Gül Gülə Gülər-2012 Toplayan-Bey Hadi GÜl güLƏ GÜLƏR



Yüklə 35,56 Kb.
tarix26.09.2017
ölçüsü35,56 Kb.
#1937

Gül Gülə Gülər-2012 Toplayan-Bey Hadi




GÜL GÜLƏ GÜLƏR
Toplayan:

Bey Hadi
Tebriz-Turuz-9-2012


01-Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür. Dostu yaxınlaşıb soruşur?
-Nəyə gülürsən?
-Heç! Mən həmişə öz-özümə gülməcə deyib gülürəm. Ama bu birini heç eşitməmişdim
02-Molla Nəsrəddinin oğlu yanına gəlib deyir:Ata yuxuda sən mənə bir dinar pul vermisən.Mola Nəsrəddin cavab verir:Bir oğul kimi səndən çox razıyam oğul,odur ki,verdiyim o dinarı geri almaq fikrində deyiləm

03-orucunan neylisiz.-vallah elə azannan azana yiyirik, acandan-acana!. -bəh-bəh nə gözəl.

04 -bağışlayın siz oruşsuz. -xeyir , mən orcdeyiləm, mənim qardaşım orucdu , amma mənə çok okşar , hammıdiyirbəki mən orucam


-5-kishinin arvadi normalda telefonla 2-3 saatdan az danishmirmish. Bir axsham yene telefon zeng edir. Arvad goturur yarim saatdan sonra yere qoyur.
Kishi sorushur:
--Xeyir ola bele tez desteyi asdin?
--Hech, sehv dushmushdu.
06 -MameD arvadına deyir :
-Siz qadinlar heyvanat aləminə minnətdar olmalısınız.
-Necə ? Başa düşmədim...
-Tülkü sizə palto üçün , timsah çantanız üçün, ilan ayaqqabı üçün dəri verir. Axırda da bir eşşək tapılır ki, bütün bunların pulunu verir..
07 -Molla və tülkü...
İki tülkü bir kəndə girir. Kendin kənarında mollanın evi varmış. Birinci tülkü deyir: Mollanın toyuqları qorumasızdır, gəl bir neçəsini alıb qaçalım.
İkinci tülkü: Yox, yox, sən ağlını mı qaçırdın?
Birinci: Niyə?
İkinci tülkü: Ay ağılsız molla bilsə, onun toyuqlarını biz tülkülər yemişik, bir fətva çıxarıb ətimizi halal edər. İnsanlar saldırıb nəslimizi kəsərlər. Mollanın

08 -orucunan neynisiz. -vallah elə azannan azana yiyirik.-acandan-acana,bəh-bəh nə gözəl
09 -Təbrizdə bir arabanın cam yazısı : sən mənə baxma, yavaş get

10 -dədə oğula -oğul nə düzəldirsən.
-dədə, palçıqla oynuram.
-olsun, nə düzəldirsən.
-məktəb.
-məəllimidə olcaq.
-palçığım çatsa (olacaq).


11 -biri yoldaşından soruşur.
-neylisən.
-yoldaşıma kağaz yazıram.
-adresi varındı?.
-yazıram göndərsin.


12 -biri deyir. -istirəm bir arvad alam ki, yalnız oğlan doğsun.
o biri deyir -sən bir ananın qızın al ki, yalnız oğlan doğub.


13 -ağıldı bilimdi, ölçülə bilir, dəlilik ağılsızlıq, ölçü nə bilir.

14 -bir qadın uşağı döhdürə götürür.
-bu uşağın nəyidir.
döhdür yoxlayandan son.
-xanım bu uşağın yeməyi azdır, soyunun. döhdür qadını yoxlayıb belə deyir.
-xanım sütüz azdır.
qadın
-döhdür mən uşağın xalasıyam.


15 -bir nəqqaş tələsik duvarı rəhlirdi.
soruşdular ki
-nədən belə tələsirsin.
dedi.-qorxuram boya qurtula, işim yarımçılıq qala.


16 -biri dosduna bir söz danışır deyir ki kimsəyə deməsin. ertəsi gün.
birinci -gədə sənə deməmişdim ki ona (bir başqasına) demə.
ikinci-bəs mən ona demişdim ki sənə deməsin.
birinci -ona dedim ki sənə demiyəcağam.


17 -molladan sorşulur. -ilin hançı çağı yaxşıdır.
molla-toxlara hammısı yaxşıdır, aclara hammısı pisdir.


18 -bir yolçu isti əlindən qaçıb, eşşəyin kölgəsinə sığınır.
orda keçən xan bu kişini görüb sorurki -necəsən.
yolçu -xan sağolsun, sizin kölgəzdə yaxcıyam.


19 -xəsdə deyirə döhdür -döhdür, nəqqədər şansım düzələm?.
döhdür -vallah saya (amar) göstərdiyinə görə, bu xəstəlikdə itgi ona birdir. mənim doqquz xəsdəmdən indiyə dək biri ölübdür, pəs demək ki sizə heç bir qorxu yoxdur.


20 -kişiyə hər yaşda evlənmək uyqundur
-gənclikdə sevgidir.
-ort yaşda dosd.
-yaşlılıqda baxıcı (ners).


21-biri evlənir özün tapsın, biri boşanır özünə çatsın.

22-iki kişi danışırlar. -bu arvad daha lap məni təngitdi (zara gətirdi). səhər axşam pul ver pul ver.
ikinci kişi -axi nəcə yaı ver ver. bu pulları neylir.
birinci kişi -vallah bilmirəm ki, indiyə can ki hələ bir şey verməmişəm.


23 -bir xanımın ekiz uşağı olur. qeynanasi gəlir yoluğuna (əyadətinə).
gəlin deyr ki-uşaqlar birbirinə nə oxşurlar.
qeynanada deyirki -hə balam. illah bu sağdaki çox oçşur ta soldaki.


24 -yerkökünün faydası. uşaq gözlüklu dədəsinə deyir -yerkökü gözü gücləndirər, sizində gözlügə gəriyi olmaz..
dədəsi soruşur ki -oğul bunu hardan deyirsən.
uşaq belə cəvab verir -dovşanlara baxın. hansısın gözlügü var.


25-bir hirsli subay gənc, dəli sayılır, həmən gənc evlənən sonra, evli sayılır.

26 -usda ösdədən soruşur. -oğul nədən qışda günlər qıssalır.
ösdə usdaya belə dönür. -istidə hər nə uzanar, soyuğda qıssalar.


27 -arvad ərinə -nə oleydi ki, tarım məni bu kitabların birinə çevireydi, ta həmməşə mənə bağeydin.
əri arvada -tarı səni bir təqvimə çevirsin, ta ildə dəğişə bilə.


28 -biri molladan soruşur.
-itdərin cummasına düşdüm nə edim.
molla -tez ''kəlbəhüm'' ayəsini oxu. amma ehtiyatıda əldən buaxma, bir çubuğ özünlə götür, bəlkə it ərəbi bilmədi.


29 -bir gənc maşın sürür, bir əli sükanda, bir əlidə qızın boynunda idi. bunları bir polis görüb deyirki -dədəm iki əlli yapış. -oğlan çönüb deyir ki -bəs onda maşını necə sürüm.

30 -biri mollanın qapısın döğür.
molla soruşur -kimsən.
döğən -tarı qonağı.
molla deyir -tarının evi bir az yuxarıda, beşinci qapıdı.


31-qoşunda bir saldata, cürətinə görə ənam vermədə.
jenral sorur -saldat, ənam olaraq bir midal istirsən, ya yüz dollar.
saldat -bazarda midal neçədir.
jenral -beş dollar.
saldat -onda, lüf edib bir midalla, qoxsan beş dolar nəğd verin.


32 -qazi suçluya -sən necə qıydın bu adam ki sənə belə inanırdı, başına börk qoyasan.
suçlu -axi sən de görüm, mən necə eliyə billəm, mənə inamayanın başına börk qoyam.


33 -biri qucağında bir hunduşqa ilə küçədən keçirdi. baş bari sorur -bu eşşəyinən hara gedirsən.
-bu eşşək deyil, hunduşqadır.
-sənlə deyiləm, hunduşqaynanam.


34 -alıcı satıcıya -əmir xiyar neçədi.
satıcı -kilosu on tümən.
alıcı -çox bahadır.
satıcı-yox bala, biz ucuz xiyarları eşşəyə veririk.


35 -bir kor evlənir, yoldaşı gəlir görüşünə. deyir -tarı qorusun, xanımın ''gül'' kimidir.
kor -məndə elə hiss edirəm.
yoldaşı-sən necə onu hiss edə bilirsin.
kor -''tikan'' larından.


36 -bir ata oğluna öğüd verirdi -oğul onunla nə işin var, niyə ayaq qoyursan quyruğuna.
oğul -dədəm, onun quyruğu hər yandadır. sən ona de, quyruğun mənim ayağ altımdan çəksin.


37 -məçiddə bir oğlana deyilir -olan bəs bu tay keşik corablar nədir.
-vallah özümdə matam, elə evdədə bir cüt beləsi varımdı.


38 -axmaq olarda, amma belədə yox.
öğrəncinin sorağa verən cavabı.
öğrətmən -ibrahimin uşaqlarının, yani ismayılla ishaqın dədələri kimdir?.
öğrənci -xəlil !!!!.-


39 -boşçu boşluya -hələ ki o borcuvu yaddan çıxarmamısan.
boşlu -hələ yox, bir azda döz.


40 -ədəbdən uzarqdır ki özgə qabağında əlin cibdı ola!, fərq eləməz ki öz cibindi, ya özgənin.

41 -kiraçı kirakeşindən – balam bəs kiravı haçan verəcaqsın. Havax istirə, deyirsən huquq alanda.
-inşallah qoy iş tapım.


42 -bir xanım ərinə qızıl aldırmaq istirdi, alınmırdı. Bu xanım yoldaşınada ərindən dilənirdi. Bir gϋn bu iki xanım ucraşarlar (raslaşarlar), -hən nə gözəl qızıllar aldıtmısan, yəqin əri fikri dəğişdirmisən. o biri deyir – yox canım ərimi dəğşdim.

43 -iki çeri birbirinə ϋz bə ϋz çıxırlar (ucraşarlar.raslaşarlar).
biri – dadaş qoy mən arazdan keçim.
o biri – olsun, amma bir bir.


44 -iki arvadlıynan bir arvadlının, cϋtϋnϋndə bir arvadı artıqdır.

45 -bir adaxlı qız, cibhədə olan adaxlısına yazır. – sevgilim gözlədyənmədim, dədəvinən evləndim, nənən qurban.

46 -yenicə tanışlar.
-əzizim de görϋm sənin ilk eşqin mənəm.
-əlbətdə ki səsən. amma qalmışam ki nədən hammı kişilər bunu soğuşurlar.


47 -diskodan çıxan qız oğlan.
-biz niyə evlənmirik.
-bizinən kim evlənəcək.


48 -yemək çağı
-pulluya acanda.
-yoxsula tapandadır


49 -iki yazıçı.
-ustad verdiyim yazıya baxdınız.
baxdım. Çox gözəl. amma , olsun ki bir yerlərin, axmaq oxucular qanmasın.
-haxlısız. Hayanı qanmadız, altın cızın.


50 -onun ki birdana yarağı (əsləhəsi) var, quldur sayılır.
onun ki minləri var, qarabəy (xan, hakim) tanınır.


51 -əri yenicə ölmüş bir arvadın dilənci.
-yaş qalınca ərimin qəbir toprağı, and içmişəm, evlənmiyəcəm, onu qurudmaq üçün, hər təhər desəz yelləcəm.


52 -kişi arvadından soruşur.
neçə uşaq istirsən.
-dörd.
-nədən?.
-çϋnki deyillər, yer ϋzϋndə doğulan uşaqların beşdə biri çinlidir.


-53 -dəlilər-boş hovuz.
həkim beşdənə dəiyə dedi.
-yallah beşizdən dϋşϋn hovuza ϋzϋn.
dəlilərdən dördϋ girib hovuzda çabalamağa başladılar. lırdılar. Həkim beşinci dəliyə dedi – han. Elə bil ki sən dϋzəlmisən.
dəli – həkimbəy, çox bağışlayın, axı mən ϋzmək başarmıram.


-54 -bir biləgən (alim), bir zalim xanın qulluğunda oturmuşdu.
xan – ey biləgən, nədən susub danışmırsan.
-vallah nə deyim, dϋzϋn desəm, sizdən qorxuram, yalan desəm tarıdan. nə yaxcı ki susub durum.


-55 -iki qonşu.
birinci -nədən gilayəsən, niyə deyinisən.
ikinci -deyinmiyim neyniyim. Beş qızım var bir kϋrəkənim.
birinci – mənim bu yöndən gileyim yoxdur, bir qızım var beş kϋrəkənim.


-56 -heş zad
usda – oğul ‘’heşzad’’ neçə bölϋkdϋr.
-iki bölϋk ‘’ heş-zad’’
-bir bölϋyϋn götϋr, ne qalar.
-qalar ‘zad’
-ikincisin götϋr, nə qalar.
-heş zad


-57 -bir xan şəhərin qiymətlərin nə yerdə olduğun yoxlamağ ϋçϋn, geyimin dəğişir, kəndi çıxır kϋçə bazaragəzişməyə. bir qəhvə xanbıya keçir. Yumurta çörək yeyir. Sandığa keçir, yumurtanın qiymətindən şaşır. Qəhvəçidən soruşur – sizin şəhərdə yumurta bir belə tapılmıyan şeydir.
Qəhvəçi deyir – yumurt yox, burda xan az tapılandı.


-58 -gecə gözündə,bir yolçu qoca, yol üstü bir evə düşür. ev yiyəsi yemək yemişdi, qonağıda yemiş sanır. qocuya çox yumuşaq yorqan döşək saldırır, yatırlar. qoca neylir, acından yatanmır, hey dəbərcələnib qurcalanır. sonu ev yiyəsin çağırır ki, ay balam mən bir yoxsul qocayam, bu yumuşaq yorqan döşək mənim canımı ağrıdır. iki çörək verin mənə, bir yastığ eləyib, birində yumşaq yorqan edib, üstümə sarıb yatım, böyləcə sizdə dinc, məndə dinc olaram.

60 -evlənmə
evlənənləri biri səfeh, biri ağıllı görür.
amma ikisidə yanlışdırlar, çünki ''səfehlik-ağıllılığın'' arvadla nər dəxli.


61 -bir kor xiyavan qırağında oturmuş, yanındada belə bir yazı bıraxmışdı. -mən, anadan doğma koram. ama heç kim bir köməklik eləmir. yoldan keçən biri, korun yazısın beləsinə dəğişir. -''siz əzizlər bu yaz günün görürsünüz, amma ki mən…''
axşam işdən dönən baş, kora baş çəkir, onu çox sevincili görür, korun dəxili keçən günlərdən qat qat çox olmuşdurü. demək ki, bu gün yazın ən gözəl günlərindən biriydi.

62-Polis 1 maşını saxlayır və sürücüyə deyir:


-Siz ilk adamsız ki bu yolu qaydanı pozmadan keçdiniz...təbrik edirəm bu da sizə 100 manat hədiyyə...
-ooo çox sağolun indi o pula özümə sürücülük vəsiqəsi alaram
-nə? sizin vəsiqəniz yoxdu? bu anda arvadı deyir:
-cənab polis, fikir verməyin o sərxoşdu, nə danışdığını bilmir!
... -nə? sərxoşdu?? siz nə danışırsız? bu anda qaynana səslənir:
-alçağ!! sənə demişdim axı bu oğurlanmış maşınınla heç yerə gedib çıxa bilmərsən!!!
-nəəəəəəə??? oğurlanmış maşın?? başıvıza hava gəlib?? bu anda baqajnikdən səs gəlir:
-eeeee nooldueee hələ sərhəddi keçməmişik??? :))))

63 -oğul oruc tutmursan tutma, daha nə üçün obaşdan durursan?
oğul: müsülmançılıqdıda!.... namaz qılmıram, oruc tutmuram, obaşdanda durmurum, elə yerli dibli, bir dəfəlik kafər olda de.


64 -bir pullu kişi vəsiyyətsiz ölür. arvadı istir ki kişidən qalan sovğanın hamısın özü höpürdətsin. belə bir kələk işləyir.
onların məhəllələrində bir pinçi tanışı varıdı ki, ərinə çox oxşayırdı. arvad tələsik gedib pinəçiyə olanı danışıb, artığı ondan istəyir ki əgər, sovğanı qapsamaqda biləsinə kömək eləsə, samballı bir para verəcək. pinəçi onur (qəbul edir, razı olur).
arvad pinəçinin üz gözün basırıb, ərinin döşəyində yatızdırır, ərinin ölüsündə bir yerdə gizlədib, qaçır mullaya ki, ərim ölüm ayağındadır, səni çağırır. mollanı götürüb, yol üstü bir iki kişidə tanıq kimi götürüb evə tələsir. gəlirlər pinəçinin başı üstünə. pinəçi, ərin səsin yansıdıb, zarıldıya zarıldıya belə deyir. -ay molla, daha mən ölürəm, son nəfəslərimdir, çün arvadımı çox sevirəm, malımın yarsın ona bağışlayıram, yarısının beşdə birin sənə, ki bir ömür tanrının savçısı olmusan, qalan beşdə dördündə, bizim o pinəçi qonşumuza, ki həm qocadır, həmdə yoxsul, bir sürüdə çoluğ cocuğu varıdır' verdim. bəlkə allah mənim günahlarımdan keçdi. elə bu sözləri deyib artıq susub gözlərin axdırır. arvad görür ki bir söz desə, işin üstü açılıb, o yarısıda ona yetişməyəkdi, əlacsız qalıb bir söz daha deyənmir………..vəsiyyətdə böyləsinə işə keçir.


65 -birisi (bir nəfər) yoldan keçən birini saxlır deyir -mən sizi urmuda görmüşəm.
obiri-mən indiyə dək urmuya gedməmişəm.
-necə olur, məndə heç gedməmişəm. onda, hətməmən iki ayrı adam birbirini urmuda görüblər.


67 -günlərin bir günü, bir tiryək çəkmək istəyib, edib bir otçudan alıb çəkir. gedir hamama. hamamda düşünür ki' ədə! bu tiryək heç etgi görsətmir axı. lüt çıxır gedir otçunun yanınada deyir -dədə, bu sənin bu zadın nəşə vermir axı.
otçu -qoca! neşə verməsədə, səni anadan doğmuş lüt cocuğ kimi buraxıb.


68-əgər mən sənin arvadın olsaydım, səni damdan atardım yerə.
-mən səndən qabağ atılardım.


69-şirə təği ölmüşdür, verən bildirisində (e'lamiyyə) doslarının adı çəkilmişdir -neyləbəkçilər-bafırçılar-mənqəlillər-çotluluar-neşçilər-hoqaçılar-xumaroğulları, bir başaları…


Yüklə 35,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə