Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   2   3   4   5   6   7   8   9   ...   29

29
vremennıx let” əsərində maraqlı bir epizod var: pol-
yanlardan soruşanda ki, siz vergini kimə ödəyirsiniz, 
onlar deyirlər: “əvvəllər bizi Kiy, Şek və Xoriv idarə 
edirdilər, indi isə biz onların nəslinə - xəzərlərə ödə-
yirik”.  Deməli,  əgər  xəzərlər  Kiy,  Şek  və  Xorivin 
nəslindəndirlərsə, deməli onlar da xəzər türklərindən-
dirlər. Bu fakt bəzi rus alimləri məcbur edir ki, xəzər-
lərin türk olmadıqlarını sübut etməyə çalışsınlar. Bə-
ziləri də rusların türk-tatar olmasını ortaya qoyurlar. 
Polşa alimi Yan Dluqoş isə yanlış olaraq bu üç qar-
daşın polyak olduğuna və, buna görə də, cənubi rus 
torpaqlarının  Polşaya  məxsusluğuna  inanır.  Əslində 
isə Kiyevi idarə edənlərin xəzərlər olduğunu görürük. 
Ərazidə yaşayan digər xalqlar, o cümlədən də indiki 
polyakların  ulu  babaları  hesab  olunan  polyanlar  bir 
çoxları kimi, xəzərlərə vergi ödəyirdilər...
Nəticə ürək açan deyil! Belə çıxır ki, rusların kökü 
XXI  əsrin  əvvəllərində  belə  naməlum  qalır.  Xalqın 
etnik kökünün aydın olmamasının I Pyotru, II Yeka-
terinanı və digərlərini necə narahat etdiyini və onların 
saxta tarix yaratmaq məqsədilə hansı yollara baş vur-
duqlarını irəlidə görəcəyik...  
2) MOSKVA  KNYAZLIĞININ  YARANMASI: 
HƏQİQƏT  VƏ  YALANLARIN 
QOVUŞDUĞU TARİXİ DÖVR
Tədqiqatçılara görə, 1237-ci ildə monqol-tatarlar 
Suzdala gələndə Vladimir knyazları Yuri və Yaroslav 


30
Vsevolodoviçlər Batı xana tabe olurlar. “Moksel” də 
Qızıl Ordaya daxil olur, tatarların hesabına knyazlığın 
güvəni artır. Drujinaya Yuri Vsevolodoviç, knyazlığa 
isə Yaroslav başçılıq edirdi. İkili başçı məsələsi qə-
dim türklərdən gəlmə ölkəni idarəetmə üsulu idi...
Yaroslav 8 yaşlı oğlu Aleksandrı Batı xana amanat, 
girov verir.  “Əmanətə xəyanət olmaz” deyiblər. Batı 
xanın sarayında Aleksandr daim diqqət və qayğı görür. 
1238-1252-ci illərdə Qızıl Ordada yaxşı tərbiyə alan 
və sonralar Nevski kimi tanıdılan Alek sandr Batının 
oğlu Sartakın andı, yəni ayrılmaz dostu olur və Batının 
qızı, Çingiz xanın nəvəsi ilə evlənərək 1252-1263-cü 
illərdə Volodimir ulusuna (knyazlığına) başçılıq edir. 
Yuri və Yaroslav Vsevolodoviçlər


31
Qızıl  Ordaya  sonuna  qədər  sadiq  qalan Aleksandrın 
əgər 1240-cı ildə cəmi 10 yaşı vardısa, o necə həmin il 
Neva və iki il sonra, yəni 1242-ci ildə Çud döyüşündə 
iştirak edib qəhrəman ola bilərdi?! Tarix kitablarında 
gördüyümüz  Aleksandr  Nevskinin  isə  ən  azı  25-30 
yaşı var. Aleksandr Nevski haqqında yalanlar, demək 
olar ki, bütün tarix kitablarında mövcuddur... 
Əslində 1147-ci ildə Moskvanın əsası, tarix kitab-
larında öyrədildiyi kimi, knyaz Dolqoruki tərəfindən 
deyil, tatar xanı Menqü Temir tərəfindən qoyulmuş, 
Aleksandrın  kiçik  oğlu  Daniil  isə  onun  ilk  knyazı 
olmuşdur...  Maraqlıdır  ki,  nə  1237-1238-ci,  nə  də 
1254-1259-cu illərdə Qızıl Orda tərəfindən aparılan 
siyahıyaalmada  Moskvanın  adı  yoxdur,  hərçənd  ki, 
Moskvanın rəsmi salınma tarixi 1147-ci il göstərilir. 
Daşkeviçin müqayisəsinə görə, Kiyev isə 482-ci ildə 
artıq vardı... 
Aleksandr və Sartak


32
1277-ci  ildə  tatar  xanı  Menqü  Temir  tərəfindən 
əsası qoyulan Moskoviya ulusu, knyazlığı Qızıl Or-
danın adi bir ulusu idi. İlk Moskva knyazı isə, artıq 
qeyd etdiyimiz kimi, Aleksandrın kiçik oğlu Daniil idi 
(1277-1303)...  Moskva 
knyazları  Ryurikoviç-
lər öz köklərini Daniil-
dən götürürlər. 1319-cu 
ildə Özbək xan qardaşı 
Kalta  Kulxanı  Mosk-
va  knyazlığına  oturdur, 
1328-ci ildən isə Böyük 
Moskva  knyazı  elan 
edir.
Təbii  ki,  İvan  Kali-
tanın  da  tərcümeyi-ha-
lı  və  şəkli,  digər  kn-
Aleksandr Nevski
İvan Kalita (Kalta Kulxan)


33
yazlarınkı  kimi, 
təhrif  olunmuş-
dur.  Göründüyü 
kimi,  kilsə  onun 
yunanlara  bən-
zəməsinə  daha 
çox 
üstünlük 
vermişdir,  nəin-
ki qardaşı Özbək 
xana... 
Özbək xan İs-
lam  dinini  qəbul 
etdikdən  sonra 
Ryurikoviçləri 
aradan  qaldırır, 
Aleksandrın  bü-
tün  nəslini  məhv  edir.  Onun  qardaşı  İvan  Kaltadan 
(Kulxandan. Sonralar “Kalita” – G.Y. ) başlayan çingi-
zidlərin hakimiyyəti isə  270  il davam edir. 
Yeni  Romanovlar  (Kobalinlər)  sülaləsi  1613-cü 
ildə bu ənənəni davam etdirərkən çingizidlərə sadiq 
qalacaqlarına  and  içirlər.  Moskva  pravoslav  kilsəsi 
Moskoviyada tatarların dövlət ənənələrinin qorunma-
sına xidmət edirdi. Beləliklə, Moskva knyazlığı Qızıl 
Ordanın varisidir. Tatarlar isə onun “xaç atası”dırlar. 
1547-ci ildə knyazlıq çarlıq elan olunur. Və bu çarlıq 
zəfərlər çalan, torpaqlar ələ keçirən, dünyaya hakim 
olmaq istəyən xaç atalarının yolunu davam etdirir. 
XIII-XVI  əsrlərdə  tatarlar  “velikoroslarla”  qay-
nayıb qarışdılar. Rusiya zadəganlarının böyük əksə-
Özbək Xan


34
riyyəti  öz  kökü-
nü  tatarlardan 
götürür:  Arak-
çeyev,  Bunin, 
Qriboyedov, 
Derjavin,  Dos-
toyevski,  Kup-
rin,  Plexanov, 
Saltıkov-Şedrin, 
Turgenev,  Şere-
metyev,  Çaada-
yev və başqaları. 
Elə  İvan  Stoyko 
da “monqoloid irqi” deyərkən məhz bunları nəzərdə 
tuturdu...
3) MOSKOVİYANIN  YENİ  İDDİALARI 
Niyə  Moskoviyadakılar  özlərini  “velokoros” 
(“velikorus”) adlandırırlar? Bəlkə də bu vaxtilə Yuri 
Dolqorukinin Kiyev Rus dövlətindən gələrək bu əra-
zilərdə  knyazlıq yaratması ilə bağlıdır?..
III  Vasilinin  (1505-1533)  knyazlığı  dövründə 
Moskoviyada Moskva pravoslavlığının monaxı Filo-
feyin  bir  fikri  şüara  çevrildi:  “İki  Roma  süqut  etdi, 
üçüncü  isə  durur,  dördüncü  olmamalıdır”.  Bundan 
sonra  özünü  “velikoros”  adlandıran  Moskoviya  kn-
yazlığı “üçüncü və sonuncu Roma” rolunu oynamağa 
Monomaxın papağı


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə