Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   ...   30

5

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

vetliyi  ərazisin də  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  -   Xızı 

rayonunun  digər  əra zilərində  və  Siyəzən  rayonu  əra zisində  ya­

yıl mış  şivələr (2).

M.Hacıyev  öz  işində  A.Qrünberqin  təsnifatını  qəbul  et - 

miş  və  bu  təsnifatın  cənub  qrupuna  Abşeron,  Balaxanı,  Sura- 

xanı,  Lahıc və  Məlhəm  (Şamaxı)  tatlarının  ləhcələrini  də  əlavə 

edilmişdir (27,  16).

Ayrı-ayrı  dillərin  dialekt,  ləhcə  və  şivələrə  bölgüsü  elmi 

prinsiplərə  əsaslanır  ki,  bu  məsələyə  dialektologiyada  baxılır. 

Ayırma  oxşar  və  fərq li  dil  hadisələrinin  təyini  üzrə  aparılır. 

Müqayisə  zamanı  oxşarlığın  və  fərqin  təsadüfi  olub-olmaması 

nəzərə  alınır.  «Mü qayisə  edilən  oxşar  dil  hadisələrinin təsadüfi 

yaxud  qeyri-təsadüfi  olmasının  müəyyənləşdirilməsi  zamanı 

müxtəlif statistik-ehtimal  və  kəmiyyət  meyarı  qanunları  böyük 

əhəmiyyət  kəsb  edir»  (66,  158).  Fikrimizcə,  Azərbaycan  tatla - 

rının  dilinin  ləhcələrə  bölgüsü  əsasında  coğrafi  prinsipin  dur­

ması  qənaətinə  gəlmək  olur.  Çünki  tat  dilini  ləhcələrə  bölmüş 

müəlliflər,  əslində,  ləhcə  səviyyəsində  kifayət  qədər  fərqin 

olub-olmadığını  açıqlamırlar.  Məsələn,  T.Əhmədov  tat  dilinin 

Quba  ləhcəsini  şərti  olaraq  Rustov,  Növdün,  Şuduq,  Çiçi,  Zar - 

qova,  İsnov və  Talıblı  şivələrinə bölmüşdür.

Azərbaycan  ərazisində  yaşayan  tatlar dini  mənsubiyyətlə­

rinə  görə  aşağıdakı  qrup lara  bölünür:  1)  müsəlman  tatları;  2) 

yəhudi  tatları;  3)  xristian  tatları.  Bu  bölgü  təkcə  Azərbaycan 

Respublikası  deyil,  başqa  ölkələrdə  yaşayan  tatlar  üçün  də  sə­

ciyyəvidir.  Dini  baxımdan  üç  müxtəlif qrupa  bölünmədən  asılı 

olmayaraq,  tatlar eyni  bir dild ə -  tat  dilində  danışırlar.

Məlumdur  ki,  xalqlar  arasındakı  münasibətlərdə  dil  mü - 

hüm  rol  oynayır.  İctimai,  mədəni,  sosial  və  iqtisadi  sahələrdə 

əlaqələrə  dildən  istifadə  edilir.  Dil  əlaqələri  ictimai  səciyyə 

daşıyır.  Təmas  iqtisadi,  siyasi,  mədəni,  dini  və  bu  kimi  əlaqə­

lər  çərçivəsində təzahür  edir.  Əlaqələr təmaslı  olduqda  dillərin 

bir-birinə  təsiri  baş  verir.  Bu  təsir  çox  zaman  qarşılıqlı  olur.




6

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Deməli,  dilin  inkişafı  xalqın  tarixi,  onun  yaşadığı  ərazi  və 

onunla  qonşu  olan  xalqların  dili  və  tarixi  ilə  bağlıdır.  Dil  xal - 

qın  malıdır  və  bu  cəhətdən,  ta mamilə  təbiidir  ki,  hər  bir  dil 

mənsub  olduğu  xalqın  tarixi  ilə  bağlıdır.  Dil  elə  bir  güzgüdür 

ki,  xalqın  tarixi  bu  və  ya  digər  şəkildə  əksini  orada  tapır 

(A.Axundov).

Xalq,  etnos  başqa  xalqlarla  yaxın  və  çox  zaman  eyni  bir 

ərazidə  yaşayır.  Belə  yaxınlıq  məişətdə,  yaşayış  tərzində,  dav - 

ranışda,  adət-ənənələrdə,  mədəniyyətdə  yaxınlaşmaya  səbəb 

olur.  Ünsiyyyət prosesində isə  dil təmasları  baş verir.

Martine  göstərir ki,  sinxron  və  diaxron  aspektdə  olmasın­

dan  asılı  ol mayaraq,  bizi  sırf təsviri  yanaşma  qane  etmirsə,  on­

da  hansısa  bir  dilin  yayılması  haqqında  topladığımız  məlumat 

belə  bir  nəticəyə  gətirib  çıxaracaqdır  ki,  dilin  yayılması  xalqın 

hərbi,  siyasi,  dini,  mədəni,  iqtisadi  və  ya  sadəcə  demoqrafik 

ekspansiyasının  kənar  məhsuludur.  Çünki  dil  xalqın  ünsiyyət 

vasitəsidir.  Tat  dili  də  Azərbaycanın  müxtəlif  ərazilərinə  gəl - 

mə  dil  olub,  bu  ərazilərdə  yayılmış  digər  dillərlə  qarşılıqlı  əla - 

qələr zəminində inkişaf etmişdir.

Tat  dilinin  müəyyən  bölgü  üzrə  tədqiqinə  əsas  yaradan 

amil lərdən  biri  tə dqiqatçıların  eyni  qrupa  mənsub  dil  daşıyıcı­

larının  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən materiallar top - 

laması  olmuşdur.  Lakin  bu  cəhət  müxtəlif qrupların  dillərinin, 

onların  dil  əlaqələrinin  ayrı-ayrılıqda  tədqiqinin  elmi  dəyərini 

azalt mır,  əksinə,  artırır.  Çünki  belə  olduqda  müqayisəli  tədqi - 

qat  aparmaq üçün  daha  əlverişli  zəmin  yaranır.

Dil  əlaqələri  prosesində  təsirə  ən  tez  məruz  qalan  dilin 

leksik  sistemidir.  Dil  əlaqədə  olduğu  dildən  sözlər  alır.  Tat  di - 

linin  bütün  ləhcələrində  Azərbaycan  di lindən  və  ya  Azərbay­

can  dili  vasitəsi  ilə  digər  dillərdən  alınmış  sözlər  müəyyən 

çoxluq təşkil  edir.

Dil  əlaqələri  üç  formada  qeydə  alınır.  Azərbaycan-tat  dil 

əlaqələrind ə  onun iki  forması  geniş yayılmışdır.  Leksik  sis tem-




7

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

də  baş  verən  d əyişmələrdə  Azərbaycan  dili  vasit əsilə  keçmiş 

ərəb,  rus  və  Avropa  mənşəli  söz  v ə  terminlər  də  xüsusi  yer 

tutur.  Dil  kollektivl əri  arasındakı  əlaqə  informasiyanın  ötürül - 

məsi  və  qəbul  edilm əsi  zərurətindən  doğur.  Yəni,  bir  dil  kol­

lektivi  və  ya  bu  kollektivin  nümayəndəsi  müəyyən  informasi­

yanı  başqa bir  dil  kollektivinə  ötürmək,  yaxud  ondan  almaq is­

təyir.  Əlaqənin  yaranması,  informasiya  mübadiləsi  müxtəlif 

formalarda,  müxtəlif  iştirakçılarla  gedir  və  müxtəlif  tarixi 

dövrləri  əhatə  edir.

«Azərbaycanın  ərazisində mövcud  olmuş tat ləhcələri  pəhləvi 

və  fars  dillərinin  şivələri  idi.  Tatlar  erkən  orta  əsrlərdə  cənubdan 

Azərbaycanın  ərazisinə köçürülmüşlər.  Azərbaycan tatları  türk  dili­

ni də bilirdilər.  Çox güman ki,  erkən orta əsrlərdə və sonra Azərbay­

can  ərazisində  (Abşeron  zonası)  məskunlaşmış  tatlar  ikidilli  Azər­

baycan türkləri olmuşlar.  Yeni  şəraitdə onlar ikinci dil olan tat dilini 

tədricən yadırğamış və ana, türk dilini  saxlamışlar.  Ancaq Quba zo­

nasında yaşayan  tatların  ana  dili  tarixən  fars  ləhcəsi  olmuşdur.  On­

ların  ikinci  dili  Azərbaycan  dilidir.  Cənubi  Azərbaycanda  yaşayan 

tatlar da Azərbaycan dilindən ünsiyyət vasitəsi kimi istifadə edirlər. 

Bu  tat  dilini  bəzən  «Midiya  dilinin»  qalığı  kimi  qələmə  verirlər, 

lakin bunların hamısı pəhləvi ləhcələri  olmuşdur» (12, 227).

Tat  dilinin  öyrənilməyə  başladığı  dövrdən,  yəni  XIX  əsrin 

axırları  XX  əsrin  əvvəllərindən  elmi  ədəbiyyatda  terminoloji  anla­

şılmazlıq olmasın deyə tat dilinin adı  ənənəvi  etnik prinsip üzrə ve­

rilmişdir.

A.L.Qrünberq Azərbaycanda yaşayan tatların  dilindəki  ləhcə 

fərqlərinin  müəyyənləşdirilməsi  və  həmin  ləhcələrin  sərhədini  tə - 

yin  etmək  fonetik,  leksik-qrammatik fərqlərlə  yanaşı,  dini  fərqləri 

də  əsas  götürmüşdür.  O,  qeyd  etmişdir  ki,  sünni  və  şiələrin  dili 

arasında  əsaslı  dərəcədə  ləhcə fərqləri  vardır.  Bundan  sonra müəl - 

lif  tat  ləhcələrinin  aşağıdakı  ilkin  təsnifini  vermişdir:  1)  şimal 

(sünni)  şivələri  -   Quba,  Dəvəçi,  Qonaqkənd  rayonları  və  Xızı  ra­

yonunun qızıl  Qazma kənd sovetliyi  ərazisində yayılmış  şivələr;  2)




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə