Azərbaycan Respublikası Təhsil Nazirliyi
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Milli Aviasiya Akademiyası
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən
bəyənilmişdir
Direktor müavini____________H.M. Əliyev
“___”___________2016-cı il.
|
Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı “___”_______ 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)
|
“HİDROMETEOROLOGİYANIN TARİXİ VƏ METODOLOGİYASI”
FƏNNİNİN PROQRAMI
(magistratura səviyyəsi üçün)
İxtisas: 060507-Hidrometeorologiya
İxtisaslaşma: Aviasiya meteorologiyası
İxtisas kafedrası: Aviasiya meteorologiyası
Fənni tədris edən kafedra: Aviasiya meteorologiyası
Kurs: 1
Semestr: 1
Kredit sayı: 2
Fənnə ayrılan ümumi saatlar: 60 saat
Auditoriya saatlarının cəmi: 15 saat
o cümlədən:
Mühazirələr: 15 saat
Laboratoriya: -saat
Seminar, praktiki məşğələ: - saat
Magistrantın auditoriyadan kənar işi: - 45saat
BAKI – 2016
“Hidrometeorologiyanın tarixi və metodologiyası” fənninin proqramı
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
“31”avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
“_14_” __aprel__ 2016-cı ildə (protokol 131) MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur
(İxtisaslaşma – Aviasiya meteorologiyası)
Fənn proqramını tərtib edənlər:
“Aviasiya meteorologiyası” kafedrasının ргоfessoru, c.e.d., ________ R.N. Mahmudov
Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur
( “__”________2016-cı il tarixli iclas “__/__/__” №-li protokol)
Kafedra müdiri, t.e.d., professor____________ N.Ş.Hüseynov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında
müzakirə olunmuş və razılaşdırılmışdır.
( “____”____________2016-cı il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos.__________T.İ.Kərimli
Magistratura və doktorantura şöbəsinin müdiri, t.e.n., dos. __________ X.İ.Abdullayev
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında razılaşdırılmışdır.
( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof. _______________Ə.S.Səmədov
MÜNDƏRICAT
Giriş
-
Ümumi qaydalar
-
1.1. Fənnin tədrisinin məqsədi
-
1.2. Fənnin məsələləri
1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər
1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri
2. Fənnin məzmunu
2.1. Fənn üzrə saatların bölüşdürülməsi
2.2. Fənnin mövzular üzrə planı
2.3. Fənnin dərs növləri üzrə paylanması
2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi
2.3.2. Məşgələ dərslərinin mövzuları və həcmi
2.3.3. Magistarntın sərbəst işinin-referatının mövzuları və həcmi
3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat
3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı
GİRİŞ
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 “Hidrometeorologiya” ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.
Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.
Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.
1. Ümumi qaydalar
1.1. Fənnin tədrisinin məqsədi
““Hidrometeorologiyanın tarixi və metodologiyası” fənninin tədrisi 060507 “Hidrometeorologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlara hidrometeorologiyanın tarixindəki inkişaf mərhələlərinin xüsusiyyətləri, hidrometeoroloji tədqiqatların metodologiyası və s. haqqında ümumi nəzəri,praktiki biliklər verir və gələcəkdə öz elmi-tədqiqat,ə praktiki işlərində onlardan istifadə etməyə istiqamətləndirir.
1.2. Fənnin tədrisinin əsas vəzifəsi
Fənnin tədrisinin əsas vəzifəsi magistrantlar tərəfindən hidrometeorologiyanın tarixindəki inkişaf mərhələlərinin xüsusiyyətlərinin, hidrometeorologiyanın müxtəlif sahələrində metodoloji problemlərin həllinin və s. nəzəri və praktiki məsələlərdə istifadə edilməsinin əsaslarının mənimsədilməsindən ibarətdir.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində magistr tələbələr aşağıdakıları
bilməlidirlər:
-
Meteorologiyanın inkişaf tarixinin əsaslarını;
-
Hidrologiyanın inkişaf tarixinin əsaslarını;
-
Okeanologiyanın inkişaf tarixinin əsaslarını;
-
Hidrometeorologiyada müasir tədqiqatların metodologiyasının əsaslarını;
-
Azərbaycanda hidrometeorologiyanın inkişaf tarixinin əsaslarını.
bacarmalıdırlar:
-
Hidrometeorologiyanın inkişafının müxtəlif mərhələlərində istifadə olunmuş tədqiqat üsullarını təhlil etməyi;
-
Hidrometeorologiyanın metodologiyası prinsiplərindən istifadə etməklə bu sahənin inkişafında elmi-tədqiqatların rolunu təhlil etməyi.
1.4. Fənnin digər fənlərlə əlaqəsi
Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan ixtisas fənnlərin öyrənilməsində və magistr dissertasiyalarının hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.
-
Fənnin məzmunu
2.1. Fənn üzrə saatların bölüşdürülməsi
Hidrometeorologiya” ixtisasının (Hidrometeorologiya) tədris planına uyğun olaraq « Hidrometeorologiyanın tarixi və metodologiyası » fənni üzrə tədris yükü 15 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 15 saat mühazirəyə, ayrılmışdır. Magistrların müəllimin rəhbərliyi ilə sərbəst işi 30 saat təşkil edir. Buraya daxildir: sərbəst işlərin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işlər semestr üzrə ümumilikdə 10 balla qiymətləndirilir. Semestrin sonunda magistrantın fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir. Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmamışdır.
Fənn üzrə qalan 50 bal imtahana ayrılır.
Fənnin tədrisi tədris yükünün 1-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 2-dir.
2.2. Fənnin mövzular üzrə planı
№
|
Mövzunun adı
|
Cəmi
|
Müha-
zirə
|
Məşğələ
|
Laboratoriya
|
MSİ
|
Sİ**-nin yerinə yetirilməsi
|
1
|
Giriş. Kursun məqsəd və vəzifələri. Hidrometeorologiyanın tərkibinə daxil olan elmi istiqamətlərin təsnifatı. Hidrometeorologiya elminin yaranmasını və təkamülünü şərtləndirən amillər. Hidrometeorologiyanın inkişafında rolu olan elmi sahələr
|
2
|
2
|
|
|
3
|
2
|
2
|
Meteorologiyanın inkişaf tarixinin xüsusiyyətləri. Fizika elminin meteorologiya sahəsinin yaranmasında rolu. İlk meteoroloji cihazların atmosferin tədqiqində rolu. Meteorologiyanın müstəqil sahə kimi formalaşması mərhələsi. Meteoroloji müşahidə şəbəkəsinin yaradılmasının bu sahənin inkişafındakı rolu. Elmi-texniki tərəqqinin meteorologiyanın inkişafında rolu. Riyazi statistikanın, fiziki riyaziyyatın və riyazi modelləşdirmənin meteoroloji tədqiqatların inkişafında rolu. Meteorologiyanın təşəkkül tapmasında və inkişafında müstəsna rolu olmuş alimlər. Meteorologiyada elmi-tədqiqat sisteminin formalaşması istiqamətləri
|
2
|
2
|
|
|
2
|
2
|
3
|
Hidrologiyanın inkişaf tarixinin xüsusiyyətləri. Hidrologiya sahəsinin yranmasının əsas səbəbləri. İlk hidroloji ölçmə cihazlarının qurunun hidrologiyası sahəsində rolu. Hidrologiyanın müstəqil sahə kimi formalaşması mərhələsi. Hidroloji müşahidə şəbəkəsinin yaradılması. Elmi-texniki tərəqqinin qurunun hidrologiyasının inkişafında rolu. Riyazi statistikanın, fiziki riyaziyyatın və riyazi modelləşdirmənin hidroloji tədqiqatların inkişafında rolu. Qurunun hidrologiyasının təşəkkül tapmasında və inkişafında müstəsna rolu olmuş alimlər. Hidrologiyada elmi-tədqiqat sisteminin formalaşması istiqamətləri
|
2
|
2
|
|
|
2
|
2
|
4
|
Okeanologiyanın inkişaf tarixinin xüsusiyyətləri. Okeanologiya sahəsinin yaranmasının əsas səbələri. İlk okeanoloji cihazların okean və dənizlərin tədqiqində rolu. Okeanologiyanın müstəqil sahə kimi formalaşması mərhələsi. Okeanoloji müşahidə şəbəkəsinin yaradılması. Elmi-texniki tərəqqinin okeanologiyanın inkişafında rolu. Riyazi statistikanın, fiziki riyaziyyatın və riyazi modelləşdirmənin okeanoloji tədqiqatların inkişafında rolu. Okeanologiya elminin təşəkkül tapmasında və inkişafında müstəsna rolu olmuş alimlər. Okeanologiyada elmi-tədqiqat sisteminin formalaşması istiqamətləri
|
2
|
2
|
|
|
2
|
2
|
5
|
Azərbaycanda hidrometeorologiyanın inkişaf tarixi. Azərbaycanda meteoroloji, hidroloji, aqrometeoroloji müşahidə şəbəkəsinin formalaşmasının hidrometeorologiyanın inkişafında rolu. Hidrometeoroloji kadrların hazırlanması mərhələləri. Hidrometeorologiyada elmi-tədqiqat sisteminin formalaşması istiqamətləri. Azərbaycanda hidrometeorologiya elminin təşəkkül tapmasında və inkişafında müstəsna rolu olmuş alimlər. Azərbaycanda hidrometeoroloji xidmətin təşkilinin əsas mərhələləri.
|
2
|
2
|
|
|
3
|
1
|
6
|
Hidrometeoroloji tədqiqatların metodologiyasının inkişaf tarixi. Hidrometeoroloji cihazların və müşahidə məlumatlarının bu sahədə elim-tədqiqat sisteminin yaranmasında rolu. Hidrometeoroloji tədqiqatlarda cografi yanaşmanın rolu. Hidrometeoroloji tədqiqatlarda xəritələşdirmənin rolu. Fizikanın hidrometeoroloji tədqiqatlarda rolu. Riyazi statistikanın və fiziki riyaziyyatın hidrometeoroloji tədqiqatlarda rolu.
|
2
|
2
|
|
|
3
|
1
|
7
|
Hidrometeorologiyada müasir tədqiqatların metodoloji əsasları.
|
3
|
3
|
|
|
3
|
2
|
|
Cəmi
|
45
|
15
|
|
|
18
|
12
|
2.2.1. Mühazirə dərslərinin mövzuları və həcmi
№
|
Mövzunun adı
|
Auditor
saat
|
MSİ
(mühazirələrə hazırlıq)
|
1
|
Giriş
|
2
|
3
|
2
|
Meteorologiyanın inkişaf tarixinin xüsusiyyətləri
|
2
|
2
|
3
|
Hidrologiyanın inkişaf tarixinin xüsusiyyətləri
|
2
|
2
|
4
|
Okeanologiyanın inkişaf tarixinin xüsusiyyətləri
|
2
|
2
|
5
|
Azərbaycanda hidrometeorologiyanın inkişaf tarixi
|
2
|
3
|
6
|
Hidrometeoroloji tədqiqatların metodologiyasının inkişaf tarixi
|
2
|
3
|
7
|
Hidrometeorologiyada müasir tədqiqatların metodoloji əsasları
|
3
|
3
|
|
Cəmi
|
15
|
18
|
2.2.3. Sərbəst işlərin nümunəvi mövzuları
№
|
Mövzunun adı
|
|
1
|
Meteorologiyanın inkişafı tarixi
|
2
|
2
|
Hidrologiyanın inkişafı tarixi
|
2
|
3
|
Okeanologiyanın inkişafı tarixi
|
2
|
4
|
Havanın proqnozu üsullarının və onun hazırlanması metodologiyasının inkişaf tarixi
|
2
|
5
|
Hidrometeoroloji tədqiqatların metodologiyasının təkmilləşdirilməsi inkişafı tarixi
|
2
|
6
|
Atmosferdəki porseslərin aviasiya uçuşlarına təsirinin tədqiqinin metodologiyası
|
2
|
Referatların hər biri 20 balla qiymətləndirilir. Bunun 10 balı semestr ərzində magistrantın referatı hazırlama zamanı göstərdiyi bilik və bacarığa görə verilir. Buraya magistrantın mövzu ətrafında müxtəlif mənbələrdən istifadə bacarığı, mövzunu əhatə etməsi, referatın təqdimat formasının hazırlanması və s. daxildir. Qiymətləndirmə mərhələləri və onların balla qiymətləndirilməsi müəllim tərəfindən müəyyən edilir.
Referatlar 25-30 vərəq həcmində (şrift Times New Roman 14, interval 1,5) hazırlanır. Referatların təqdimat forması bir qayda olaraq kompyuterlərdə hazırlanır və 10 balla qiymətləndirilir
-
Fənn üzrə tədris-metodiki materiallar
3.1. Tövsiyə olunan ədəbiyyat
1) Hüseynov N.Ş. Sinoptik meteorologiya, Bakı, 2011, 316 s.
2) Paşayev A.M., Quliyev H.İ., Səfərov S.H. Atmosfer proseslərinin fiziki əsasları, Bakı, 2007, 418 s.
3) İmanov F.Ə. Hidrometeorologiyada statistik metodlar. Bakı, 2011, 272 s.
4) İmanov F.Ə. Hidroloji hesablamalar, Bakı, 2011, 264 s.
5) Mahmudov R.N. Hidroloji proqnozların əsasları (dərs vəsaiti), Bakı, 2002, 156 s.
6) Mahmudov R.N. Azərbaycanda hidrometeoroloji xidmət son üc əsrdə,Bakı,2007,219s.
7) Məmmədov M.Ə. İmanov F.Ə. Ümumi hidrologiya. Bakı, 2003, 230 s.
8) Səfərov S.H. Aqrometeorologiya. Bakı, Ziya, 2011, 264 s.
9) Белов П.Н. Численные методы прогноза погоды. - Л.: Гидрометеоиздат, 1975.
10) Гирс А.А. Методы долгосрочных прогнозов погоды. - Л.: Гидрометеоиздат, 1978.
11) Зверев А.С. Синоптическая метеорология: Учебник. Л.: Гидрометеоиздат, 1968.
12) Матвеев Л.Т. Курс общей метеорологии – Физика атмосферы, Л,: Гидрометиздат. 1984, 751 с.
3.2. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı
№
|
Adı
|
Mövzu planı üzrə mövzunun şifri
|
Miqdarı
|
1.
|
Slaydlar
|
|
Elektron
|
2.
|
Fənnin öyrənilməsinə dair metodiki göstərişlər
|
|
Elektron və çap nüsxəsi
|
Dostları ilə paylaş: |