Gp-hand. Values. Az new qxd: gp-hand. Values. Az



Yüklə 49,96 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü49,96 Kb.
#7126
növüYazı


Biz və gələcək nəsil

243

1

Bizim planet gələcəkdə

Giriş

179 ölkənin dövlət və hökumət başçısının, çoxlu beynəlxalq və qeyri-hökumət təşkilatları

nümayəndələrinin iştirakı ilə 1992-ci ildə Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin ətraf

mühit və inkişaf problemləri üzrə Konfransı müstəsna əhəmiyyətli hadisədir. Bu konfrans

göstərdi ki, artıq bəşəriyyət ətraf mühitin mühafizəsi problemi ilə sosial-iqtisadi inkişaf

prosesinə iki ayrı sahə kimi baxmır. Rio-de-Janeyroda qəbul edilən Deklarasiya XXI əsrdə

bəşəriyyətin davamlı inkişaf konsepsiyasını müəyyən edən əsas sənəd kimi məlumdur. 

Bu sənəd özündə müasir və gələcək dünyanın ictimai-siyasi sahədə qəbul etdiyi qərarları, 

əsas prinsipləri qısa şəkildə “Rio prinsipləri”ndə əks etdirir.

Biz və gələcək nəsil

Müəlliflər: Kliment Mindjov

Əsas fikir

Ətraf mühitin mühafizəsini bəşəriyyətin inkişafının ayrılmaz hissəsi kimi 

nəzərdən keçirmək lazımdır

Müddəti

2-3 tədris saatı



Êlin fəsli

Êstənilən vaxtı



Yer

Məktəb (tədris otağı)



Tədris vəsaitləri

Yazı lövhəsi, videokaset



Tədris fənləri

Biologiya, ekologiya, coğrafiya, insan və cəmiyyət, davamlı inkişaf, 

sinif saatı

Məqsəd

Ênkişafın davamsız olduğu halları müzakirə etmək 



• Şagirdləri davamlı inkişafın prinsipləri və yaxın onilliklərdə təbiət və 

Yer kürəsi əhalisinin qarşısında duracaq əsas problemlərlə 

tanış etmək

Metodlar

Mühazirə, diskussiya, videofilmlərə baxış.




244

1

Biz və gələcək nəsil

Bizim planet gələcəkdə

On il keçdikdən sonra Davamlı inkişaf üzrə Yohanesburqda keçirilən Ümumdünya sammitinə

50.000-dən çox nümayəndə gəlmişdi ki, onlar arasında dövlət və hökumət başçıları,

beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də işgüzar

dairələrin nümayəndələri də var idi. Yohanesburqda əsas diqqət müasir həyatın davamlı

inkişafina maneələri yoxsulluğun aradan qaldırılması, xəstəliklərin yayılmasının qarşısının

alınması, təbii ehtiyatlardan səmərəli istifadə və onların düşünülmüş idarə olunması,

məsuliyyətli istehsal və istehlak həvəsləndirilməsi, ətraf mühitin mühafizəsi ilə sosial-iqtisadi

inkişaf arasındakı tarazlığı saxlamaq məqsədilə qloballaşdırma şəraitinə müvafiq strategiya və

fəaliyyət planının hazırlanmasına yönəlmışdir. 



Məşğələlərin aparılması

I Hissə. Pasxa adası

1

Şagirdlərə izah edin ki, təbiətdə baş verən proseslər öz-özünə tənzimlənəndir və bu da

təbiətə özünü bərpa etmək imkanı verir. Lakin insanların aqressiv və düşünülməmiş

fəaliyyəti təbii proseslərin bu tarazlığını poza və planetin ekosistemlərində dönməz

dəyişikliklərə səbəb ola bilər. 

2

Şagirdləri “Pasxa adası” nümunəsi ilə tanış edin və onu müzakirə edin. 

Êzah edin ki,

söhbət dünyadan təcrid edilmiş, əhalinin sürətli atrımı və onların təbii ehtiyatları

mənimsəməsi səbəbindən dağılmış ekosistemdən gedir. Pasxa adası sabit ərazi və

məhdud təbii ehtiyatlar çərçivəsində intensiv iqtisadi inkişafın hansı fəsadlar törədə

biləcəyinə bariz nümunədir.

II Hissə. Biz və gələcək nəsil

1

Şagirdlərə izah edin ki, davamlı inkişaf təbii ehtiyatlardan özünü bərpa edə biləcək

qədər istifadəsini və gələcək nəsillərin də bugünkü nəsillərin istifadə etdiyi həcmdə təbii

ehtiyatlara malik olmasını özündə əks etdirir. 



2

Şagirdlərdən “davamlı inkişaf” termininə öz yanaşmalarını vermələrini xahiş edin.

Şagirdlərə aşağıdakı ifadə formalarını təklif etmək və onların birgə müzakirəsini

aparmaqla onlara kömək edin:

Ovlanan balıqların həcmi onların təbii artımından yüksək olmamalıdır.



Meşələrin qırılma həcmi təbii və süni meşəsalmanın intensivliyindən yuxarı

olmamalıdır.

Torpağın eroziyası yeni təbii torpaq əmələ gəlməsindən tez baş verməməlidir.



Karbon qazının atmosferə buraxılan miqdarı onun bitkilərlə əlaqəyə girən və okean

tərəfindən tutulan miqdarından çox olmamalıdır.

Yeraltı su mənbələrindən çıxarılan suyun həcmi bu mənbələrə süzülən suyun



miqdarından çox olmamalıdır.

3

Diskussiya zamanı şagirdlər tərəfindən təklif olunan başqa ifadə formalarını da müzakirə

edin. Onlara söylənilənlər əsasında davamlı inkişaf haqqında özlərinin kompleks

təyinatlarını tərtib etməyi təklıf edin və onu lövhədə yazın.




Biz və gələcək nəsil

245

1

Bizim planet gələcəkdə

III Hissə. Davamlı inkişafın prinsipləri

1

Şagirdlərə “Davamlı inkişafın əsas prinsipləri” işçi vərəqinin paylayın və orada yazılan hər bir

prinsipi müzakirə edin.

2

Şagirdləri Yohanesburq konfransı haqqında məlumatla (səh. 244) tanış edin. XXI əsrdə

bəşəriyyət qarşısında duran əsas problemləri, dövlət və hökumət rəhbərlərinin, mülki və

beynəlxalq təşkilatların, işgüzar dairələrin nəzərdə tutduğu əsas yanaşmaları müzakirə edin.



3

Ardıcıl şəkildə bütün bu problemləri müzakirə edin, qiymətləndirin və onların hansılarının

Azərbaycan üçün indi və gələcəkdə aktual olacağını müəyyənləşdirin. 

IV Hissə. “Diqqətli davranın”(aşağı siniflər üçün)

“Diqqətli davranın” videofilmini nümayiş etdirin və onu müzakirə edin. Şagirdlərdən baxdıqları

videofilmin əsasında kiçik həcmli inşalar yazmalarını, şəkillər çəkmələrini eirlər qoşmalarını və

gələcək nəsillərin həyatı üçün məsuliyyət konsepsiyasını müzakirə etməyi xahiş edin.



V Hissə. Həyat zənciri (yuxarı siniflər üçün)

1

“Krallıq” videofilmini nümayiş etdirin. 



2

Bu filmi və S.Y.Marşakın “Mix və nal” şeiri

konteksində davamlı inkişaf konsepsiyasını

müzakirə edin. 



Mıx və nal 

Mıx yox idi,

Nal itdi.

Nal yox idi,

At axsadı.

At axsadı,

Komandir vuruldu.

Süvari əzildi,

Ordu qaçdı.

Düşmən şəhərə girir,

Əsirləri əsirgəmədən

Ona görə ki, dəmirçidə

Mıx yox idi. 

Samuel Marşak

3

Filmdə babanın ingilis dilində olan orijinalda dediyi və bu şeirin yazılması üçün əsas olan

“zəncirləri qırmaq” ifadəsi nə deməkdir? 

Ênsan fəaliyyəti buna necə təsir göstərir?



4

Orada olan babanın ritorik sualı — “Nə üçün müdriklik bizə belə böyük qiymətə

başa gəlir?” —  düzgündürmü?

5

Videofilmə baxdıqdan sonra şagirdlərdən öz təəssüratları, fikirləri və hissləri haqqında kiçik

inşa yazmalarını xahiş edin.

Sonrakı fəaliyyət

Şagirdlərə bizim planetin gələcəyi, ətraf mühit və cəmiyyətin inkişafı haqqında əlavə



məlumatlar toplamalarını xahiş edin. Bunun üçün onlara CD-Rom-dan, eləcə də 

Ênternet 

və başqa mənbələrdən istifadə etməyi də tövsiyə edin.



246

1

Biz və gələcək nəsil

Bizim planet gələcəkdə

2002-ci ildə

Yohanesburqda keçirilən

Ümumdünya sammitində

müəyyən edilmiş və

gecikdirilmədən və effektiv

fəaliyyət tələb edən

problemlər aşağıdakılardan

ibarətdir: 

Əhali: 

XXI əsrin əvvəlində

Yer kürəsinin əhalisi 6

milyarda çatıb.

Proqnozlara görə, 50 ildən

sonra bu göstərici 10-11

milyard ətrafında

sabitləşəcəkdir. Əhalinin

sayının artması ilə bağlı

yaranacaq əsas problemlər içməli suyun azlığı və qida məhsulları istehsal etmək üçün

istifadə edilən torpaqların çatmazlığı olacaqdır.

Kasıblıq və qeyri-bərabərlik: 

Hazırda dünya əhalisinin 25%-inin gəliri adambaşına bir

dollardan azdır. Qeyri-bərabərlik davamlı inkişaf qarşısında duran əsas maneələrdən

biridir. Konfrans 2015-ci ilə kimi dünya miqyasında gəliri 1 dollardan az təşkil edən və

xroniki olaraq qida çatışmazlığından əziyyət çəkən əhalinin sayının 2 dəfə

azaldılmasını bir vəzifə kimi müəyyənləşdirmişdir.



Ərzaq və kənd təsərrüfatı: 

Son 30 ildə ərzaq məhsullarının qiymətinin düşməsi

istehlak prosesinin güclənməsinə, dünyanın bir çox regionlarında kənd təsərrüfatı

üçün yararlı olan torpaq sahələrinin azalmasına səbəb olmuşdur. Kənd təsərrüfatı

məqsədləri üçün yeni sahələrin istifadəsi isə qalan ekosistemlərə dağıdıcı təsir edir.

Gələcəkdə ərzaq məhsullarının istehsalının artırılması təbiətin məhv edilməsi hesabına

baş verməməlidir. 2010-cu ilə kimi biomüxtəlifliyin itməsinin müasir sürətinin kifayət

qədər azaldılmasına nail olmaq zəruridir. 



Êçməli su: 

Êçməli suyun çatışmazlığı cəmiyyətin davamlı inkişafı üçün ən ciddi

maneədir. Gözlənilir ki, bu neqativ tendensiya gələcəkdə də davam edəcək və

2025-ci ildə dünya əhalisinin hər iki nəfərindən birinə içməli su çatmayacaqdır.

Konfrans 2015-ci ilə kimi içməli suya ehtiyacı olan, eləcə də öz gigiyenik tələblərini

ödəmək üçün su çatışmazlığı ilə üzləşənlərin sayını iki dəfə azaltmağı bir vəzifə kimi

müəyyənləşdirib. 

Ênsan sağlamlığı: 

Ênkişaf etməkdə olan ölkələrdəki ölüm hadisələrinin böyük

hissəsinin qarşısını almaq olar. Yaxın illərdə bəşəriyyət xəstəliklərlə mübarizəyə daha

çox vəsait ayırmalı və böyük səy göstərməlidir.



Enerji: 

Bütün növ enerjilərdən istifadə daim artır. Yaxın 10-15 ilin əsas vəzifələri

ekoloji cəhətdən təmiz, etibarlı və davamlı enerji mənbələrindən istifadənin

yaxşılaşdırılması, eləcə də enerjiyə qənaətin artırılması üzrə milli proqramların

hazırlanmasından ibarətdir. 

Meşə: 

Əkinçiliyin inkişafı ilə əlaqədar olaraq dünyanın meşə ehtiyatları azalır.

Meşələrin özünübərpa tempinin və meşələrin idarəçiliyinin effektliyinin artırılması

yaxın 10-15 ildə yerinə yetirilməsi xüsusən vacib olan məsələlərdir.



Êqlimin dəyişilməsi: 

Neftdən istifadə getdikcə artır. Konfransda parnik qazlarının

buraxılmasının maksimum yol verilən hədd normasının müəyyənləşdirilməsi ilə bağlı

Kiotda qəbul edilmiş qərarların həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.

Konfrans, bilavasitə bəşəriyyətin qarşısında dayanan vəzifə kimi aşağıdakıları müəyyən

etmişdir: 

Davamlı inkişaf konsepsiyasının dərk edilməsi, başa düşülməsinin zəruriliyi və milli,



regional və beynəlxalq səviyyədə müvafiq institutlarla möhkəmləndirilməsini;

Vətəndaş cəmiyyətinin rolunun sonrakı təsdiqi, özəl və ictimai sektorlar arasındakı



əməkdaşlığın artırılması.

Yohanesburq konfransı


Biz və gələcək nəsil

247

1

Bizim planet gələcəkdə

Bu ada Sakit okeanda, Cənubi Amerikanın 3200 km qərbində yerləşir. Adanın ilk

sakinləri XV əsrdə orada məskunlaşan polineziylər olmuşdur. Həmin vaxt nisbətən

quru iqlim olmasına baxmayaraq, ora meşə ilə örtülü idi. Bu meşələr rütubəti

saxlamaqla mülayim hava şəraitinin olmasına kömək edirdi. Adanın 7 min əhalisi kiçik

kəndlərdə yaşayır, toyuq saxlayır, balıq tuturdu. Adanın sakinləri özlərindən sonra

obsidiandan (vulkanik mənşəli şüşədən) hazırlanmış böyük heykəl qoydular ki, onu da

həmin yerə gətirmək üçün ağac gövdələrindən xizək kimi istifadə etmişdilər.

XVII əsrdə avropalılar ilk dəfə Pasxa adasına gələndə həmin heykəl burada nə vaxtsa

mövcud olan, lakin onilliklər boyunca məhv olan sivilizasiyanın yeganə şahidi idi.

Onun məhv olmasına səbəb ehtiyat bazasının məhdud olması idi. Adanın əhalisinin

sayının artdığına görə daha çox torpaq sahələri əkin üçün meşələrdən təmizlənirdi,

qalan ağaclar isə heykəlin hərəkəti üçün xizək kimi istifadə edilirdi.

Ağacların olmamasına görə ev və gəmi düzəltmək olmurdu ki, bu da qidanın əldə

edilməsinə (balıq tutmağa) mənfi təsir edir, insanların mağaralarda yaşamasına səbəb

olurdu. Meşələrin qırılması torpaq eroziyasının baş verməsinə səbəb olurdu ki, bu da

qida mənbələrini daha çox məhdudlaşdırırdı. Bütün bunlar da kəndlər arasında

müharibələrin baş verməsinə gətirib çıxarırdı. Hətta bəzi insanların yaşamaq üçün 

bir-birlərini yeməsi adi bir hala çevrilməyə başlamışdı.

Pasxa adası



248

Bizim planet gələcəkdə

Êşçi vərəqlər

1992-ci ildə Rio-de-Janeyroda 

qəbul edilmiş “Ətraf mühit və 

Davamlı inkişaf üzrə Deklarasiya”

179 ölkənin dövlət və hökumət başçısının, bir çox beynəlxalq və qeyri-hökumət

təşkilatları nümayəndələrinin iştirakı ilə 1992-ci ildə Rio-de-Janeyro şəhərində

keçirilən BMT-nin ətraf mühit və davamlı inkişaf problemləri üzrə Konfransı

müstəsna əhəmiyyətli hadisədir. Bu konfrans göstərdi ki, artıq bəşəriyyət ətraf

mühitin mühafizəsi problemi ilə iqtisadi və sosial inkişaf prosesinə iki ayrı sahə

kimi baxmır. Rio-de-Janeyroda qəbul edilən Deklarasiya XXI əsrdə bəşəriyyətin

davamlı inkişaf konsepsiyasını müəyyən edən əsas sənəd kimi məlumdur. Bu

sənəd özündə müasir və gələcək dünyanın ictimai-siyasi sahədə qəbul edilən

qərarların əsaslandığı əsas prinsipləri əks etdirir.




1992-ci ildə Rio-de-Janeyroda 

qəbul edilmiş “Ətraf mühit və 

Davamlı inkişaf üzrə Deklarasiya” 

(davamı)


Davamlı inkişafın əsas prinsipləri:

1. Bütün insanlar təbiətlə harmoniya təşkil edən sağlam və məhsuldar

həyat hüququna malikdir.

2. Davamlı inkişafa nail olmaq üçün ətraf mühitin mühafizəsi inkişaf

prosesinin ayrılmaz hissəsi olmalı və ondan ayrı nəzərdə tutulmamalıdır.

3. Bugünkü və gələcək nəsillər eyni hüquqa malikdir.

4. Hər bir dövlət öz ehtiyatlarından suveren şəkildə istifadə etmək

hüququna malikdir və bu fəaliyyətin başqa dövlətin ətraf mühitinə ziyan

vurmamasını təmin etməyə görə məsuliyyət daşıyır.

5. Çirkləndirən çirklənmə ilə bağlı olan bütün xərcləri ödəməlidir.

6. Təsərrüfat fəaliyyəti ətraf mühitin mühafizəsi sahəsində müdafiə

xarakterli tədbirlərlə müşayiət olunmalıdır.

7.

Dövlətlər ətraf mühitin qorunması ilə bağlı bir-biri ilə əməkdaşlıq



etməlidir.

8. Həyat səviyyəsi arasındakı fərqi azaltmaq və dünya əhalisinin çoxunun

tələbatının effektiv ödənilməsi məqsədilə yoxsulluğun aradan qaldırmaq

davamlı inkişafın zəruri şərtidir.

9. Dövlət istehsal və istehlakda köhnə modellərdən istifadəni

məhdudlaşdırmalı və ləğv etməli, müvafiq demokrafik siyasəti

dəstəkləməlidir.

10. Ekoloji məsələlər bütün maraqlı tərəflərin iştirakı ilə həll edilməlidir.

Milli səviyyədə hər bir insan ətraf mühitlə bağlı olan müvafiq məlumatı

əldə etmək və qərarların qəbulunda iştirak etmək hüququna malik

olmalıdır. Ətraf mühitin qorunması bütün sosial qrupların iştirakı ilə

həyata keçirilməlidir.

11. Dövlət ətraf mühitin qorunması sahəsində qanunvericiliyi effektiv

şəkildə hazırlamalı və tətbiq etməlidir.

12. Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə qarşılıqlı münasibətdə

olan ayrılmaz proseslərdir. 



249

Bizim planet gələcəkdə

Êşçi vərəqlər


254

Bizim planet gələcəkdə

Êşçi vərəqlər

Bir zaman Günəş və Külək ən yaxşı dost idilər. Onlar birlikdə mehriban

oynayırdılar, lakin hər ikisi çox məğrur idi.

Günlərin bir günü onlar kimin güclü olduğu haqda mübahisəyə başlayırlar.

Külək dedi: “Mən meşədə əsməyə başlayanda ağacları əyirəm, yarpaqları

tökürəm. Mən güclüyəm.” 

Günəş dedi: “Mən Yer kürəsini isidəndə qarı əridirəm, çayların və göllərin

suyunu isə buxara çevirirəm.” 

Onların mübahisəsi bitmirdi, lakin heç biri o birisinin güclü olması ilə

razılaşmırdı. Birdən onlar tarlada yoluna tələsən bir insan gördülər. 

O, qalın dəri gödəkçə geyinmişdi.

“Gəl, gücümüzü sınayaq” – Külək dedi. “Kim o insanın gödəkçəsini

soyundura bilsə, o da qalib gələcək.

“Səndən başlayaq” – Günəş razılaşdı.

Külək birinci gücünü sınadı. O, var gücü ilə əsərək atıldı insanın üstünə. 

Və onun üzərindən gödəkçəni soyundurmağa çalışdı. 

Ênsan gödəkçəsini

özünə sıxdı, başını əydi və tarla boyunca öz yoluna davam etdi. 

Külək çox əsdi, lakin gödəkçəni, onun əynindən soyundura bilmədi. 

Tezliklə Külək yoruldu və utanaraq kənara çəkildi.

Günəşin növbəsi çatdı. Günəş gülümsəməyə başladı və isti şüalarını insanın

üzərinə saldı. 

Ênsan tər axana kimi yolunu davam edirdi. Bir qədər sonra o,

alnını sildi və gödəkçəsini yavaş-yavaş soyunmağa başladı. O, gödəkçəni

qolunun üstünə atdı və yoluna davam etdi. 

Beləliklə, Günəş və Külək kimin güclü olması haqda mübahisəni yoluna

qoydu. 

Êndi Külək anladı ki, isti təbəssüm dünyadakı bütün küləklərdən



güclüdür.

Bu, həyatda olduğu kimidir — isti təbəssüm çox şeyə qadirdir.



Kim güclüdür?

Yüklə 49,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə