Gülarə Abdullayeva



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,85 Mb.
#76539


                                                                                                                

Gülarə Abdullayeva 

                                                                                                                 AMİ-nin Şəki filialı, 

                                                                                                        filologiya  üzrə  fəlsəfə  doktoru,                 

dosent 

 

 

Sintaksisin tədrisində  

yeni təlim texnologiyalarından istifadə 

 

 

Açar  sözlər:  sintaksis,  söz  birləşməsi,  tabeli  mürəkkəb  cümlə,  baş  cümlə, 

budaq cümlə.  



Ключевые  слова:  синтаксис,  сложноподчиненное  предложение, 

главное предложение, придаточное предложение, словосочетание. 



Key words: sintax, word combinations, complex sentence,  principal clause 

of sentence, subordinate claise of sentence. 



Mövzunun  aktuallığı.  Son  dövrlərdə  ölkəmizdə  təhsil  sahəsində  aparılan 

islahatlar, həyata keçirilən dövlət proqramları  tədris prosesinin keyfiyyətinin daha 

da yaxşılaşdırılmasına münbit şərait yaradır.  Təhsilin maddi bazasında, təhsil və 

tərbiyə  işinin  məzmununda,  metodikasında,    müəllim-şagird  münasibətlərində, 

idarəetmədə  böyük  dəyişiklik  baş  verir.  Azərbaycanda  təhsil    islahatının  əsas 

prinsipləri 

demokratikləşdirmə, 

humanistləşdirmə, 

diferensiallaşdırma, 

fərdiləşdirmə,  inteqrasiya  və  humanitarlaşdırmadır.  Bunlar  şagirdin,  hər  şeydən 

əvvəl,  bir  şəxsiyyət    kimi  formalaşması  və  hərtərəfli  inkişafının    həllinə 

yönəlmişdir. Qeyd olunanların  səmərəli həlli üçün təlim prosesinə daim diqqətlə 

yanaşmaq,  qabaqcıl  dövlətlərin  təcrübəsindən  istifadə  etmək  bu  gün  diqqət 

mərkəzində duran məsələlərdəndir.  

Tədris  prosesində  qabaqcıl  pedaqoji  texnologiyalardan  istifadə,  interaktiv 

təlim metodlarının tətbiqi müəllimin işini asanlaşdırmaqla bərabər,  fənnə marağın  

artmasına, təlim prosesinin daha da inkişaf etməsinə səbəb olur. 

 

Texnologiyalardan  səmərəli  istifadə  etməklə    sistemin  bütün 



elementlərini öyrətmək,  təlim prosesini layihələşdirmək mümkündür.  

Ənənəvi  təlim  metodları  ilə  yanaşı,  yeni  metodlardan    isifadə,  pedaqoji 

texnologiyaların  tətbiqi    öyrənənlərin    dərsdə  passivliyinin  qarşısını  alır,  şüurlu 

mənimsəməyə  şərait  yaradır.  Nəticədə,  təlim  prosesi  öyrənəndə  fəallığı,  məntiqi 




düşünməyi,  ətrafdakı  şeylərə  və  hadisələrə  tənqidi  yanaşmağı,  müstəqil  bilik 

almağı, fərdi inkişaf etmək bacarığını tərbiyə edir.  Bir sözlə, tədris prosesində yeni 

pedaqoji  texnologiyaları    məqsədəuyğun  və  kompleks  şəkildə  tətbiq  etməklə  

təhsilalanın    hərtərəfli  şəxsiyyət  kimi  inkişaf  etməsinə,  daha  yüksək  uğurlar 

qazanmağa  nail  olmaq  mümkündür.    Bu  zaman  məqsədə  və  təlimin  məzmununa 

uyğun  seçim  etmək  əsas  şərtdir.  Şəxsiyyətyönümlü-inkişafetdirici  pedaqoji 

texnologiyalardan  olan  əməkdaşlıqla  təlim  texnologiyası,    layihələr  metodu  ilə 

təlim texnologiyası,  modulla təlim texnologiyası hazırda daha çox istifadə olunan 

texnologiyalardandır. (8, səh. 53) 

İnteraktiv təlim metodları, yeni pedaqoji texnologiyalar digər fənlərdə olduğu kimi,  

Azərbaycan  dilinin,  o  cümlədən  sintaksisin  tədrisi  prosesində  də    müsbət  nəticə 

verir.  Bu  vasitələr  təkcə  orta  ümumtəhsil  müəssisələrində  deyil,  ali  məktəbdə  də 

tətbiq edilməlidir. 

Ana  dilini  yaxşı  bilmədən  tədrisi  bu  dildə  aparılan  bütün  digər  fənləri 

mənimsəmək    qeyri-mümkündür.  Ona  görə  də  istər  orta,  istər  ali  məktəbdə 

Azərbaycan  dilinin  incəliklərini  öyrədən  müəllim  öz  məsuliyyətini  dərk  etməli, 

işinə  həssas  və  diqqətli  yanaşmalıdır.  Hər  hansı  bir    mövzunu  öyrədərkən  iki 

məsələ  xüsusi  olaraq  diqqət  mərkəzində  saxlanılmalıdır:  1.  Mövzu  ilə  bağlı 

müfəssəl,  əhatəli  elmi  biliyə  malik  olmaq,  2.  Mövzunu  mənimsətmək,  məqsədə 

nail  olmaq  üçün  metod.  priyom,  texnologiyaları  düzgün  seçmək,  yerli-yerində 

istifadə  etmək.  Bu  şərtlər  ödəndiyi  halda  dərsin  keyfiyyətindən  və  məqsədə  nail 

olmaqdan danışıla bilər. 

Qrammatikanın  bir  şöbəsi  olan  sintaksis  daha  mürəkkəb  dil  vahidlərini 

öyrənən  bir  şöbə  kimi,  dilin  mənimsənilməsində,  həmçinin  nitqin  düzgün 

formalaşmasında mühüm  əhəmiyyət kəsb edir. Bu da müəllimdən şöbənin tədrisi 

zamanı  daha  çox  diqqət  və  peşəkarlıq  tələb  edir.  Yeni  texnologiyalardan  dərs 

prosesində  səmərəli  istifadə  müəllimin  bu  prosesdə  işini  bir  qədər  asanlaşdırır. 

Sintaksis  şöbəsindən  bir  mövzunun  tədrisi  üzərində  dayanmaqla  fikrimizi  izah 

edək: 



Sintaksis şöbəsində öyrədilən mövzulardan biri “Tabeli mürəkkəb cümlələr” 

mövzusudur.  Ali  məktəbdə  bu  mövzu  üzrə  mühazirə  və  seminar  məşğələsi 

keçirilir. Müəllim mühazirədə mövzu üzrə lazımi məlumatları çatdırmalı, seminar 

məşğələsində  onun nə dərəcədə mənimsənilməsini yoxlamalıdır. Əvvəllər ənənəvi 

olaraq müəllim auditoriyada mühazirə oxuyur, öyrənənlər isə dərsdə passiv olaraq 

–  dinləyici  kimi  iştirak  edirdilər.  Lakin  təcrübə  göstərir  ki,  bu  cür  mühazirələr 

yorucu  və  maraqsız  olur.  Mühazirə  mətni  əvvəldən    hazırlanıb  tələbələrə 

verildikdə,  tələbələr  mühazirəyə  girməzdən  əvvəl  mövzu  ilə  tanış  olduqda  dərs 

daha  maraqlı  olur.  Bu  zaman  öyrənən  tərəf  mövzu  haqqında  məlumat  əldə  edir, 

nəyi  öyrənəcəklərini  dəqiqləşdirir,  nəyi  öyrənmək  istədiklərini  müəyyənləşdirir, 

mühazirə  yalnız  müəllimin  aktivliyi  ilə  deyil,  hər  iki  tərəfin  iştirakı  ilə  qurulur. 

Mühazirə  mətni  əvvəldən  təqdim  edildiyindən,    müəllim  mühazirədə  problem 

situasiya  yaratmaqla,  bəzi  məsələlərin  araşdırılmasını,  müəyyən  suallara  cavab 

verilməsini  tələbələrə  istiqamətləndirməklə  daha  yaxşı  nəticə  əldə  edə  bilər.  

Mürəkkəb cümlə haqqında əvvəlki mövzularda məlumat verildiyindən,  mürəkkəb 

cümlə,  onun  komponentlərini  əlaqələndirən  vasitələr,  komponentlər  arasında 

asılılıq  dərəcəsi  kimi  məsələlər  artıq  tələbələrə  aydındır.  Bu  məlumatlara  istinad 

etməklə  müəllim  mühazirədə  motivasiya  qurmaq  üçün          Hava  qaraldı,  ancaq 



yağış yağmadı; Hava qaralsa da, yağış yağmadı. - kimi  iki nümunə təqdim edə və 

onların  bir-birindən  nə  ilə  fərqləndiyini  soruşa  bilər.  Şübhəsiz  ki,  cavablar  fərqli 

olacaq: bağlayıcı vasitələrə görə, birinin tabesiz, digərinin tabeli mürəkkəb cümlə 

olmasına görə.  

Əslində,  bu  cavabların  hamısı  düzgündür  və  müəllim  bu  cavabları  qəbul 

edərək,  “Nə  üçün  ikinci  cümlə  tabeli  mürəkkəb  cümlə  adlanır?”  -  sualını  verə, 

cavab  aldıqdan  sonra  mühazirə  mövzusunun  tabeli  mürəkkəb  cümlələrə  həsr 

olunacağını elan edə bilər. Mühazirələrdə  İKT-dən istifadə etmək müəllimin işini 

bir  qədər  də  asanlaşdırır.  Bunun  üçün  bir  sıra  kompüter  proqramlarını  : 

PowerPoint,  MİMİO  və  s.  bilmək  lazım  gəlir.  Müəllim  müəyyən  məsələləri  izah 

edərkən  hazırladığı  slaydları  da  nümayiş  etdirə  bilər.  Bu  zaman  slayd  hazır 

məlumatı göstərmək üçün deyil, eyni zamanda, 




qarşı  tərəfin  müəyyən  məsələləri  araşdırması  üçün  də  istifadə  olunmalıdır. 

Məsələn, tabeli mürəkkəb cümlələrlə bağlı hazırlanmış slaydlara diqqət yetirək: 

 

 

Bu  slaydı  nümayiş  etdirməzdən  əvvəl  müəllim  mürəkkəb  cümlənin  bu  iki 



növünün  fərqlərini  soruşmalıdır.  PoverPoint  proqramı  imkan  verir  ki,  cavab 

alındıqca  cədvəl  hissə-hissə  ekrana  gəlsin.  Cavabları  genişləndirmək,  tabeli  və 

tabesiz  mürəkkəb  cümlələrin  oxşar  və  fərqli  cəhətlərini  müəyyənləşdirmək  üçün 

Venn                                              diaqramından da istifadə etmək olar:  

 

Göründüyü  kimi,  əlavə  vaxt  itkisinə  yol  vermədən,  həmçinin  tələbələrin 



fəallığını  təmin  etməklə  oxşar  və  fərqli  məqamları  əyani  şəkildə  slaydla  nümayiş 

etdirmək  mümkündür.  Bundan  sonra  baş  və  budaq  cümlə  anlayışı,  onların  bir-

birindən  

fərqi  izah  edilməlidir.    Bu  zaman  da  tələbələrin  mülahizələrini  dinləmək,  

cavablarda olan səhvləri düzəldərək izahat vermək məqsədəuyğundur.  

 

Tabeli  mürəkkəb  cümlələrin  tədrisi  zamanı  bağlayıcı  vasitələri  düzgün 



mənimsətmək  çox  əhəmiyyətli  məsələdir.  Çünki  tabeli  mürəkkəb  cümlələrdə 

budaq  cümlənin  növünü  aydınlaşdırmaq  üçün  baş  və  budaq  cümlənin  yerini  

düzgün  müəyyənləşdirmək  çox  vacibdir.  Bunun  üçün  isə  bağlayıcı  vasitəni 



dəqiqləşdirmək lazımdır. Çünki bəzi bağlayıcı vasitələrlə yaranan tabeli mürəkkəb 

cümlələrdə    həmişə  baş  cümlə  budaq  cümlədən  sonra  işlənir,  bəzi  bağlayıcı 

vasitələrdə  isə  əksinə.    Ona  görə  də  bağlayıcı  vasitələri  yaxşı  bilməyin  rolu 

xüsusilə  vurğulanmalıdır.    Belə  məqamlarda  müxtəlif  bağlayıcı  vasitələrlə 

formalaşan tabeli mürəkkəb cümlələr təqdim etmək, baş və budaq cümlənin yerini 

müəyyənləşdirməyi tapşırmaq olar. Məsələn,  

 

 

 



Slaydda  verilmiş  cümlələrin  bir  qismində  bağlayıcı,  bir  qismində  intonasiya,  bir 

qismində  bağlayıcı  söz,  bir  hissəsində  isə  şəkilçilər    budaq  cümləni  baş  cümləyə 

bağlayan  vasitə  kimi  çıxış  edir.  Bu 

nümunələrə 

əsaslanaraq, 

 

budaq 



cümlənin  baş  cümlədən  əvvəl  və  ya 

sonra  işlənmə  hallarını  müəyyən  etmək 

və  bağlayıcı  vasitələri  qruplaşdıraraq 

ümumiləşdirmə aparmaq olar. Bu zaman 



ki  bağlayıcısının  rolu  xüsusi  olaraq  izah 


edilməli,  əksər  budaq  cümlə  növlərinin  formalaşmasında  onun  rolu  qeyd 

olunmalıdır.  Tabeli  mürəkkəb  cümlələrdə  budaq  cümlənin  adını  necə 

müəyyənləşdirmək lazım gəldiyi izah olunduqdan sonra yuxarıdakı slaydı təqdim 

etmək olar. 

Verilmiş    nümunələr  fərqli  budaq  cümlə  növlərindəndir.  Onların 

yaranmasında  ki    bağlayıcısı  iştirak  etmişdir.  Faktik  material  üzərində  araşdırma 

aparmaqla verilən izah dərsin daha yaxşı mənimsənilməsinə müsbət təsir göstərir.  

 

Bundan  sonra  ümumiləşdirmə  aparıla  və  Azərbaycan  dilində  ki 



bağlayıcısının  iştirakı  ilə  yaranan  budaq  cümlələrin  adı  müəyyənləşdirilə  bilər. 

Budaq cümlələrin adı qeyd olunduqca aşağıdakı sladı nümayiş etdirmək olar: 

 

Bütün  bunların  izahından  sonra  bağlayıcı  vasitələrə  görə  tabeli  mürəkkəb 



cümlələrin  növləri  haqqında  ümumiləşdirmə  aparmaq  və  onun  slaydını  nümayiş 

etdirmək olar: 

 

 

Sintaksisin  tədrisi  prosesində  mövzudan  asılı  olaraq,  interaktiv  təlim 



metodlarından  istifadə  etmək  müsbət  nəticə  verir.  Bəzən  belə  başa  düşülür  ki, 

ənənəvi  metodlardan  tamamilə  uzaqlaşmaq,  yeni  təlim  metodlarından  istifadə 




etmək  lazımdır.  Əslində,  bu,  tam  yanlış  bir  fikirdir.  Müəllim  tədris  edəcəyi 

mövzudan  asılı  olaraq,  metod  və  priyomları  düzgün  seçməli,  qarşıya  qoyduğu 

məqsədə nail olmalıdır. Bəzən bu metodlardan kombinə olunmuş şəkildə, bəzən də 

ayrı-ayrılıqda  istifadə  edilə  bilər.  Sintaksisin  tədrisi  zamanı  yeni  təlim 

metodlarından istifadəyə dair nümunələrə diqqət yetirək: 

 

Klaster (şaxələndirmə)metodu. Klaster metodundan hər hansı  bir mövzu 

və  ya  firkin  mümkün    qədər  açilmasına,  öyrənənlərin    bu  ətrafda  geniş,  sərbəst  

düşünməsinə  yönətlmə,  həm  də  düşünmə    mərhələsində  istifadə  etmək  olar.  Bu 

metoddan  müəllim  həm  mühazirə,  həm  də  seminar  məşğələlərində      istifadə  edə 

bilər.  Şaxələndirmə  metodunu    keçirmək  üçün  iri  ağ  kağız  götürülür.  Kağızın 

mərkəzində hər hansı termin, söz, cümlə və s. yazılır. Klaster metodu  sintaksisin 

tədrisinin  yekunlaşdırılması  mərhələsində  (eləcə  də  ayri-ayrı  sintaktik  vahidlər 

haqqında aldıqları bilikləri  möhkəmləndirmək məqsədilə)  faydalı olar. Məsələn, 

müəllim    söz  birləşmələri  haqqında      bilikləri  möhkəmləndirmək  məqsədilə 

qruplara  verilmiş  kağızın  ortasına  “söz  birləşmələri”    yazır.  Qruplar    onlara 

verilmiş  tapşırığı  bildikləri  kimi  klasterləşdirirlər,  sonda  müəllim  kağızları  

lövhədən asır və ümumiləşdirir. Nəticədə aşağıdakı formada bir sxem alınır: 

 

  



 

                                                                                 



        

 Dəyirmi  masa  metodu.  Bu  zaman  da    qruplarla  iş  formasından      istifadə 

olunur.    Hər  qrupa    bir  vatman  kağızı  və  qrupun  üzvlərinin  sayı  qədər  rəngli 

marker verilir. Hər kəs ona verilən  rəngli  marker ilə yazmalıdır.  

            Yazılı  “Dəyirmi  masa”  elə  metoddur  ki, bu  zaman  tapşırıq  yazılmış  vərəq  

qrupun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim 

Feli 

birl. 

Feli 


sifət 

tərkibi 


Feli 

bağlama 


tərkibi 

Söz 

birləşmələri 

ismi 

Qeyri-


təyini 

Zərf 

birl. 

I növ 


III 

növ 


II növ 

Təyini 


s.b. 

məsdər 


tərkibi 


mövzuya aid hər hansı bir fikri yazır, sonra vərəq qrupa verilir.Qrup üzvlərinin hər 

biri mövzu ilə bağlı öz mülahizələrini vərəqə əlavə edir.  

            Məsələn, müəllim kağızın üzərində bir cümlə yazır: 

         “Qapını  açıb  içəri  girmək  istəyirdim  ki,  arxadan  səs  eşitdim”-  tələbələrdən 

biri  yazır:  məqsədə  görə  nəqli  cümlədir,  o  biri  yazır:  quruluşca  mürəkkəbdir, 

başqası:  ki  bağlayıcısı  vasitəsi  ilə  yaranmışdır,  digəri:  deməli,  tabeli  mürəkkəb 

cümlədir  və  s.  fikirlərini  qeyd  edir.  Sonda  həmin  cümlə  haqqında  bütün 

xüsusiyyətlər  qeyd  olunur.  Təqdimat  zamanı  bütün  yazılanların  düzgünlüyü 

müəllim  tərəfindən  yoxlanır,  səhvlər  varsa,  izah  edilir.  Nəticədə,  müəllim  bu 

metoddan istifadə etməklə  mövzu üzrə bilik və bacarıqları yoxlamış olur.   

         “Dəyirmi  masa”  metodundan  sintaksisin    bütün    məsələlərinin  öyrədilməsi 

zamanı istifadə etmək olar.  



          Konseptsual cədvəl. Bu üsulun söz birləşməsi və cümlə problemi  öyrədilib 

başa çatdıqdan sonra tətbiq edilməsi məsləhətdir. Çünki bu üsulun tətbiqi zamanı 3 

və  daha  çox  obyektin  müqayisəsi  nəzərdə  tutulur.  Söz  birləşmələrinin  tədrisi 

zamanı aşağıdakı formada  cədvəl qurmaq olar:  

   

Əsas tərəfin ifadə 

vasitələri 

Sintaktik vəzifəsi 

Növləri 

İsmi birləşmələr 

 

Isim və isimləşə bilən 

nitq hissələri 

Əşya məzmunlu 

üzvlər (bütün cümlə 

üzvləri) 

Təyini (I,II,III növ), 

qeyri-təyini ismi 

birləşmələr 

Feli birləşmələr 

Felin təsriflənməyən 

formaları 

Bütün cümlə üzvləri 

Məsdər tərkibi, feli 

sifət tərkibi, feli 

bağlama tərkibi 

Zərf birləşmələri 

 

Zərflər 


Zərflik 

 



Venn  diaqramı  kəsişən  iki  və  daha  artıq  çevrə  üzərində  qurulur.Çevrənin    üst  –

üstə  düşdüyü  hissədə  kifayət  qədər  yer  olmalıdır.  Həmin  hissədə  sözü  gedən 

məsələnin    ümumi  cəhətləri  qeyd  olunmalıdır.  Venn  diaqramı  vasitəsilə  oxşar  və 

fərqli  cəhətləri  vermək  olar.  Yuxarıda  Venn  diaqramı  ilə  mürəkkəb  cümlənin  iki 

növünün oxşar və fərqli cəhətləri verilmişdir. 

Bu  üsullar  öyrənənlərdə  düşünmə,  analizetmə  bacarığı  aşılayır,  dərsdə  

fəallığı təmin edir.  



Yuxarıda  Venn  diaqramından  istifadə  etməklə  tabesiz  və  tabeli  mürəkkəb 

cümlələr müqayisə edilən, oxşar və fərqli cəhətlər göstərilən slayd verilmişdir.    



 

Beləliklə,  müəllim  yaradıcı  olmalı,    dilimizi  yaxşı  öyrətmək  üçün  birinci 

növbədə  onu  sevdirməli,  ana  dilimizin  gözəlliyini,  ahəngdarlığını  yeri  gəldikcə 

xatırlatmalıdır.  



Peзюме 

Применение новых технологий обучения в преподавании синтаксиса 

 

 В  статье  повествуется  о  роли  новых  технологий  в  преподавании 

синтаксиса.  Применение  новых  методов,    ИКТ    излагаются  на  основе 

конкретных примеров.  



Summary 

Use of  new  teaching  technologies in the study of syntax 

The role of  new  teaching technologies are dealed in the article. The use of 

new  teaching    methods  and  information  and  communication  texnologies  are  explained 

with conerete examples.



  

Ədəbiyyat: 

 

1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili, IV hissə, Bakı, 1985. 



2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 1992. 

3.Abdullayeva G. Müasir Azərbaycan dili. II hissə, Bakı, 2014. 

4.Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. “Təhsil” nəşriyyatı, Bakı, 2007. 5.Kərimov 

Y. Ana dilinin tədrisi metodikasının nəzəri problemləri. Bakı, 2005. 

6.Kərimov Y.Təlim metodları. Bakı,2009. 

7.Mehrabov A.  Pedaqoji texnologiyalar. Bakı, 2007. 

8.Nəzərov A. Müasir təlim texnologiyaları. Bakı, 2012.  

9.Müasir Azərbaycan dili, III cild, sintaksis, EA nəşri, Bakı, 1981. 

10.Qədimova X. İnteraktiv təlim metodları və onların tətbiqi yolları. Bakı, 2003. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

    


 

 

 



 

 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə