Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   ...   30

8

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

mərkəzi  (şiə)  şivəsi  -  Xızı  rayonunun  Ərüsküş  və Dağquşçu  kənd 

sovetliyi  ərazisində  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  -   Xızı 

rayonunun  digər  ərazilərində  və  Siyəzən  rayonu  ərazisində  ya­

yılmış  şivələr (56,  12).

Dilin  dialekt,  ləhcə  və  şivələrə  bölgüsü  elmi  prinsiplər  zəmi­

nində  aparılır.  Bu  məsələ  dialektologiyanın  tədqiqat  dairəsindədir. 

Ayırma oxşar və fərqli  dil  hadisələrinin təyini  əsasında aparılır.  Bi­

zim  fikrimizcə,  Azərbaycan tatlarının  dilinin  ləhcələrə bölgüsü  əsa­

sında  coğrafi  prinsipin  durması  qənaətinə  gəlmək  olur.  Çünki  tat 

dilini  ləhcələrə bölmüş  müəlliflər,  əslində,  ləhcə  səviyyəsində  kifa­

yət  qədər  fərqin  olub-olmamasını  açıqlamırlar.  Məsələn,  T.Əhmə- 

dov  tat dilinin  Quba  ləhcəsini  şərti  olaraq Rustov,  Novdün,  Şuduq, 

Çiçi,  Zarqova,  İsnov və  Talıblı  şivələrinə bölmüşdür.  Lakin müəllif 

qeyd etdiyi  kəndlərdə yaşayan tatların dillərində hansı  şivə fərqləri­

nin olmasına xüsusi diqqət yetirmir (24,  14).

Burada bir məsələni  də  diqqət  mərkəzinə  çəkmək  yerinə  dü­

şür.  Yuxarıda qeyd olunduğu kimi,  tatların mənşəyi,  tarixi,  etnoqra­

fiyası, mədəniyyəti və dilləri haqqında müxtəlif tədqiqatlar mövcud­

dur.  Həmin tədqiqatlarda Azərbaycan ərazisində yaşayan tatların di­

ni  mənsubiyyətlərinə  görə  aşağıdakı  3  qrupa bölünür:  1)  müsəlman 

tatları; 2) yəhudi tatları;  3)xristian tatları.

Bu  bölgü  təkcə  Azərbaycan  Respublikası  üçün  deyil,  başqa 

ölkələrdə  yaşayan  tatlar  üçün  də  səciyyəvidir.  Dini  baxımdan  üç 

müxtəlif qrupa bölünmədən asılı olmayaraq tatlar eyni bir dildə -  tat 

dilində  danışırlar.  Bununla belə  dini  mənsubiyyətinə görə fərqlənən 

qrupların  dillərində  oxşar  cəhətlərlə  yanaşı,  fərqli  xüsusiyyətlər  də 

az  deyildir.  Məhz belə  fərqlər həmin  qrupların  dillərinin  ayrı-ayrı­

lıqda öyrənilməsini zəruri etmişdir.

Zənnimizcə,  tat  dilinin  bu  bölgü  üzrə tədqiqinə  əsas  yaradan 

amillərdən biri  də tədqiqatçıların eyni  qrupa mənsub dil daşıyıcıları­

nın  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən  materiallar toplanması 

olmuşdur. Lakin bu cəhət müxtəlif qrupların dillərinin ayrı-ayrılıqda 

tədqiqinin elmi dəyərini azaltmır,  əksinə,  artırır.  Çünki belə olduqda




9

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

müqayisəli  tədqiqat  aparmaq  üçün  daha  əlverişli  zəmin  yaranır. 

Mövcud  araşdırmalar  göstərir  ki,  bu  qrupların  daşıdıqları  dil  eyni­

dir.  Belə olan  halda mövcud materiallar əsasında oxşar və fərqli  dil 

hadisələrini təyin etmək, bunların əsasında ləhcə və şivələrə ayırma­

nı dəqiqləşdirmək daha düzgün olardı.

Şivənin yaranma səbəbləri  dildə baş verən dəyişmələrdən irəli 

gəlir. Cəmiyyətdə yaşayan hər bir fərdin özünəməxsus danışıq  şivə­

si  vardır və bu  digərlərin  nitqindən  seçilir. Bu  cəhət nitqin fərdiliyi 

ilə bağlıdır.  İctimai həyat  şəraitinə görə fərdlər bir-biri ilə dil  əlaqə­

sində  olurlar və  onların  nitqlərindəki  fərqlər bu  birlik  üçün ümumi 

bir fonetik,  qrammatik və leksik  sistemdə bircins  forma almış  olur. 

Bilavasitə birbaşa dil  əlaqələri bəzən ayrı-ayrı qrupların, kiçik ərazi­

də  yaşayanların  arasında  olduğundan  onların  dili  ilə  bu  cür  başqa 

ərazilərdə  yaşayanların  dilləri  arasında  fərqlər  üzə  çıxmış  olur. 

Azərbaycanda yaşayan Lahıc tatları  ilə Abşeron  ərazisində yaşayan 

talar  arasında  tat  dili  səviyyəsində  dil  əlaqələri  yoxdur.  Bu  baxım­

dan Lahıc tatlarının istifadə etdiyi tat dili ilə Abşeronda istifadə olu­

nan tat dili arasında fərqlər yaranmış olur. Eyni  sözləri  Quba,  Şama­

xı,  Xaçmaz,  Xızı  tatlarının  dilləri  haqqında  da  demək olar.  Beləlik­

lə,  bir-biri  ilə  real  dil  əlaqələrinin  olmaması  tatların  istifadə  etdiyi 

dildə müxtəlif səviyyələrdə -  fonetik,  qrammatik, leksik səviyyələr­

də dil fərqləri  özünü göstərir.  Bu fərqlərin ləhcə və ya şivə səviyyə­

sində olmasını  dəqiq həll etmək çətindir. Nəzərə alsaq,  ki,  şivə daha 

kiçik  dil  kollektivlərinin  dilləri  arasındakı  fərqlərdir.  Onda  Lahıc, 

Quba və Abşeron tatlarının  dilindəki  fərqlər ləhcə  səviyyəsində  qə­

bul  edilə  bilər.  Belə  olan  halda  Quba,  Dəvəçi,  Xızı,  Qonaqkənd, 

Şamaxı,  Xaçmaz,  Kilvar  tatlarının  dillərinin  hər  birini  tat  dilinin 

ayrıca  şivəsi  və  ya ləhcəsi  kimi  qəbul  etmək  müəyyən  mübahisələr 

doğurur.  Bu  məsələnin  elmi  həlli  linqvistikada ləhcə  və  şivəni  bir- 

birindən ayırmaq üçün istifadə olunan  əlamətlər əsasında mümkün­

dür. Dialekt, ləhcə və şivələri bir-birindən ayırmaq, təbii ki, fərqlən­

dirmə meyarlarını tələb  edir.  Dialekt ərazi,  sosial,  peşə ilə bağlı bir- 

biri  ilə  əlaqədə  olan  bütün  dil  daşıyıcıları  ilə  müqayisədə  istifadə




10

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

olunan ümumxalq dilinin bir formasıdır. Ləhcə ümumi dil hadisələri 

ilə  bağlı  olan  şivələr  qrupunu  birləşdirən  böyük  dil  kollektivinin 

dilidir.  Şivə  kiçik ərazidə istifadə  olunan ümumxalq  danışıq  dilinin 

fərqlənən formasıdır.

Dialektlərarası  leksik  fərqlərin  təyini  üçün  bir  sıra  meyarlar­

dan istifadə olunur.  Təcrübədə üç əsas meyar tətbiq olunur:  1) qarşı- 

lıqlı-ekvivalent  dil  faktlarının  müxtəlif şəkildə  adlandırılması;  yeni 

anlayışın,  predmetin fərqli  sözlərlə  adlandırılması;  2)  qarşılaşdırma 

bilməyən leksik dialekt fərqləri;  bir ərazidə mövcud olan pealiyanın 

başqa  ərazidə  olmaması  səbəbindən  doğan  leksik  fərqlilik;  3) 

qarışıq leksik dialekt fərqləri;  leksik vahidlərin ifadə planında fone- 

tik fərqlilik.

Mövcud  tədqiqatlar  göstərir  ki,  Xəzərətrafı  ərazidə  yayılmış 

tat dili  digər İran dilləri  arasında xüsusi mövqeyə malikdir.  Tat dili­

nin  İran  dilləri  ailəsində yeri, bu  dilin  ləhcələri  arasındakı  fərqlərin 

öyrənilməsi dilçiliyimizdə aktual problem olaraq qalmaqdadır.

Bizim  fikrimizcə,  tat  dilinin  İran  dilləri  arasındakı  yerini 

müəyyənləşdirmək,  onun İran dillərinin,  dialekt və ləhcələri ilə mü­

qayisəli  şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat  prinsiplərinə 

əsaslanmalıdır.  Mahiyyət  etibarilə  geniş  dil  materialını  əhatə  edən 

bu  cür tədqiqatlar tat  dili  ləhcə və  şivələrinin  hərtərəfli  öyrənilməsi 

zəminində həyata keçirilə bilər.

Azərbaycan tatlarının məskunlaşdıqları yerlərdən biri  də  Siyə­

zən  rayonunun  Ərüsküş  inzibati  ərazisidir.  Tədqiqatçılar  Ərüsküş- 

Dağ Quşçu ərazisində tat dilinin bir ləhcəsinin formalaşdığını göstə­

rir  və  bu  ləhcəni  Ərüsküş-Dağ  Quşçu  ləhcəsi  adlandırırlar  (47,  3). 

Məlumdur  ki,  tatlar  irandilli  xalqdır.  Onlar  Xəzəryanı  ərazilər - 

də,  əsasən,  İranda,  Azərbaycanın  şimal-şərq  rayonlarında,  Ab­

şeron  yarımadasında,  Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 

Mahaçqala  şəhərlərində  məskunlaşmışlar.  Azərbaycan  ərazi­

sində  tatlar,  əsasən,  respublikanın  İsmayıllı,  Xızı,  Şamaxı, 

Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  kompakt  şəkildə 

yaşayırlar.  Q.Qeybul layev  hazırda  Dağlıq  Şirvanda,  Quba,  Də -




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə