Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   2   3   4   5   6   7   8   9   ...   29

9
İMPERİYANI QAYTARMAQ 
İSTƏYİ...
Bu  başlıq  altındakı  yazımı  hazırladığım  2014-cü 
ilin  16  iyul  tarixində  məlum  oldu  ki,  Rusiya  Döv-
lət Dumasının Liberal-Demokrat Partiyasından olan 
millət vəkilləri Rusiya İmperiyasının bayrağının bər-
pa  olunması  haqqında  qanun  layihəsi  hazırlayıblar. 
“İmperka”  deyilən  ağ-sarı-qara  qammalı  bayrağın 
bərpa olunması çoxlarının ürəyindəndir, çoxlarına da 
xəbərdarlıqdır... Əslində bu bayraq Rusiyadakı şovi-
nistlərin və monarxistlərin istifadə etdikləri bayraq-
dır. “Novorusiya” dedikləri Ukrayna ərazilərində də 
tez-tez görünən bu bayrağın Kırımın işğalından sonra 
siyasi partiyalar səviyyəsində bərpasının təklif olun-
ması, həm də bununla keçmişin və gələcəyin bağlı ol-
duğunun vurğulanması ciddi iddialardan xəbər verir...
Rusiya İmperiyasının bayrağı (imperka)


10
Məlumdur  ki,  kommunistlərin  hakimiyyəti  döv-
ründə  bir  çox  məsələlər  haqqında  açıq  danışmaq 
müəyyən xoşagəlməz nəticələr verə bilərdi. Bu, bə-
zilərinin  yanlış  olaraq  düşündüyünün  əksinə  olaraq 
tək müsəlmanlara və türklərə aid deyildi...
Böyük Rusiya İmperiyasının dağılması, Rusiyanın 
yerini SSRİ-nin alması, rus milli şüurunun, slavyan 
hegemonluğu  məsələsinin  zəifləməsi  vaxtilə  Rusiya 
İmperiyasının gücünü görən, süqutunu ürək ağrısı ilə 
izləyən,  pravoslav  xristian  dəyərlərin  aşınmasından 
narahat olan, bu fikirlərini sovet dönəmində deməyə 
çəkinən, vətənini ağır günlərində tərk edən, ömrünü 
mühacirətdə  keçirən  bir  çox  rus  milliyyətçisi  üçün 
nə qədər ağır olsa da, onlar yalnız xaricdəki çıxışları, 
mühazirə və məqalələri ilə kifayətlənməli olurdular. 
Sovetlər  Birliyi  dağıldığı  vaxtlar  həmin  müəlliflər 
cismən olmasa da, ruhən yenidən Rusiyaya, rusdilli 
mətbuata döndülər. Onlardan biri də tanınmış rus mil-
liyyətçi filosofu Georgi Fedotov idi...
1. GEORGİ  FEDOTOV  VƏ  YAŞADIĞI  
SİYASİ  MÜHİT 
Georgi  Fedotov  13  oktyabr  1886-cı  ildə  Saratov 
qubernatorunun dəftərxana müdiri Pyotrun ailəsində 
doğulmuşdur. O, valideynlərinin köçdüyü Voronejdə 
gimnaziyanı  uğurla  bitirir,  1904-cü  ildə  Peterburq 
Texnologiya İnstitutuna daxil olur, 1905-ci il inqilabı 


11
başlayanda Saratova dönür, Sosial-Demokrat Partiya-
sının fəal üzvlərindən biri kimi çalışır. 
Kim idi sosial-demokratlar və onlar nə istəyirdilər?
1)  RUSİYANIN  İMKANLI   
SOSİAL-DEMOKRATLARI
Rusiya  Sosial-Demokrat 
Partiyası  1898-ci  ildə  Rusi-
ya  İmperiyasında  fəaliyyət 
göstərməyə  başlamışdır.  İlk 
sosial-demokrat dərnəklər hələ 
1880-ci  illərdə  yaranmışdır. 
1883-cü ildə Georgi Plexanov 
ilk  Rusiya  marksist  təşkilatı 
–  “Əməyin  azadlığı”  qrupunu 
yaradır.  1894-1895-ci  illərdə 
onun  təşəbbüsü  ilə  “Rus  sosi-
al-demokratlarının  xaricdəki 
ittifaqı” yaranır. 
İstefada  olan  qərargah  kapitanının  oğlu  Georgi 
Plexanov Voronejdə gimnaziyanı qızıl medalla bitir-
miş,  Peterburqda  Dağ-Mədən  İnstitutunda  oxumuş-
dur. İnstitutdakı uğurlarına görə hətta Yekaterina təqa-
üdü də almışdır... Bu vaxtlar Peterburqda Aleksandr 
Hertsen və Nikolay Çernışevski Çar Rusiyasında dö-
zülməz hal olan kəndlilər arasındakı təbəqələşməyə 
qarşı üsyan hazırlayır, təbəqəsiz xalq yığıncağı keçir-
mək  istəyirdilər.  Yəni  Georgi  Fedotovun  sosial-de-
mokratlara  qoşulması  heç  də  təsadüf  deyildi.  Onun 
    Georgi Fedotov 
(1886-1951)


12
oxuduğu  və  yaşadığı 
Voronejin,  Peterburqun 
havasından artıq üsyan, 
etiraz qoxusu gəlirdi...
Təşkilatçılar 
ara-
sında  N.Obruçev,  S.
Rımarenko,  İ.Şamşin 
və  başqaları  da  vardı. 
Əsasən imkanlı ailələr-
də  yetişmiş  bu  ziyalı-
ların  məqsədi  Çar  Ru-
siyasını  məhv  etmək 
deyil,  sosial  ədalətsiz-
liyi  aradan  qaldırmaq, 
demokratiyanı yaymaq idi. Onların ayağa qaldırmaq 
istədikləri kəndlilər də imperiyanı yıxa biləcək böyük 
gücə və imkanlara malik deyildilər. Yəni onlar aya-
ğa qalxsalar belə, Rusiya İmperiyasının varlığına da 
heç bir təhlükə yarada bilməzdilər. Sadəcə cəmiyyət-
də baş verən sosial ədalətsizlik, qadınların ailədə və 
cəmiyyətdəki acınacaqlı durumu, təhsil sistemindəki 
əyintilər, savadsızlıq, cəhalət, yoxsulluq rus ziyalıla-
rını, həm də imkanlı ailələrdə böyümüş ziyalıları na-
rahat edirdi...
Varlı mülkədar ailəsində böyüyən Aleksandr Hert-
sen həm də slavyanofil idi. O, əvvəllər Avropaya can 
atsa  da,  çox  tezliklə  qərbin  əxlaqi  dəyərlərinin  sadə 
rus xalqınınkından fərqləndiyini, “rus tayfasının “təzə-
tər bakirə tayfa”” olduğunu dərk edir. O, dinləri təhlil 
edərkən katoliklik və protestantlıqla müqayisədə pra-
voslav xristianlığın çox üstün olduğunu vurğulayır...
Georgi Plexanov 
(1856-1918)


13
Bəs  Nikolay 
Çernışevski  kim 
idi? 
Keşiş ailəsin-
də  doğulan  Ni-
kolay  Peterburq 
Universitetində 
təhsil  almışdır. 
Jandarmların 
şefi  Dolqoruko-
vun  rəyindən: 
Velikoruss  ça-
ğırışların  tərti-
bində... şübhəli bilinir” (О внутреннем состоянии 
России  в  1861-1862  годах.  –  1862),  yəni  Nikolay 
Çernışevski də velikorus “ideyası” ilə xəstələnənlə-
rin sırasında idi. O da cəmiyyəti dəyişmək istəyirdi. 
Lakin burada söhbət siyasi 
deyil,  sosial  dəyişikliklər-
dən gedirdi. O da Hertsen 
kimi  təhsilin  səviyyəsin-
dən,  qadınların  cəmiyyət-
də  yerinin  olmamasından 
narazı idi. 
Bir-iki  təşkilatçının  da 
tərcümeyi-halına  diqqət 
edək.
Nikolay  Obruçev  alay 
komandirinin 
ailəsində 
dünyaya gəlmiş, gözəl hər-
Aleksandr Hertsen (1812-1870)
Nikolay Çernışevski 
(1828-1889)


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə