƏYATA KEÇİRİLDİ

HƏR ORQAN TRANSPLANTASİYASI YENİ BİR HƏYATDIR. ORQAN BAĞIŞLA, HƏYAT VER!!!


Məlum olduğu kimi, Mərkəzi Klinikada xalqımıza yüksək 

səviyyəli  tibbi  xidmət  göstərilməsi  davam  edir  və  gündən-

günə  inkişaf  edir.  Xəstəxanamızda  bütün  istiqamətlər  üzrə 

təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri 

və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata ke-

çirilir.  Müasir  tibbin  ən  son  nailiyyətlərindən  peşəkarcasına 

istifadə  etməklə  xalqımıza  yüksək  tibbi  xidmət  göstərmək 

fəaliyyətimizin əsas prinsipinə çevrilir.

Qeyd olunanların məntiqi davamı kimi, 01.04.2015-ci il 

tarixdə Mərkəzi Klinikanın yeni Stomatologiya  Mərkəzinin 

istifadəyə  verilməsini  göstərmək  olar.  Mərkəz  Bakı  şəhəri, 

Xəqani küçəsi 90D ünvanında fəaliyyətə başlamışdır. Mərkəz 

yüksək səviyyəli, xarici ölkələrdə təhsil almış və kurslar keç-

miş  mütəxəssislər  və  ən  son  texnologiyalara  uyğun  tibbi 

avadanlıqlarla  təmin  olunmuş,  tibbi  xidmətlə  bağlı  bütün 

şərait yaradılmışdır. 

Stomatoloji Mərkəzin ümumi sahəsi 527,71 m2 olmaq-

la,  şöbədə  9  tibbi  xidmət,  2  laboratoriya,  1  sterilizasiya 

otağı  mövcuddur.  Yüksək  keyfiyyətli  və  beynəlxalq  stan-

dartlara cavab verən stomatoloji xidmət zamanı aşağıdakı 

məsələlərə xüsusi tiqqət verilir.  

Klinikada əsas üç məsələyə diqqət yetirilir:

•  Tibbi personalın mütəxəssislik səviyyəsi;  

•  Peşəkar tibbi xidmət; 

•  Etibarlı sterilizasiya.

Xəstələrə  6  həkim,  8  tibb  işçisi  və  müxtəlif  sahələrdə 

məşğul olan 6 inzibati-texniki heyət üzvü xidmət göstərir. 

Həkimlər yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və 

bacarığa malikdirlər. Mütəmadi olaraq müxtəlif xarici və yer-

li kurs və seminarlarda iştirak edirlər. Xarici ölkələrdə sto-

matologiya üzrə böyük nüfuza malik mütəxəsislər vaxtaşırı 

olaraq  dəvət  edilərək    burada  xidmət  göstərmələri  təmin 

edilir. Mərkəzdə  stomatologiya sahəsində olan ən son tex-

nika və texnologiyalardan istifadə etməklə dəqiq və düzgün 

tibbi xidmət göstərilir.

Xəstələrin  tibbi  xidmət  üçün  müraciətləri  əvvəlcədən 

qeydiyyat (randevu) sistemi əsasında və dəqiq vaxtla apa-

rılır. Xəstə Mərkəzə daxil olandan beş dəqiqə ərzində pro-

sedura  götürülür.  Prosedurun  müddəti  qabaqcadan  təyin 

edilir  ki,  bu  da  xəstələrə  öz  günlük  planlarını  daha  dəqiq 

qurmağa  şərait  yaradır.  Müraciət  edən  xəstələrə  check-

up  müayinəsindən  sonra  müalicə  planı  hazırlanır,  onlara 

mövcud diş problemləri izah edilir və müalicəyə başlanılır. 

Prosedur  vaxtı  həkim  və  assistentin  birgə  professional  işi 

sayəsində onlar heç bir narahatlıq hiss etmir. Həkimlər və 

assistentlərin işi rotasiya sistemi (hər prosedurda kabinet və 

assistent dəyişir) əsasında aparılır ki, bu da  iş prosesində 

yarana biləcək səhvlərin qarşısını almağa, personalın daha 

məsuliyyətli və dəqiq işləməsinə şərait yaradır.

Mərkəzdə aşağıda qeyd edilən tibbi xidmətlər göstərilir:

•  Check–up müayinə; 

•  Ağız boşluğunun gigiyenik təmizlənməsi (diş daşları və 

piqment ləkələri);

•  Dişlərin ağardılması; 

•  Estetik restavrasiyalar; 

•  Kariyesin müalicəsi; 

•  Endodontik müalicə (kanal müalicəsi);

•  Keramik taxmalar (in lay, on lay); 

•  Vinir, luminir (Almaniya, İvoclar); 

•  Qapaqlar – metalkeramika – keramika, preslənmiş kera-

mika, zirkon (Almaniya, İvoclar) ;

•  Protezlər – akril, neylon, valoplast, bügel və s. 

Mərkəzdə  uşaq  stomatologiyasına  xüsusi  yer  verilir. 

Uşaqlarda ağrısız müalicə işləri uşaqların klinikaya həvəslə 

gəlməsinə səbəb olur. ABŞ istehsalı olan müalicəvi plomb-

lardan  və  profilaktika  vasitələrindən  istifadə  olunur.  Profi-

laktika  məqsədi  ilə  hermetizasiya  (silant),  remineralizasiya 

(dişlərin  kalsium  və  ftorla  zənginləşdirilməsi)  prosedurları 

aparılır. 

Tibbi  xidmət  zamanı  sterilizasiya    məsələlərinə  xüsu-

si əhəmiyyət verilir. Amerika üsulu ilə aparılan sterilizasiya 

aşağıda qeyd olunan beş mərhələdə həyata keçirilir:

•  Tibbi alətlərin yuyucu məhlulda saxlanması;

•  Axar su altında xüsusi fırça ilə təmizlənməsi;

•  Ultrasonik aparatında dezinfeksiyası;

•  Aftoklavda sterilizasiya (121°C, 134°C);

•  Alətlərin reviziyası.

Mərkəzdə  VİP  kabinet,  8  prosedur  otağı,  rentgeno-

loji  kabinet,  texniki  laboratoriya  fəaliyyət  göstərir.  Bütün 

avadanlıqlar dünyada lider sayılan SİRONA firmasına aid-

dir.  VİP  kabinetdə  CEREC  aparatının  təqdim  etdiyi  CAD/

CAM  sistemi  quraşdırılıb.  Bu  sistem  vasitəsi  ilə  müxtəlif 

restavrasiyalar  (keramik  qapaqlar,  körpülər,  inley,  onlay) 

kliniki  şəraitdə  kompyuter  texnologiyasının  köməkliyi  ilə 

xüsusi proqram əsasında və 3D dizaynda hazırlanır. Bu da 

pasientlərin vaxtına qənaət etməyə, qısa müddət ərzində 

(1 saat) hazır diş konstruksiyalarını təqdim etməyə imkan 

verir.  Xidmət  otaqlarında  (kabinetlərdə)  quraşdırılan  Sİ-

RONA C4+ və C8+ avadanlıqları pasientlərə və həkimlərə 

maksimum komfort təşkil edir. Avadanlıqda quraşdırılmış 

viziograf  (ağızdaxili  kamera)  vasitəsi  ilə  xəstələrə  kliniki 

halları  monitor  vasitəsilə  (22  düymlüq  ekran)  ətraflı  izah 

etməyə  imkan  verir.  Hər  kabinetdə  endodontik  müalicə 

üçün VDV gold cihazları quraşdırılıb. Bu cihaz vasitəsi ilə 

kanal müalicəsi dünya standartlarına uyğun şəkildə aparılır. 

SİRONA Orthophos XG plus DS/ceph panoram və tomoq-

rafik (bütün alt və üst çənə nahiyəsini, gicgah-çənə oyna-

ğını və burun ətrafı cibləri) çəkilişlər edə bilir və 12 proq-

ramı  var.  SİRONA  Helident  DS  rəqəmsal  dental  rentgen 

aparatı intraoral və dişləm halında (Bitening) rentgen edir. 

Bu  aparatın  digər  şirkətlərin  istehsal  etdiyi  rentgen  apa-

ratlarından  əsas üstünlüyü onun təhlükəsizliyidir. Bu apa-

rat bütün təhlükəsizlik standartlarına cavab verir. Tubusun 

başlıq hissəsinə xüsusi qurğu (kollegmator) yerləşdirilir ki, 

bu da şüalanmanı məhdudlaşdırır. Bu rentgenlər əsasında 

karies ən ilkin mərhələdə aşkar edilir və müalicə olunur.

Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  Mərkəzi 

Klinikanın  Stomatologiya  Mərkəzində  beynəlxalq  standar-

lara uyğun tibbi xidmət imkanları yaradılmışdır. Bu imkan-

lardan  istifadə  edərək  xalqımıza  layiq  olduğu  stomatoloji 

xidmət göstərməkdən qürur duyuruq.

Zeynəb Qəmbər qızı Allahverdiyeva - 24 Oktyabr 1983-cü 

ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan 

Dövlət  Tibb  Universitetinin  Müalicə-Profilaktika    fakültəsinə 

daxil olmuş, 2007-ci ildə həmin universiteti bitirmişdir. 2008-

2009-cu illərdə Milli Onkologiya Mərkəzində Onkoloq ixtisası 

üzrə İnternatura kursu keçmişdir. Bu müddət ərzində elmi konf-

ranslarda və simpozumlarda fəal iştirak etmişdir. 08.11.2010-cu 

il tarixdə Azərbaycan Onkoloqları Elmi Cəmiyyətinin iclasında 

məruzəçi kimi çıxış etmişdir. 2009-2010-cu illərdə Rusiya Fe-

derasiyası Rostov şəhəri Onkoloji Mərkəzində Onkoginekolo-

giya üzrə kurs keçmişdir. 2010-2011-ci illərdə Milli Onkologiya 

Mərkəzində, 2011-2012-ci illərdə Avstriya Respublikası, Vyana 

şəhəri  Algenmine  Krancenhouse  Klinikasında  Kimyaterapiya 

üzrə kurs keçmişdir. Bu müddət ərzində "Bəd xassəli şişlərin 

daha  müasir  üsullarla  müayinə  və  müalicəsi"  istiqamətində 

təkmilləşmişdir. Hər  il mütəmadi olaraq müxtəlif beynəlxalq 

elmi konfranslarda iştirak edir. Bunlardan Avstriya Respublikası Vyana şəhərində “Krebstag” 

və Türkiyə Cümhuriyyəti İzmir şəhərində keçirilmiş “EHOS ” konqreslərini xüsusi qeyd etmək 

lazımdır. 2012-ci ildən Avropa Onkologiya Birliyinin (Europan Society of Oncology) üzvüdür. 

2011-ci ildən Mərkəzi Klinikada həkim-onkoloq kimi fəaliyyət göstərir.

Könül  Rəsul  qızı  Namazova  –  17.06.1976-cı  ildə  Bakı 

şəhərində  anadan  olmuşdur.  1999-cu  ildə  Pediatriya 

fakültəsinə daxil olmuş, 2005-ci  ildə həmin ixtisası bitir-

mişdir. 2005–2006-ci illərdə Azərbaycan Tibb Universite-

tinin  Kliniki  Tibbi  Mərkəzində  anesteziologiya-reanima-

tologiya  ixtisası  üzrə  internatura  keçmiş  və  2007–ci  ildə 

Mərkəzi Klinikada uşaq anestezioloqu kimi işə başlamış-

dır. 2008-ci ildə Türkiyə Cümhuriyyəti Bursa şəhəri Uludağ 

Universiteti Tibb Fakultəsinin Anestezioloqiya-Reanimato-

loqiya kafedrasında pediatrik-anesteziya üzrə 6 aylıq kurs 

keçmişdir. Bu müddət ərzində  “Neonatal  Rezustasiya Kur-

su”, “Pediatrik EKQ Dəyərləndirmə kursu” və s. mövzülar 

üzrə təkmilləşmə kurslarında iştirak etmişdir. 16.09.2009-

cu ildən 23.07.2010-cu il tarixinədək “Türkiyə Cümhuriyyəti 

Sağlık Bakanlığı Şişli Etfal Eğitim və Araştırma Hastanesi 

Baştabipliği” xəstəxanasında və “Türkiyə Cümhuriyyəti İs-

tanbul  Universiteti  Cerrahpaşa  Tıp  Fakültəsi”  Anesteziologiya  kafedrasında  "Uşaqlarda 

ümumi və regional anesteziya texnikalarının fərqli yönlərdə istifadəsi" üzrə kurs  keşmişdır. 

2010-cu ildən etibarən Mərkəzi Klinikada Əməliyyatxana şöbəsində həkim-anestezioloq 

kimi fəaliyyətini davam etdirir. O, pediatrik anesteziya üzrə ixtisaslaşmışdır.

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-6 | APREL 2015

4

Dr. Zeynəb Allahverdiyeva 

həkim-onkoloq



Dr. Könül Namazova

həkim-anestezioloq



Həkimlərimizi tanıyaq

Həkimlərimiz beynəlxalq konfrans və kurslarda

MK Həkim-onkoloqu 

Azər Quliyev  22-

27 aprel 2015-ci il 

tarixlərdə Türkiyə 

Cümhuriyyəti Antalya 

şəhərində "XXI Ulusal 

Kanser" konqresində 

iştirak etmişdir.

MK Həkim-

neyrocərrahı Vüqar 

Mirzəliyev 17-22 aprel 

2015-ci il tarixlərində 

Türkiyə Cümhuriyyəti 

Antalya şəhərində 

"XIX Neyrocərrahiyyə" 

konqresində iştirak 

etmişdir.

MK Həkim-uroloqu 

İlkin Nəsirov  27 aprel 

– 07 may  2015-ci il 

tarixlərində Türkiyə 

Cümhuriyyəti Antalya 

şəhərində "XI Ulusal 

Androloji" konqresində 

iştirak edəcək.

MK Kardiologiya 

Şöbəsinin müdiri, Həkim-

kardioloq Firdovsi İbrahi-

mov  24-27 aprel 2015-ci 

il tarixlərdə Türkiyə 

Cümhuriyyəti İstanbul 

şəhərində "TKD Girişimsel 

kardioloji" toplantısında 

iştirak etmişdir.

STOMATOLOJİ  XİDMƏTLƏRDƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-6 | APREL 2015

5

Sevda  xanım  uzun  illərdir  ki,  pediatriya  ilə  məşğulsuz, 

daha  doğrusu  uşaqların  sağlamlığının  keşiyində  daya-

nırsiz. Uşaqlarla işləmək insanda hansı hisləri oyadır?

-  Uşaqları  müalicə  etmək  olduqca  məsuliyyətli,  çox 

çətin və bir o qədər də şərəfli işdir. Bizim sahədə çətinlik 

ondan  ibarətdir  ki,  uşaqlar  öz  ağrılarını,  narahatlıqlarını 

böyüklər kimi dəqiq ifadə edə bilmirlər. Bununla birlikdə 

uşaq  orqanizmi  çox  həssasdır,  o  kiçik  xətaları  belə  ba-

ğışlamır. Ancaq xəstə uşaqları müalicə etmək, onların və 

valideynlərinin  sevincinin  şahidi  olmaq  tamam  başqa  bir 

hissdir,  əvəzolunmaz  qürur  və  şərəf  hisidir.  Ona  görə  də 

mən işimin bütün gərginliklərinə, məsuliyyətinə baxmaya-

raq, seçdiyim peşəni çox sevirəm. 

Pediatriya,  daha  doğrusu  neonatologiyada  ən  başlıca 

problemlərdən biri vaxtından əvvəl doğulmadır. Vaxtın-

dan əvvəl doğulmanın səbəbi nədir?

- Vaxtından əvvəl doğulmanın bir sıra səbəbləri var. Bu, 

həm anadan, həm də uşağın öz problemlərindən qaynaq-

lana  bilər.  Ananın    bəzi  xroniki  xəstəlikləri  –  hipertoniya, 

böyrək xəstəliyi, müəyyən genetik, xromosom patologiya-

ları nəticəsində uşaq vaxtından əvvəl doğula bilər. Burada 

stress faktorunun da böyük rolu var. Əgər uşaq 37 həftədən 

əvvəl dünyaya gəlirsə, bu hal vaxtından əvvəl doğuş sayı-

lır. 1500 qramdan aşağı doğulan uşaqlar isə ekstremal az 

çəkili uşaqlar hesab edilir. İndi artıq 22 həftənin üstündə 

doğulmuş uşaq, diri doğulma sayılır. Uşaq nə qədər vax-

tından tez doğularsa, bir o qədər problemləri çox olur. Belə 

uşaqlarda ağ ciyərin açılması, vital funksiyaların qoşulması 

və adaptasiyası daha çətin keçir. Bu gün klinikamızda vax-

tından əvvəl doğulmuş uşaqlara lazım olan bütün tədbirlər 

aparılır ki, o gələcəkdə heç bir fəsad yaşamasın. Tədbirlər 

nə qədər doğru-düzgün yerinə yetirilərsə həmin uşağın bir 

o qədər fəsad yaşama ehtimalı azalır. 



Bəs vaxtından əvvəl doğulan uşaqların sağ qalma ehti-

malı nə qədərdir?

-  Təbii  ki,  bu,  bir  statistikadır.  Dediyim  kimi,  uşaq  nə 

qədər vaxtından erkən doğularsa, bir o qədər fəsad vermə 

ehtimalı yüksəkdir. İl ərzində orta hesabla 450-500 yeni do-

ğulan usaq klinikanın uşaq reanimasiyası şöbəsindən keçir. 

Keçən il 130 uşaq vaxtından əvvəl doğulmuşdu və onların 

çəkiləri 1500 qramdan aşağı idi. Keçən il vəziyyətdən çıxar-

dığımız ən balaca uşağın çəkisi 500 qram, hestasiya yaşı 

25 həftə 5 günlük idi. 9 uşağımız var idi ki, onların çəkiləri 

630-700 qram idi. Onların içərisində 9-u yaşayır, yalnız 1 

uşağı  həyatda  saxlaya  bilmədik.  Dinamik  müşahidələrdə 

də o uşaqların heç bir fəsad almadığını görürük. Onların 

görmə,  eşitmə  funksiyaları  yoxlanılır,  sinir  sistemlərinə 

diqqət  yetirilir,  reabilitasiyaları  aparılır.  Onlar  öz  yaşıdla-

rından ciddi fərqlə geri qalmırlar. Həmin uşaqların psixo-

loji və fiziki inkişafları normaldır. Bir yaşına qədər onlarda 

müəyyən geriqalmalar müşahidə etsək də, bir yaşdan son-

ra digər uşaqlarla bərabərləşirlər. 



Bəzən  yeni  doğulan  uşaqlarda  sarılıq  xəstəliyinə  rast 

gəlinir. Bunun səbəbi nədədir?

- İlk mərhələdə tam normal doğulmuş uşaqların belə, 

üçüncü  sutkalarından  fizioloji  sarılıqları  başlayır.  Uşaq 

bətndaxili ana qanı ilə təmasda olur, doğulduqdan sonra 

fetal hemoqlabin parçalanır və bunun nəticəsində billiru-

bin ifraz olunur. Bu da uşaqların rəngini sarıya boyayır. Bu 

proses normal keçdiyi halda biz o sarılığı cüzi görürük. La-

kin billirubinin xaric olunması bir qədər çətinləşəndə təbii 

ki, sarılıq daha da şiddətli keçir. Patoloji sarılığın isə bir sıra 

səbəbləri  var.  Buraya  ana  və  uşağın  qan  qrupu  və  rezus 

faktorunun uyğun olmaması, anada tiroid xəstəlikləri, bəzi 

infeksion xəstəliklər, uşaqda polisitemiya, eritrosit patolo-

giyaları və s. kimi səbəblər aid edilir.  Həmçinin, ana südü 

ilə bağlı olan sarılıq da var ki, bu sarılıqlar müalicə tələb 

etmir və  uşağın 1 ayına qədər keçir. 

Ağlayan  uşağın  dili  yoxdur  ki,  dərdini  desin.  Elə  isə 

həkimlər körpələrdə ən çox hansı problemləri üzə çıxa-

rırlar?

- Əgər yeni doğulmuş uşaq vaxtında və normal doğu-

lubsa, onun demək olar ki, problemi olmur. Bəzi transistor 

hallar qeyd edilir ki,  hiperemiya, sarılıq, dərilərinin səpkili 

olması, döş vəzilərinin şişməsi, sidik turşusu kristallarının 

ifraz olunması və s. bunlar müalicə tələb etmir və keçici-

dir. Bəzən isə bunlara müdaxilə etməyə və lazım olmayan 

müalicəyə  cəhd  edirlər.  Belə  halda  körpənin  adaptasiya-

sı  pozulur  və  problemlər  başlayır.  Yeni  doğulmuş  uşaq 

ağ səhifə kimidir, biz ona nə qədər az müdaxilə etsək və 

adaptasiyasının düzgün getməsinə çalışsaq, bir o qədər o 

uşağın inkişafını düzgün yönəldə bilərik. Lakin uşaqda na-

rahatlıq baş verdikdə, uşaq valideynləri tərəfindən mütləq 

həkim müayinəsinə gətirilməli və aşkar olunan problemlər 

mütəxəssis tərəfindən aradan qaldırılmalıdır. 

İndi qüsur ilə doğulan uşaqlara çox rast gəlinir. Körpələrdə 

bu cür problemlər nədən qaynaqlanır?

-  Statistik  olaraq  qüsurla  doğulan  uşaqların  sayı  art-

mayıb,  sadəcə  daha  dərin  müayinələr  aparıldığı  üçün 

bu  qüsurlar  hamiləlik  dövründə  aşkarlanır.  Təbii  ki,  hər 

şey  hamiləliyin  təqibindən  və  hamiləliyə  hazırlıqdan 

baş  verir.  Qadınlar  planlaşdırılan  hamiləlikdən  öncə  uy-

ğun  müayinələrdən  keçməli,  hamilə  olduqdan  sonra  isə 

təqiblər düzgün aparılmalıdır. Bətndaxili  qüsurlar aşkar ol-

duqda, belə bir uşağın doğulması gözlənildikdə, neonata-

loji briqada məlumatlandırılır və onlara hansı müdaxilələr 

olacağını  ilk  andan  tənzimləyirik.  Ümumiyyətlə,  bütün 

uşaqlarımız doğulduqda lazımi müayinələr aparılır. Təsbit 

etdiyimiz hansısa problem varsa, uşaq cərrahları, kardio-

loqlar, kardiocərrahlar, neyrocərrahlar, nefroloqlarımız və s. 

dar ixtisas sahibi kolleqalarımız komandamıza dəstək olur 

və uşaqda lazımi korreksiyalar aparılır. 



Necə bilirsiniz, qadının və kişinin öz orqanizmindən erkən 

xəbəri olması üçün maarifləndirmə yetərincədirmi? 

-  Düzdür,  indi  məktəblərdə  bu  istiqamətdə 

maarifləndirmələr başlanılıb. Mənim fikrimcə, artıq məktəb 

dövründən qız və oğlan uşaqları özlərinin gigiyenalarından 

və orqanizmlərində baş verən digər proseslərdən xəbərdar 

olmalıdırlar. Bunu onlara tam açıq şəkildə dərk etdirmək la-

zımdır. Bəzən məktəblərdə o dərsləri utanaraq keçirlər, an-

caq bu stereotiplər aradan qalxarsa, artıq uşaqlar məktəb 

dövründə hazır ola bilərlər. Hər şeydən əvvəl onlar düzgün 

inkişafın nə demək olduğunu biləcəklər. Bunu ifrat dərəcədə 

deyil, elmi dərəcədə uşaqlara çatdırmaq lazımdır.

Bəzən  uşaq  və  ana  ölümü  halları  baş  verir.  Bu  cür 

hadisələrdə daha çox həkimləri qınayırlar. 

- Hesab edirəm ki, hər bir hadisəyə fərdi prizmadan 

yanaşmaq  lazımdır.  Ola  bilər  ki,  müəyyən  yerdə  han-

sısa  səhvlər  buraxılsın  və  o  səhvlər  pis  nəticəyə  gətirib 

çıxarsın. Ümumilikdə götürdükdə, son illərdə ölkəmizdə 

tibb sahəsi xeyli inkişaf edib. Neonatoloq kimi görürəm 

ki, bu sahəyə diqqət artib. Son illər ölkəmizdə perinatal 

mərkəzlər  qurulur  və  müasir  texnologiyaya  uyğun  ava-

danlıqlarla təchiz olunur. Ancaq qeyd edim ki, neonato-

logiya  sahəsində  inkişaf  etməyə  başladığımız  dövr  çox 

qısadır.  Hesab  edirəm  ki,  müəyyən  invaziv  prosedurları 

daha  təcrübəli  mərkəzlərdə  təkmilləşdirmək  lazımdır. 

Məsələn,  əvvəllər  hestasiya  yaşı  28  həftədən  az  olduq-

da  bu  hal  gecikmiş  düşük  hesab  edilirdi.  Lakin  bu  gün 

amillər dəyişib, artıq 22 həftəsini tamamlamış uşaq diri 

doğulmuş hesab olunur. Təbii ki, belə az hestasiya yaşlı 

uşaqların ölüm riskləri çox yüksəkdir. 

Bəs, bu sahədə kadrların təcrübə toplaması üçün hansı 

tədbirlər görülür?

-    Bizim  klinikada  yenidoğulmuşların  reanimasi-

ya  şöbəsi  10  ildir  ki,  fəaliyyət  göstərir.  Bu  illər  ərzində 

personal  mütəmadi  olaraq  müxtəlif  ölkələrin  qabaqcıl 

universitetlərində (Türkiyə Cümhuriyyəti, Avstriya Respub-

likası, Almaniya Federativ Respublikası və digər ölkələrdə) 

uzunmüddətli təkmilləşmə kurslarında təcrübə keçmişdir. 

Bu  təkmilləşmə  kurslarında  nəinki  həkim-neonatoloqlar, 

həmçinin  dar ixtisaslar  üzrə  həkim  personalı  və  tibb  ba-

cıları hazırlanmışdır. Bu bir adamın yetişməsi demək deyil, 

bunun üçün briqada yetişməlidir. Çünki burada iş 7 gün/24 

saat davamlı getməlidir. Bu səbəbdən, neonatoloq-reani-

matoloqlarla  birgə,  bizim  kardioloqlar,  kardiocərrahlar, 

uşaq cərrahları, neyrocərrahlar, oftalmoloqlar, nevropoto-

loqlarımız yetişdi. Bu gün demək olar ki, ən ağır vəziyyətdə 

olan uşaqlar bizim klinikaya gətirilir və burada öz sağlam-

lıqlarına qovuşurlar. 

Bəs  uşaq  evə  buraxılandan  sonra  hər  hansı  bir  fəsadın 

yaranmaması üçün valideynlər profilaktik tədbirləri necə 

yerinə yetirirlər?

- Ağır doğulmuş uşaqlar xəstəxanadan evə yazıldıqdan 

sonra biz onlara evdə xidmət təşkil edirik. Tibb bacıları hər 

gün  bu  uşaqları  görür  və  onlar  vaxtaşırı  klinikaya  həkim 

müayinəsinə  gətirilirlər.  Həmçinin,  bizim  yeni  doğulanlar 

üçün Check-up proqramımız da var. Bu da körpələrin pa-

toloji hallarını aşkar etməkdə bizə yardım edir. Beləliklə, bu 

uşaqlar  pediatrların  nəzarətindən  başqa,  kardioloq,  nev-

ropatoloq,  oftalmoloq,  fizioterapevtlərimiz  tərəfindən  də 

lazımi müayinələrdən keçirlər. Nəzarətimizdə olan uşaqlar 

tam reabilitasiya keçdikləri üçün heç bir fəsadla üzləşmirik. 

 

Dünyaya uşaq gələndə ananın keçirdiyi hiss məlumdur. 



Bəs, o anda həkimlər hansı hissləri yaşayırlar?

- Məsuliyyət... Təbii ki, hər doğulan uşaq bir sevincdirsə, 

bunun  yanında  da  ciddi  bir  məsuliyyət  var.  Bütün  canlı-

ların içərisində ən çox qayğıya ehtiyacı olan yeni doğul-

muş körpədir. Hər hansı bir uşağın fiziki və psixi inkişafının 

getməsində  pediatrlar  da  valideynlər  qədər  məsuliyyətli 

olmalıdırlar.

Müsahibəni hazırladı:

Qızılgül Məmmədova

Dr. Sevda Əsədova: "Uşaqları müalicə etmək olduqca 

məsuliyyətli, çox çətin və bir o qədər də şərəfli işdir"   

Baş həkimin müavini, Pediatriya şöbəsinin müdiri, pediatr-neonatoloq Sevda Əsədova ilə müsahibə

Xəstə uşaqları müalicə etmək, onların 

və valideynlərinin sevincinin şahidi 

olmaq tamam başqa bir hisdir, 

əvəzolunmaz qürur və şərəf hissidir.



Personalın yaradıcılığı

həkim-kardioloq

İlahə Məmmədova

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-6 | APREL 2015

6



   Asqıran zaman insan ürəyi bir neçə 



saniyəlik fəaliyyətini dayandırır. Ona 

görə  asqıran zaman insana "Sağlam 

ol!" deyirlər.

   Anatidaefobiya elə bir qorxudur ki, bu 



qorxudan əziyyət çəkən insanlar elə 

zənn edirlər ki, onları hansısa ördək 

izləyir.

   Hər iki milyard insandan yalnız biri 



116 ildən çox yaşaya bilir.

   Günəş altında qaralarkən damarlar elə 



zədələnir ki, onların bərpasına 4-15 ay 

vaxt lazım gəlir.

   Bir  timsahın ömrü boyu 3 minədək 



dişi çıxır və düşür.

   İngiltərədə qadınların nəqliyyat 



vasitələrində şokolad yeməsi qada-

ğandır.


   Diş fırçası ilk dəfə 1938-ci ildə meyda-

na gəlmişdir. Lakin bizim dövrümüzdə 

istifadə olunan formaya düşməsi üçün 

uzun illər vaxt sərf olunmuşdur. Çün-

ki bu formada olan fırçalar ilk olaraq 

1498-ci ildə Çində yaranmışdır.

Hazırladı: Leyla Mirzəzadə

Təsisçi

Mərkəzi Klinika



Baş redaktor: Toğrul Adıgözəlov 

Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov

Bülleten ayda bir dəfə nəşr olunur. 



Tiraj: 500

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az  www.facebook.com/MerkeziKlinika   twitter.com/MerkeziKlinika



MARAQLI FAKTLAR

Əl işləri



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə