“GÜLÇÜLÜk və yaşillaşdirma” “Gülçülük və yaşıllaşdırma”



Yüklə 106,01 Kb.
Pdf görüntüsü
tarix24.10.2017
ölçüsü106,01 Kb.
#6501


“GÜLÇÜLÜK VƏ YAŞILLAŞDIRMA”

1


1

“Gülçülük və yaşıllaşdırma”

1


2

Az 2


“Gülçülük və yaşıllaşdırma”

Tərtib etdi:

k. t. e. d M.A.Yusifov

Rəyçilər:

k. t. e. n M.N.Məmmədova

b. e. n dosent Ə.T.Əsgərov

Elmi redaktor:k.

t. e. n L.Q.Sadıxova




3

GİRİŞ

Respublikamızın əhalisinin  rifah  halının  durmadan  yaxşı-

laşdırılmasında kənd təsrrüfatı məhsullarının bolluğunu yaratmaqla

yanaşı mədəni rifah halının yüksəlməsinə geniş yer verilir. Belə ki,

şəhər, rayon, qəsəbə və s. yaşayış məntəqələrinin yaşıllaşdırılması,

yeni  parkların  salınması, mədəni-məişət  və  yaşayış  binalarının,

ayrı-ayrı  şirkətlərin, idarələrin  tikilməsi  ilə  əlaqədar  olaraq  deko-

rativ  bitkilərə, o  cümlədən  ağac, kol, çiçək  bitkilərinə  tələbat  art-

maqdadır. Bu  tədbirlər şəhər, kənd  və  qəsəbələrimizin  daha  da

abadlaşdırılması, o  cümlədən  yaşıllıqların  genişləndirilməsilə  əla-

qədardır. Park  və  bağların, küçə  yaşıllıqlarının  daha  gözəl  görün-

məsi  ağac  və  kollarla  bərabər, istifadə  olunan  gül-çiçək  bitkilə-

rindən də çox asılıdır.

Gül  xalqımızın  həyatında  geniş  rol  oynayaraq  nəinki  yaşıl-

lıqların bəzəyi, eləcə də el və ailə şənliklərində, bayramlarda süfrə-

ləri  bəzəmək, qəhrəmanları, ali  və  orta  məktəbi  bitirən  gəncləri,

yeni  ailə  quran  insanları  təbrik  etmək  üçün  istifadə  olunur. Ona

görə  də  gül, çiçək  və  bəzək  bitkilərinin  geniş  miqyasda əkilib

becərilməsinə nail olmaq lazımdır. Bunun üçün də həmin bitkilərin

bioloji  xüsusiyyətlərini, əkilib  becərilmə  qaydalarını  dərindən  öy-

rənərək insanlara bu işdə köməklik göstərmək böyük zərurət daşı-

yır. Buna görə də bu sahəni bilən mütəxəssislərin hazırlanması çox

vacib məsələdir. Bu baxımdan “Gülçülük və Yaşıllaşdırma” fən-

ninin “Aqronomluq” fakultəsində tədris olunması böyük əhəmiy-

yət kəsb edir.

І Bölmə

Gülçülük və yaşıllaşdırmanın əhəmiyyəti və tətbiqi. Xalqın

mədəni  rifah  halının  yüksəlməsində  gül, çiçək  və  dekorativ  bitki-

lərin  rolu şəhər, rayon, qəsəbə  və  s. yaşayış  məntəqələrinin  ya-

şıllaşdırılması, yeni  parkların  salınması  ilə  əlaqədar  olaraq

dekorativ bitkilərə, o cümlədən ağac, kol və çiçək bitkilərinə tələ-



4

batın artması. Bir çox çiçək bitkilərini xalq təsərrüfatının müxtəlif

sahələrində efir yağı, rəng, boya, dərman və s. məqsədilə əkilib be-

cərilməsi.

Güllərlə bərabər hal-hazırda otaq bitkilərinin də insanlar  tərə-

findən  geniş  istifadə  olunması. Otaq  bitkiləri  mənzillərin, iş otaq-

larının, istirahət  və  müalicə  müəssisələrinin  daxili  yaşıllaşdırıl-

masında  geniş  istifadə  edilməsi. Vaxtının  çoxunu  örtülü  şəraitdə

keçirən  bir  çox  adamlar  üçün  dibçək  bitkiləri  onları  təbiətlə  əla-

qələndirən yeganə vasitədir.

Bəzi  bitkilərin  ifraz etdikləri  maddələrin  insanlara  faydalı  tə-

sirini nəzərə alaraq onlardan əsəb sisteminin, görmə qabiliyyətinin,

burun-boğaz sisteminin, ağ ciyərlərin və s. müalicəsində bitkilərin

yanında oturaraq onlarla nəfəs alınması.



Gülçülüyün  qısa  inkişaf  tarixi.Müasir  park  və  bağlarımıza

gözəllik  verən  çiçəkli  bitkilərin  əmələ  gəlmə  tarixinin  təbaşir

dövrünə aid olmaqla yanaşı, 110 min il hesab edilməsi. İnsanların

çox  qədimdən  çiçək  bitkilərindən, o  cümlədən  çiçəklərindən

müxtəlif məqsədlərlə istifadə etmələri. Fransada kaha divarlarında

qədim  insanlar  tərəfindən  çəkilmiş  şəkillərdə  çiçəkdən  istifadə

olunması, onlardan əklillər düzəlməsinin təsvir olunması.

On  min  il  bundan  qabaq  insanların əkinçiliyə  başlaması  ilə

əlaqədar olaraq bir çox xeyirli bitkilərin, meyvə, tərəvəz, dərman,

bəzək və  s. becərilməsinə  başlanması. İlk  bağların əmələ  gəlməsi

insanların  mədəniyyətinin  inkişafı  ilə  əlaqədar  olması. Ən  qədim

mədəniyyət şumerlərin  mədəniyyəti  hesab  olunması  (4-cü  min  il

eramızdan əvvəl). O dövrdən qalan sarayların xarabalıqları göstərir

ki, onlar  hələ  o  vaxtdan  bağçılıqla  da  məşqul  olmuşlar. Kənd  tə-

sərrüfatının və bağçılığın qədim Misirdə də çox inkişaf etməsi.

Eramızdan əvvəl ІV əsrin  birinci  yarısında Əhəmənilər  süla-

ləsinin  əsasını І  Kir İranın ilk bağbanı hesab olunması. Onun  sal-

dırdığı ən məşhur bağlardan birinin Cahar-bağı adlanması. Cahar-

bağın təcrübəsindən sonralar  yunanların, ərəblərin, Bahur dövrün-

də Hindistanda hindlilərin, ispanların və b. istifadə etmələri. Bu s-

lınan bağlarda xırnik palması, nar, jasmin, bir çox digər meyvə və

tərəvəz bitkiləri əkilib becərilməsi.

Çin  imperatoru  Tani  Sun  (713-756-cı  il)  bağçılıqla  yaxından



5

maraqlanması. Onun  dövründə  bitkiləri  əkmək  üçün  xüsusi  saxsı

qabların hazırlanması.

Azərbaycan xalqının gülə olan həvəsi təsviri sənət əsərlərində

öz əksini tapması-mis və saxsı qabların, xalçaların üzərində bir çox

güllərin təsviri.



ІІ Bölmə

Çiçək bitkilərinin becərilməsi üçün lazım olan əsas amillər.

Çiçək  bitkilərinin  boy  və  inkişafı  üçün ətraf  mühitin  böyük

rolu  olması. Bu  mühitin əsas  amilləri  istilik, işıq, su  və  torpaq

şəraitidir. Çiçək  bitkilərinin  böyüyüb  inkişaf  etməsində  torpağın

əhəmiyyətinin  böyük  olması. Torpaq  bitkilərin  əsas  qida  mənbə-

yidir. Ayrı-ayrı  çiçək  bitkilərinin  torpaq  xassələrinə  tələbatı. Tor-

pağın  xassəsi  onun  əmələ  gəldiyi  ana  qatdan  (süxurdan), üzvü

maddələrin  çürüməsinə  kömək  edən  göbələk, bakteriya  və  hey-

vanlar aləmindən, bitki örtüyündən və iqlimdən asılı olması.

Çiçək  bitkiləri  üçün  torpağın  yumşaq  olması. Yumşaq  tor-

paqda  su, hava  rejiminin yaxşı  tənzim  etməyə, yararlı  bakteriya-

ların  inkişafına, istilik  rejiminin  yaxşılaşdırılmasına, faydalı  mik-

roorqanizmlərin artmasına imkan yaratması.

Torpağın rütubətliliyi  əsasən  yağıntının və qrunt sularının  he-

sabına əmələ gəlməsi. Torpağa yağmurun yaxşı çökməsinə və tor-

paqdan az buxarlanmasına yumşaq torpağın müsbət rolu. Bitkilərin

rütubətə  təlabatı  onların  bioloji  xüsusiyyətlərindən  və  vegetasi-

yanın  uzunluğundan  asılı  olaraq  dəyişməsi. Bitkilərin  normal  bö-

yüyüb  inkişaf  etməsi  işığın  gücündən, onun  spektr  tərkibindən,

işığlanma  müddətindən  və  s. asılı  olması. Açıq  sahədə  günəş  işı-

ğının gücü rayonun coğrafi yerləşməsindən asılı olaraq dəyişməsi.

İşığın  köməyi  ilə  bitkidə  qeyri-üzvi  maddələr  üzvi  maddələrə

sivrilir. Çiçək bitkilərinin işığa tələblərinə görə 3 qrupa ayrılması:

1) uzun gün sevən bitkilər

2) qısa gün sevən bitkilər

3) neytral bitkilər

Qısa günlü bitkilərə kartof gülü (georgin), kala, payız gülü və

s. Uzun  günlü  bitkilərə şimal  rayonlarında  bitən  bitkilər  daxildir.




6

Bura kəpənəkçiçək, qarğasoğanı, süsən və s. daxildir. Neytral bit-

kilərə zanbaq, nərgiz, dağlaləsi, qərənfil. İşığın intensivliyinə görə

bitkilərin işıqsevən, kölgəsevən və kölgəyə davamlı qruplarına bö-

lünməsi.

Çiçək  bitkilərinin  becərilmə  qaydaları  vəçoxaldılma

üsulları. Çiçəklər məişətimizin bəzəyi kimi, bizi sevindirən varlıq

kimi. Çiçək  bitkilərinin  becərilməsi  işinin  sahənin  seçilməsindən,

torpağın  hazırlanmasından, bitkilərin  əkilməsindən  və  onlara

qulluq edilməsindən ibarət olması.



Sahənin seçilməsi. Çiçək bitkilərini əkib becərmək üçün sahə-

ni  seçdikdə  onların  bitmə şəraitinə  olan  təlabatının  nəzərə  alın-

ması. Çiçək  bitkilərini  becərmək  üçün  ayrılan  sahə  düz  relyefə,

münbit  torpağa  malik  olmaqla, əsas  küləklərdən  mühafizə  olun-

ması. Suvarma məqsədilə sahənin su ilə təmin olunması. Torpağın

becərilən  bitkilərin  xüsusiyyətindən  və  torpağın  tərkibindən  asılı

olaraq 25-40 sm dərinlikdə şumlanması. Ancaq kol bitkiləri üçün-

qızılgül, yasəmən və topulqa üçün şumlanmanın dərinliyini  40-60

sm-ə  çatdırılması. Yaz  dövründə  torpağı  qara  şumda  saxlanaraq

alaq otlarını məhv etmək üçün bir neçə dəfə kultivasiyanın aparıl-

ması. Torpağı  yumşaltmaqla  sahəyə  verilmiş  mineral  gübrələri

torpağa yaymaq və qalan alaqların məhv edilməsi.



Yumşaltma  işlərinin  cərgə  aralarında  və  cərgələrdə

aparılması. Bununla  bərabər  alaqların  məhv  edilməsi. Alaqlarla

mübarizədə kimyəvi vasitələrdən, herbisidlərdən istifadə olunması.

Bitkilərin  əkilməsi. Açıq  sahədə  çiçək  bitkilərinin  ləklərə  və  ya

şırımlara əkilməsi. Əkin  zamanı bitkilə-bitki arasının əkilən  çiçək

bitkilərin  bioloji  xüsusiyyətlərindən, torpaq  iqlim  şəraitindən  asılı

olaraq  müəyyənləşdirilməsi. Qızılgül  kollarının  cərgələrdə  bitki

arasının 30-70 sm və cərgə arasının 100-150 sm  götürülməsi. So-

ğanaqlı, soğanaqlı-yumrulu  çiçək  bitkilərindən  dağ  laləsi, sün-

bülçiçək, nərgiz, qarğasoğanı  ləklərə  əkildikdə  cərgə  arasının  20

sm, cərgələrdə isə bitki arasının 15 sm qoyulması.



Bitkilərə  qulluq. Bitkilərə  əsas  qulluq  işlərinin  suvarmadan,

alaq  otların  təmizlənməsindən, torpağın  yumşaldılmasından  və

əlavə  yemləmə  gübrələrinin  verilməsindən  ibarət  olması. Vegeta-

siya ərzində  çiçək  bitkilərinin  xüsusiyyətlərindən  asılı  olaraq




7

onların 3-14 dəfə və ya daha çox suvarılması.



Birillik, ikiillik  və  çoxillik  çiçək  bitkiləri. Birillik  çiçək

bitkilərə  qərənfil, gülüm  bahar, xoruz  pipiyi, kəpənək  çiçək, qur-

dağzı, məxmər  gülü, minaçiçəyi, petiniya, pərpərən, sinniya  sür-

vənin və s-nin aid olması.

Qərənfil  cinsinə  dünyada  300, keçmiş  ittifaqda  80, azərbay-

canda  isə  26  növünün  yayılması. Çin  qərənfili  və  onun  qərən-

filkimilər  fəsiləsinə  aid  olub  birillik  çiçək  bitkisi  olması. Çin  qə-

rənfilinin ən  çox  yayılmış  çeşidi  alçaqboylu  tünd-qırmızı  rəngli

sədbər  çiçəkli  Brilliant  sortudur. Bu  sort  çiçəkliklər  salmaq  üçün

və  eləcə  də  çiçəkliklərin  kənarında  canlı  çəpər  kimi  istifadə

olunması.

Xoruz  pipiyi (Celosiya  L). Pencərkimilər  fəsiləsindən  olub

yaşıl  və  qırmızı  yarpağa  və  gözəl  çiçək  qrupuna  malik  olması.

Çiçəklərinin xoruz pipiyini xatırlatması. Xoruz pipiyini çiçəkliklər

salmaqla  bərabər  dibçək  bitkisi  kimi, eləcə  də  gül  almaq  üçün

istifadə olunması. İkiillik çiçək bitkilərinə alabəzək bənövşə, ətirli

noxud, Holland  qərənfili, Qız  çiçəyinin  və  s-nin  aid  olması.

Alabəzək bənövşə (Viola tricolor). Bənövşə cinsinin Yer kürəsinin

mülayim  iqlim  qurşaqlarında  400-dən  çox,

Qafqazda  32,

Azərbaycanda  isə  22  növünün  bitməsi. Alabəzək  bənövşə

respublikamızda  mədəni  əkinçilikdə  ikiillik  və  çoxillik  bitki  kimi

becərilməsi. Kökümsovları  nazik, zərifdir. Gövdəsinin  çox  zəif

olub, hündürlüyünün 10-25 sm-ə qədər qalxması. Çiçəyin rənginin

tünd-bənövşəyi, ağ  və  yaxud  çəhrayı  olması. Toxumlar  və  yaşıl

qələmlərlə  (pöhrələrlə)  çoxalması. Şitillərin  hazırlanması, açıq

sahəyə əkilməsi və əkindən sonra bitkilərə qulluq olunması.

Çoxillik  çiçək  bitkilərinə  Azfodelina, Birə  otu, Buynuzbaş,

Ciriş, Dağ  laləsi, gəmirci  soğan, linotu, Xədicəgülü, kanna, kar-

tofgülü, Qarğa soğanı, Qassəhləbi, Qulancar və s-lərin aid olması.

Dağlaləsi (Tulipal  L.). Zanbağkimilər  fəsiləsinə  aid  olması.

Dünyada  140-dan  çox, keçmiş  ittifaqda  83, Qafqazda 12, Azər-

baycanda isə 8 növünün olması. Çoxillik bitki olmaqla, yeraltı or-

qanının  soğanaq  olması. Yarpaqları  3-10 ədəd  sap  və  xəttkeş  şə-

killi olması, hündürlükləri növlərdən asılı olaraq 15-60 sm-ə qədər

qalxması. Ləçəkləri  qırmızı, tünd  və  yaxud  al-qırmızı, sarı, bə-




8

növşəyi  və  s. rəngdə  olması. Çiçəkləmələrinin  15-30  gün  davam

etməsi. Dağ  laləsinin  yaşıllaşdırmada, müxtəlif  çiçək  kompo-

zisiyası yaratmaq, gül dəstəsi düzəltmək üçün istifadə olunması.



Gözəlçiçəkli  ağac  və  kol  bitkiləri. Otaq  bitkiləri. Gözəlçi-

çəklilər ağac və kol bitkilərinə Aveliya, alma (bəzək), başınağacı,

bixar  kolu(daş  qızılgülü), dovşan  alması, doqquzdon, ərkəvən,

ərkidə, film  bahar, qızılgül, yasəmən, yemişan, zinincin  və  b-nın

daxil olması.

Qızılgül (Roza  L). İtburnukimilər  fəsiləsindən  olmaqla, dün-

yada 400-dən çox, keçmiş ittifaqda 200, Azərbaycanda isə 40-dan

artıq  növün  mövcudluğu. Qızılgülünün  Azərbaycanda  çox  qədim-

dən  əkilib  becərilməsi. Çiçəyinin  quruluşu  və  formasına, rənginə,

gözəlliyinə  görə  ən dekorativ bitkilərdən hesab olunması. Hal-ha-

zırda  2000-dən  artıq  qızılgülün  çeşidinin  olması. Bu  qızılgüllərin

park  qızılgülləri  adlandırılması. Park  qızılgüllərinə  qallina, da-

macek, ağ, sarı, qırışıq  yarpaq  qızılgüllərin  daxil  olması. Hazırda

çiçəkləmələri  may  ayından  başlayaraq  oktyabr  ayına  kimi  davam

etməsi. Bunlardan  katerina-kordes, Madam  korelina, Testu, Kvin

Elizabet, Ofeliya, Utro Moskvı Luna. Qızılgül çeşidlərinin münbit

torpaqlarda  daha  yaxşı  böyüyüb  inkişaf  etməsi. Qızılgülün

toxumlarla, qələmlərlə, calaqlarla və firqəndə etməklə çoxalmaları.

Otaq bitkiləri əsas etibarı ilə tropik və subtropik bitkilər olub,

Asiya, Afrika, Amerika  və  Avstraliyanın  tropik  və  subtropik

meşələrdə  bitməsi. Ona  görə  də  bizim şəraitdə  otaq  bitkiləri  kimi

becərilməsi. Onlardan ən  çox  istifadə  olunanları:  Aqava, Ayıdö-

şəyi, Amarillis  (nərgizçiçəyi), Aspraqus  (qulançar), Aspidistra,

Beqoniya  çinqızılgülü, Dovşankələmi, Əzvay(aloya), Ətirşah,

Fikus, Qulancar, Palmalar, Siklamen, kaktuslar, zanbağlar və s.

Ətirşah (Pelargonium  L.) Ətirşahkimilər  fəsiləsindən  olması.

Otaq  bitkiləri  arasında  özünəməxsus  ətirli  iyi  olan  ən  qədim  bitki

olması. Onun dünyada 250-yə qədər növü vardır. Ətirşahın vətəni

Cənubi Afrikanın olması. Otaq şəraitində ən əlverişli üsul qələmlə

çoxaltmadır. Bitkinin  şaxələnmiş  budaqlarının  budanmasının  va-

cibliyi. Ətirşahı  yaz, yay  və  payız  aylarında  işıqlı  və  isti, qış

aylarında isə nisbətən sərin yerdə (13-15

0

C) saxlanması.




9

ІІІ Bölmə

Park, küçə  və  meydanların  yaşıllaşdırlması. Şəhər, rayon,

qəsəbə  və  sair  yaşayış  məntəqələrinin  yaşıllaşdırılması, yeni

parkların  salınması, ayrı-ayrı  şirkətlərin  tikilməsi  ilə  əlaqədar

olaraq  dekorativ  bitkilərə, o  cümlədən  ağac, kol, çiçək  bitkilərinə

təlabatın artması. Park və bağların, küçə yaşıllıqlarının daha gözəl

görünməsi  ağac  və  kollarla  bərabər, istifadə  olunan  gül-çiçək

bitkilərindən də çox asılı olması.

Yaşıllaşmada  istifadə  olunan  ağac  və  kol  bitkilərinin  havanı

tozdan  və müxtəlif mexaniki qarışıqlardan təmizləməsi, onu  oksi-

genlə  zənginləşdirməsi, yaxşılaşdırması  və  yumşaq  iqlim  şəraiti

əmələ gətirməsi. Bağlar və parklar zəhmətkeşlərin sevdiyi istirahət

yerləridir. Hal-hazırda  dünyada  5  minə  qədər  bəzək  bitkilərinin

küllü miqdarda sortları və 2 minə qədər otaq bitkilərin bəzək üçün

istifadə edilməsi.

Hər  bir  yaşayış  məntəqəsinin  yaşıllaşdırma  idarəsinin  həmin

məntəqənin  yaşıllaşdırılması  ilə  məşğul  olması. Bu  idarələrin  ya-

şıllaşdırma üçün tinklik təsərrüfatının olması.

Hal-hazırda Respublikamızda bəzək bitkilərinin sayı və forma-

larının həddən artıq çox olması. Buna görə də küçə, park və mey-

danların  bəzədilməsi  müxtəlif  formada  aparmaqla  əhalinin  əksər

hissəsinin zövqünü oxşamağın mümkünlüyü.

Yaşıllaşdırmada 

bəzək 

güllərindən 

kompozisiyaların

tərtibatı. Landşaft  memarlığı əsasında  yaşıllaşdırmada  müxtəlif

kompozisiyaların  qurulması  müasir  dövrün ən  vacib  xüsusiyyət-

lərindən  biri  kimi. Parkların, bağların, meydanların, yolların  tərti-

batında  kompozisiyaların  növ  zənginliyinə  və  dekorativ  əlamətlə-

rinə  görə  seçilməsinin  zəruriliyi. Forma  və xüsusiyyətlərinə  görə

növləri seçərkən sahənin ölçüləri və xüsusiyyətləri təyin edilməklə

ərazinin planında lahiyələşdirməyin vacib olması. Yaşıllaşdırmada

kompozisiya  elementlərinin  kənarları, bağ  yolları, kol  bitkiləri,

arxlarla, çiçəkliklə  əhatə  olunarsa  daha  gözəl  görünməsi. Bağ  sa-

həsinin müxtəlif sahələrində yerləşən və dekorativ yollarla birləşən

bir neçə balaca çiçəklik bağ sahəsinin yaraşığı ola bilməsi.

Bağların tərtibatında rəng qammalarına uyğun olaraq bitkilərin




10

seçimindən  istifadə  edərkən yazda  parlaq  rəngli  güllərdən, yayda

isə  ağ, mavi, bənövşəyi  rəngli  güllərdən  istifadə  olunmasının  va-

cibliyi. Güllüyün həmişə təmiz, səliqəli olması.

Güllüklərdə sarmaşan bitkilərdən də istifadə olunması. Onlar gözəl

görünərək “Şəkil” rolu oynaya bilməsi. Bu cür bitkilərdən canlı çəpər

düzəltmək, bağın gözəl olmayan yerini örtülməsində istifdə olunması.

Planlaşdırma  haqqında  ümumi  tövsiyələr. Yaşıllıqların

quulmasında ərazinin  forma  və  xüsusiyyətlərinə  görə  müxtəlif

kompozisiyaların  yaradılması  üçün əvvəlcə  ərazini  hazırlamaq,

onun  ölçülərini  və  formasını  müəyənləşdirməyin  lazım  olması  və

kağızda  onun  planı  çəkilərək  sahəyə  köçürülməsi. Çiçəkliyin

tikintilərdən bir qədər aralı yerləşən günəşli ərazidə salınması daha

məqsədə  uyğun  olması. Bağçılığın  planlaşdırılmasında əsas  xüsu-

siyyətlərdən biri dekorativ əlamətlərə görə bağın formalaşması. Bu

formaların ətraf ağaclarla, kollarla, tikililərlə, çəpərlərlə harmoniya

təşkil  edərək onları tamamlaması. Bağ  yollarının kənarlarında  kol

bitkiləri,

arxlarla,

çiçəkliklə  əhatə  olunan  sahələrin  gözəl

görünməsi.



Yaşıllaşdırmanın  rəng  qamması

əsasında  qurulması.

Çiçəkliyin  kompozisiyasının  tərtibatında əsas  elementlərdən  biri

rəng  çalarlarının  seçilməsinin  olması. Yaxşı  seçilmiş  rənglərin

insanlara xoş təəssürat bağışlaması. Spektrin əsas rəngləri: qırmızı,

narıncı, sarı, yaşıl, göy  və  bənövşəyi-qırmızıdan  yaşıla  qədər  isti

rənglər, sonra  soyuq  rənglərin  olması. Birincilərin  insanlarda  isti,

ikincilərin isə sərin təəssürat yaratması.

Ağ  rəng-neytral  olaraq  spektrin  bütün  rənglərini  özündə  cəm-

ləşdirməsi, buna  görə  də  rənglərin  hamısı  ilə  yaxşı  harmoniya  təşkil

etməsi. Qara rəngə baxdıqda həyacan hissinin baş qaldırması, bu rəng

spektrin  bütün  rənglərilə  ziddiyyətdə  olması. Kəskin  rəng  seçiminin

istifadəsində  mavi  və sarı, qırmızı  və  yaşıl, sarı  və  bənövşəyi  və  s.

rənglərin gözləri tez yorması. Optimal rəng uyğunlaşmasına nail olmaq

üçün bitkilərin aşağıdakı kimi seçilməsi məsləhət görülməsi: çiçəklərin

1/5 hissəsi ziddiyyət yaradan gül bitkiləri, 4/5 hissəsi isə neytral, ya da

parlaq olmayan bitkilərdən təşkil edilməsi.



Qazon  və  bordürlərin  tərtibatı. Yaşıllıqları  yaradarkən

onların  hansı  növ  bitkilərdən  tərtib  edilməsi  və  harada  yerləşmə-




11

sinin  müəyyən  edilməsi. İlk  növbədə, bağ  sahəsində  istifadə  olu-

nan  gül  növləri, sortları  və  formalarının  aşağıdakı  qruplara  bö-

lünməsi: qazon, bordürlər, tək və qrup əkinləri, alpinariyalar və s.

Park, bağ, ya da həyətyanı sahələrdə  yaşıllıqların qurulmasın-

da  qazonlardan  geniş  istifadə  edilməsi. Yaşıllaşdırmada  qazonun

fonunda sahə bütün dekorativ mənzərəni əks  etdirməsi. Qazonun-

cim əmələgətirən  və  ya  sürünən  alçaq  bitkilər  əkilmiş  hamar

meydança olması.

Qazonun müsbət xüsusiyyətləri:

1)  qazonun  yaşıllığı  bağın  ayrıca  elementlərinin  kiçik  me-

marlıq formalarının gözəlliyini biruzə verir

2) qazon otları səsin və tozun qarşısını alır

3) hamar və sakit çalarlardan gözlər dincəlir, əsəblər sakitləşir

4) biçilmiş qazonlar yaxşı üzvi gübrədir

5)çiçəkliklərdə  ağac, kol  qrupları  düzgün  yerləşdirildikdə  qa-

zon sahənin sərhədlərini genişləndirir.

Qazonun hündürlüyü 7 sm-ə çatdıqda otların biçilməsi. Qalan

ot  örtüyünün  4  sm-dən  hündür  olmaması. Əks  halda  bitkilərin

zəifləməsi. Düzgün  biçilmiş  otlar  tez  böyüyür, qazon  hamar  və

gözəl görünür.

Miksborderlərin  tərtibatı.

Bir  neçə  yarusda

yerləşən

dekorativ-gül  və  dekorativ-yarpaqlı  bitkilər  qruplu  əkinlərə  miks-

borderlərdeyilməsi. Miksborderlərin  yolların  və  qazonların  kənar-

larında  yerləşdirilməsi. Canlı  hasarda  sarmaşan  bitkilərdən  evin

divarlarında  salınmış  miksborder  həmin  sahənin  yaxşı  görün-

məsinə  səbəb  olması. Miksborderin  eni  1.5  m, uzunluğu  isə  4  m-

dən  çox  olmamalıdır, bəzi  hallarda  miksborderlərin uzunluğu  10

m-dən  çox  ola  bilər. Miksborder  bitkilərin  yarusla  yerləşməsi:  ön

planda  alçaq  bitkilər, arxa  planda  isə  hündür  bitkilərin əkilməsi.

Alçaq bitkilərdən hündür bitkilərə keçid hamar və bərabər olması.

Üçplanlı miksborder variantında ön planda hündürlüyü 30 sm-

dən çox olmayan alçaq boylu, orta planda hündürlüyü 40-70 sm-ə

qədər, arxa  planda  isə  hündürlüyü  0. 8-1. 5  m-ə  qədər  olan  bitki-

lərin əkilməsi.

Bağın  kölgəli  hissəsində  yerləşən  miksborderdə  novruzçiçəyi,

qarçiçəyi, yasəmən, nərgiz, üskükotu, novruzgülü  və  s. yerləş-

dirməyin vacibliyi.



12

ІV Bölmə

Soliter əkinlər. Gül  ləkləri. Bitkilərin  tək  əkinləri  soliter

adlanması. Onların  çəmənlikdə, qazonda  ya  da  başqa  açıq  sahə-

lərdə  yerləşdirilməsi. Soliter  bitkilərində  gözəl  yarpaq  formaları,

rəngi, gövdəsi, güllərin rəngi və s. əsas əlamət hesab edilməsi. Bu

bitkilərin yazdan payıza qədər öz təkrarolunmazlığı ilə seçilməli və

çiçəkləmə dövründən sonra da dekorativ görünüşünü saxlamasının

vacibliyi. Soliter əkinlərində tək əkinin müəyyən fonu olmalı. Fon

kimi qazon, çəmənlik, kol ya da ağacların çıx cərgəsi, evin divarı,

dekorativ çəpər və s. ola bilməsi. Bəzi hallarda soliter üçün fon bit-

kilərindən  zirinc, Kanada  kəndalası  və  s. bitkilərdən  istifadə  daha

məqsədə uyğunluğu. Soliter bağ tərtibatının gözəl əlavə olması.

Gül  ləkləri landşaft memarlığı əsasında  yaşıllıqlaın  qurul-

masında ən geniş yayılmış olması. Gül ləkləri sahənin həcmindən,

yaxınlıqda olan binaların, yolların və s. bitkilərin xüsusiyyətlərinə

uyğun  birillik  və  çoxillik  bitkilərdən  istifadə  etməklə  müxtəlif

kompozisiyaların qurulması. Sadə və qarışıq qruplardan istifadə et-

məklə  sahələrdə  gül  ləklərin  salınması. Qrup əkinlərinin  bir  va-

riantı  da  soğanaqlı  və  çoxillik  bitkilərdən  kompozisiyaların  yara-

dılmasının vacibliyi.



Canlı  çəpərlər. Bağ  yolları. Canlı  çəpər  yaratmaq  üçün

şalbanlardan, oraya birləşdirilmiş kiçik dirəklərdən, ya da şüvüldən

karkas  düzəldilməsi, sonra  isə  bitki  səpilərək  becərilməsi. Bitki

əkinlərindən  sonra  köklərin  ətrafına  torpaq  tökülməli, sonra  isə

suvarılması. Bitkilərin bir az böyüdükdən və torpaqda möhkəmlən-

dikdən sonra gövdədən 10-15 sm uzunluqda saxlanmaqla yer üstü

hissəsinin kəsilməsi. Sonralar bitkilər böyüdükcə böyümüş yan bu-

daqların  dayaqları  bərkidilməsi. Sonradan  çəpər  trapesiya  for-

masında kəsilməsi. 1 metr hündürlükdə hasarın aşağı hissəsi yuxarı

hissədən  10  sm  enli  olmasının  vacibliyi. Adi  hasarı  ildə  bir  dəfə,

müxtəlif formada olanları isə 2-3 dəfə kəsilməsi.

Ərazinin  tərtibatının əsas  elementlərindən  biri  bağ  yolları

qurulmasıdır. Bağ  yollarında  yaşıllıqların  landşaft  memarlığı əsa-

sında  qurulması  insanların  həmin  ərazidə  əkilmiş  ağacların, kol-

ların, gül ləklərinin ətrafında gəzintisini, onların psixoloji cəhətdən



13

istirahətini  təmin  etməsi. Yollar  salınarkən  qazonun  zədələnmə-

məsi  üçün  onların  istiqamətini  düzgün  müəyyənləşdirməyin  zə-

ruriliyi. Yolların  üzərinə  təbii  və  süni  daşlardan  düzəldilmiş

plitələr, beton, asfalt, çınqıl və digər materialların döşənməsi. Əgər

bünövrədə  olan  plitələr  əhəng, sement  məhlulundan  düzəldilibsə

üz hissəni eniş düzəltmək lazımdır. Yolun kənarlarında bordür daş-

larından zolaq düzəldilməsi. Bəzən yolların örtülməsi üçün təbii və

süni  daşlardan  düzəldilmiş  plitələrdən  istifadə  edilməsi. Hal-

hazırda  bağ  yollarının  salınmasında  yeni  tikinti  materiallarından

istifadə  edilməsi:  müxtəlif  ölçülü, formalı  və  rəngli  beton  daşları,

mozaikalı plitələr. Bu cür örtüklərinin soyuğa və suya davamlı ol-

ması. Əvvəlcə bu daşları düzüb, sonra isə müxtəlif rəngli daşlardan

və  dağ  süxurlarının  qalıqlarından  istifadə  etməklə  onun  üst

hissəsində müxtəlif kompozisiyaların qurulmasının mümkünlüyü.

Bağ  terraslarının  tərtibatı. Evin ətraf  sahəsini  böyütmək

məqsədilə  qazona  tərəf  terras  açılır. Terrasların  bünövrəsi  təbii

plitələrdən, süni  daşdan  və  ya  əhəngdən  düzəldilərsə  daha  gözəl

olması. Plitələrin  qalınlığı  10  sm-dən  az  olmamalıdır, əks  halda

onlar sına bilər. Tikintiyə başlanmazdan əvvəl gələcək terras yerlə-

şəcək meydançanın hamarlanması, torpağın yuxarı qatının götürül-

məsi. İşlərin payızda aparılması. Əgər terrasda mebel olmayacqsa,

plitələr  düzəldilərkən  bağ  tərəfə  meyilli  olmasının  vacibliyi. Ke-

çənlərin nəzərindən yayınmaq üçün sarmaşan bitkilərdən çəpərlər,

ya da kollardan canlı çəpərlərin düzəldilməsi.



Yaşıllaşdırmada bitkilərə  qulluq  xüsusiyyətləri. Bəzək  və

çiçək  bitkilərinin  normal  inkişafında əsas  xüsusiyyətlərdən  biri

suvarılmadır. Suyun fotosintez prosesində bitkilərin həyatında əsas

rol  oynaması  və  onlar  üçün  lazımı  mikroiqlim  yaratması. Suyun

çatışmazlığı  və  ya  artıq  olması  bitkinin  xəstələnməsinə  və  məhv

olmasına  səbəb  olması. Bitkinin  bir  çox  amillərindən  aslı  olması:

havanın  temperaturu, nisbi  rütubət, bitkinin  ölçüləri, torpağın

tərkibi,


ilin  fəsili,

hava  şəraiti,

kök  sisteminin  vəziyyəti,

yarpaqların ümumi səthi.

Rütubətli torpaqlar tez ovulan və barmaqlara yapışmayan olur.

Belə  sahələrdə  əkilmiş  peperomiya  drasena, kolumneyanı  2-3

gündən  bir  suvarmaq  lazım  olması. Krinum, kaktus  və  qloksiniya



14

az-az  suvarılması, aqava  və  aloye  2-3  həftədən  biri  suvarılmalı

olması.

Yüngül torpaq qarışıqları ağır torpaqlara nisbətən tez quruyur,



ona görə onlar tez-tez suvarılmalıdır.

Bitkilərin  qaynadılmış  su  ilə  suvarılması  məsləhət  görülmür,

çünki onda oksigen yoxdur.

Kəmərlərdən gələn su çox coddur, onun yumuşaldılması üçün

torfdan və ya oksalat turşusundan istifadə edilməsi. Yayda bitkiləri

axşam, qışda  isə  səhər  suvarılması  yaxşı  olması. Suvarılma  və

yumşaldılmadan  başqa  bitkilərdə  çiləmənin  də  aparılması. Bu

proses səhər günəş çıxana kimi davam etməsi.

Vegetasiya dövründə solmuş qönçələr kəsilməli, əks halda  bu

toxumların əmələ gəlməsinə mane olur.



Ədəbiyyat:

1. Qubadlı O.V., Ağamirov U.M., Bayramov A.Ə. Gülçülük. Bakı, “

Ozon” 2003, 415 səh.

2. Məmmədov  T.S. Gülçülük  ensiklopediyası. Bakı, Azərbaycan

nəşriyyatı, 2006. 308 səh.

3.

Əhmədzadə  Ə.T.



Azərbaycanda  gülçülük,

Bakı,


Dövlət

Nəşriyyatı, 1969, 91 səh.

4. Цветоводства, Сельскохозяйственная энциклопедия. Москва,

Изд-во «Советская энциклопедия» стр. 655-670

5. Александров  Б. Зеленые  спутники, Москва. Московский

рабочий, 1989, 225 стр.

6. Проблемы  фотоенергетики  растений, Сборник  научных

трудов, Алма-Ата, 1975, 325 стр.

7. Летан В.М. Курс светокультуры растений, Москва, «Высшая

школа», 1986, 200 стр.

8. Сало  В.М. Зеленые  друзья  человека, Москва, Изд-во

«Наука», 1986, 270 стр.

9. Hacıyev V.C. Azərbaycanın bitki örtüyü. Bakı, ”İşıq” 1976, 100

səh.


10.

Hacıyev  V.C.

Azərbaycanın  Yüksəkdağlıq  bitkiçiliyinin

ekosistemi, Bakı, ”Elm” 2004, 130 səh.




15

“Gülçülük və yaşıllaşdırma” fənni üzrə planlaşdırma

Mövzuların adı

Tədris saatının miqdarı

Müha-

zirə

Məş-

ğələ

Cəmi

1

Gülçülük və yaşıllaşdırmanın



əhəmiyyəti və tətbiqi

2

2



4

2

Yaşılllaşdırmanın əhəmiyyəti və



tarixi

2

2



4

3

Çiçək bitkilərinin becərilməsi üçün



lazım olan amillər

2

2



4

4

Çiçək bitkilərinin becərilmə



qaydaları və çoxaldılması üsulları

2

2



4

5

Birillik, ikiillik və çoxillik çiçək



bitkiləri

2

2



4

6

Gözəlçiçəkli ağac və kol bitkiləri.



Otaq bitkiləri

2

2



4

7

Park, küçə və meydanların



yaşıllaşdırılması

2

2



4

8

Yaşıllaşdırmada bəzək güllərindən



kompozisiyaların tərtibatı

2

-



2

9

Planlaşdırma haqqında ümumi



tövsiyələr

2

-



2

10

Yaşıllaşdırmanın rəng qamması



əsasında qurulması. Çiçəklərin

növləri


2

-

2



11

Qazon və bordürlərin tərtibatı

2

-

2



12

Miksbordürlərin tərtibatı

2

-

2



13

Soliter əkinlər. Gül ləkləri

2

-

2



14

Canlı çəpərlər. Bağ yolları

2

1

3



15

Yaşıllaşdırmada bitkilərə qulluq

işləri

2

-



2

Cəmi


30

15

45




16

Чапа имзаланмышдыр: 03. 01. 2011

Форматы 60х84 1/16.

Физики ч/в 1

Тираjы 100.

«Ганун» няшрляр еви

Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9.

Тел: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

е-маил: инфо@ганун. аз

www. qanun. az



Yüklə 106,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə