Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   ...   30

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

vəçi  və  Abşeron  rayonlarında  məs kunlaşmış  tatların  Albaniya­

da  yaşamış  irandilli  tat  tayfalarından  olmasını,  onların  VI  əsr­

də  İrandan  bura  köçürülməsini  qeyd  etmişdir  (54,  73).  N.Quli - 

yeva  göstərir  ki,  «XIX  əsr  yazılı  mənbələrində  Cavad,  Naxçı - 

van  və  Zəngəzur  qəzalarında  tatların  yaşaması  haqqında  məlu­

mata  təsadüf  edilir»  (34,  8).  M.Hacıyevin  tədqiqatlarında  da 

tatların  yayıldığı  ərazilər  haqqında  məlumat  verilir  (26,  60). 

Tatların  kompakt  şəkildə  yaşadıqları  Azərbaycan  ərazilərindən 

biri  Ərüsküş-Dağ  Quşçudur.



“Ərüsküş  oyk,  sadə.  Siyəzən  r-nunun  eyniadlı  i.ə.v.-də kənd. 

Dağətəyi  ərazidədir.  Ərüsküş  variantında  da  qeydə  alınmışdır. 

Kənd XIX  əsrinəvvəllərində Kölmə  Quşçu  kəndindən köçmüş  ailə­

lər  özlərinə  məxsus  Ərüsküş  adlı  torpaq  sahəsində  salmıilar.  Yerli 

əhalinin  məlumatına görə,  Ərüsküş  “gəlin  öldürülən yer”  mənasın­

dadır.  Əslində,  oykonim  ərz  (yer,  məkan)  və  küş  (yaxın)  kompo­

nentlərindən ibarət olub, “yaxın yer” mənasındadır.

Ərüsküş  hidr.,  sadə.  Siyəzən  r-nunda  çay.  Gilgil  çayının  sağ 

qoludur.  Ərazisindən axdığı kəndin adındandır” (14).

Tat  dilinin  Ərüsküş-Dağ Quşçu  ləhcəsi  bu  dilin  digər  ləh - 

cələri  ilə  müqayisədə  az  müraciət  etmişdir.  Bununla  belə, 

Ərüsküş-Dağ Quşçu ləhcəsinə  aid leksika toplanmış və  onun iki­

dilli  lüğəti  hazırlanıb  çap  edilmişdir.  Ləhcə  haqqında  bir  sıra 

əsərlərdə məlumatlar verilmiş,  mətnlər çap  olunmuşdur.

A.Soltanov  və  M.Soltanov  tat  dilinin  Ərüsküş-Dağ  Quşçu 

ləhcəsinə  aid  araşdırmalar  aparmış,  tərtib  etdikləri  lüğətdə  ləh - 

cənin  fonetikasına  və  qrammatikasına  dair  xülasə  daxil  etmiş - 

lər.

Azərbaycan  Dövlət  nəşriyyatı  Qüdrət  Nurəlinin  “Ə'rüs - 



küş”  kitabını  çap  etmişdir  (42).  Kitabın  annotasiyasında  müəl - 

lifin  əvvəl  çap  olunmş  əsərinin  olduğu  qeyd  edilir.  “Ə'rüsküş” 

kitabında  toponim  haqqında,  tatların  tarixi  barədə  məlumat ve­

rilir.  Kitabda  Ərüsküş-Dağ Quşçu ləhcəsində  nəsr və  nəzm  əsər - 

ləri  vardır.



12

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Məlumdur  ki,  T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsinin  lü - 

ğət  tərkibini  iki  yerə  bölmüşdür:  1)  ləhcənin  özünə  məxsus 

olan  sözlər;  2)  alınma  sözlər.  Birinci  qisim  sözlərdən  bəhs 

edərkən  müəllif göstərir  ki,  həmin  sözlər  qohum  dillərdə  (fars, 

tacik,  əfqan  və  s.)  bu  və  ya  digər  fonetik  tərkibdə  işlənməkdə­

dir  (24,  22).  Buradan  belə  qə naətə  gəlmək  olur  ki,  tədqiqatçı 

«özünəməxsus  sözlər»  termini  altında  tat  və  ya  İran  dilləri 

mənşəli  sözləri  birləşdirir.  O  həmin  sözlərin  34  leksik-seman­

tik  qrupunu  ayırmışdır  (24,  22-29).  Tat  dilinin  Ərüsküş-Dağ 

Quşçu ləhcəsinin  lüğət tərkibini  də bu  qaydada  iki  yerə  bölmək 

olar:  1)  ləhcənin  özünə  məxsus  olan  sözlər;  2)  alınma  sözlər. 

Lakin biz belə hesab  edirik ki,  tat  dilinin  Quba ləhcəsinin lüğət 

tərkibinə  daxil  olan  və  «dilin  özünəməxsus  sözləri»  kimi 

ümumiləşdirilmiş  sözlərin  təklif  olunan  bölgü  əsasında  duran 

meyarlar  qeyri-müəyyəndir.  Tədqiqatçı  sözləri  leksik-semantik 

qruplara,  daha  doğrusu,  tematik  söz  qruplarına  ayırmışdır.  Ay - 

dındır  ki,  mənaca  bir-birinə  yaxın  olan  tematik  söz  qrupları 

leksik-semantık  sahə  təşkil  edir.  Semantik  sahəyə  daxil  olan 

sözlər  bir-biri  ilə  etimoloji  cəhətdən  bağlı  olmayıb,  ifadə  et - 

dikləri  əşya  (hadisə) və məfhumların yaxınlığına  görə  qruplaşır 

(51,  314).  Leksik-semantik  təsnifat  lüğət  tərkibi  üzrə  aparılır. 

Bu zaman  sözün dilin  özünə məxsus  olması  və ya  alınma olması 

nəzərə  alınmır.  Fikrimizcə,  tat  dilinin  ləhcələri  yalnız  leksik - 

semantik  qruplara  bölünməməlidir.  Hər  bir  ləhcənin  lüğət  tər - 

kibinin  «özünəməxsus  sözləri»  qrupunda  yalnız  bu  ləhcədə  iş - 

lənmiş  sözlər yer  almalıdır.  Məsələn,  mənşəcə  başqa  dillərdən, 

o  cümlədən  də,  Azərbaycan  dilindən  alınma  sözlər  bu  qrupa 

daxil  edilmir.  Buna  baxmayaraq,  T. Əhmədov  Quba  ləhcəsinin 

özünəməxsus  sözlər  qrupuna  mənşəcə  türk  dillərinə  aid  olan 

bir  sıra  sözləri  daxil  etmiş  və  onları  tat  sözləri  saymışdır.  Mə - 

sələn,  T.Əhmədov  Quba  ləhcəsində  işlənən  əlçə  «alça»  sözünü 

tat  mənşəli  sözlər  sırasında  vermişdir.  Məlumdur  ki,  qədim 

türk  sözləri  lüğətində  «aluç-alçaqeydə  alınmışdır  (58,  40).




13

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Mahmud  Kaşğaridə  «alüç»  sözü  «sarı  ərik,  alıç»  mənasında 

verilmişdir  (32,  141).  E.Quliyev  «alça»  sözünün  abidələrdə 

«aluç»  form asında,  müasir  türk  dillərində  «alça»,  qırğ.  alşa, 

qaz.  alıça,  başq.,  olça,  özb.  dillərində  işlən diyini  göstərərək, 

onun  gavalı  növlərindən  biri  olub,  rus  dilindəki  alıça  sözünün 

M.Fasmerin  türk  və  Azərbaycan  dillərindən  alınmasını  göstər­

diyini  qeyd  etmişdir.  O,  sözün  daha  qədim  dövrlərdə  şərqi 

slavyan  dillərinə  keçməsi  qənaətinə  gəlmiş  və  bunu  müasir 

türk  dilləri  səviyyəsində  ikinci  hecadakı  saitin  düşməsi  ilə  əla - 

qələndirmişdir.  O,  alça  sözünü  alkökü  və  ça  şəkilçisinə  ayır­

mış,  şəkilçinin  qədim  türk    kiçiltmə  şəkilçisinin  variantı  -ça 

olduğunu  söyləmişdir (60,  149).

Tat  dilinin  Ərüsküş-Dağ Quşçu  ləhcəsinə  aid  lüğətdə  2  al­

ça  ilə  bağlı  dörd  söz  vardır:  1)  alça-əlçə,  zərdəəlü;  2)  alça  (cır 

alça) -   əlü;  3)  alça  ağacı  -   əlüdar  (47,  162-163).  Qeyd  edək ki, 

talış  dilində  alça  sözünün  “əyu”  qarşılığı  vardır.  Fikri mizcə, 

Ərüsküş-Dağ  Quşçu  ləhcəsində  bu  söz  “əlü”  fonetik  va riantın- 

dadır.  Ləhcədə  “alça”  sözünün  işlənməsi  sözalma  ilə  bağlıdır. 

Zərdəəlü  sözü  alçanın  hələ  yetişməmiş  formasıdır.  Bu  söz 

quruluşca mürəkkəbdir:  “zərd+ə+əlü”  şəklində  formalaşmışdır. 

Azərbaycan  dilinə  component tərcümədə  sarı  alça  mənasını  ve - 

rir.  Əslində  isə  sarı  deyil,  yenicə  formalaşan,  yaşıl  rəngə  çalan 

alça  mənasında  istifadə  olunur.  Quba  ləhcəsi  ilə  müqayisə 

üçün  başqa  nümunəyə  baxaq.  T.Əhmədov  Quba  ləhcəsində  iş - 

lənən  çurpə//çülpə  «çolpa»  sözünü  tat  dilinin  özünəməxsus 

sözləri  sırasına  daxil  etmişdir.  Məlumdur ki,  bu  söz  qədim türk 

sözləri  lüğətində  və  Mahmud  Kaşğarinin  lüğətində  yoxdur. 

XIII-XIX  əsrlərə  aid  türk  yazılı  abidələrinin  dilində  isə  «çol­

pa»  sözü  işlənmişdir.  Abidələrdə həmin  sözün  «çolpa» variantı 

ilə  yanaşı,  «çulpa»  fonetik  variantı  da  qeydə  alınmışdır:  «ax- 

maq»,  «bacarıqsız»,  «aciz»,  «zavallı»;  çolpalık  «işə  yaramaz­

lıq»,  «səfehlik».  Maraqlıdır  ki,  bu  lüğətdə  çoluq-çolpa  qoşa 

sözü  «çoluq-cocuq»  anlamında  verilmişdir  (84,  58).  Ərüsküş



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə