Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

(c)  T



AM  YURISDIKSIYAYA  MALIK  OLAN  MƏHKƏMƏ  TƏRƏFINDƏN  IŞƏ  YENIDƏN 

BAXILMASI

 

85.  Yalnız  tam  yurisdiksiyaya  malik  olan  məhkəmə  6  §  1  Maddənin  mənasında 

"məhkəmə"  anlayışına  uyğun  gəlir  (

Beaumartin  Fransaya  qarşı

,  § 38).  Maddə  6  § 1 

məhkəmələrdən effektiv məhkəmə araşdırması tələb edir (

Obermeier Avstriyaya qarşı

, § 70). 

Məhkəmənin tam yurisdiksiyaya malik olması prinsipi tələb edir ki, məhkəmə öz məhkəmə 

funksiyasının hər hansı elementini yerinə yetirməkdən yayınmasın (



Chevrol Fransaya qarşı

§ 63). 



86.  Bu  cür  "məhkəmə"  qarşısına  çıxarılan  mübahisə  ilə  bağlı  bütün  faktiki  və  hüquqi 

məsələləri  araşdırmaq  üçün  tam  yurisdiksiyaya  malik  olmalıdır  (



Terra  Woningen  B.V. 

Hollandiyaya qarşı

, § 52). 

87.  Bununla  belə,  məhkəmələrin  faktların  qiymətləndirilməsi  ilə  bağlı  məhdud 

yurisdiksiyaya  malik  olduğu  qanunun  bəzi  ixtisaslaşmış  sahələri  (məsələn  şəhər  və  ölkə 

planlaşdırılması  sahəsində)  mövcuddur,  lakin  bu  işlər  üzrə  məhkəmələr  hadisələr  haqqında 

qanunsuz və ya məntiqsiz faktlara əsaslanan inzibati orqanların qərarını ləğv edə bilər. Daha 

geniş  mənada  bu,  inzibati  qərarlara  baxışın  hədləri  ilə  bağlı  məsələlər  qaldırır.  (

Bryan 

Birləşmiş Krallığa qarşı

, §§ 44-47; 



Crompton Birləşmiş Krallığa qarşı

, §§ 70-73). 

88.  Presedent  hüququnda  araşdırmanın  Konvensiyanın  məqsədləri  çərçivəsində  "tam 

yurisdiksiyaya"  malik  olan  orqan  tərəfindən  aparılıb-aparılmadığını  müəyyən  etmək  üçün 

konkret meyarlar müəyyən edilmişdir (



Sigma Radio Television Ltd Kiprə qarşı

, §§ 151-157). 

Beləliklə,  sözügedən  məhkəmə  orqanının  yetərli  araşdırma  aparıb-aparmadığını  müəyyən 

etmək üçün aşağıdakı üç meyar birlikdə nəzərə alınmalıdır: 

-  barəsində şikayət verilən qərarın predmeti

  inzibati qərar sadə fakt məsələsi ilə bağlıdırsa, məhkəmə araşdırması, xüsusi 



texniki  biliklər  tələb  edən  ixtisas  sahəsi  ilə  bağlı  qərarla  müqayisədə  daha 

dərin olmalıdır; 

  Avropada  mövcud  olan  sistemlər  adətən  məhkəmələrin  faktiki  məsələlərə 



yenidən  baxmaq  səlahiyyətini  məhdudlaşdırır,  bununla  belə  məhkəmələri 

müxtəlif  əsaslara  görə  qərarları  ləğv  etmək  hüququndan  məhrum  etmir. 

Presedent hüququ bu məsələni şübhə altına qoymur. 

-  Həmin  qərarın  çıxarılma  qaydası:  sözügedən  inzibati  orqan  qarşısında  hansı 

prosessual təminatlar olmuşdur? 

  əgər ərizəçi ilkin inzibati icraat ərzində 6-cı Maddənin tələblərinin bir çoxunu 



qarşılayan prossesual təminatlardan yararlanıbsa, bu hal sonrakı daha yüngül 

məhkəmə  nəzarətinə  bəraət  qazandıra  bilər  (



Bryan  Birləşmiş  Krallığa  qarşı

§§ 46-47; 



Holding və Barnes plc Birləşmiş Krallığa qarşı

 (qərardad)). 

-  Şikayətin arzu edilən və faktiki əsasları daxil olmaqla, mübahisənin məzmunu (

Bryan 

Birləşmiş Krallığa qarşı

, § 45): 

  qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç 



biri  rədd  edilmədən  və  rədd  edildiyi  halda  dəqiq  səbəblər  təqdim  edilməklə 

araşdırılmalıdır.  Faktlara  gəldikdə  isə,  məhkəmə  ərizəçinin  məhkəmə  işində  



əhəmiyyətli  olan  faktları  yenidən  araşdırmaq  səlahiyyətinə  malik  olmalıdır. 

Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli 

sürürsə,  o,  sonradan  məhkəməni  faktlar  haqqında  qərar  çıxarmadığı  üçün  

tənqid edə bilməz (



Potocka və digərləri Polşaya qarşı

, § 57).  

 

89.  Məsələn, məhkəmənin qarşısındakı mübahisənin həll olunması üçün əhəmiyyət kəsb 



edən  müəyyən  faktiki  məsələlərə  dair  qərar  verməkdən  imtina  etməsi,  6  §  1  Maddənin 

pozulmasına  səbəb  ola  bilər  (



Terra  Woningen  B.V.  Hollandiyaya  qarşı

,  §§ 53-55).  Əgər 

22/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

məhkəmə mübahisənin mahiyyətində duran əsas məsələ haqqında qərar vermək səlahiyyətinə 



malik deyilsə də eyni hal tətbiq olunur (

Tsfayo Birləşmiş Krallığa qarşı

§ 48). Bu cür hallarda

məhkəmə işinin nəticəsi baxımından həlledici olan məsələ müstəqil məhkəmə  yoxlamasına 

məruz qalmır. 

90.  Apellyasiya  şikayətinin  əsasları  uyğun  hesab  edilərsə,  nəzarəti  həyata  keçirən 

məhkəmə haqqında etiraz edilən qərarı ləğv etmək və yeni qərar vermək ya da iş üzrə qərarın 

çıxarılması üçün onu eyni və ya fərqli orqana geri qaytarmaq səlahiyyətinə malik olmalıdır 

(

Kingsley Birləşmiş Krallığa qarşı

 [BP], §§ 32, 34). 

91.  İnzibati orqan tərəfindən faktlar 6 § 1 Maddənin əksər tələblərinə cavab verən kvazi-

məhkəmə proseduru nəticəsində müəyyən edildikdə, bu şəkildə müəyyən edilən faktlar və ya 

inzibati orqanın bu faktlardan gəldiyi nəticələrlə bağlı hır hansı bir etiraz olmadıqda və hakim 

tərəfin bütün digər arqumentlərini hərtərəfli araşdırdıqda, apellyasiya məhkəməsi tərəfindən 

həyata keçirilən baxışın əhatə dairəsinin 6 § 1 maddəsi baxımından kafi olduğu qəbul edilir 

(

Bryan Birləşmiş Krallığa qarşı

, §§ 44-47). 

 

92.  Aşağıda “tam yurisdiksiyaya malik olmayan” məhkəmə orqanlarına dair nümunələr 



göstərilib: 

-  yalnız  inzibati  orqanlar  tərəfindən  istifadə  edilən  diskresion  səlahiyyətin  qanunun 

məqsəd  və  məramına  uyğun  şəkildə  istifadə  olunub-olunmadığını  müəyyən  etməyə 

səlahiyyətləndirilmiş inzibati məhkəmə (



Obermeier Avstriyaya qarşı

, § 70); 

-  verilən  cəzanın  yanlış  davranışla  mütənasib  olub-olmadığını  qiymətləndirmək 

səlahiyyətinə  malik  olmadan,  peşə  assosiasiyalarının  intizam  bölmələrinin 

qərarlarından  hüquqi  məsələlərlə  bağlı  verilən  şikayətə  baxan  məhkəmə  (

Diennet 

Fransaya qarşı

, § 34, tibbi assosiyasiya kontekstində 



Merigaud Fransaya qarşı

, § 69, 


topoqraflar dərnəyi kontekstində); 

-  iş  üzrə  bütün  müvafiq  faktları  araşdırmadan,  barəsində  şikayət  verilən  məhkəmə 

proseslərinin  yalnız  Konstitusiyaya  uyğunluğu  baxımından  tədqiq  edə  bilən 

Konstitusiya Məhkəməsi (



Zumtobel Avstriyaya qarşı

, §§ 29-30); 

-  Conseil d’Etat (Dövlət Şurası) - öz presedent hüququna uyğun olaraq, müqavilələrin 

tətbiq  oluna  bilinməsi  ilə  əlaqədar  qarşısına  qoyulan  məsələnin  həlli  zamanı  xarici 

icra hakimiyyətinin nümayəndəsi olan nazirin rəyinə (onu tərəflərin tənqidinə və ya 

müzakirəsinə  vermədən)  əməl  etməli  idi.  Məhkəmə  araşdırmasının  nəticəsinə 

həlledici  təsiri  olan  nazirin  məhkəmə  prosesində  iştirakı  ərizəçi  tərəfindən 

mübahisələndirilə bilməzdi; bundan əlavə, ərizəçiyə nazirin tövsiyəsi ilə bağlı şəxsi 

rəyini təqdim etmək imkanı verilməmişdir (

Chevrol Fransaya qarşı

, §§ 81-82). 

 

93.  Əksi olaraq: 





Chaudet  Fransaya  qarşı

:  Conseil  d’État  (Dövlət  Şurası)  məhkəmə  işinə  birinci  və 

sonuncu instansiya məhkəməsi olaraq baxmışdır. Conseil d’Etat "tam yurisdiksiyaya

malik  deyildi,  malik  olsaydı  mülki  aviasiyanın  tibbi  heyətinin  qərarını  əvəz  edə 

biləcək  qərar  çıxara  bilərdi.  Bununla  belə,  işin  materiallarından  görünürdü  ki,  o, 

ərizəçi  tərəfindən  faktiki  və  hüquqi  əsaslara  görə  irəli  sürülən  bütün  arqumentləri 

nəzərdən  keçirmişdir  və  tərəflərin  onun  qarşısında  müzakirə  etdiyi  bütün  tibbi 

hesabatların  nəticələrini  nəzərə  alaraq,  tibbi  qovluqdakı  bütün  dəlilləri 

dəyərləndirmişdir.  Məhkəmə  buna  görə,  ərizəçinin  məhkəmə  işinə  6  § 1  Maddənin 

tələblərinə uyğun olaraq baxıldığı barədə qərar çıxarmışdır (§§ 37-38); 





Zumtobel  Avstriyaya  qarşı

:  Məhkəmə  qərara  aldı  ki,  Avstriya  İnzibati  Məhkəməsi 

müstəsna  olaraq  inzibati  orqanların  diskresion  səlahiyyətinə  daxil  edilməyən 

məsələləri  həll  edərək,  eləcə  də  zəruri  cavabları  vermək  və  ya  müxtəlif  faktları 

23/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə