Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   2   3   4   5   6   7   8   9   ...   29

19
2. GEORGİ  FEDOTOVUN  
MÜHACİRƏTDƏKİ  FƏALİYYƏTİ
Rusiyanın sonunun yaxınlaşdığını hiss edən Geor-
gi Fedotov Fevral İnqilabından təşvişə düşərək onun 
arxasınca  Oktyabr  çevrilişinin  olacağını  və  sevdiyi 
Rusiyanı  ondan  sonra  nələrin  gözlədiyini  öncədən 
görürdü. Belə qarışıq bir vaxtda əksər rus ziyalıları 
kimi o da xilas yolunu pravoslavlıqda görür, vaxtilə 
“Vladimir  Peçorinlə  bərabər  lənətlədiyi,  Marksla 
bərabər nifrət etdiyi” Çar Rusiyasının dağılmasında 
özünün də günahkar olduğunu etiraf edirdi... 
1925-ci  ildən  başlayaraq  G.Fedotov  Avropanın 
Berlin, Paris və digər şəhərlərinin ilahiyyat institut-
larında  mühazirələr  oxuyur,  daha  sonra  isə  ABŞ-a 
köçür. Onun Rusiyanın tarixi taleyi ilə bağlı antiso-
vet xarakterli fəlsəfi məqalələrindən biri də “Rusiya 
yaşayacaqmı?” məqaləsidir.
Nə idi G.Fedotovu narahat edən? Nəyə görə o, se-
vimli Rusiyasının yaşayıb-yaşamayacağından bu qə-
dər təlaş keçirirdi? Niyə rus filosofu “vaxtilə İslama 
qarşı duran, Çingiz xana qarşı çıxan” Rusiyanın tale-
yindən bu qədər nigaran idi? Nədən gəncliyinin ilk il-
lərində inqilabi hərəkata qoşulan Fedotov çox tezliklə 
fikrini dəyişdi?..
Oxucularımızın bu suallara cavab tapa biləcəkləri 
həmin məqalə ilk dəfə Parisdə çıxan “Rusiya tələbə 
xristian hərəkatı xəbərləri”nin 1-2-ci saylarında çap 
olunsa da, geniş oxucu kütləsinə yalnız 1991-ci ildə 
S.Fominanın Moldovada çap olunan “Kodrı” dərgi-


20
sindəki təqdimatı ilə çatdırılmışdır. Azərbaycan-Mol-
dova  ədəbi  əlaqələrini  öyrənən  bir  tədqiqatçı  kimi 
Moldovada çıxan bütün ədəbi-bədii dərgi və qəzetləri 
izlədiyimdən “Kodrı” dərgisinin həmin sayındakı yazı 
hələ o vaxtdan diqqətimi çəkmişdir. Zamanı gəldiyini 
düşünərək Azərbaycan xalqını bir çox mətləblərdən 
hali etmək məqsədilə həmin məqalə və onun müəllifi 
haqqında 1999-cu ildə “Dövran” qəzetinin səhifələ-
rində  məlumat  vermişdim.  Lakin  günümüzdə  Rusi-
yanın  qonşu  dövlətlərlə  münasibəti,  slavyanlar  ara-
sındakı qarşıdurmalar bizi yenidən həmin məqaləyə, 
onun müəllifinə, dövrünə qayıtmağa məcbur etdi.
Onu  da  qeyd  edək  ki,  G.Fedotovun  məqaləsini 
təqdim edən S.Fomina tarixin ikinci dəfə böyük şans 
verdiyi  “velikorusların”,  yəni  rusların  məqalədəki 
məsələlərə  diqqət  etmələrini,  onun  hər  sətrinin  ma-
hiyyətinə varmalarını, bu məqaləni “İnam, Ümid və 
Məhəbbətlə oxumalarını” tövsiyə edir. Bizcə, bu cür 
yazıları bizim də diqqətlə oxumağımız lazımdır. Hər 
sətrin mahiyyətinə varmağımız və qarşımızdakıların 
əsl niyyətlərini bir daha anlayıb düzgün nəticə çıxar-
mağımız üçün çox vacibdir...
Ancaq G.Fedotovun rus dilindən tərcümə etdiyi-
miz  “Rusiya  yaşayacaqmı?”  məqaləsini  oxucuları-
mızın  diqqətinə  çatdırmazdan  əvvəl  buradakı  bəzi 
məqamların  (G.Fedotov  hansı  Rusiyanın  həsrətin-
də  idi?  Niyə  “maloruslar”  adlandırdığı  ukraynalılar 
“velikoruslara”,  yəni  ruslara  bu  qədər  nifrət  edir-
lər? Nədən G.Fedotov ukraynalıların milli şüurunun 
oyanmasından əndişələnir?..) sıx bağlı olduğu tarixi 


21
hadisələrə  qısa  bir  ekskurs  etməyi  lazım  bildik... 
Məqsədimiz slavyan mənşəli bildiyimiz ruslarla pol-
yaklar, ukraynalılar, çexlər, belaruslar, eləcə də Bal-
tikyanı  xalqlar  arasında  əsrlər  boyu  yaşayan,  ciddi 
qarşıdurmalara, müharibələrə səbəb olan nifrətin kö-
künü araşdırmaqdır...
1) “MOSKVA  KİYEV  RUSUNUN  TARİXİNİ  
NECƏ  MƏNİMSƏDİ?”
Uzun illər, hətta əsrlər boyu bir çox tarixçilər xalq-
ların etnogenezi, dili, dini ilə bağlı tədqiqatlar apar-
mışlar. Bəzi alimlər bugünkü Ukrayna və Rusiya ara-
sındakı  münasibətlərin  kökünü  araşdıraraq  maraqlı 
nəticələr əldə edirlər. Məsələn, tarix elmləri doktoru, 
erməni koloniyaları haqqındakı bir çox araşdırmanın 
Yaroslav Daşkeviç (1926 - 2010)


22
müəllifi  Yaroslav 
Daşkeviç  məqalə 
və 
çıxışlarında 
(“Як 
Московiя 
привласнила 
iсторiю  кiiвськоi  
Русi”  (2008))  qeyd 
edirdi  ki,  Moskva 
çarları  IV  İvandan 
(İvan  Qroznı)  baş-
layaraq  Kiyev  Rus 
dövlətinin  tarixi-
ni  mənimsəməyə 
başladılar. 
Onlar 
bilirdilər ki, keçmi-
şi  olmayan  xalqın, 
dövlətin  gələcəyi  də 
yoxdur. Belə ki, Moskva knyazlığı 1277-ci ildə Men-
gi Temir xan tərəfindən Qızıl Ordanın bir ulusu kimi 
yaradılmışdır. Bu vaxta qədər artıq 300 ildən çox idi 
ki, Kiyev Rus dövləti vardı...
Tədqiqatçılar fin torpağı olan “Moksel”lə (sonra-
lar Moskva knyazlığı) Kiyev Rus dövlətinin heç bir 
əlaqəsinin  olmadığından  bəhs  edərək  vurğulayırlar 
ki,  988-ci  ildə  Kiyev  Rus  dövlətində  vatiz  prosesi 
gedəndə,  Suzdal  torpağının  –  “Moksel”  torpağının 
fin  tayfaları  yarı  vəhşi  halda  yaşayırdılar.  Əslində 
IX-XII əsrlərdə Tulada, Ryazanda və indiki Moskva 
vilayətində merya, mokşa, ves, çud, mordva, mari və 
(sonrakı faktlar göstərir ki, qıpçaq türklər də buranın 
Çar IV İvan (İvan Qroznı) 
(1533-1584)


23
yerli  tayfalarından  idilər 
–  G.Y.)  başqa  “moksel” 
tayfaları yaşayırdılar.  
a) RUS  
KNYAZLARIN  
TÜRK  ANALARI
1137-ci  ildə  knyaz 
Ryurikoviçlərdən  olan 
Vladimir Monomaxın ki-
çik oğlu Yuri (Gürgi, Dür-
gi) Dolqoruki Kiyev knyazlığında yer tapa bilmədi-
yindən “Moksel”ə gəlir və burada Suzdal knyazlığına 
başçılıq edir. Elə Daşkeviçin özü də yazır ki, Yuri yerli 
tayfalardan olan bir qızla evlənir və nəticədə  Andrey 
Boqolyubski dünyaya gəlir. “Yerli tayfalardan birinin 
qızı”  əslində  qıpçaq  xanı Aepa  Osenoviçin  qızı  idi. 
Andreyin monqoloid təsviri də təsadüf deyil. Demə-
li, hələ monqol-tatarlara qədər (qaynaqlarda onların 
Suzdala 1237-ci ildə gəldiyi bildirilir – G.Y.) əsl “rus” 
torpaqları sayılan Suzdal knyazlığında qıpçaqlar yerli 
tayfalardan idilər. Qıpçaqlar öz kürəkənlərinə “Uzun 
kollı  Yuri”  deyirdilər...  Onu  da  qeyd  edək  ki,  son-
ralar  bütün  knyazların  şəkilləri  yenidən  işlənildi  və 
monqoloid üz cizgiləri, göz quruluşları dəyişdirilərək 
“slavyanlaşdırıldı”. 1940-cı illərin əvvəllərində And-
rey  Boqolyubskinin  nəşinin  qalıqlarını  Moskvada-
kı  Plastik  Bərpa  Laboratoriyasına  gətirirlər.  Burada 
antropoloq,  heykəltaraş,  arxeoloq,  professor  Mixail 
Yuri Dolqoruki


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə