Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

129
nidən  toplanaraq  Süleyman  Sulkeviçin  rəhbərliyi 
ilə  Kırım  hökumətini  qurdu.  Tarixin  bu  keşməkeşli 
dönəmlərində  Kırım  növbə  ilə  gah  ağların,  gah  da 
qırmızıların əlinə keçir. Nəhayət, 18 oktyabr 1921-ci 
ildə bolşeviklər RSFSR-in tərkibində Kırım Muxtar 
sovet Sosialist Respublikası elan etdilər, rus və kırım-
tatar dilləri dövlət dilləri statusu aldı. 1928-ci ilədək 
ərəb əlifbasından istifadə edən kırımtatarlar 1928-ci 
ildən  1938-ci  ilədək  latın,  sonralar  isə  kiril  əlifbası 
ilə yazıb oxuyublar. 1937-ci ildə repressiyaya məruz 
qalanlar arasında Vəli İbraimov, Bəkir Çobanzadə və 
başqaları da vardı.
1941-ci ilin noyabrından 12 may 1944-cü ilə qə-
dər Kırım almanların əlində olub. Almanlar buradan 
çəkilib yerini sovet qoşunu alan kimi kırımtatarların 
1921-ci ildə yaradılan Kırım MSSR, yəni Kırım tatar-
larının milli dövlətçiliyi yox edildi. Həmin il mayın 
18-də Stalin, Beriya, Mikoyan, Mexlis və onların şo-
vinist əhatəsinin Qafqaz və Kırımın müsəlman xalq-
larına, özəlliklə də türklərə qarşı apardıqları genosid, 
soyqırım siyasəti nəticəsində bütün xalq yük vaqon-
larına doldurularaq Orta Asiya və Urala sürgün edildi. 
Kırımda  tanklarla  yüzlərlə  kənd,  700-dən  çox  cami 
yerlə bir edildi. Sürgünün ilk iki ayı içərisində xalqın 
46,2%-i aclıq, xəstəlik və istidən həlak oldu.
Kırım MSSR-in yerində RSFSR-in kırımtatarlar-
sız Kırım Vilayəti yaradıldı. O da 1954-cü ildə US-
SR-a daxil olundu. 5 sentyabr 1967-ci ildə kırımta-
tarlar bəraət alsalar da, xalqın böyük hissəsi Vətənə 
dönə bilmirdi. 1987-ci ildə xalq 1921-ci ildəki Kırım 


130
MSSR statusunun qaytarılmasını tələb etdi. Bu illərdə 
Mustafa Cəmiloğlu Kırımlınin fəaliyyəti, bu günlərdə 
olduğu kimi, geniş vüsət aldı. 1987-ci ildə Moskva-
dakı Qızıl Meydanda kırımtatarların böyük mitinqləri 
oldu, milli hərəkat genişləndi, ermənilərə, ruslara və 
yəhudilərə  paylanan  Kırımın  türklərə  qaytarılması 
tələbi qoyuldu...
1989-cu  ildə  “Krımskaya  pravda”  qəzetinin  nəz-
dində kırımtatar xalqının sürgündən sonra ana dilin-
də ilk qəzeti – “Dostluk” qəzeti  yaradıldı. Sonralar 
müstəqil fəaliyyət göstərən qəzet əvvəllər həftədə bir 
dəfə çıxsa da, sonralar 2-3 dəfə oxucularını sevindirir-
di. Orada xalqın dəhşətli faciəsini əks etdirən yazılar 
verilirdi. Qəzetin baş redaktoru, mənim də yaxın dos-
tum olan Şefket Ramazanov (1942-2011) idi (yolladı-
ğı fotoşəkillər, qəzetlər, məktublar, digər materiallar 
bu gün də arxivimdə qalır). “Dostluk” qəzeti sonralar 
bir müddət “Dostluk-Kırım” və, nəhayət, “Kırım” adı 
ilə  nəşr  olunmağa  başladı.  Kırımtatarların  1991-ci 
ildə keçirilən II qurultayında milli özünüidarə siste-
mi yaradıldı. Hər beş ildən bir qurultaya Milli Par-
lamentə    seçkilər  olurdu.  İcra  orqanı  olan  Məclisin 
sədri Mustafa Cəmiloğlu idi. 
Qeyd etdiyimiz kimi, kırımtatarlar sürgün olunan-
dan  sonra  digər  xalqlar  onların  yurd-yuvalarına  sa-
hib  çıxdılar.  Çar  Rusiyası  və  onun  davamçısı  SSRİ 
o  torpaqlarda  rusları  və  digər  özünə  yaralı  xaqları 
yerləşdirməklə  sanki  bu  günlərə  hazırlıq  görürdü. 
İndi  bir  çox  “siyasətçilər”  Kırımın  iki  minillikləri 
aşan tarixinə göz yumaraq onun son iki yüz ilindən, 


131
yəni Rusiya tərəfindən işğal olunduğu vaxtdan üzü bu 
yana baş verən olaylardan danışaraq Kırımın Rusiya-
ya qatılması hadisəsinə haqq qazandırmağa çalışırlar.    
1991-ci  ilin  oktyabr  ayının  23-də  Kırım  Muxtar 
Cumhuriyyəti Ali  Sovetinin  sessiyasında  çıxış  edən 
Ukrayna  prezidenti  L.Kravçuk  Kırımı  Ukraynadan 
ayırıb  Rusiyaya  birləşdirməyə  can  atan  partiya,  qu-
rum və cəmiyyətlərin qanunsuz iş tutduqlarını və sər-
hədlərin dəyişdirilməmədi haqqında Ukrayna və Ru-
siya arasında imzalanan müqavilənin olduğunu qeyd 
etmiş və demişdi ki, Ukrayna və Kırım arasında 90% 
iqtisadi əlaqələr var. Əgər bu əlaqələr üzülərsə, Kı-
rımda iqtisadi vəziyyət ağırlaşacaq. Həmin sessiyada 
referendum keçirilməsi təklifini deputatların əksəriy-
yəti rədd etdi və, beləliklə də, Kırımın Ukraynada qa-
lacağı və ya Rusiyaya keçəcəyi sualı yarımçıq qaldı. 
Ukrayna dövləti kırımtatarlara bacardığı yardsımı et-
məyə  hazır  idi,  çünki  içəridə  separatçı  qüvvələr  ar-
taraq yerli ziyalıları ayağa qaldırmaq istəyirdilər. 14 
aprel 1994-cü ildə Ukrayna hökuməti kırımtatarların 
sürgün günü olan 18 may tarixini rəsmi matəm günü 
elan etdi. Lakin Daxildəki və xaricdəki qüvvələr kı-
rımtatar  xalqının  öz  müqəddəratını  həll  etməsinə 
mane olurdu. Məsələn, Simferopol Dövlət Universi-
tetinin professoru V.Sadatovski “Krımskaya pravda” 
qəzetində özünün “Kırımın taleyi bizim əlimizdədir” 
başlıqlı  məqaləsində  yazırdı:  “Kırımda  yerli  millət 
yoxdur və bu haqda söhbət belə ola bilməz. Kırım heç 
bir vaxt Ukraynanın ayrılmaz hissəsi olmamışdır...” 
Y.Kərimov  soyadlı  bir  müəllif  “Elimizçe  uyğun  ol-


132
malı” (Simferopol, “Dostluk”, 2 oktyabr 1991, s. 2) 
məqaləsində  onun  bu  fikrinə  cavab  verərərk  yazır: 
“Doğrudur, siz gerçəkdən də həqiqəti söylədiniz. La-
kin Kırım eyni zamanda heç Rusiyanın da ayrılmaz 
hissəsi deyil!”
Gördüyümüz  kimi,  hələ  1991-ci  ildən  Kırımın 
“siyasətçilərindən”  olan  Y.Meşkov,  V.Lebedev  və 
onların tərəfdarları 1954-cü ildə Kırımın Ukraynaya 
keçməsi  haqqındakı  aktı  referendum  vasitəsilə  ləğv 
edib, onun Rusiyaya keçməsini təmin etmək istəyir-
dilər. Məqsədlərinə çatmaq üçün hətta aclıq da elan 
etmişdilər. Bu barədə Şair Selim “Meydanda aclıq” 
(Simferopol, “Dostluq”, 1 noyabr 1991) məqaləsində 
yazırdı: “Cəmi-cümlətani 50 il burada yaşayan meş-
kovlar və onlara bənzər “siyasətçilər”... Kırım şəra-
bından içib keflənirdilər. İndi isə “adam” olub kırım-
tatarsız Kırımın taleyini “həll etmək”, Rusiya dışında 
yeni bir rus dövlətçiliyi yapıb Katerina dövrünü ya-
şatmaq istəyirlər. 1954-cü ildən bəri “Moya rodnaya 
Ukraina!”  deyə  yaltaqlanan  bu  “siyasətçilər”  üçün 
yeni  Ukraynanın  müstəqillik  haqqında  Deklarasiya-
sı və SSRİ referendumu haqqında SSRİ Qanununun 
dördüncü maddəsi də bir qəpiklikdir... ”
Qeyd etdiyimiz kimi, 1990-cı illərin əvvəllərindən 
Kırımın Rusiyaya birləşdirilməsi cəhdləri və bu cəhd-
lərə qarşı çıxanlar vardı. Bu da o deməkdir ki, heç də 
hamı rusları 2014-cü ildə gül-çiçəklə qarşılamamışdı.  
Və 1990-cı illərdə ara-sıra Rusiyaya birləşmə ilə 
bağlı fikirlər sayıqlamalar kimi görünsə də, XXI əs-
rin əvvəlləri gostərdi ki, bu sayıqlamalar elə-belədən 


133
deyilmiş.  2014-cü  ildə  Ukrayna  ərazisindəki  Kırım 
Muxtar  Respublikası  və  Sevastopol  dairəsi  Rusiya 
tərəfindən işğal olunaraq Krım Respublikası yaradıl-
dı. Bu da kırımtatar xalqının yeni bir mübarizəyə baş-
lamasına səbəb oldu... Tək kırmtatarlarınmı? Kırımın 
işğalı, təbii olaraq, Ukrayna ilə Rusiyanın münasibət-
lərinin daha da kəskinləşməsinə rəvac verdi...  
        


134
GEORGİ FEDOTOVUN 
ÖNCƏGÖRMƏLƏRİNİN SONU
Xristianlara,  pravoslavlara  son  sözlə  müraciət 
edən  Georgi  Fedotov  yazır:  “Təbii  ki,  inam  yolunu 
milli həyat yollarına tabe etmək olmaz. Xristianlığa 
utilitar-siyasi münasibətdən iyrənc şey yoxdur... Biz 
özümüzdə  indiyədək  xristian  ziyalılığının  yaradıcı 
gücünü yaradıcılıq qabiliyyətindən məhrum edən iki 
zəif  cəhəti  yenməliyik.  Birincisi,  biz  pravoslavlığın 
köhnə  zamanın  siyasi,  mədəni,  məişət  formaları  ilə 
adət  etdiyimiz  calağından  əl  çəkməliyik...  İkincisi, 
...şəxsi dini yolun fərdiliyidir”. Ətraf aləmdən təcrid 
olunmuş, öz aləminə qapanmış ürəyi milli mədəniy-
yətin  yoxluğu  narahat  etmir.  O  özünü  dinlə  təmin 
edilmiş hesab edir. Din milli mədəniyyəti məhv edir. 
Xalq əsrlərdən üzü bu yana gəlib çatmış milli dəyər-
lərdən məhrum qalır. Bütün həyatı dinlə tənzimlənir. 
Bu  da  zəngin  milli  maddi  və  mənəvi  mədəniyyətin 
(milli  geyimlərin,  adət-ənənələrin,  rəqslərin,  milli 
bayramların, ailə və cəmiyyətdaxili qadın-kişi müna-
sibətlərinin və s.) aradan qalxmasına səbəb olur. Ona 
görə də dinlə də ehtiyatlı olmaq lazımdır...
Georgi  Fedotov  sonda  məqaləsinin  başlığındakı 
“Rusiya  yaşayacaqmı?”  sualına  arxayınlıq  gətirən 
“Yaşayacaq!” cavabını verə bilmir. Bunun üçün lazım 
olan şərtlər var: 
Əməl olmasa, fədakarlıq olmasa, Rusiya xilas ola 
bilməyəcək.


135
Ukrayna  probleminin  doğru  həllindən  Rusiyanın 
mövcudluğunun özü asılıdır.
Rusiya  milli  deyil,  bütöv  bir  dünyadır.  Özünün 
yüksək milli, Avrasiya çərçivəsindəki vəzifəsini ye-
rinə yetirməsə, o, Rusiya kimi məhv olacaq.
Mədəniyyət,  inkişaf    yüksəlməsə,  digər  xalqlar 
Rusiyadan  uzaqlaşacaqlar  və  bu  da  Rusiyanın  sonu 
deməkdir.
Bütün bu şərtlərin ağırlığı xalqı oyatmalı olan zi-
yalıların üzərinə düşür. Ona görə də Georgi Fedotov 
israrla “Oyat! Oyat!” – deyir.


136
SON SÖZ
Georgi Fedotov “Rusiya yaşayacaqmı?” məqaləsi-
ni Fransada yaşadığı dövrdə yazmışdır. O, SSRİ-nin 
dağılmasını  görmədi,  1951-ci  il  sentyabrın  1-də  64 
yaşında  ABŞ-ın  Bekon  şəhərində  vəfat  etdi.  Lakin 
onun bu və digər eyni səpkili məqalələri günümüzdə 
imperiyanı qaytarmaq istəyənlər üçün əsl mayak ro-
lunu oynayır...
 P.S. Uzun illər tarixi keçmişi bir olan, eyni tale-
yi  yaşayan  Ukrayna,  Litva,  Polşa,  Çexiya,  Belarus 
hazırkı həqiqət anında bu və ya digər şəkildə öz bir-
liklərini, həmrəyliklərini göstərirlər. Hətta Rusiyaya 
nisbətən yaxınlığı və “itaəti” ilə seçilən Belarus Res-
publikası belə bəzi məqamlarda sərt mövqe nümayiş 
etdirməkdən çəkinmir: “Rusiya heç vaxt Belorusiya 
ilə müharibə etməyəcək. Bu Rusiyanın özü üçün fə-
lakət olacaq” (A.Lukaşenko. 04.08.2015).
TARİX  GÜCLÜ AMİLDİR!  ƏGƏR  BU TARİX 
KİN  VƏ  HAQSIZLIQLARLA  DOLUDURSA,    O  
ZAMAN  O  HƏM  DƏ  GÜCLÜ  VƏ  TƏHLÜKƏ-
Lİ  SİLAHDIR! 


137
ƏDƏBİYYAT:
1. Yoloğlu  G.  «Rusiya  yaşayacaqmı?”  –  Bakı, 
“Dövran”, 20-25 oktyabr 1999, s. 10.
2. Yoloğlu G. «Kırım – mənim doğma yurdum 
». – Bakı, “Dövran”, 29 avqust – 4 sentyabr 2000, 
s. 21.
3.  Белинский  В.  Страна  Моксель  или 
Московия. – Киев, Изд-ство им.Елены Телиги, 
2008, 2009, в трех книгах.
4.  Валеев  Ф,  Томилов  Н.  Татары  Западной  
Сибири. – Новосибирск, 1996.
5. Веселое слово генетики или на кого будут 
похожи  дети?
 
http://www.babyblog.ru/commu-
nity/post/obraz_live/1717256
6.  Гаврилова  Л.  и  др.  Вдоль  Крымских 
берегов. – Симферополь, 1969, 126 с.; История 
народов  Северного  Кавказа  с  древнейщих 
времен до конца ХVIII в. – Москва, 1988.
7.  Герасимов  М.М.  Основы  восстановления 
лица по черепу. - М.: Советская наука, 1949. С. 
144–151.
8. Гордиенко Н.С. Основы научного атеизма: 
Учеб.пособие  для  студентов  пед.ин-тов.  – 
Москва: Просвещение, 1988. – 304 с.
9.  Гришин  Й.Й.  Полско-литовские  татары 
(Наследники 
Золотой 
Орды). 
Научно-
популйарные очерки. - Казан 1995, 195 с.
10.  Данилевский  И.  Рюрик  –  это  легенда. 


138
-
samlib.ru/u/urmanbaew_e_b/rjurik.shtml; 
  http://
rusplt.ru/society/ryurik--eto-legenda-13348.html
11.  Державин  Н.С.  Славяне  в  древности.  – 
Москва: Изд-во АН СССР, 1945.
12.  Джафаров  Т.Г.  Древняя  Русь  и  тюрки  в 
летописях, воинских и исторических повестях. 
Монография.  –  Баку,  ИПО  «Азербайджан 
Милли Энсиклопедиясы», 2002. – 256 с.
13.  Zajanckowski,  Prof.  Dr.  W.  ,  «Polonya’da 
Türklerin  Etnografya  ve  Folkloru  ile  İlgili  Bibli-
yografya», TFA Yıllığı, Ankara, 1976, s. 223-224.
14. 
Зверева 
Г.И. 
Цивилизационная 
специфика  России:  дискурсный  анализ  новой 
«историософии»  //  Общественные  науки  и 
современность. - 2003. - № 4. - С. 98-112.
15. Звягин В.Н. Не скифы мы, не азиаты мы... 
Как  же  выглядел  князь  Андрей  Боголюбский 
на  самом  деле?  //  «Молва»,  Владимир,  2010.  
http://www.molva33.ru/news/&news=1298
16.  Зеньковский  В.В.  История  русской 
философии. - Ленинград.: ЭГО, 1991. - Т. 2. - Ч. 
2. - 269 с.
17. Иванов С.Н. Николай Федорович Катанов. 
– Москва, 1973.
18. Ивонина О.И. Время свободы. Проблема 
направленности  истории  в  христианской 
исторической мысли России XIX - середины XX 
вв. - Новосибирск: Изд-во НГПУ, 2000.  -  442 с.


139
19.  История  средних  веков:  Учебник    для 
студентов  ист.  Фак.пед.ин-тов  (М.Л.Абрамсон 
и  др.  Под  ред.  Н.Ф.Колесницкого).  –  Москва, 
Просвещение, 1980. – 576 с.
20. Как Московия украла историю Киевской 
Руси – Украины (доклад доктора исторических 
наук  Ярослава  Дашкевича)  (Як  Московiя 
привласнила  iсторiю Киiвськоi   Русi, 2008).
21.  Карамзин  Н.М.  История  государства 
Российского. В 12-ти т., т. 4-6, Тула, 1990.
22.  Киселев  С.В.  Древняя  история  Южной 
Сибири. – Москва, 1951.
23. Кокова И.Ф. Н.Ф.Катанов. – Абакан, 1993.
24. Кызласов Л.Р.  Древняя и средневековая 
история Южной Сибири. – Абакан, 1991.
25. Lenin V. Əsərləri. – Bakı, “Azərnəşr”, 1952, 
C.30, 599 s. (s.155-158).
26. Мирча Элиаде. От Залмоксиса до Чингиз 
хана... – Кишинев, «Кодры», №7, 1991.
27.  Молчанов  Н.Н.  Дипломатия  Петра 
Первого. – Москва: Международные отношения, 
1984 – 440 с.
28. Пиккио Р. Древнерусская литература /Пер. 
с итал. – Москва: Языки славянской культуры, 
2002.
29.  Повесть  временных  лет  //ПЛДР.  Начало 
русской  литературы.  XI-  начало  XII  века.  – 
Москва: Художественная литература, 1978.


140
30.  Посольские  книги  по  связям  России  и 
Ногайской  Ордой.  1489-1549  гг.  –  Махачкада, 
Даг.кн.изд-во, 1995. – 360 с.
31. Радлов В.В. Из Сибири. – Москва, 1989.
32. Stalin İ. Əsərləri. – Bakı, Azərnəşr, 1947, C. 
5, 486 s. (s. 53-54).
33.  Уманский  А.П.  Телеуты  и  русские  в 
XVII-XVIII веках. – Новосибирск: Наука,, 1980. 
– 296 с. 
34.  Федотов  Г.П.  Будет  ли  существовать 
Россия?  //  О  России  и  русской  философской 
культуре. Философы русского послеоктябрьского 
зарубежья. - М.: Наука, 1990. - С. 450-462.
35. Федотов Г.П. Письма о русской культуре // 
Федотов ГП. Судьба и грехи России / Избранные 
статьи  по  философии  русской  истории  и 
культуры: В 2-х томах. - СПб.: София, 1991.
36. Федотов Г.П. Россия и свобода // Федотов 
Г.П. Судьба и грехи России / Избранные статьи 
по философии русской истории и культуры: В 
2-х томах. - СПб.: София, 1991. - Т. 2. - 276-303. 
37.  Федотов  Г.П.  Социальное  значение 
христианства  //  Федотов  Г.П.  О  святости, 
интеллигенции и pбольшевизме. - СПб.: Изд-во 
Санкт-Петербургского ун-та, 1994. - С. 50-78.
38.  Федотов  Г.П.  Русская  религиозность  Ч. 
1. Христианство Киевской Руси // Федотов Г.П. 
Собрание сочинений в 12 т. - М., 2001. - Т. 10. - 
382 с.


141
39.  Федотов  Г.П.  Судьба  и  грехи  России 
/  Избранные  статьи  по  философии  русской 
истории и культуры: В 2-х томах. - СПб.: София, 
1991. - Т. 2. - С. 129-132.
40.  Фомина  C.  Предисловие  к  статьям 
Г.Федотова  «Национальное  и  вселенское»  и 
«Будет  ли  существовать  Россия?»  –  Кишинев, 
«Кодры», 1991, №2, с. 151-159.
41. Фурман М.А. Андрей Боголюбский: при-
косновение  к  тайне  //  Старый  владимирец.  8 
сентября 1995 г. № 6.
42. Яковенко И.Г. Российское государство: на-
циональные интересы, границы, перспективы. - 
Новосибирск: Наука, 1999. - 216 с.
43.  Якутский  фольклор  (хрестоматия  для 
учащихся 5-6 классов русскоязычных школ). – 
Якутск, 1993.  
         


142


143


144

Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə